Məhkəmə qərarları › İş №2(007)-1146/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-1146/2024

07.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-1146/2024 07.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Cəfərova Ləman Faiq qızının katibliyi ilə, İddiaçı X5 cavabdeh X2rşı “nikahın etibarsız sayılması” tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X6 cavabdeh X2rşı “nikahın etibarsız sayılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmiş, iş üzrə hazırlıq iclası təyin edilmişdir. İddiaçı X6 məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, iddia ərizəsində qeyd etmişdir ki, 2016-cı ildə olmuş toylarından 1 il əvvəl Cavabdeh ilə bu saxta nikahlarını xx.xx.2015-ci il tarixdə 5 Saylı Bakı Asan Xidməti Qeydiyyat Şöbəsində rəsmilləşdirmişlər. Bu etibarsız nikahın bağlanmasının əsas səbəbkarı bunu məcbur etdirən onun ailə üzvləri olmuşdur. Çünki ilk başdan cavabdeh X1 ailə qurmaq niyyəti olmadığı üzə çıxmışdır. Sonra isə o başa düşmüşdür ki, onun cavabdehlə bir ömür boyu bir ailə kimi yaşamaq fikri yoxdur və çox təəssüf ki, aralarında heç bir əsası olmayan nikah vardır. Qeyd olunanlara əsasən, iddia ərizəsinin, ona əlavə edilmiş bütün sənədlərin (dövlət rüsumunun) qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Həmçinin, iddiaçının vəkili-nümayəndəsi Vəkil3 da elektron kabinet vasitəsilə məhkəməyə ərizə verərək, iddiaçının iddia ərizəsinin qaytarılmasını xahiş etdiyini bildirərək iddia ərizəsinin, ona əlavə edilmiş bütün sənədlərin (dövlət rüsumunun) qaytarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan hazırkı ərizənin müzakirə olunmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud ərizəçinin vəsatəti ilə ərizə qaytarıla bilər. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli, 3 nömrəli Qərarının xx.xx.2021-ci il tarixli, 21 nömrəli qərar ilə yeni redaksiyada verilmiş 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Məhkəmə hesab edir ki, iddiaçının ərizəsi nəzərə alınaraq, sözügedən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən, qərardad iş üzrə ödənilmiş dövlət rüsumunun geri qaytarılması üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçı X5 cavabdeh X2rşı “nikahın etibarsız sayılması” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılsın. Qərardad iddiaçı X6 tərəfindən ödənilmiş 50,60 manat (FİN: xxxxxxx, qəbzin nömrəsi: **********, tarix: 31.01.24-cü il) dövlət rüsumunun qaytarılması üçün əsasdır. Qərardadın icrası dövlət rüsumunun qaytarılması hissəsində Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar