Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1143/2022 19.05.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi Məhkəmə iclas katibi Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “mənzilin təhvil verilməsi və kirayə haqqının ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “mənzilin təhvil verilməsi və kirayə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2400 (iki min dörd yüz) manat pulun cavabdeh "xxxx" MMC-dən alınaraq ona ödənilməsi, müqavilə üzrə nəzərdə tutulmuş mənzillə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 14.06.2016-cı il tarixində onunla "xxxx" MMC arasında 26 nömrəli müqavilə imzalanmış və həmin müqaviləyə əsasən MMC onun Bakı şəhəri, Nizami rayonu, Əzimzadə 22 ünvanında yerləşən 2 mərtəbəli müvəqqəti yaşadığı evi sökərək tikinti işləri aparacağını, həmin müvəqqəti yaşadığı evin əvəzində ona ümumi sahəsinə 20% əlavə edilməklə yeni tikiləcək binada təmirlə mənzil verəcəyini, həmçinin yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədilə 1 otaqlı mənzil üçün hər ay 300 manat kirayə haqqı verəcəyini öhdəsinə götürmüş və həmin məbləğ onun bank hesabına ("xxxx") köçürülməli idi. Lakin MMC müqavilə üzrə öhdəliyini vaxtı-vaxtında icra etməkdən yayınmışdır. Belə ki, hesabdan çıxarışdan göründüyü kimi 2016-cı ildə 2 ay, 2017, 2018, 2019, 2020, 2021, 2022-ci illərdə 1 ay olmaqla, ümumilikdə 8 ay kirayə haqqı ödənilməmişdir. Beləliklə, şirkət tərəfindən ona 2400 manat manat ödənilməlidir. O qeyd edir ki, onun kirayə haqqı ödəməyə gücü çatmır. Maddi imkanı çox pisdir. Məcburi köçkündür, yaşlı, tənha, xəstə insandır. 84 yaşı var, aldığı pensiya onun dərmanlarına çatmır. O, necə hər ay 300 manat ödəniş etsin. 2400 manatı borc-xərclə ödəmişdir. MMC-yə dəfələrlə müraciət etsə də onlar onun müraciətinə müsbət yanaşmamış və ödənişləri hər ay vaxtında etdiklərini bildirmişlər. Onun hesabdan çıxarışı var və həmin çıxarış ödənişlərin hansı aylar üzrə olunmadığını aydın göstərir. MMC 6 ildir ki, nə onun mənzilini təhvil verir, nə də kirayə haqqını vaxtında ödəmir. Bu yaşında küçələrdə qalmış, çox acınacaqlı vəziyyətə düşmüş,qoca vaxtında güc-bəla ilə yollara düşüb kömək istəyir. Cavabdehin ona ödəməli olduğu pul məbləği ümumilikdə 2400 manat təşkil edir. Həmçinin müqavilə öhdəliklərini icra etmədiyinə görə o, 6 ildir ki, evsiz qalmışdır. Binanın çoxdan hazır olduğuna və yaşayış olduğuna baxmayaraq onu müvafiq mənzillə təmin etmirlər. bu səbəbdən də ödənilməmiş kirayə haqqından əlavə onun müqavilədə nəzərdə tutulan evlə təmin edilməsini tələb edir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. O əlavə olaraq qeyd etdi ki, Bakı şəhəri Nizami rayonu, Əzimzadə 22 ünvanında yerləşən 2 mərtəbəli yataqxanada məskunlaşmışdır. MMC-dən gəlib oranı sökəcəklərini bildirmiş və əvəzində ona ümumi sahəsinə 20% əlavə etməklə yeni tikiləcək binada təmirli mənzil verəcəyini və tikinti başa çatanadək hər ay 300 manat kirayə haqqını verəcəyinə dair öhdəlik götürmüşlər. MMC 1 ay nağd ödədikdən sonra kirayə pulunu bank hesabına köçürmüşlər, bir müddətdən sonra isə MMC tərəfindən kirayə pulu ödənilmədi. Müqavilədə qeyd edilmişdir ki, məcburi köçkünlər öz yerlərinə köçüb gedənə kimi mənzillə təmin ediləcək və kirayə pulu veriləcək. Həmin tikilən evləri MMC başqalarına satmışdır. O, MMC-yə kirayə haqqını vermələri üçün müraciət etmiş, onlar da verdiklərini demiş,o da kirayə pulu qalması ilə bağlı bankdan çıxarış almışdır. 10 aydır MMC kirayə pulumu vermir. MMC onu evlə təmin etsin, sonra Füzuliyə köçəndə evi qaytarıb özlərinə verəcək. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh "xxxx" MMC-nin nümayəndələri məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 14.06.2016-cı il tarixli müqavilənin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Əzimzadə küçəsində yerləşən ev 22, 24 saylı mənzilli yaşayış binasının söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək “Mülkiyyətçi”nin söküntüsü nəzərdə tutulmuş binada mülkiyyətində olan mənzilin həmin mərtəbə səviyyəsində dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə sökülməsinə görə həmin mənzilin ümumi sahəsinə 20 % əlavə edilməklə təmirli mənzilin “Mülkiyyətçi”nin mülkiyyətinə verməyi öhdəsinə götürmüş, “Mülkiyyətçi”nin yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədilə 1 otaqlı mənzil üçün aylıq 300 manat kirayə haqqını və müqavilədə göstərilən müddətdə MMC-dən müqavilə ilə razılışdırılmış şərtlərə uyğun şəkildə mənzili tələb etmək hüququ, yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 16 ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə əsasən “Mülkiyyətçi”yə mənzili təmir edib təhvil verilməsi, bu binada məskunlaşmış məcburi köçkünlər öz yerlərinə qayıtdıqdan və yaxud dövlət tərəfindən digər başqa bir mənzillə təmin edildikdən sonra bu mənzili qeyri-şərtsiz MMC-yə təhvil verilməsi müəyyən edilmişdir. - AA 453346 seriyalı Məcburi köçkün vəsiqəsindən görünür ki, İddiaçı 1993-cü ildə Füzulini tərk etmiş, vəsiqə ona 16.09.2020-ci il tarixdə verilmişdir. - Bank hesabından çıxarışdan görünür ki, "xxxx" MMC tərəfindən 2016-cı ilin iyun ayında müqavilə bağlanıldığı vaxtdan 2022-ci ilin fevral ayına kimi 8 ay üçün hər ay üçün 300 manat kirayə haqqı olmaqla ümumilikdə olmaqla 2400 manat kirayə haqqı ödənilməmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə "xxxx" MMC arasında 14.06.2016-cı il tarixli müqavilə bağlanmşdır. Həmin müqaviləyə əsasən, "xxxx" MMC Bakı şəhəri, Nizami rayonu, Əzimzadə küçəsində yerləşən 22 saylı evin, 24 saylı mənzilli yaşayış binasının söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək İddiaçı mülkiyyətinə həmin mənzilin ümumi sahəsinə 20% əlavə edilməklə təmirli mənzil verməyi, İddiaçı yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədilə 1 otaqlı mənzil üçün aylıq 300 manat kirayə haqqını verməyi, yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 16 ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə əsasən ona mənzili təmir edib təhvil verməyi öhdəsinə götürmüş və bu binada məskunlaşmış məcburi köçkünlər öz yerlərinə qayıtdıqdan və yaxud dövlət tərəfindən digər başqa bir mənzillə təmin edildikdən sonra bu mənzilin qeyri-şərtsiz MMC-yə təhvil verilməsi müəyyən edilmişdir. Bununla yanaşı, İddiaçı 2016-cı ilin iyun ayında müqavilə bağlanıldığı vaxtdan sonra aydan 2022-ci ilin fevral ayına kimi 8 ay üçün hər ay üçün 300 manat kirayə haqqı olmaqla ümumilikdə olmaqla 2400 manat kirayə haqqı ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.3-cü maddəsinə əsasən-istifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərək və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə qeyd edir ki, İddiaçı ilə "xxxx" MMC arasında 14.06.2016-cı il tarixli müqavilə bağlanmşdır. Həmin müqaviləyə əsasən, "xxxx" MMC Bakı şəhəri, Nizami rayonu, Əzimzadə küçəsində yerləşən ev 22, 24 saylı mənzilli yaşayış binasının söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək İddiaçı mülkiyyətinə həmin mənzilin ümumi sahəsinə 20% əlavə edilməklə təmirli mənzil verməyi, İddiaçı yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədilə 1 otaqlı mənzil üçün aylıq 300 manat kirayə haqqını verməyi, yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 16 ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə əsasən ona mənzili təmir edib təhvil verməyi öhdəsinə götürmüşdür. O cümlədən, bu binada məskunlaşmış məcburi köçkünlər öz yerlərinə qayıtdıqdan və yaxud dövlət tərəfindən digər başqa bir mənzillə təmin edildikdən sonra bu mənzilin qeyri-şərtsiz MMC-yə təhvil verilməsi müəyyən edilmişdir. Ancaq "xxxx" MMC tərəfindən müqavilədə nəzərdə tutulmuş öhdəliklər yerinə yetirilməmiş, İddiaçı İddiaçı məcburi köçkün olaraq öz yerinə qayıtmadığı və ya dövlət tərəfindən digər başqa bir mənzillə təmin edilmədiyi halda tikinti işləri 16 ay müddətinə başa çatsa da müqavilə şərtlərinə əsasən İddiaçı Bakı şəhəri, Nizami rayonu, Əzimzadə küçəsində yerləşən ev 22, 24 saylı mənzilin sökülməsinə görə ümumi sahəsinə 20% əlavə edilməklə təmirli mənzil verilməmiş, İddiaçı 2016cı ilin iyun ayında müqavilə bağlanıldığı vaxtdan sonra aydan 2022-ci ilin fevral ayına kimi 8 ay üçün hər ay üçün 300 manat kirayə haqqı olmaqla ümumilikdə olmaqla 2400 manat kirayə haqqı ödənilməmişdir. Beləliklə, məhkəmə müqavilədə göstərilən müddəaların "xxxx" MMC tərəfindən pozulduğunu nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin təmin edilməli, "xxxx" MMC tərəfindən İddiaçı ilə aralarında bağlanılmış 14.06.2016-cı il tarixli müqavilə üzrə İddiaçı Bakı şəhəri, Nizami rayonu, Əzimzadə küçəsində yerləşən ev 22, 24 saylı mənzilin sökülməsinə görə həmin mənzilin ümumi sahəsinə 20% əlavə edilməklə bu sahədə yeni tikilməsi nəzərdə tutulan yaşayış binasında yeni mənzil təhvil verilməli və "xxxx" MMC-dən İddiaçı xeyrinə kirayə haqqı qismində 2400 manat vəsaitin əvəzi tutulmalıdır. Həmçinin cavabdeh "xxxx" MMC-yə izah edilməlidir ki, İddiaçı ona veriləcək mənzil məcburi köçkünlər öz yerlərinə qayıtdıqdan və yaxud iddiaçı dövlət tərəfindən digər başqa bir mənzillə təmin edildikdən sonra "xxxx" MMC-yə qaytarılmasını iddiaçıdan tələb etmək hüququ vardır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat +10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi dövlət rüsumu ödənilir. 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilir. 9.1.20-ci maddəsinə əsasən şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı məcburi köçkün olduğu və dövlət rüsumu ödəməkdən azad olduğu üçüni iddiaçının ödəməkdən azad olduğu 144 manat dövlət rüsumu cavabdeh "xxxx" MMC-dən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. "xxxx" MMC tərəfindən İddiaçı ilə aralarında bağlanılmış 14.06.2016-cı il tarixli müqavilə üzrə İddiaçı Bakı şəhəri, Nizami rayonu, Əzimzadə küçəsində yerləşən ev 22, 24 saylı mənzilin sökülməsinə görə həmin mənzilin ümumi sahəsinə 20% əlavə edilməklə bu sahədə yeni tikilməsi nəzərdə tutulan yaşayış binasında yeni mənzil təhvil verilsin. "xxxx" MMC-dən İddiaçı xeyrinə kirayə haqqı qismində 2400 manat vəsaitin əvəzi tutulsun. "xxxx" MMC-dən İddiaçı azad olduğu dövlət rüsumuna görə 144 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-1143/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1143/2022
19.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver