Məhkəmə qərarları › İş №2(007)-1166/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1166/2020

04.03.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1166/2020 04.03.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs1nə və Qubadlı rayon Qeydiyyat şöbəsinə qarşı “doğum akt qeydinin bərpa edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: ƏrizəçiƏhmədovMərdan Əhmədoğlumaraqlı şəxsBakı şəhəriNizamirayonQeydiyyat şöbəsinə və Qubadlı rayonQeydiyyat şöbəsinə qarşı “doğumaktqeydininbərpaedilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1966-cı ildə Azərbaycan Respublikasının Qubadlı rayonunda anadan olması, atasının X9, anasının isə X5 olmasına dair Qubadlı rayon qeydiyyat şöbəsinin verdiyi doğum haqqında akt qeydinin bərpa olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Ərizəçi oğlu xx.xx.1966-cı il tarixdə Qubadlı rayonunda anadan olmuşdur. X3, atası X9 olmuşdur. Qaçqınçılıq vaxtı doğum haqqında şəhadətnaməsini itirmişdir. Akt qeydinin bərpası və yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxs1nə müraciət etsə də həmin orqan tərəfindən doğum haqqında akt qeydini təsdiqləyən sənədlərin olmaması səbəbindən ərizənin təmin olunmasının mümkünsüz olması bildirilmiş, bununla əlaqədar məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Bununla belə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X6nın Reyestr Xidmətinə etdiyi müraciətə cavabda isə bildirilmişdir ki, 1963-1969-ci illər üzrə ilkin, 1967-1972-ci illər üzrə bərpa akt qeydləri üzrə xidmətin arxivində saxlanılan akt qeydləri, habelə “X6nın X1 sistemindəki məlumatlar yoxlanılmış və doğumun qeydə alınması aşkar edilməmişdir. Həmçinin qeyd edilən halla bağlı arayış məktuba əlavə olunmuşdur. Bundan əlavə Qubadlı Rayon Qeydiyyat Şöbəsinin 04 fevral 2020-ci il tarixli cavabından da göründüyü kimi itmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı məhkəmə qaydasında müəyyən edilir, doğum haqqında akt qeydinin bərpası üçün yaşadıqları rayonun məhkəməsinə müraciət edə biləcəyini bildirilmişdir. Qardaşı özünə məxsus olan əmlakı ona bağışlamaq istəyir, reyestrdə qeydə alınmalı əmlakla bağlı bağışlama müqaviləsi notarial qaydada təsdiq edilməli olduğundan, doğum haqqında şəhadətnamə olmadan bağışlama müqaviləsinin təsdiq edilməsi mümkün olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilən akt qeydinin əvvəllər mövcüd olması isə ASAN 4 tərəfindən 26.04.2016-cı il tarixdə verilmiş şəxsiyyət vəsiqəsi təsdiq edir, həmçinin qohumlar təsdiq edə bilərlər, onun doğum haqqında şəhadətnaməsi olmuş, əks halda şəxsiyyət vəsiqəsini belə ala bilməzdi, sadəcə olaraq qaçqınçılıq vaxtı canlarının dərdində olduqlarından doğum haqqında şəhadətnaməni düşünə bilməmişlər, qeyd edilən vaxt şəhadətnaməni itirmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib, ərizənin məzmununa uyğun izahat verdi və ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki iclaslarında X12 şahid qismində ifadə verərək göstərmişdir ki, Ərizəçi böyük bacısıdır. 1946-cı ildə anadan olmuşdur. Ailədə 10 uşaq olmuşlar. Mərdən Əhmədov sonuncudur. 1965-ci ildə andan olmuşdur. X2, ataları isə X7r. Məhkəmənin əvvəlki iclaslarında X10 şahid qismində ifadə verərək göstərmişdir ki, ərizəçinin qardaşıdır. 1960-cı ildə anadan olmuşdur. X2, ataları isə X7r. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs1 və Qubadlı rayon Qeydiyyat şöbəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, maraqlı şəxslərin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünürki, ƏhmədovMərdan Əhmədoğluxx xxxxx 1966-cı iltarixdə Qubadlırayonundaanadanolmuşdur; - NizamirayonQeydiyyat şöbəsinin ƏhmədovMərdan Əhmədoğluna ünvanlanmış 21 yanvar 2020-ciiltarixliməktubunda göstərilmişdir ki, doğum haqqında akt qeydinin bərpası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “X6nın qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən müddəalar”a uyğun olaraq aparılır. Bununla bağlı müvafiq sənədlər şöbəyə təqdim olunmadığına görə ərizəsinin icrası imkan xaricindədir. Məhkəməyə müraciət etməsi tövsiyyə olunur; - Qubadlı rayonQeydiyyat şöbəsininƏhmədovMərdan Əhmədoğluna ünvanlanmış 04fevral 2020-ciiltarixliməktubunda göstərilmişdir ki, doğum haqqında akt qeydinin bərpası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “X6nın qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən müddəalar”a uyğun olaraq aparılır. Bununla bağlı müvafiq sənədlər şöbəyə təqdim olunmadığına görə ərizəsinin icrası imkan xaricindədir. Məhkəməyə müraciət etməsi tövsiyyə olunur; - Ədliyyə Nazirliyi X6nın Reyestri Xidmətinin ƏhmədovMərdan Əhmədoğluna ünvanlanmış 17 yanvar 2020-ci il tarixli məktubundan görünür ki, 1963-1969-cu illər Qubadlı rayon qeydiyyat şöbəsi Xanlıq və Zülanlı icra nümayəndəlikləri üzrə ilkin, 1967- 1972-ci illər bərpa akt qeydləri üzrə X6nın reyestri xidmətinin arxivində saxlanılan akt qeydləri, habelə “X6” X1 Sistemindəki məlumatlar yoxlanılmış və doğumun qeydə alınması halı müəyyən edilməmişdir. - Seriya AA 217341 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, 1966cı il təvəllüdlü Ərizəçi 1993-cü il tarixdən Qubadlı rayonundan məcburi köçkündür. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi xx xxxxx 1966-cı il tarixdə Qubadlı rayonunda doğulmuşdur. Hazırda ərizəçinin doğum haqqında şəhadətnaməsini itirdiyindən, doğum akt qeydinin bərpa edilməsinə dair məhkəməyə müraciət etməli olmuşdur. Yuxarıda qeyd edilən hallarla müəyyən olunur ki, ərizəçinin müvafiq sənədləri başqa qaydada əldə etməsi qeyri-mümkündür, ona görə ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir. Məhkəmədə tədqiq edilmiş sənədlərlə isə ərizənin əsaslı olması tam təsdiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.1 və 307.2.11-ci maddələrinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, hüquqi əhəmiyyəti olan fakt təsdiq edilir, ona görə həmin ərizə təmin edilməli, ƏhmədovMərdan Əhmədoğlununxx xxxxx 1966-cı il tarixdə Qubadlı rayonunda anadan olmasının qeyd edilməsi faktı müəyyən edilməklə, onun doğum haqqında akt qeydi bərpa edilməli, ƏhmədovMərdan Əhmədoğlununtəvəllüdü xx xxxxx 1966-cı il, doğulduğu yer Qubadlı rayonu, atası X9; X3 kimi yazılmalıdır. Azərbaycan Respublikası MPM-nin 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, X6nın qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və X6nın dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Məhkəmə qeyd edir ki, doğum haqqında yeni şəhadətnamənin verilməsinin Bakı şəhəri Maraqlı şəxs1nə həvalə edilməsi barədə ayrıca qərar qəbul edilməsi zərurəti yoxdur, hazırkı qətnamə sözügedən X6 qeydiyyatının aparılaraq şəhadətnamənin verilməsi üçün əsasdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçixx xxxxx 1966-cı il tarixdə Qubadlı rayonunda anadan olmasının qeyd edilməsi faktı müəyyən edilsin və onun doğum haqqında akt qeydi bərpa edilsin. ƏhmədovMərdan Əhmədoğlununtəvəllüdü xx xxxxx 1966-cı il, doğulduğu yer Qubadlı rayonu, atası X9, X3yazılsın. Hazırkı qətnamə X6 qeydiyyatının aparılaraq doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Doğum haqqında yeni şəhadətnamənin verilməsi Bakı şəhəri Maraqlı şəxs1nə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar