Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1146/2020 21.09.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X6 qızına qarşı “mənzildən istifadə hüquqlarına xitam verilməsi və mənzilin boşaldılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzildən istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" KB ASC-nin mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsində yerləşən 94b saylı evin 17 saylı mənzilinə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X6 qızının istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" KB ASC hərrac vasitəsi ilə Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsində yerləşən 94b saylı evin 17 saylı mənzilini almışdır. Bu barədə AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 01.11.2019-cu il tarixdə daşınmaz əmlakın döxlət reyestrində qeydiyyat aparılmışdır, eləcə də ********** qeydiyyat nömrəli Çıxarışla iddiaçı "xxxx" KB ASC-nin mülkiyyət hüququ təsdiq edilmişdir. “Elektron notariat” X1 əldə olunmuş 13.01.2020-ci il tarixli çıxarışa əsasən iddiaçı "xxxx" KB ASC-nin mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsində yerləşən 94b saylı evin 17 saylı mənzilində hal-hazırda iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qeydiyyatdadırlar və bu şəxslərin mübahisəli evdə qeydiyyatda qalmaları iddiaçı "xxxx" KB ASC-nin mülkiyyət hüquqlarının icrasına müəyyən məhdudiyyətlər varadır. Belə ki, həmin əmlakın qanuni özgəninkiləşdirilməsi bu şəxslərin iradəsindən asılı edilməkdədir. Qeyd olunan fərdi yaşayış evinin hazırda mülkiyyətçisi olan iddiaçı "xxxx" KB ASC ilə keçmiş mülkiyyətçi Cavabdeh1 və onun ailə üzvləri arasında nə qanunla müəyyən edilmiş qaydada razılaşma var, nə də ki, belə bir razılaşmanın rəsmi reyestrdə qeydi var. Belə olduğu təqdirdə, hazırki iş üzrə Cavabdeh1 və onun ailə üzvlərinin həmin fərdi yaşayış evinə heç bir hüququ yoxdur. Bu səbəbdən keçmiş mülkiyyətçi Cavabdeh1 və onun ailə üzvlərinin Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsində yerləşən 94b saylı evin 17 saylı mənzilində qeydiyyatda olması və orada yaşamaları qeyri-qanunidir. Məhkəmə iclasında iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 dekabr 2018-ci il tarixli, 2(102)-8316/2018 nömrəli qərarının surətindən görünür ki, Bakı şəhəri, Nizami rayon Məhkəməsinin 2(007)-151/2018 saylı 07 mart 2018-ci il tarixli qətnaməsi ilə "xxxx" KB ASC-nin iddiası qismən təmin edilərək, 20 noyabr 2014-cü il tarixi 062UG/14 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 25 noyabr 2014-cü il tarixli 0620/14 saylı əlavə kredit müqaviləsinə gorə əsas kredit borcu üzrə 43.275,47 ABŞ Dolları, faiz borcu üzrə 5830,49 ABŞ dolları, cərimə borcu üzrə 500.0 ABŞ dolları, cəmi 49.605,96 ABŞ dolları borc qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə, 09 iyul 2015-ci il tarixli 134G/15 saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 12.205,82 manat, faiz borcu üzrə 193,94 manat, cərimə borcu üzrə 200,0 manat cəmi 12.599,76 manat borc, ödənilmiş 30,0 manat dövləl rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30,0 manat pulun əvəzi X5 və X2 müştərək qaydada "xxxx" X7 Səhmcar Cəmiyyətinin xeyrinə tutulması, tutmanın ipoteka qoyulmuş, X3 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsində yerləşən 94b saylı evin 17 saylı mənzilinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına X3 hazırkı iş üzrə "xxxx" X7 Səhmdar Cəmiyyətinə olan borcunun ödənilməsi, mənzilin hərracda ilkin satış qiymətinin 120.000 manat məbləğində müəyyən edilməsi, hərrac yolu ilə əldə edilən pul vəsaitindən "xxxx" X7 Səhmdar Cəmiyyətinə olan borca ödənildikdən sonra artıq qalan pul vəsaitinin X4 veriiməsi, hərrac yolu ilə satıldıqdan 1 ay sonra cavabdehlər Əliyev Füzuli Səmid oğlu, Cəfərova (Əlizadə) Həmidə Fizuli qızı və Cavabdeh1 yaşadığı Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsində yerləşən 94b saylı evin 17 saylı mənzilin boşaldılması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-8446/2018 nömrəli iş üzrə 26 iyul 2018-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 07 mart 2017-ci il tarixli qətnaməsi cavabdeh X3 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-8446/2018 nömrəli iş üzrə 26 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan ƏMDK yanında DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın sürətində görünür ki, Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsində yerləşən 94b saylı evin 17 saylı mənzili "xxxx" KB ASC-nin adına xüsusi mülkiyyət kimi 01.11.2019-cu il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan 13 yanvar 2020-ci il tarixli “Elektron notariat” X1 Çıxarışdan görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 X6 qızı Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsində yerləşən 94b saylı evin 17 saylı mənzilində qeydiyyatdadırlar. İş materiallarında olan AZ-İ 829278 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh4 25 iyun 2016-cı il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüquq subyektin mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərənsam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən -mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi cəhətdən təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsində yerləşən 94b saylı evin 17 saylı mənzili 01 noyabr 2019-cu il tarixdə iddiaçının adına qeydiyyatdan keçirilmiş və hal-hazırda mülkiyyətindədir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçıya məxsus mənzildə qeydiyyatdadırlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında çıxarılır. Bununla bağlı məhkəmə qeyd edir ki, qətnamə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X6 qızının sözügedən mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, iddiaçı "xxxx" KB ASC-nin mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsində yerləşən 94b saylı evin 17 saylı mənzilinə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X6 qızının istifadə hüquqlarına xitam verilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı "xxxx" KB ASC-nin mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsində yerləşən 94b saylı evin 17 saylı mənzilinə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X6 qızının istifadə hüquqlarına xitam verilsin. Qətnamə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X6 qızının Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsində yerləşən 94b saylı evin 17 saylı mənzilindən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-1146/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1146/2020
21.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver