Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1162/2020 09.09.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh və üçüncü şəxs X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşıüçüncü şəxs qismində X4 cəlb edilməklə “yaşayış sahəsinə köçürülmə” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı üçüncü şəxs qismində X4 cəlb edilməklə “yaşayış sahəsinə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,onun ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 1991-ci ildə qeydiyyata alınaraq rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan bir uşaqları anadan olmuşdur. İlk vaxtlar münasibətləri yaxşı olsa da, sonradan xasiyyətimizdə uyğunsuzluq yaranmışdır. 17 yanvar 2003-cı il tarixdə aralarında bağlanmış nikah pozulmuşdur. Ba barədə Bakı şəhəri, Nizami rayonu VVADQ Şöbəsi tərəfindənn AZ-İ 002486 nömrəli nikahın pozulması haqqında şəhadətnamə verilmiş, 2003-cü ilin yanvar ayının 17 günündə 14 nömrə ilə qeyd edilmişdir. ünvan 1 ünunında yerləşən mənzilə gəlin köçmüş və orada yaşamışdır. Onların aralarında nikah münasibətləri pozulduqdan sonra cavabdeh evdə demək olar ki, hər gün dava - dalaş salmış, məcburiyyət qrşısında mənzil kirayələyərək orda yaşamışdır. Evə gələrkən evin qapısının açarlarının dəyişdirildiyinin şahidi olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, 2003-cü ildə mübahisəli mənzildən köçmüşdür. Hazırda həmin mənzildə heç bir əşyası yoxdur. Rayaondakı evləri qardaşınındır o özü uzun müddətdir Bakı şəhərində kirayə qalır. Onun iddia qaldırmaqda əsas məqsədi atası tərəfindən evladına maddi köməklik göstərməsini istəməsidir. İddiasi təmin olunsa həmin mənzilə faktiki köçmək fikrində deyil. Mənzilin İddia ərizəsinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və əlavə olaraq göstərdi ki, həmin evdə 15 adam qalır, iddiaçı ilə ailə münasibətləri alınmamış və ayrılmışlar. Atası öləndən sonra, yəni 2014-cü il tarixdə həmin ev qardaşının adına keçmişdir. Oğlu üçün hər şey etməyə hazırdır, ondan imtina etmir, oğlu nun yanına gəlir qalır gedir. Budan başqa iddiaçının rayonda evi, torpağı var. Qardaşı burdadır, özü hər şeyi izah edə bilər. Həmçinin bu ev, onun ata evidir, 55 ildir orada qalırlar. Göstərdiklərinin nəzərə alınmasını və iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs X4 izahat verərək göstərdi ki, iddiaçı 21 ildir ki, evdən gedib və cehizlərini aparıb. Özü 2-ci qrup əlildir. Evdə 9 ailə qalır. İddiaçı necə gəlib onlarla qalacaq ki, yer yoxdur. İmkanları yoxdur ki, iddiaçıya köməklik etsinlər. Pul da verə bilmirlər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışın surətindən görünür ki, ünvan 2 xüsusi mülkiyyət hüququ üzrə X1 adına 22 dekabr 2015-ci il tarixdə qeydə alınmışdır. - Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamenti Nizami rayon MKTB-nin 50 saylı MKİS-in 18 may 2020-ci il tarixli, 123 nömrəli arayışından görünür ki, İddiaçı, X2 məxsus olan ünvan 2 ünvanında qeydiyyatdadır. - AZ-İ 002486 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X3 arasında olan nikah 17 yanvar 2003-cü il tarixdə ləğv edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Cavabdeh ilə 1991-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. ünvan 1 ünvanında yerləşən mənzilə gəlin köçmüş və orada yaşamışdır. 17 yanvar 2003-cü il tarixdə aralarında bağlanmış nikah pozulmuşdur. Onların aralarında nikah münasibətləri pozulduqdan sonra həmin mənzildən köçmüşdür. Hazırda mənzilə köçürülmə tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, baxılan iş üzrə iddiaçının mübahisəli mənzilə istifadə hüququnun 01 oktyabr 2009-cu il tarixədək yarandığı işin mübahisəsiz halıdır. Ona görə də mübahisəyə həmin dövrdə qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəaları tətbiq olunmalıdır. Həmin Məcəlləyə əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır (maddə 60). Kirayəçi və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsindən digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir və yaşayış sahəsinə hüququ itirilir (maddə 87). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi ilə əlaqədar məhkəmələrdə mübahisələrə baxılarkən nəzərə alınmalıdır ki, mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Habelə, həmin Məcəllənin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında nəzərdə tutulan əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum edə bilməz. Qanunvericilin sadalanan normalarının məzmunundan göründüyü kimi, iddiaçının mübahisəli mənzilə istifadə hüququnu itirməsi üçün onun 6 aydan artıq müddətə daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya başqa yaşayış sahəsinə köçməsi müəyyən edilməlidir. İddiaçı 1991-ci ildə rəsmi nikaha daxil olması ilə əlaqədar ünvan 2 ünvanına köçmüş, özünün bildirdiyi məlumata əsasən 2003-cü ilədək orada yaşamışdır. Ailə münasibətləri pozulduqdan sonra həmin mənzili tərk etmişdir. Məhkəmə nəzərə alır ki, iddiaçı 2003-ci ildən sonrakı 17 il ərzində də davamlı olaraq mübahisəli mənzildə yaşamayıb. İddiaçının məhkəmə iclasında veridi izahatı ilə müəyyən olunmuşdur ki, mübahisəli mənzildən köçərkən əşyalarını da aparmışdır. Qeyd olunan hallar iddiaçının 2003-cü ildə mübahisəli mənzildən daimi yaşamaq üçün başqa mənzilə köçdüyü və həmin tarixdən 6 ay sonra mənzilə istifadə hüququnu itirdiyi barədə birmənalı qənaətə gəlməyə əsas verir. Məhkəmə onu da qeyd edir ki, iddiaçı mübahisəli mənzildən köçdükdən sonra evin mülkiyyətçisi də dəyişmişdir. 01 sentyabr 2000-ci ildən qüvvədə olmuş Mənzil Məcəlləsinin 228.2-ci maddəsinə əsasən iddiaçının mənzilə istifadə hüququnun yaranması üçün bununla bağlı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşmanın olması tələb olunurdu. Həmçinin yuxarıda sadalanan hallar baxımından iddiaçı həmin maddənin 228.5-ci maddəsinin mənasına görə mülkiyyətçinin ailə üzvü (əri, arvadı, valideynləri, uşaqları) hesab edilmirdi. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsini Cavabdeh qarşı versə da, Cavabdeh cavab verməli şəxs deyil. Belə ki, Cavabdeh mübahisəli mənzilin mülkiyyətçisi deyil, istifadəçisidir. Ona görə də, məhkəmə hesab edir ki, mənzilə köçürülmə tələbinə dari iddia ərizəsi, mübahisəli mənzilin istifadəçisinə qarşı qaldırıldığı üçün, iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı üçüncü şəxsqismində X4 cəlb edilməklə “onun ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edilmədiyindən məhkəmə xərclərinə aid olan ödənilmiş 10 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı üçüncü şəxs qismində X4 cəlb edilməklə “onun ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş 10,0 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Baki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-1162/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1162/2020
09.09.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver