Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1186/2025 15.10.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh Heydər Əliyev adına X11rşı iddia tələbinə dair mülki iş üzrə Açar sözlər: (işə bərpa, əmək fəaliyyətinin uzadılması, maddi və mənəvi ziyan) X19 Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Leyla Mirfazil qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları, X1 tərcüməçiliyi ilə, İddiaçı cavabdeh Heydər Əliyev adına X11rşı “işə bərpa və pul" tələbinə dаir iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi: İddiaçı Heydər Əliyev adına X11rşı “işə bərpa və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Heydər Əliyev adına X15 04 noyabr 2024-cü il tarixli məktubunda (14-2-7/2-792/2024) əks olunan əmrin - əmək fəaliyyətinə xitam verilməsi barədə ləğv edilməsi - əmək fəaliyyətimin uzadılması, H.Əliyev adına X7 xeyrinə sağlamlığında baş verən problemlərin (onkoloji xəstəlik) müalicəsi üçün 40000 manat, illərdir çalışdığı müəssisədən ev şəraitinin həll edilmədiyi üçün 80000 manat, cəmi 120000 (yüz iyirmi min) manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1979-cu ilin iyun ayından H.Əliyev adına X15 “Təmir Departamentinin NÖC və avtomatika üzrə 3-cü xidmət sahəsinin NÖC və avtomatika üzrə çilingər vəzifəsində işləyir. Bütün əmək fəaliyyəti dövründə zavod rəhbərliyi tərəfindən daim müsbət cəhətdən fərqləndirilmişdir. Hər hansı bir narazılıq yox, əksinə digər əməkdaşlara onu həmişə nümunə kimi təqdim etmişlər. Həmçinin bütün əmək fəaliyyəti dövründə o həmişə zavodun ictimai həyatında fəal iştirak etmişdir. Lakin müsbət hallarla bərabər peşənin sağlamlıq üçün təhlükəli olması da öz təsirini göstərmişdir. Əmək fəaliyyəti dövründə o onkoloji xəstəliyə düçar olmuşdur və bu səbəbdən illərdir ki, müalicə olunur. Hətta müəlicə olunmaq üçün dəfələrlə ölkə xaricinə də getməyə məcbur olmuşdur. Bütün bunlar isə ona əlavə pul vəsaiti xərcləməyə başa gəlir. Bu səbəbdən rəhbərliklə (şifahi və yazılı) söhbət və müraciətlərdə yaş həddinə görə təqaüdə çıxmaq vaxtı əmək müqaviləsini uzadaraq, yenə çalışmaq istədiyini bildirmişdir. Rəhbərlikdən şifahi razılıq alaraq, hətta bir neçə ay əvvəl yeni müqavilə imzalamışdır. Çünki əmək fəaliyyətinin davam etdirilməsi - (maddi ehtiyacı) onun müalicəsinə çox kömək edəcəkdir. Əmək qabiliyyəti barədə, xəstəliyinin buna heç maneəçilik törətmədiyi ‘"Modern Hospital” Klinikasının 21 noyabr 2023-cü il tarixli 1416 saylı tibbi arayışı və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin zavodun məktubuna 21 may 2020-ci il tarixli 95 saylı cavabını qeyd etmək olar. Həmçinin zavodda yaş həddinə görə təqaüdə çıxmalı olan çoxsaylı əməkdaşların əmək müddətləri uzadılmışdır. Belə ki, X4, Hüseynov Vahidi və çoxlarını nümunə göstərmək olar. Amma nədənsə ona şifahi razılıq verən rəhbərlikdən 16 noyabr 2024 cü il tarixdə direktorun imzası ilə ( 14-2-7/2-792/2024 saylı 04 noyabr 2024-cü il tarixli ) xəbərdarlıq məktubu təqdim olunmuşdur. İllərdir ki, zavodda çalışdığı müddətdə həm rəhbərliyə, həm də Həmkarlar Komitəsinə həm sağlamlıq durumunu nəzərə alaraq müalicəsi, həm mənzil problemi barədə müraciətlər etmişdir. Və hər dəfə məsələlərin həllində onlar ona kömək edəcəklərini bildirmişlər. Əfsuslar olsun ki, bütün bunlar adi vədlərdən savayı heç nə olmamışdır. Zavod rəhbərliyinin ona əmək fəaliyyətinin uzadılmasına söz vermişdir, sonradan imtina etməsi həm müəlicəsinə, həm də özünə maddi, həmçinin mənəvi ziyan vurmuşdur. Bu hərəkətləri onlar o cümlədən ev şəraitinin həll olunması məsələsində də təkrarlamışlar. İddiasından görünür ki, zavod rəhbərliyinin illərlə ona mənzil şəraitinin yaxşılaşdırılması, onu mənzil və ya hansısa sahə ilə təmin edəcəklərinə söz verməsi, həmçinin sağlamlığa təhlükəli olan əmək fəaliyyəti ilə əlaqədar onkoloji xəstəliyə düçar olmağı, bu şəraitdə də ona köməklik göstərmələri, əmək müqaviləmin vaxtını uzatmadıqlarından ona həm maddi, həm də ki, mənəvi ziyan vurmuşdurlar. Cavabdehin etirazı: Cavabdeh Heydər Əliyev adına X20 iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı cavabdeh Heydər Əliyev adına X18 (NEZ) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək Heydər Əliyev adına X15 04 noyabr 2024-cü il tarixli məktubunda (14-2-7/2-792/2024) əks olunan əmək fəaliyyətinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, sağlamlığında baş verən problemlərin (onkoloji xəstəlik) müalicəsi üçün 40000 manat, ev şəraiti həll edilmədiyi üçün 80000 manat, cəmi 120000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasını xahiş etmişdir. İddia tələbi əsassız olduğundan rədd olunmalıdır. Belə ki, iddia ərizəsində göstərilmişdir ki, xəstəliyi ilə bağlı xərclər tələb olunduğundan Zavodun rəhbərliyindən əmək müqaviləsinin müddətinin uzadılmasını xahiş etmiş, ona bununla bağlı şifahi razılıq verilmişdir. Buna baxmayaraq xx.xx.2024-cü il tarixdə yaş həddinə görə təqaüdə çıxması barədə xəbərdarlıq məktubu verilmişdir. İddia tələbinin “əmrin ləğv edilməsi hissəsinə münasibətdə” bildirir ki, NEZ tərəfindən Zavodun Təmir departamentinin NÖC və avtomatika üzrə 3-cü xidmət sahəsinin NÖC və avtomatika üzrə çilingəri İddiaçı əmək müqaviləsinə xitam veriləcəyi barədə xx.xx.2024-cü il tarixdə bildiriş ünvanlanmış və xx.xx.2024-cü il tarixdə pensiya yaşına çatması ilə əlaqədar olaraq 1 ay müddətində onunla bağlanmış xx.xx.2024-cü il tarixli, 1541 nömrəli əmək müqaviləsinin 9.5.1-ci bəndinin d) bəndinə uyğun olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin ikinci hissəsinin d) bəndinə əsasən xitam veriləcəyi bildirilmişdir. Həmin bildirişi iddiaçı xx.xx.2024-cü il tarixdə imza etməklə rəsmi qaydada qəbul etmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixdə İddiaçı ərizə ilə NEZ-in direktoruna müraciət edərək təqaüdə çıxmağı ilə əlaqədar olaraq xx.xx.2024-cü il tarixdən NEZ-in İnsan Resursları Komitəsi iclasının xx.xx.2021-ci il tarixli 1 nömrəli protokoluna əsasən orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik işdənçıxma müavinəti ödənilməklə işdən azad olunmasını xahiş etmişdir. NEZ-in işçi İddiaçı ərizəsi nəzərə alınaraq onunla bağlanmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə NEZ-in K-027-2024 nömrəli, xx.xx.2024-cü il tarixli əmri ilə xitam verilmişdir. Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Göründüyü kimi, işçi pensiya yaşına çatması ilə əlaqədar olaraq onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən xitam verilməsi barədə ərizə ilə NEZ-ə müraciət etmiş, onun ərizəsi nəzərə alınaraq qanunvericiliyin tələbinə riayət olunmaqla onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. İddia tələbinin “onkoloji xəstəliyin müalicəsi üçün 40000 manat ödənilməsi” hissəsinə münasibətdə bildiririk ki, iddiaçı tərəfindən təqdim edilmiş əlilik haqqında arayışdan görünür ki, ona xx.xx.2020-ci il tarixdən ikinci dərəcəli əlillik təyin olunmuş, əlilliyin səbəbi ümumi xəstəlik olduğu göstərilmişdir. İddiaçı əlilliyi ümumi xəstəlilk səbəbindən yarandığından, yəni o, istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçi kateqoriyasına aid olmadığından ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003cü il 9 yanvar tarixli 3 nömrəli qərarı ilə təsdiq olunmuş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları, şərtləri və məbləği”ndə nəzərdə tutulmuş şərtlər şamil olunmur. İşəgötürən NEZ tərəfindən göstərilən səbəbdən xəstələnmiş (əlilliyi müəyyən olunmuş) işçilərin müalicə olunma xərclərinin qarşılanması öhdəliyi nə qanunvericlikdə, nə də digər normativ hüquqi aktlarda nəzərdə tutulmamışdır. İddia tələbinin “ev şəraiti həll edilmədiyi üçün 80000 manat məbləğində pulun ödənilməsi”nə dair hissədə bildirir ki, işçilərin mənzillə təmin olunması NEZ-in səlahiyyətinə aid deyildir. Belə ki, İddiaçı mənzillə təmin olunma barədə ərizə ilə SOCAR-a (Baş ofis) müraciət etmiş və onun müraciətinə cavab olaraq bildirilmişdir ki, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan işçilərin mənzil növbəliliyi ilə bağlı məsələlərin tənzimlənməsi məqsədilə SOCAR-ın və Azərbaycan Respublikası Neft və X14 Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə qərarına əsasən işçilərin mənzil uçotuna götürülməsi dayandırılmışdır. Belə ki, əvvəlki illərdə mənzil növbəsinə götürülmüş işçilərin mənzillə təmin olunması istiqamətində xeyli işlərin görülməsinə, uzun illər mənzil növbəsində duran işçilərin bir çoxunun mənzillə təmin olunmasına baxmayaraq, hazırda mənzil uçotu dayandırılana qədər mənzil uçotuna alınmış işçilərin sayının çoxluğuna görə onların mənzillə təmin edilməsi ilə bağlı məsələlər tam şəkildə öz həllini tapmamışdır. Buna görə də hazırda bu istiqamətdə işlər davam etdirilir. Hazırda mənzil uçotunda dayanmış işçilərin müraciətləri ilə bağlı məsələlər həll edildikdən və SOCAR üzrə mənzil uçotuna götürülmə bərpa olunduqdan sonra mənzil şəraitininin yaxşılaşdırılması ilə bağlı müvafiq qaydada müraciət edə bilər. Göründüyü kimi, SOCAR tərəfindən İddiaçı mənzillə təmin olunma barədə ərizəsi ətraflı cavablandırılmışdır. Göstərilənlərə əsasən, Bakı şəhəri Nizami Rayon Məhkəməsindən İddiaçı cavabdeh Heydər Əliyev adına X11rşı “əmək fəaliyyətinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, sağlamlığında baş verən problemlərin (onkoloji xəstəlik) müalicəsi üçün 40000 manat, ev şəraiti həll edilmədiyi üçün 80000 manat, cəmi 120000 manat məbəğində pul vəsaitinin tutulması” tələbi barədə iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materialları: MŞB/16/2025-00008 saylı, xx.xx.2025-ci il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, İddiaçı və Heydər Əliyev adına X15 nümayəndəsi X8 ilkin mediasiya sessiyasında iştirak etmişlər, sonuncu prosesin davam etdirilməsinə razılıq verməmişdir. Mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. xx.xx.2023-cü il tarixli, 1416 saylı Modern Hospital tərəfindən verilmiş tibbi arayışdan görünür ki, İddiaçı “hipertoniya xəstəliyi İ mərhələ, minimal aortal qapaq çatışmazlığı” diaqnozu təyin edilmiş, işə davam etməsinə əks göstəriş olmadığı qeyd edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2 Nömrəli Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2020-ci il tarixli, 95 nömrəli məktubundan görünür ki, İddiaçı çirkab suların bioloji təmizlənməsi, sənaye kanalizasiya və su təchizatı üzrə nəzarət ölçü cihazları və avtomatika vasitələrinin təmiri və xidmət sahəsinin nəzarətçi çilingər peşəsində işləyə bilməsi bildirilmişdir. xx.xx.2024-cü il tarixli “əmək müqaviləsinə xitam veriləcəyi barədə bildiriş”dən görünür ki, Heydər Əliyev adına X20 tərəfindən İddiaçı xx.xx.2024-cü il tarixdə pensiya yaşı çatması ilə əlaqədar xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə xitam veriləcəyi barədə bildiriş göndərilmişdir. xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Heydər Əliyev adına X20 tərəfindən İddiaçı müraciətinə əsasən, onunla bağlanmış əmək müqaviləsi müddətinin uzadılmasının mümkün olmaması bildirilmişdir. xx.xx.2024-cü il tarixli əlillik haqqında arayışdan görünür ki, İddiaçı ikinci dərəcə əlildir, onda əsas diaqnoz prostat vəzinin bədxassəli yenitörəməsi, CR-i, İİİ mərhələdir. xx.xx.2024-cü il tarixli, K-027-2024 saylı əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən görünür ki, “X20/Təmir” bölməsində “NÖC və avtomatika üzrə çilingər” vəzifəsində işləyən İddiaçı Borisoviçin əmək müqaviləsinə AR ƏM-nin 69.3-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. Əmək müqaviləsindən görünür ki, “X20/Təmir” bölməsində “NÖC və avtomatika üzrə çilingər” vəzifəsində işləyən İddiaçı Borisoviç ilə xx.xx.2024-cü il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmışdır. O, xx.xx.2009-cu il tarixdən işlə başlamışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərardadı ilə təyin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X16 497/KEŞ saylı məhkəmə-tibbi ekspert rəyindən görünür ki, İddiaçı adına təqdim edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, xx.xx.2019-cu il tarixdən Milli Onkologiya Mərkəzində “C61- Prostat vəzinin bədxassəli yenitörəməsi cT2a N0M0 məhələ İİ G” diaqnozu ilə qeydiyyata götürülmüşdür. Həmin diaqnozla İddiaçı müxtəlif vaxtlarda və müxtəlif tibb müəssisələrində müalicələr almışdır. "Prostat vəzinin bədxassəli yenitörəməsi”nin əsas risk faktorları: yaş, genetik meyillik, hormonal dəyişikliklər, həyat tərzi, obezlik, kimyəvi maddələrin təsirinə məruz qalma və s. kimi ehtimal oluna bilər. Konkret olaraq sözügedən işdə İddiaçı “Prostat vəzinin bədxassəli yenitörəməsi”nə düçar olmasında hansı amilin həlledici olması barədə fikir söylənilməsi mümkün deyil. İş materiallarına ambulator kartadan çıxarışlar, pasportun surəti, fotoşəkillər, səfər biletlərinin surətləri, ödəniş qəzləri, həkim rəyləri, hesab-fakturalar, müayinə sənədləri, epikriz və s. sübut qismində əlavə edilmişdir. İşdə iştirak edən şəxslər: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, ərizənin dəlillərinə uyğun izahat verdi və izahatında əlavə olaraq göstərdi ki, 1979-cu ildən H.Əliyev adına X17 çilingər işləyir. Əmək fəaliyyəti dövründə onkoloji xəstəliyə düçar olmuşdur. Orada 44 il işləmişdir. Həmin müddət ərzində mənzil növbəsinə durmamışdır, mənzil şəraiti çox pisdir. Buna görə 80.000 manat pul istəyir. İkinci qrup əlildir, bir neçə dəfə işdə saxlanılmağı üçün müraciət etmişdir, amma təmin etməmişlər. 2016-ci ildən prostat vəzi xərcəngindən əziyyət çəkir. Xəstəliyinə səbəb zavodda işləməyidir, orada radiasiyaya məruz qalmışdır. Hər zaman üzərindən benzin iyi gəlmişdir. Əmək şəraiti zərərli olmuşdur. Xəstəliyi ilə bağlı 40 min manat, mənzil şəraitinin yaxşılaşdırılması üçün 80 000 manat istəyir. Yaşadığı ünvanda 12 nəfər qeydiyyatdadır. Ona pul təklif etmişlər, amma bu onu qaneə etmədiyi üçün qəbul etməmişdir. Təqaüdə çıxmağına 4 ay qalmış əmək haqqı 1200 manat olmuşdur. Buna görə də iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, iddiaçıda ümumi xəstəlikdir, işlə bağlı deyil. Bu səbəbdən etiraz edirlər. Əmək müqaviləsində işçinin 65 yaşa çatdıqda müqaviləsinə xitam verilməsi göstərilmişdir. İddiaçıda ümumi xəsdəlikdir, zavodda olmamışdır. Müalicə xərcini onların qarşılamağı barədə müqavilədə bənd yoxdur. X9 tərəfindən də iddiaçıya müəyyən yardım olunmuşdur. Şəxs pensiya yaşına çatdıqda əmək haqqının 5 misli məbləğində (təxmini 7000 manat) birdəfəlik müavinət verilir. Onlar iddiaçıya həmin məbləği təklif etmişlər, amma o qəbul etməmişdir. Müqavilənin müddətinin uzadılması qanunvericilikdə yoxdur. Göstərdiklərinə əsasən, iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 18-ci maddəsinə əsasən mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. 21.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmadıqda, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 2-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 7-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək münasibətləri yazılı formada əmək müqaviləsi bağlandıqda yaranır. 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etməkdən ibarətdir. 11-ci maddəsinin 1-ci hissəsinin “a” və “b” bəndlərinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüquqları vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən, əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: işəgötürən dövlət orqanı (qurumu), hüquqi şəxs və ya xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda adı, işəgötürən funksiyasını həyata keçirən vəzifəli şəxsin vəzifəsi, soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, işəgötürən fiziki şəxs olduqda soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, əmrin (sərəncamın, qərarın) nömrəsi, tarixi; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinə xitam verilməsinin əsası; həmin əsasla əmək müqaviləsinə xitam verilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsinə xitam verilən gün, ay və il; əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 186.1-ci maddəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsi:
1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada itam verilə bilər.
2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsi:
3. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.
7. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsi:
1. Bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır.
3. Əmək müqaviləsində fərdi əmək mübahisələrinin bu Məcəllə ilə müəyyən edilmiş həlli qaydalarından fərqli olan, tərəflərin hüquq bərabərliyi prinsipini və bu Məcəllə ilə nəzərdə tutulmuş əmək, sosial və iqtisadi hüquqlarını pozmayan qaydalar nəzərdə tutula bilər.
4. Məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır.
5. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq fərdi əmək mübahisələri mediasiya vasitəsilə həll oluna bilər. Fərdi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsi:
2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
3. Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.
5. İşəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər.
6. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. (Qeyd: Bu maddənin altıncı hissəsində iddiaçının «yaxın qohumu» dedikdə, işçinin atası, anası, babası, nənəsi, əri (arvadı), uşaqları, bacıları, qardaşları, qudaları, ərinin (arvadının) valideynləri, qardaşları, bacıları başa düşülməlidir. İşçinin digər qohumlarının vəfatı ilə əlaqədar iddia müddətinin ötürülməsini hakim üzürlü hal hesab edə bilər.)
7. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, “mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır”. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.
Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə ilk növbədə iddiaçının işə bərpa və müddətinin uzadılması barədə tələbinə münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilə bilməz. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, xx.xx.2024-cü il tarixli əmrlə İddiaçı əmək müqaviləsinə qanunvericiliklə müəyyən edilmiş pensiya yaşına çatdığı üçün xitam verilmişdir. Qeyd olunan əsasla işçinin əmək müqaviləsinə xitam verilməsinə dair müddəa işçi ilə işəgötürən arasında bağlanmış əmək müqaviləsinin şərtlərində öz əksini tapmış, işçi işəgötürən ilə əmək müqaviləsi bağlayarkən əmək müqaviləsinin şərtləri ilə tanış olmuş, müqavilənin şərtlərini qəbul etməsini öz imzası ilə təsdiq etmişdir. Tərəflərin özlərinin müəyyənləşdirdiyi şərtlərdən biri də sözügedən müqaviləyə işçi qanunvericiliklə müəyyən edilmiş pensiya yaşına çatdıqda işəgötürən tərəfindən xitam verilməsi halı olmuşdur.Göründüyü kimi əmək müqaviləsinə qanunvericiliyin şərtlərinə əməl edilməklə xitam verilmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçının işdən azad edilməsi ilə bağlı sənədləşdirmə qanunamüvafiq qaydada aparılmış, bu zaman Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş bütün prosedurlara riayət olunmuşdur. Məhkəmə onu da qeyd edir ki, sübut etmək yükü təkzib edənin üzərinə düşmüş cavabdeh qəbul edilmiş əmrin qanuni və əsaslı olması ilə bağlı halları sübut etmiş və bununla bağlı sübutlarını məhkəməyə təqdim edərək onların hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmişdir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə qanunvericiliyin qeyd olunan normalarına riayət etməklə xitam verildiyindən iddia tələbi əsassızdır. Məhkəmə iddiaçının sağlamlığında baş verən problemlərin (onkoloji xəstəlik) müalicəsi üçün 40000 manat pul məbləğinin cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddiaçının xəstəliyə tutulması ilə icra etdiyi əmək funksiyaları arasında səbəbli əlaqə mövcud deyil. Belə ki, məhkəmə araşdırması zamanı ekspertiza təyin edilmiş və əldə edilmiş rəy ilə müəyyən edilmişdir ki, iddiaçının düçar olduğu, Prostat vəzinin bədxassəli yenitörəməsi” xəstəliyinin əsas risk faktorları: yaş, genetik meyillik, hormonal dəyişikliklər, həyat tərzi, obezlik, kimyəvi maddələrin təsirinə məruz qalma və s. kimi ehtimal olunur və konkret olaraq sözügedən işdə İddiaçı “Prostat vəzinin bədxassəli yenitörəməsi”nə düçar olmasında hansı amilin həlledici olması barədə fikir söylənilməsi mümkün olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının tələbi həmin hissədə sübuta yetmədiyindən təmin edilə bilməz. Məhkəmə iddia tələbinin iddiaçının çalışdığı müəssisədən ev şəraitinin həll edilmədiyi üçün 80000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, məhkəmə cavabdehin üzərinə belə bir öhdəlik müəyyən edə bilməz. Belə ki, tərəflər arasında bağlanmış əmək müqaviləsində işəgötürən öz üzərinə belə bir öhdəlik götürməmişdir. Bundan başqa, cavabdeh məhkəməyə təqdim etdiyi etirazında göstərmişdir ki, “...İddiaçı mənzillə təmin olunma barədə ərizə ilə SOCAR-a (Baş ofis) müraciət etmiş və onun müraciətinə cavab olaraq bildirilmişdir ki, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan işçilərin mənzil növbəliliyi ilə bağlı məsələlərin tənzimlənməsi məqsədilə SOCAR-ın və Azərbaycan Respublikası Neft və X14 Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə qərarına əsasən işçilərin mənzil uçotuna götürülməsi dayandırılmışdır. Belə ki, əvvəlki illərdə mənzil növbəsinə götürülmüş işçilərin mənzillə təmin olunması istiqamətində xeyli işlərin görülməsinə, uzun illər mənzil növbəsində duran işçilərin bir çoxunun mənzillə təmin olunmasına baxmayaraq, hazırda mənzil uçotu dayandırılana qədər mənzil uçotuna alınmış işçilərin sayının çoxluğuna görə onların mənzillə təmin edilməsi ilə bağlı məsələlər tam şəkildə öz həllini tapmamışdır. Buna görə də hazırda bu istiqamətdə işlər davam etdirilir. Hazırda mənzil uçotunda dayanmış işçilərin müraciətləri ilə bağlı məsələlər həll edildikdən və SOCAR üzrə mənzil uçotuna götürülmə bərpa olunduqdan sonra mənzil şəraitininin yaxşılaşdırılması ilə bağlı müvafiq qaydada müraciət edə bilər...”. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiası əsassızdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, mövcud sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır.
Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanunu: 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.1. əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar; Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir.
Nəticə: Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki İddiaçı cavabdeh H.Əliyev adına X11rşı “işə bərpa və pul" tələbinə dаir iddiası təmin edilməməli, məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi:
İddiaçı cavabdeh H.Əliyev adına X11rşı “işə bərpa və pul" tələbinə dаir iddiası təmin edilməsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Rauf Əhmədov