Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1139/2022 27.04.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Quliyeva (Əhmədova) Sərvinaz Tariyel qızına qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Quliyeva (Əhmədova) Sərvinaz Tariyel qızına qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 05.04.2019-cu il tarixli 136 saylı əmək müqaviləsi ilə "xxxx" MMC-də satış təmsilçisi vəzifəsinə qəbul edilmişdir. Cavabdeh 28.02.2020-ci il tarixdən 05.01.2021-ci il tarixinədək 3/21 saylı əmrlə 305 günlük və 05.01.2021-ci il tarixindən 01.07.2021-ci il tarixinədək 339/20-01 saylı əmrlə 176 günlük qismən ödənişli sosial məzuniyyət və 01.07.2021-ci il tarixindən etibarən 18.11.2022-ci il tarixinədək 639/21-01 saylı əmrlə 504 günlük sosial məzuniyyət verilmişdir. Öhdəlikləri olmadan tərəflərindən cavabdehin hesabına 05.02.2020-ci il tarixində (yanvar əmək haqqı) 212,73 manat, 31.03.2020-ci il tarixində (mart əmək haqqı) 585,34 manat, 08.05.2020-ci il tarixində (aprel əmək haqqı) 414,98 manat, 01.06.2020-ci il tarixində (may əmək haqqı) 542,97 manat, 08.07.2020-ci il tarixində (iyun əmək haqqı) 585,34 manat, 03.09.2020-ci il tarixində (avqust əmək haqqı) 585,34 manat, 02.10.2020-ci il tarixində (sentyabr əmək haqqı) 585,34 manat, 02.11.2020-ci il tarixində (oktyabr əmək haqqı) 585,34 manat, 01.12.2020-ci il tarixində (noyabr əmək haqqı) 585,34 manat, 25.12.2020-ci il tarixində (dekabr əmək haqqı) 321,65 manat, ümumilikdə isə 5004,37 manat məbləğində artıq vəsait ödənilmişdir. Cavabdeh isə fərqli səbəblər gətirərək artıq ödənilmiş məbləği geri ödənəkdan imtina etmişdir. Cavabdehə ödənilmiş məbləğ öhdəlikləri olmadığı təqdirdə ödənilmiş məbləğdir. Cavabdeh ilə aralarında mövcud olan yeganə müqavilənin əmək müqaviləsi olduğunu və həmin müqavilənin 1.3 bəndinə əsasən tərəflər arasında yaranmış məsələlərin Əmək Məcəlləsi ilə tənzimləndiyini nəzərə alaraq iddia edilən məbləğ iddiaçının heç bir öhdəliyi olmadan ödənilmiş məbləğdir. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Bununla da, cavabdeh ödənilmiş artıq məbləğ onun əsassız varlanmasına gətirib çıxarmışdır. Ərizəyə əlavə olunan sənədlərdən də göründüyü kimi, bütün ödənişlər tərəflərindən cavabdehin hesabına köçürülmüşdür. Qeyd edilənlərə əsasən öhdəlikləri olmadığı təqdirdə Cavabdeh tərəflərindən ödənilmiş 5004,37 manat miqdarında vəsaitin cavabdehdən xeyirlərinə tutulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh Quliyeva (Əhmədova) Sərvinaz Tariyel qızı etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, o, 05.04.2019-cu il tarixindən 136 saylı əmək müqaviləsi əsasında İddiaçı MMC-də satış təmsilçisi vəzifəsində işə başlamışdır. 17.09.2019-cu il tarixində hamiləliyinin 7-ci ayı tamam olduğu üçün analıq məzuniyyətinə buraxılmışdır. Bunun üçün ondan tələb olunan bütün sənədləri İddiaçı MMC-yə təqdim etdiyi halda analıq məzuniyyətinə buraxılmamışdır. Bunu 31.12.2020-ci il İddiaçı MMC-yə çağırıldığında bilmişdır. Ondan üzr istəyərək analıq məziniyyətinə çıxarılmadığını və səhvən bu müddət ərzində ona maaş yatırıldığını bildirib yenidən onu 05.01.2021-ci ildən qismən ödənişli analıq məzuniyyətinə çıxarmışlar. Amma bu haqda iddia ərizəsində bildirilməyib və saxta 359/20-01 əmrlə analıq məzuniyyəti hazırlanmışdır. Ondan tələb olunan bütün sənədləri hazırlayıb verdiyi halda qanuni olaraq buraxılmalı olduğu tarix 26.11.2022-ci ilə qədər olmalıdır. Həmin müddət ərzində məzuniyyətdə olan anaya uşağa görə qulluq pulu ödənilməlidir və bu ödəniləcək məbləğ haqda iddia ərizəsində heç bir məlumat əks olunmamışdır. Tələbi bu vəsait haqdadır ki, niyə bu vəsait haqda heç bir məlumat yoxdur və bu qədər müddət ərzində (əmək müqaviləsinin qüvvədə olduğu müddət) ona ödəniləcək məzuniyyət pulunun ödənişi haqqında heç bir məlumat yazılmamışdır. Bunlar ondan tələb olunan vəsaitlərin içindən çıxarılmadığı halda ondan bu böyüklükdə məbləğ tələb olunur. Analıq məzuniyyəti aktiv Pandemiya dönəminə düşdüyü üçün kartına köçürülən məbləği analıq məzuniyyətində olan işçiyə şirkət tərəfindən edilən yardım kimi düşünmüşdür, çünki həmin vaxt X1 Əliyevin sərəncam və fərmanına əsasən bütün şirkətlərə işçilərinə maaş ödəmək öhdəliyi qoyulmuşdur. O da bu fərqli köçən məbləğlərin pandemiya üçün olduğunu düşünmüş, hətta köçməyən ayın ödənişi üçün şirkətə zəng edib ad, soyad və mağazasının adını bildirərək “pandemiya” pulunun ödənişini tələb etmiş, onlar isə bunun uşağa qulluq pulu olduğunu bildirmişlər. HR (insan resursları) tərəfindən haqları ilə bağlı heç bir məlumat verilmədiyi üçün “Uşağa qulluq ödənişinin” nə olduğunu nə qədər məbləğ olduğunu bilməmişdir. Yatırılmalı olan məbləğin nə qədər olması haqqında heç bir məlumatı olmamışdır. Bu da ondan bir daha yatırılan məbləğin pandemiyada uşağa yardım üçün edildiyi düşüncəsi yaratmışdır. Onu da qeyd edir ki, bu vaxtda körpəsinin 3-cü ayında o 2 dəfə işə qayıtmaq üçün mağazasına müraciət etmişdir. Mağaza rəhbəri Dünyamalıyev Ceyhun bəy bunu təsdiq edə bilər. Pandemiya ilə əlaqəli bir az daha gözləməyi deyilmişdir. 31.12.2020-ci il tarixində ona köçürülən məbləğin digər, ələ verilən məbləği mağazaya getdiyi üçün onun analıq məzuniyyətinə çıxarılmadığı məlum olmuşdur. Məlumatı olmadan işçi kimi göstərilmişdir və ona köçürülən məbləğlər işçi maaşıdırsa o zaman yatmayan aylar və az köçən məbləğlər kimə çatıb, onun məziniyyətə çıxarılmamağının kimə nə kimi xeyri olmuşdur? Standart maaş məbləğiin köçməməsi onu yanıldan nüanslardan biri olmuşdur. Bununla bağlı HR direktor Sabina xanımın qəbulunda olmuşdur və onu dinlədikdən sonra günahın özlərində olduğunu və bunun onların daxili problemləri olduğunu, onun səhvən analıq məziniyyətinə çıxarılmadığını bildirmişdir. Bundan sonra əmək müqaviləsi qüvvədə saxlanılmış və 05.01.2021-ci il tarixli 3/21 saylı əmrlə qismən ödənişli sosial məzuniyyət verilmişdir. 05.01.2021-ci il tarixindən 30.06.2021-ci ilə qədər 176 təqvim günü uzadılmışdır. İddia ərizəsində göstərilir ki, 639/21-01 əmrlə 01.07.2021-ci il tarixindən 17.11.2022-ci il tarixində işə başlamaqla 504 gün sosial məzuniyyət verilmişdir. Təqdim olunan sübutlar və iddia ərizəsinin əsas mətnindən göründüyü kimi onun İddiaçı MMC-də 05.04.2019-cu il tarixli müqaviləsi qüvvədə olduğu müddət 18.11.2022-ci ilə qədər uzadılmışdır. Əgər iddia ərizələri əsaslıdırsa niyə onun əmək müqaviləsinə xitam verilməmişdir? Bildirmək istəyir ki, iddia tələbi ilə razı deyil və iddianı əsassız hesab edir. Göstərilənləri nəzərə alınmasını, öhdəliyində azyaşlı körpə olduğunu və işləməyən ana olduğunu göz önünə gətirərək iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh 2019-cu il tarixindən İddiaçı MMC-də satış məsləhətçisi vəzifəsində işləmişdir. Cavabdeh ana olduğu üçün qismən ödənişli sosial məzuniyyət verilmişdir. Cavabdehin hesabına ümumilikdə 5004,37 manat vəsait ödəniş etmək öhdəlikləri olmadan köçürülmüşdür. Bundan başqa, qismən sosial ödəniş cavabdehə DSMF tərəfindən ödənilir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh Quliyeva (Əhmədova) Sərvinaz Tariyel qızı iddia tələbinin qəbul etməyib izahat verərək bildirdi ki, ona analıq məzuniyyəti verilmişdir. Lakin iddiaçı tərəfindən ona analıq məzuniyyəti yazılmamışdır. O, əmək haqqını olduğu kimi deyil, 200-300 manat məbləğində alırdı. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İşəgötürən İddiaçı ilə işçi Cavabdeh arsaında bağlanmış 05.04.2019-cu il tarixli əmək müqaviləsindən görünür ki, Cavabdeh cəmiyyətdə satış təmsilçisi vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi 05.04.2019-cu il tarixdə 31.12.2019-cu il tarixinədək 8 (səkkiz) ay müddətinə bağlanmışdır. - İddiaçı 28.02.2020-ci il tarixli 359/20-01 saylı qismən ödənişli Sosial Məzuniyyətin verilməsi haqqında əmrdən görünür ki, cəmiyyətdə satış təmsilçisi vəzifəsində çalışan Əhmədova Sərvinaz Tariyel qızına qismən ödənişli sosial (uşağa qulluğa görə) məzuniyyət 01.03.2020-ci il tarixdən 31.12.2020-ci il tarixinədək, 05.01.2021-ci il tarixdən işə başlamaqla 305 təqvim günü uzadılmışdır. Əsas: işçinin ərizəsi və Əmək Məcəlləsinin 127-ci maddəsi. - İddiaçı 05.01.2021-ci il tarixli 3/21 saylı qismən ödənişli Sosial Məzuniyyətin verilməsi haqqında əmrdən görünür ki, cəmiyyətdə satış təmsilçisi vəzifəsində çalışan Əhmədova Sərvinaz Tariyel qızına qismən ödənişli sosial (uşağa qulluğa görə) məzuniyyət 05.01.2021-ci il tarixdən 30.03.2021-ci il tarixinədək, 01.07.2021-ci il tarixdən işə başlamaqla 176 təqvim günü uzadılmışdır. Əsas: işçinin ərizəsi və Əmək Məcəlləsinin 127-ci maddəsi. - İddiaçı 01.07.2021-ci il tarixli 639/21-01 saylı Sosial Məzuniyyətin verilməsi haqqında əmrdən görünür ki, cəmiyyətdə satış təmsilçisi vəzifəsində çalışan Əhmədova Sərvinaz Tariyel qızına sosial (uşağa qulluğa görə) məzuniyyət 01.07.2021-ci il tarixdən 17.11.2022-ci il tarixinədək, 18.11.2022-ci il tarixdən işə başlamaqla 504 təqvim günü uzadılmışdır. Əsas: işçinin ərizəsi və Əmək Məcəlləsinin 127-ci maddəsi. - Quliyeva (Əhmədova) Sərvinaz Tariyel qızına məxsus kart hesabından çıxarışdan görünür ki, 05.02.2020-ci il tarixdə (yanvar) 212,73 manat, 31.03.2020-ci il tarixdə (mart) 585,34 manat, 08.05.2020-ci il tarixdə (aprel) 414,98 manat, 01.06.2020-ci il tarixdə (may) 542,97 manat, 08.07.2020-ci il tarixdə (iyun) 585,34 manat, 03.09.2020-ci il tarixdə (avqust) 585,34 manat, 02.10.2020-ci il tarixdə (sentyabr) 585,34 manat, 02 noyabr 2020ci il tarixdə (oktyabr) 585,34 manat, 01 dekabr 2020-ci il tarixdə (noyabr) 585,34 manat, 25.12.2020-ci il tarixdə (dekabr) 321,65 manat əmək haqqı mədaxil edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında 05.04.2019-cu il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən cavabdeh cəmiyyətdə satış təmsilçisi vəzifəsinə işə qəbul edilmişdir. Cavabdeh 01.03.2020-ci il tarixdən 31.12.2020-ci il tarixinədək, 05.01.2021-ci il tarixdən işə başlamaqla 305 təqvim gün qismən ödənişli sosial (uşağa qulluğa görə) məzuniyyətdə olmuşdur. 05.01.2021-ci il tarixli 3/21 saylı əmrlə cavabdehə verilmiş qismən ödənişli sosial (uşağa qulluğa görə) məzuniyyət 05.01.2021-ci il tarixdən 30.03.2021-ci il tarixinədək, 01.07.2021-ci il tarixdən işə başlamaqla 176 təqvim günü uzadılmışdır. Bundan sonra İddiaçı 01.07.2021-ci il tarixli 639/21-01 saylı əmri ilə cavabdehə verilmiş sosial (uşağa qulluğa görə) məzuniyyət 01.07.2021-ci il tarixdən 17.11.2022-ci il tarixinədək, 18.11.2022-ci il tarixdən işə başlamaqla 504 təqvim günü uzadılmışdır. İş materialları ilə müəyyən edilmişdir ki, cavabdeh sosial məzuniyyətdə olmasına baxmayaraq iddiaçı tərəfindən cavabdehə 05.02.2020-ci il tarixdə (yanvar) 212,73 manat, 31.03.2020-ci il tarixdə (mart) 585,34 manat, 08.05.2020-ci il tarixdə (aprel) 414,98 manat, 01.06.2020-ci il tarixdə (may) 542,97 manat, 08.07.2020-ci il tarixdə (iyun) 585,34 manat, 03.09.2020-ci il tarixdə (avqust) 585,34 manat, 02.10.2020-ci il tarixdə (sentyabr) 585,34 manat, 02 noyabr 2020-ci il tarixdə (oktyabr) 585,34 manat, 01 dekabr 2020-ci il tarixdə (noyabr) 585,34 manat, 25.12.2020-ci il tarixdə (dekabr) 321,65 manat əmək haqqı ödənilmişdir. Hazırda iddiaçı artıq ödənilmiş vəsaitinin cavabdehdən tutulmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM): 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarında pulun ödənilməsi tələbini də özündə ehtiva edən öhdəliyin yaranması əsasları konkret şəkildə müəyyən edilmiş və buraya müqavilədən, zərər vurmadan, əsassız varlanmadan və Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslardan irəli gələn öhdəliklərin daxil olduğu göstərilmişdir. Bu baxımdan, hazırkı iş üzrə araşdırma predmetini cavabdehin iddiaçı qarşısında əsassız varlanma qaydasında öhdəlik daşıyıb-daşımaması halının müəyyən olunması təşkil edir. MM-nin: 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. [694] 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Göründüyü kimi, əsassız varlanma çərçivəsində tələbin haqlı sayılması üçün iş üzrə aşağıdakı şərtlər müəyyən edilməlidir: cavabdehin əmlak əldə etməsi, həmin əmlakı mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxsin əmlakı hesabına əldə edilməsi və bu əldəetmə üçün heç bir hüquqi əsas olmaması. Həmin şərtlərdən hər hansı biri təsbit olunmazsa əsassız varlanma üzrə tələb təmin edilə bilməz. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı tərəfindən cavabdehə məxsus hesaba 05.02.2020-ci il tarixdən 25.12.2020-ci il tarixədək əmək haqqı kimi ümumilikdə 5004,37 (beş min dörd manat otuz yeddi qəpik) manat pul ödənilmiş, halbuki həmin müddət ərzində cavabdeh sosial məzuniyyətdə olmuşdur. Bu səbəbdən bu hal cavabdeh tərəfindən hər hansı hüquqi əsas olmadan iddaçının hesabına əmlak əldə etməsi və bununla da onun əsassız varlanması kimi qiymətləndirilməlidir. Belə olan halda, cavabdeh əldə etdiyi və iddiaçıya məxsus olan pulu ona qaytarmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək götərmişdir ki, o, analıq məzuniyyətinə buraxılmalı olduğu halda, cəmiyyət onu analıq məzuniyyətinə çıxarmamış və səhvən əmək haqqı ödəmişdir. Bunun haqqında məlumatlı olduqda isə cəmiyyət ona təkrarən analıq məzuniyyəti vermişdir. Cəmiyyət tərəfindən saxta əmr tərtib edilmişdir. Kartına köçən məbləği isə pandemiya səbəbindən edilən yardım kimi başa düşmüşdür. Qeyd etmək lazımdır ki, cavabdeh ərizəsində etirazını əsaslandıracaq heç bir sübutu məhkəməyə təqdim etməmiş, yaranmış anlaşılmazlıqla bağlı cəmiyyətə müraciət etdiyini bildirsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim edə bilməmiş, bundan başqa ondan tələb olunan məbləğlə ona ödənilən məbləğin fərqli olduğunu bildirsə də, iş materiallarında olan çıxarışdan görünür ki, iddia edilən pul vəsaiti cavabdehin hesabına köçürülmüşdür. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən cavabdeh öz etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda cavabdeh etiraz ərizəsində göstərdiyi dəlilləri sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh Quliyeva (Əhmədova) Sərvinaz Tariyel qızından 5004,37 (beş min dörd manat otuz yeddi qəpik) manat məbləğində pul tutularaq İddiaçınə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Quliyeva (Əhmədova) Sərvinaz Tariyel qızından 5004,37 (beş min dörd manat otuz yeddi qəpik) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-1139/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1139/2022
27.04.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver