Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-1185/2025 17.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi Teymurov Ayaz Yunus oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “ödənilməyən məzuniyyət və ezamiyyət ödənişlərinin, son haqq-hesabın düzgün hesablanılması və ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: İddia tələbi :
1. İddiaçı Cavabdeh MMC-yə qarşı “ödənilməyən məzuniyyət və ezamiyyət ödənişlərinin, son haqq-hesabın düzgün hesablanılması və ödənilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh MMC-dən ödənilməyən məzuniyyət və ezamiyyət ödənişlərinin, son haqq-hesabın düzgün hesablanaraq cavabdeh tərəfindən 59603 manat məbləğində pulun ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar:
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İddiaçı xx.xx.2005-ci il tarixindən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində əmək müqaviləsi əsasında mühəndis vəzifəsinə işə qəbul olunmuşdur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus şirkətdə də işləmişdir. Xəstələndiyi üçün 3 gün işə gedə bilməmiş, lakin xəstə olmağı barədə rəhbərliyə məlumat vermişdir. Bütün bunlara baxmayaraq 20 il işdədiyi şirkət onu 10 oktyabr 2024-cü il tarixli əmr ilə ƏM-nin 70 ç maddəsi ilə əmək müqaviləsinə xitam vermişdir. Həmin şirkətdə işləyərkən əmək haqqısı 800 manat olmuş, lakin Füzuli şəhərində işlədiyi vaxt əmək haqqısı 1300 manat hesablanırdı. Şirkət tərəfindən əmək müqaviləsinə xitam verilsə də məzuniyyət, ezamiyyət ödənişləri, son haqq-hesab düzgün hesablanmamışdır. Bununla bağlı o, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Bakı şəhər idarəsinə müraciət etmişdir. Onlar isə onun müraciəti əsasında araşdırma aparmış, lakin şikrət tərəfindən sənədlər təqdim edilmədiyi üçün məhkəməyə müraciət etməyi tövsiyyə etmişlər. Göründüyü kimi qanunvericiliyin tələblərinə əsasən işəgötürən əmək müqaviləsinə xitam verilməsinin səbəblərindən və əsaslarından alılı olmayaraq istifadə olunmamış əmək məzuniyyətinə görə ona pul əvəzi ödəməli idi. Lakin, cavabdeh "xxxx" MMC ilə əmək müqaviləsinə xitam verilərkən istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi və bütövlükdə son haqqhesab hesablanaraq ona ödənilməmişdir. Qeyd olunanlar onu sübut edir ki, o işdən azad edildiyi vaxtda əmək haqqının və son haqq-hesabının ödənilməsi qanunsuzdur. İş materialları :
3. İddiaçı ilə Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil arasında bağlanılmış xx.xx.2025-ci il tarixli Barışıq Sazişindən görünür ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olan “ödənilməyən məzunuyyət və ezamiyyət ödənişlərinin, son haqq-hesabın düzgün hesablanaraq ödənilməsi” tələbinə dair 2(007)- 1185/2025 nömrəli mülki iş üzrə mübahisə edən tərəflər - İddiaçı (bundan sonra “Birinci tərəf’ adlandırılacaq) (ş.v.AZE№0*******; FİN: xxxxxxx) və Cavabdeh (bundan sonra “İkinci tərəf’ adlandırılacaq) (VÖEN: **********) (hər iki tərəf bundan sonra birlikdə “Tərəflər” adlandırılacaq) xoş niyyət nümayiş etdirirək yaranmış mübahisəni məhkəmədənkənar qaydada həll etmək istəklərini bəyan edərək aşağıdakı şərtlərlə Barışıq Sazişi bağladılar:
1. Tərəflər qarşılıqlı olaraq razılığa gəlirlər ki, birinci tərəf ikinci tərəfə qarşı “ödənilməyən məzunuyyət və ezamiyyət ödənişlərinin, son haqq-hesabın düzgün hesablanaraq ödənilməsi” tələbinə dair Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olan 2(007)-1185/2025 nömrəli mülki iş üzrə iddia tələbindən imtina etməyi, ikinci tərəf isə 6000 (altı min) manat pul vəsaitini birinci tərəfə ödəməyi öhdəsinə götürür.
2. Tərəflər, habelə hazırkı mübahisə üzrə bütün məsələlərdə tam razılığa gəldiklərinə görə bir-birlərinə qarşı bütün iddialarından əl çəkməyi və bu barədə bir daha məhkəmədə mübahisə etməməyi öhdələrinə götürürlər.
3. AR Mülki Prosessual Məcəlləsinin 122.3-cü maddəsinə uyğun olaraq məhkəmə xərclərini, yardım göstərməyə görə tərəflərin nümayəndələrinə (vəkillərə) ödənilən xərcləri hər bir Tərəf özü daşıyır, həmin xərcləri Tərəflər bir-birinə ödəmirlər.
4. Bu "Barışıq sazişi" real hüququ nəticələr doğurmaq üçün bağlanılmışdır və imzalandığı andan qüvvəyə minir.
5. X2 3 (üç) nüsxədə tərtib edilir (hər nüsxə 1 səhifədən ibarətdir) və hər biri eyni hüquqi qüvvəyə malikdir. Hər bir Tərəfə bir nüsxə verilir, bir nüsxə isə təsdiq edilmək üçün məhkəməyə təqdim edilir.
Tərəflərin izahatları :
6. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə ərizə təqdim edərək mülki iş üzrə icraata xitam verilməsini və təqdim edilmiş barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etmişdir.
7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iş üzrə icraata xitam verilməsini və təqdim edilmiş barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etmişdir.
Tətbiq edilən hüquq :
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
52.3. Tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 122.3. Tərəflər barışıq sazişi bağladıqda məhkəmə xərcləri və yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərclər tərəflərin razılığına uyğun olaraq bölüşdürülür. 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.5. tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə. 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir.
9. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanununun:
9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.1. əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar;
Məhkəmənin mövqeyi :
10. Məhkəmə iddia ərizəsini, barışıq sazişini və iş materiallarını araşdıraraq qeyd edir ki, barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir.
11. Belə ki, işin tədqiq edilən halları ilə müəyyən edilmişdir ki iddiaçı ilə cavabdeh arasında mübahisənin predmeti barəsində barışıq sazişi bağlanılmış və iddiaçı məhkəməyə ərizə təqdim edərək barışıq sazişinin təsdiq edilməklə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
12. Belə olduqda məhkəmə iş materiallarını araşdıraraq qeyd edir ki, tərəflərin barışıq sazişi bağlaması qanuna zidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, mülki işin icraatına xitam verilməlidir.
13. Məhkəmə xərcləri ilə bağlı isə məhkəmə qeyd edir ki, məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir.
14. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261-264, 267 və 268, 269, 395, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə,
Qərara Aldı:
İddiaçı Cavabdeh MMC-yə qarşı “ödənilməyən məzuniyyət və ezamiyyət ödənişlərinin, son haqq-hesabın düzgün hesablanılması və ödənilməsi” tələbinə dair mülki iş üzrə tərəflər arasında xx.xx.2025-ci il tarixdə aşağıdakı şərtlərlə bağlanmış Barışıq Sazişi təsdiq edilsin və iş üzrə icraata xitam verilsin: “1. Tərəflər qarşılıqlı olaraq razılığa gəlirlər ki, birinci tərəf (İddiaçı) ikinci tərəfə (Cavabdeh MMC-yə) qarşı “ödənilməyən məzunuyyət və ezamiyyət ödənişlərinin, son haqq-hesabın düzgün hesablanaraq ödənilməsi” tələbinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olan 2(007)-1185/2025 nömrəli mülki iş üzrə iddia tələbindən imtina etməyi, ikinci tərəf (Cavabdeh MMC) isə 6000 (altı min) manat pul vəsaitini birinci tərəfə (İddiaçı) ödəməyi öhdəsinə götürür.
2. Tərəflər, habelə hazırkı mübahisə üzrə bütün məsələlərdə tam razılığa gəldiklərinə görə bir-birlərinə qarşı bütün iddialarından əl çəkməyi və bu barədə bir daha məhkəmədə mübahisə etməməyi öhdələrinə götürürlər.
3. AR Mülki Prosessual Məcəlləsinin 122.3-cü maddəsinə uyğun olaraq məhkəmə xərclərini, yardım göstərməyə görə tərəflərin nümayəndələrinə (vəkillərə) ödənilən xərcləri hər bir Tərəf özü daşıyır, həmin xərcləri Tərəflər bir-birinə ödəmirlər.
4. Bu "Barışıq Sazişi" real hüququ nəticələr doğurmaq üçün bağlanılmışdır və imzalandığı andan qüvvəyə minir.” Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan iş üzrə icraatın dayandırılması hissəsindən 10 (on) gün müddətində “Elektron Məhkəmə İnformasiya Sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Starə Əliyeva