Məhkəmə qərarları › İş №2(007)-1180/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1180/2021

02.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1180/2021 02.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Babək Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əlcanova Əfsanə Fərhad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair iddiа ərizəsi ilə Bаkı şəhəri Nizаmi Rаyоn Məhkəməsinə mürаciət еdərək, 07 avqust 2020-ci il tarixdə onunla Cavabdeh arasında bağlanan nikahın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiаçı iddiа tələbini оnunlа əsаslаndırmışdır ki, o, 07 avqust 2020-ci il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmuşdur. Qeyd etmək istəyir ki, Cavabdeh onun xalasıoğludur. Onlar bir ilə yaxın nişanlı olduqdan sonra 4 saylı Bakı Asan Xidmət X3 getmişlər və nikahlarını rəsmiləşdirmişlər. Respublikada olan pandemiya ilə bağlı toylarının vaxtını hələ müəyyənləşdirməmişlər. Həmin ərəfələrdə Cavabdeh oğu aralarında sevgi və qarşılışlı münasibət olmamışdır. Nikah qeydə alındıqdan sonra onlar ayrı-ayrılıqda hərəsi öz evlərinə getmişlər. Cavabdehlə rəsmi nikahda olmaqlarına baxmayaraq toyları baş tutmamışdır. Cavabdehlə faktiki nikah münasibətində olmamışlar və birgə təsərrüfat aparmamışlar. Toya qədər olan vaxtda cavabdehlə arasında mübahisələr baş vermişdir ki, bu da toyun artıq olmamasına səbəb olmuşdur. Bu günə qədər onlar cavabdehlə faktiki olaraq ər-arvad olmamışlar və sayılmırlar. Onlar heç bir gündə olsa bir yerdə yaşamamışlar və ümumi təsərrüfat aparmamışlar. Bunu cavabdeh özü də təsdiq edir. Beləliklə artıq 4 aydan artıq müddətdir ki, aralarında bağlanan nikah “saxta nikah” xarakteri daşyıyır, belə ki, hər ikisi ailə qurmaq niyyəti olmadan nikahlarının bağlanmasına razılıq vermişlər. Buna görə də, Cavabdeh Rəhi oğlu ilə aralarında bağlanmış nikahın etibarsız hesab edilməsi üçün məhkəməyə müraciət edir. Məhkəmə iclasında İddiaçı iddia ərizənin dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. 31 mart 2021-ci il tarixli məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, iddia tələbinə etiraz etmir, o rəsmi nikaha daxil olsa da, faktiki nikahda olmamışlar. Bir gün belə ərarvad kimi yaşamamışlar. Bu səbəbdən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, prosesdə iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadə verərək göstərdi ki, o, cavabdehin dostudur. İddiaçı və cavadeh kağız üzərində ailə qurmuşlar. Cavabdehin evinə gedib gəlmiş, amma iddiaçını görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadə verərək göstərdi ki, o, iddiaçının rəfiqəsidir. İddiaçı ilə cavabdeh bir ilə yaxın nişanlı olmuşlar. Nikahları rəsmi qeydiyata alınmış, amma toy pandemiyaya görə təxirə salınmışdır. Lakin bu vaxt ərzində tərəflər arasında narazılıq olmuşdur. Onları barışdırmaq istəmişlər, lakin alınmamışdır. Tərəflər faktiki nikah münasibətində olmamışlar. İddiaçı ilə cavabdehin evliliyi sadəcə sənəd üzərində olmuşdur. Onlar bir gün belə bir yerdə yaşamamışlar və Rübabə Ələkbərin evinə gəlin köçməmişdir. Hazırda birgə yaşaya bilməyəcəkləri qənaətinə gəlmişlər. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 07.08.2020-ci il tаriхdə vеrilmiş АZ-İİ № 403995 saylı nikah haqqında şəhаdətnаmədən görünür ki, 07.08.2020-ci il tаriхdə Cavabdeh ilə İddiaçı аrаsındа nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 07.08.2020-ci il tarixdə 1067 № ilə qеyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Həsənov, arvada İslamova soyadı verilmişdir. - Cavabdeh 10 fevral 2021-ci il tarixli ərizəsinin notarial qaydada təsdiq edilmiş sürətindən görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin işin məhkəmə baxış iclası 23 fevral 2021-ci il tarixə, saat 12:40-a təyin edilmişdir. Bildirmək istəyir ki, iddiaçının iddiası ilə tam razıdır. Nikahın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Həmçinin qeyd etmək istəyir ki, o, məhkəmə prosesində iştirak edə bilməyəcəkdir. Onun iştirakı olmadan prosesin keçirilməsini və qətnamə elan edilməsini xahiş etmişdir. Bеləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Lakin toy mərasiminin keçirilməsi koronovirus pandemiyası ilə bağlı təxirə salınmışdır. Bu müddət ərzində tərəflər arasında mübahisələr olmuşdur. Artıq iddiaçının tərəflər arasında yaranmış bu mübahisələrə görə cavabdehlə ailə qurmaq niyyəti yoxdur. Tərəflər arasında bağlanmış nikah heç bir hüquqi nəticə yaratmamışdır. Tərəflər heç vaxt birgə yaşamamış və birgə təsərrüfat aparmamışlar. Məhkəmə bахışı zаmаnı iddiaçı nikаhın etibarsız hesab edilməsində təkid etmiş, cavabdeh isə iddiaya etiraz etməmiş və bu barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 2.3-cü maddəsinə görə nikah kişi ilə qadının ailə qurmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. 25-ci maddəsinə əsasən bu Məcəllənin 10-12-ci maddələrində və 13.3-cü maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. 25.2-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında etibarsız sayılır. 25.4-cü maddəsinə əsasən etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. 26.1.3-cü maddəsinə əsasən nikah tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində və ya nikaha daxil olan şəxs nikahın bağlanmasının dövlət qeydiyyatı anında öz hərəkətlərinin mahiyyətini anlamaq və onları idarə etmək iqtidarında olmadıqda bağlanarsa — nikah bağlanarkən hüquqları pozulmuş ər (arvad) nikahın etibarsız sayılmasını tələb etmək hüququ vardır. Məhkəmə şahidlərinin ifadələrini həmin şəxslərin münasibətlərinin bilavasitə gördükləri üçün mötəbər sübut kimi qəbul edir. Məhkəmə iclasında şahidlər ifadə verərək bildirmişlər ki, tərəflərin nikahları sənəd üzərində olmuş, toy mərasimi keçirilməmişdir və tərəflər birgə yaşayıb təsərrüfat aparmamışlar. Məhkəmə belə qənaətə gəlir ki tərəflər arasında nikah bağlandıqdan sonra iddiaçının cavabdehlə aralarında baş verən mübahisələr səbəbindən ailə qurmaq niyyəti olmamış və məhkəmədə nikahın etibarsız hesab edilməsinə dair iddia qaldırmışdır. Cavabdeh də bu iddianı qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonar MPM): 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 223.1-ci maddəsinə əsasən məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, cavabdeh Cavabdeh iddia tələbini etiraf etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh Cavabdeh iddia tələbini etirafı qanuna zidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ilə İddiaçı arasında bağlanmış və 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 07.08.2020-ci il tarixdə 1067 nömrə ilə qeydə alınmış nikah etibarsız hesab edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında bağlanmış və 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 07.08.2020-ci il tarixdə 1067 nömrə ilə qeydə alınmış nikah etibarsız hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar