Məhkəmə qərarları › İş №2(007)-1142/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-1142/2021

19.04.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-1142/2021 19.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Babək Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əlcanova Əfsanə Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçının nümayəndəsi X1 vəkili Vəkil, İddiaçı Cavabdeh MMC-yə qarşı “zəbt edilmiş torpaq sahəsindən çıxarılma və yolun bağlanmasının cavabdehə qadağa edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “zəbt edilmiş torpaq sahəsindən çıxarılma və yolun bağlanmasının cavabdehə qadağa edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən İddiaçınə giriş yolunun bağlanmasının qadağan edilməsi, Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev küçəsindəki 2529-cu məhəllədə zəbt etdiyi 30 kv.m torpaq sahəsinin bpşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh yazılı vəsatətlə məhkəməyə müraciət edərək, iddia tələbi məhkəmə aidiyyətinin pozulması ilə verildiyindən iddia ərizəsinin və əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, mülki işin aidiyyəti üzrə baxılması üçün Bakı Kommeriya Məhkəməsinə göndərilməsinə dair proses iştirakçılarının fikirlərini öyrənmişdir. İddiaçının nümayəndəsi X1 vəkili Vəkil bildirdi ki, hər iki tərəf hüquqi şəxsdir və hüquqi şəxsin torpaq sahəsi ilə bağlı mübahisəsi kommersiya predmeti deyil. Qeyd edilənlərə əsasən işin aidiyyəti üzrə baxılması üçün Bakı Kommeriya Məhkəməsinə göndərilməsinə etiraz etdi. İddiaçının nümayəndəsi X2 mülki işin aidiyyəti üzrə baxılması üçün Bakı Kommeriya Məhkəməsinə göndərilməsinə etiraz etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM): 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 44.2.2-ci maddəsinə əsəsən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. 45.1-ci maddəsinə əsasən məhkəməyə aidiyyət ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş materiallarındakı məlumatlar əsasında aidiyyət qaydalarına əməl edilməklə iddia ərizəsi Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatına qəbul olunsa da, məhkəmə baxışı zamanı cavabdeh məhkəmə müraciət edərək, işin aiddiyyət qaydalarını pozmaqla icraata qəbul edildiyini bildirmişdir. İş materiallarından görünür ki, hər iki tərəf hüquqi şəxsdir və hazırkı mubahisə torpaq sahəsi ilə bağlı olsa da, bunun tərəflərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar yaranmış mübahisə olub-olmadığı aydın deyil. Məhkəmə hesab edir ki, mülki işə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsində baxılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 35.2, 44.2.1, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “zəbt edilmiş torpaq sahəsindən çıxarılma və yolun bağlanmasının cavabdehə qadağa edilməsi” tələbinə dair 2(007)-1142/2021 saylı mülki iş aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar