Məhkəmə qərarları › İş №2(007)-1189/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1189/2021

14.04.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1189/2021 14.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, onların vəkili Vəkil1 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “miras əmlakdan payların dəyərinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “miras əmlakdan payların dəyərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçılar İddiaçı1 və İddiaçı2 qanun üzrə vərəsə kimi Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 30 saylı evin, 6 saylı mənzilindəki hər birinin 1/3 hissəsində paylarının dəyəri olan 39.000 manat pulun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutaraq iddiaçılar İddiaçı1 və X4 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi “V” yaşayış sahəsi, 30 saylı evin, 6 saylı mənzili mərhum X5 xüsusi mülkiyyətində olmuşdur. Mənzil xüsusi mülkiyyət kimi 01 noyabr 2000-ci ildə Elmira Babayevanın adına qeydiyyatdan keçmişdir. 24 noyabr 2000-ci il tarixdə ataları X6 ilə anaları X9 faktiki nikaha daxil olaraq ailə qurmuşlar. Onların birgə nikahlarından xx xxxxxxxx 2001-ci il təvəllüdlü İddiaçı1 və 04 iyun 2003-cü il təvəllüdlü İddiaçı2 anadan olmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 mart 2011 -ci il tarixli qətnaməsi ilə birgə nikahdan olan xx xxxxxxxx 2001 -ci il təvəllüdlü Əbülfəz və 04 iyun 2003-cü il təvəllüdlü Elsevər ataları X3 yanında saxlanması qət edilmişdir. X15 07 may 2014-cü il tarixdə vəfat etmişdir. Elmiranın qanun üzrə birinci dərəcəli vərəsələri oğlanları Əbülfəz, Elsevər və anası Fatmanisədir. Əbülfəz və Elsevər yetkinlik yaşlarına çatmıdığı üçün 2018-ci ildə qanuni nümayəndələri kimi mərhum Elmira Babaycevaya məxsus mənzilə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 37 saylı Notariat Kontoruna ataları Abbas Ələkbərov müraciət etmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, 24 sentyabr 2014-cü il tarixdə 4 saylı Bakı "ASAN xidmət" mərkəzində miras açılmışdır. 12 noytbr 2014-cü il tarixdə X15nın anası Cavabdeh2 vərəsə kimi tanınmış və ona Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. 4 saylı Bakı "ASAN xidmət" mərkəzindən təqdim olunmuş sənədlər arasında Cavabdeh2 ərizəsi də var. O, ərizəsində göstərmişdir ki, "miras əmlakın sahibi mərhum qızı X9 vəfat etmişdir və onda başqa vərəsə yoxdur". Cavabdeh2 25 fevral 2018-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” y/s, ev 30, 6 saylı mənzili 4 saylı "ASAN xidmət" mərkəzinin notariat kontorunda bağışlama müqaviləsinə əsasən Cavabdeh1 bağışlamışdır. Cavabdeh1 də, 27 noyabr 2018-ci il tarixdə 52 saylı Notariat Kontorunda bağlanmış alqı-satqı müqaviləsinə əsasən mənzili X1. Əbülfəz və Elsəvər Ələkbərovlarınn qanuni nümayəndəsi Abbas Ələkbərov cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qızına qarşı "qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, alqı-satqı müqaviləsinin, reyestrdən çıxarışın ləğv olunması və vərəsəlik hüququnun tanınması" tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdi. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 aprel 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, ünvan 1 ünvanında yerləşən 6 saylı mənzilə dair İddiaçı1, İddiaçı2 və Cavabdeh2 qanun üzrə vərəsə kimi əmlakdakı hər birinin 1/3 hissəsində payının müəyyən edilməsi, ünvan 2 ünvanda yerləşən 6 saylı mənzilə dair Cavabdeh2 adına verilmiş 12 noyabr 2014-cü il tarixli 2V-01-285 reyestr nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnamə İddiaçı1 və İddiaçı2 paylarına münasibətdə qismən etibarsız hesab edilməsi, ünvan 2 ünvanında yerləşən 6 saylı nənzilə dair Cavabdeh2 adına verilmiş, 27 noyabr 2014-cü il tarixli dövlət reyestrində 129 nömrəli reyestr kitabının 117983 nömrəli, ******* nömrəli çıxarış İddiaçı1 və İddiaçı2 paylarına münasibətdə qismən etibarsız hesab edilməsi, ünvan 2 ünvanında yerləşən 6 saylı mənzilə dair Cavabdeh2 ilə Cavabdeh1 arasında 4 saylı "ASAN xidmət" Mərkəzinin notariusu tərəfindən 25 fevral 2018-ci il tarixdə bağlanmış 4Ə-295 reyestr nömrəli bağışlama müqaviləsi İddiaçı1 və İddiaçı2 paylarına münasibətdə qismən etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən 6 saylı mənzilə dair Cavabdeh1 adına verilmiş 15 mart 2018-ci il tarixli ******* nönvəli çıxarış İddiaçı1 və İddiaçı2 Abbts oğlunun paylarına münasibətdə qismən etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən 6 saylı mənzilə dair Cavabdeh1 ilə X13 arasında 52 saylı DNK-da 27 noyabr 2018-ci il tarixdə bağlanmış 40-1064 reyestr nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsi və həmin mənzilə dair X8 adına verilmiş 28 noyabr 2018-ci il tarixli dövlət reyestrincə 1294 nömrəli reyestr kitabının 117983 nömrəli, ******* nömrəli çıxarışın ləğv edilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh2 və üçüncü şəxs X13 apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 aprel 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-9419/2019 saylı iş üzrə 26 avqust 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 aprel 2019-cu il tarixli qətnaməsi qismən ünvan 3 ünvanında yerləşən 6 saylı mənzilə dair Cavabdeh2 adına verilmiş, 27 noyabr 2014-cii il tarixli dövlət reyestrində 129 nömrəli reyestr kitabının 117983 nömrəli, ******* nömrəli çıxarış İddiaçı1 və İddiaçı2 paylarına münasibətdə qismən etibarsız hesab edilməsi; ünvan 4 ünvanında yerləşən 6 saylı mənzilə dair Cavabdeh2 ilə Cavabdeh1 arasında 4 saylı ASAN xidmət mərkəzinin notariusu tərəfindən 25 fevral 2018-ci il tarixdə bağlanmış 40-295 reyestr nömrəli bağışlama müqaviləsi İddiaçı1 və İddiaçı2 paylarına münasibətdə qismən etibarsız hesab edilməsi; ünvan 1 ünvanında yerləşən 6 saylı mənzilə dair Cavabdeh1 adına verilmiş 15 mart 2018-ci il tarixli ******* nömrəli çıxarış İddiaçı1 və İddiaçı2 paylarına münasibətdə qismən etibarsız hesab edilməsi; ünvan 2 ünvanında yerləşən 6 saylı mənzilə dair Cavabdeh1 ilə X13 arasında 52 saylı DNK-da 27 noyabr 2018-ci il tarixdə bağlanmış 40-1064 reyestr nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsi və həmin mənzilə dair X8 adına verilmiş 28 noyabr 2018-ci il tarixli dövlət reyestrində 1294 nömrəli reyestr kitabının 117983 nömrəli, ******* nömrəli ç xarışın ləğv edilməsi hissəsində ləğv edilsin, həmin hissələrdə iddia tələbi rədd edilmişdir. Qətnamə qalan hissələrdə yəni, ünvan 1 ünvanında yerləşən 6 saylı mənzilə dair İddiaçı1, İddiaçı2 və Cavabdeh2 qanun üzrə vərəsə kimi miras əmlakdakı hər birinin 1/3 hissəsində payının müəyyən edilməsi, ünvan 1 ünvanında yerləşən 6 saylı nənzilə dair Cavabdeh2 adına verilmiş 12 noyabr 2014-cü il tarixli 2V-01-285 reyestr nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadət lamənin qismən, yəni İddiaçı1 və İddiaçı2 paylarına münasibətdə etibarsız hesab edilməsi hissələrində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 avqust 2019-cu il tarixli qətnaməsindən iddiaçı və cavabdeh ayrı-ayrılıqda kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 22 yanvar 2020-ci il tarixli qərarı ilə (sədrlik edən hakim S.Hacıyev) kassasiya şikayətləri qismən təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilərək iş yeni apellyasiya baxışına göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2 (103)- 4383/2020 saylı iş üzrə 30 iyul 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim T.Səmədov) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 aprel 2019-cu il tarixli qətnaməsi qismən, yəni Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” y/s, ev 30, 6 saylı mənzilə dair Cavabdeh2 adına verilmiş, 27 noyabr 2014-cü il tarixli dövlət reyestrində 1294 nömrəli reyestr kitabının 117983 nömrəli, ******* nömrəli çıxarışın, Cavabdeh2 ilə Cavabdeh1 arasında 4 saylı ASAN Xidmət mərkəzinin notariusu tərəfindən 25 fevral 2018-ci il tarixdə bağlanmış 40-295 reyestr nömrəli bağışlama müqaviləsinin və Cavabdeh1 adına verilmiş 15 mart 2018-ci il tarixli ******* nömrəli çıxarışın İddiaçı1 və İddiaçı2 paylarına münasibətdə qismən etibarsız hesab edilməsi, həmin mənzilə dair Cavabdeh1 ilə X13 arasında 52 saylı DNK da 27 noyabr 2018-ci il tarixdə bağlınmış 40- 1064 reyestr nömrəli alqı-satqı müqaviləsinin və X8 adına verilmiş 28 noyabr 2018-ci il tarixli dövlət reyestrində 1294 nömrəli reyestr kitabının 117983 nömrəli, ******* nömrəli çıxarışın ləğv edilməsi hissələrində ləğv edilməsi, həmin hissələrdə iddia tələbləri rədd edilməsi, qətnamə qalan hissələrdə yəni, ünvan 5 ünvanında yerləşən 6 saylı mənzilə dair İddiaçı1, İddiaçı2 və Cavabdeh2 qanun üzrə vərəsə kimi miras əmlakdakı hər birinin 1/3 hissəsində paylarının müəyyən edilməsi və həmin mənzilə dair Cavabdeh2 adına verilmiş 12 noyabr 2014-cü il tarixli 2V-01-285 reyestr nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin qismən, yəni İddiaçı1 və İddiaçı2 paylarına münasibətdə etibarsız hesab edilməsi hissələrində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmçinin, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 30 iyul 2020-ci il tarixli qətnaməsində qeyd edilmişdir ki, iddiaçı tərəfə miras əmlakdakı paylarının (hər birinin 1/3 payı) dəyərini tələb etmək üçün cavabdehə qarş ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. Bundan başqa, AN-İ seriyalı ******* saylı, xx.xx.2018ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən müəyyən olunmuşdur ki, cavabdeh Babayev- Rizvan Qədir oğlu miras əmlakı olan Bakı şəhəri, Suraxan rayonu, Yeni Günəşli qəsəbəsi, “V” y/s, ev 30, 6 saylı mənzili 58500 manat qarşılığında alıcı X1. Məhkəmə iclasında iddiaçılar İddiaçı1, İddiaçı2 və onların vəkili Vəkil1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdilər və iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2 iddia tələbini qəbul etmədiklərini bildirdi və əlavə olaraq qeyd etdi ki, birgə iddiaçılar və onların atası X7 miras qoyan X5 vəfatından sonra keçən 5 il ərzində mirası nə hüquqi, nə də faktiki olaraq qəbul etməmişlər. Bununla da iddiaçılar mirasın qəbulu ilə bağlı mülki qanunvericilikdə müəyyən edilən müddəti ötürmüşlər. Odur ki, birgə iddiaçıların iddia tələbi rədd edilməlidir. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 iyul 2020-ci il tarixli 2(103)-4383/2020 nömrəli qətnaməsi ilə, apellyasiya şikayətləri qismən təmin edilMiş, iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 aprel 2019-cu il tarixli qətnaməsi qismən, yəni Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəs, “V" y/s, ev 30, 6 saylı mənzilə dair Cavabdeh2 adına verilmiş, 27 noyabr 2014-cü il tarixli dövlət reyestrində 1294 nömrəli reyestr kitabının 117983 nömrəli, ******* nömrəli çıxarışın, Cavabdeh2 ilə Cavabdeh1 arasında 4 saylı ASAN Xidmət mərkəzinin notariusu tərəfindən 25 fevral 2018-ci il tarixdə bağlanmış 4Ə- 295 reyestr nömrəli bağışlama müqaviləsinin və Cavabdeh1 adına verilmiş 15 mart 2018ci il tarixli ******* nömrəli çıxarışın İddiaçı1 və İddiaçı2 paylarına münasibətdə qismən etibarsız hesab edilməsi, həmin mənzilə dair Cavabdeh1 ilə X13 arasında 52 saylı DNKda 27 noyabr 2018-ci il tarixdə bağlanmış 4Ə-1064 reyestr nömrəli alqı-satqı müqaviləsinin və X8 adına verilmiş 28 noyabr 2018-ci il tarix i dövlət reyestrində 1294 nömrəli reyestr kitabının 117983 nömrəli, ******* nömrəli çıxarışın ləğv edilməsi hissələrində ləğv edilməsi, həmin hissələrdə iddia tələbləri rədd edilmsəi, Qətnamə qalan hissələrdə yəni, ünvan 6 ünvanında yerləşən 6 saylı mənzilə dair İddiaçı1, İddiaçı2 və Cavabdeh2 qanun üzrə vərəsə kimi miras əmlakdakı hər birinir 1/3 hissəsində paylarının müəyyən edilməsi və həmin mənzilə dair Cavabdeh2 adına verilmiş 12 noyabr 2014-cü il tarixli 2V-01-285 reyestr nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin qismən, yəni İddiaçı1 və İddiaçı2 paylarına münasibətdə etibarsız hesab edilməsi hissələrində dəyişdirilmədən saxlanılması, iddiaçı tərəfə miras əmlakdakı paylarının dəyərini tələb etmək üçün cavabdehə qarşı ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olmasının izah edilməsi qət edilmişdir. İş materiallarında olan Cavabdeh1 iləX13 arasında bağlanmış 27 noyabr 2018-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 özünə məxsus mənzili iləX1. Tərəflər arasında alqı-satqı qiyməti 58500 müəyyən edilmişdir. Məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdur ki, xx.xx.2014-cü il tarixdə vəfat etmiş X5 uşaqları olan xx.xx.2001-ci il təvəllüdlü İddiaçı1 həmin vaxt 13 yaşı tamam olmamış, xx.xx.2003-cü il təvəllüdlü İddiaçı2 Atoəs oğlunun isə 11 yaşı tamam olmamışdır. Mülki Məcəlləsinin 28, 29-cu, Ailə Məcəlləsinin 51-ci maddələrinə əsasən mərhum X5 vəfatından sonra onun birinci növbəli qanun üzrə vərəsələri olan azyaşlı uşaqların bütün hüquqlarının müdafiə edilrrusi və onların vəzifələrinin həyata keçirilməsi bütünlüklə ataları X3 üzərinə düşmüşdür. Başqa sözlə, azyaşlar uşaqlar notariat kontoruna gedib analarından miras qalmış əmlakdakı miras paylarını qəbul etmək imkanında və yaş həddində olamamışlar. Uşaqların atası isə onların əvəzindən bunu vaxtında etməmişdir. Uşaqların nənəsi, yəni digər vərəsə, iş üzrə cavabdeh olan Cavabdeh2 isə qızından miras qalmış əmlakı notariat kontorunda qəbul edərkən digər vərəsələr olan azyaşlı uşaqlar barəsində notariat kontoruna məlumat verməmiş və ya səhv məlumat vermişdir, notariat kontoru isə bu halı araşdırmamış, nəticədə Cavabdeh2 mirası əmlakı bütünlüklə özü qəbul edərək qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 iyul 2020-ci il tarixli 2(103)- 4383/2020 nömrəli qətnaməsi ilə, apellyasiya şikayətləri qismən təmin ediliş, iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 aprel 2019-cu il tarixli qətnaməsi qismən, yəni Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəs, “V” y/s, ev 30, 6 saylı mənzilə dair Cavabdeh2 adına verilmiş, 27 noyabr 2014-cü il tarixli dövlət reyestrində 1294 nömrəli reyestr kitabının 117983 nömrəli, ******* nömrəli çıxarışın, Cavabdeh2 ilə Cavabdeh1 arasında 4 saylı ASAN Xidmət mərkəzinin notariusu tərəfindən 25 fevral 2018-ci il tarixdə bağlanmış 4Ə-295 reyestr nömrəli bağışlama müqaviləsinin və Cavabdeh1 adına verilmiş 15 mart 2018-ci il tarixli ******* nömrəli çıxarışın İddiaçı1 və İddiaçı2 paylarına münasibətdə qismən etibarsız hesab edilməsi, həmin mənzilə dair Cavabdeh1 ilə X13 arasında 52 saylı DNK- da 27 noyabr 2018-ci il tarixdə bağlanmış 4Ə-1064 reyestr nömrəli alqı-satqı müqaviləsinin və X8 adına verilmiş 28 noyabr 2018-ci il tarix i dövlət reyestrində 1294 nömrəli reyestr kitabının 117983 nömrəli, ******* nömrəli çıxarışın ləğv edilməsi hissələrində ləğv edilməsi, həmin hissələrdə iddia tələbləri rədd edilməsi, qətnamənin qalan hissələrdə yəni, ünvan 1 ünvanında yerləşən 6 saylı mənzilə dair İddiaçı1, İddiaçı2 və Cavabdeh2 qanun üzrə vərəsə kimi miras əmlakdakı hər birinin 1/3 hissəsində paylarının müəyyən edilməsi və həmin mənzilə dair Cavabdeh2 adına verilmiş 12 noyabr 2014-cü il tarixli 2V-01-285 reyestr nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin qismən, yəni İddiaçı1 və İddiaçı2 paylarına münasibətdə etibarsız hesab edilməsi hissələrində dəyişdirilmədən saxlanılması, iddiaçı tərəfə miras əmlakdakı paylarının dəyərini tələb etmək üçün cavabdehə qarşı ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olmasının izah edilməsi qət edilmişdir. Göründüyü kimi, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə, ünvan 6 ünvanında yerləşən 6 saylı mənzilə dair İddiaçı1, İddiaçı2 və Cavabdeh2 qanun üzrə vərəsə kimi miras əmlakdakı hər birinin 1/3 hissəsində payları müəyyən edilmişdir. Həmin mübahisəli əmlak isə hazırda Cavabdeh2 tərəfindən özgəninkiləşdirilmişdir. Belə ki, cavabdeh olan Cavabdeh2 miras qalmış əmlakı notariat kontorunda qəbul etdikdən sonra 25 fevral 2018-ci il tarixdə bağışlama müqaviləsi bağlayaraq Cavabdeh1 bağışlamış, Cavabdeh1 is öz növbəsində həmin əmlakı27 noyabr 2018-ci il tarixli alqısatqı müqaviləsi əsasında X2. Məhkəmə qeyd edir ki, mübahisəli əmlak hazırda özgəninkiləşdirildiyindən və qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə, ünvan 6 ünvanında yerləşən 6 saylı mənzilə dair İddiaçı1, İddiaçı2 və Cavabdeh2 qanun üzrə vərəsə kimi miras əmlakdakı hər birinin 1/3 hissəsində payları müəyyən edildiyindən, iddiaçıların miras əmlakdakı payların dəyərinin ödənilməsi barədə tələbi əsalıdır. Lakin, məhkəmə onu da qeyd edir ki, iddia tələbi qismən, yəni Cavabdeh2 münasibətdə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, ünvan 6 ünvanında yerləşən 6 saylı mənzilə dair İddiaçı1, İddiaçı2 və Cavabdeh2 qanun üzrə vərəsə kimi miras əmlakdakı hər birinin 1/3 hissəsində payları müəyyən edilişdir. Cavabdeh1 isə hər hansı payının olması müəyyən edilməmişdir. Göründüyü kimi iddiaçılara məxsus payı da Cavabdeh2 tərəfindən digər cavabdehə bağışlanılmış sonuncu isə öz növbəsində həmin əmlakı özgəninkiləşdirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Məhkəmə miras əmlakdan payların dəyərinin müəyyən edilməsi ilə bağlı qeyd edir ki, iş materiallarında olan, Cavabdeh1 ilə X13 arasında bağlanmış 27 noyabr 2018-ci il tarixli alqı-satqı müqaviləsində surətindən görünür ki, Cavabdeh1 özünə məxsus mənzili X1. Tərəflər arasında alqı-satqı qiyməti 58500 müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı1 və İddiaçı2 qanun üzrə vərəsə kimi Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi "V" yaşayış sahəsi, 30 saylı evin, 6 saylı mənzilindəki hər birinin 1/3 hissəsindəki paylarının dəyəri olan 39.000,00 (otuz doqquz min) manat vəsait Cavabdeh2 tutularaq İddiaçı1 və İddiaçı2 ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə xərclərinə aid olan 20 (iyirmi) manat dövlət iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı1 və İddiaçı2 qanun üzrə vərəsə kimi Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi "V" yaşayış sahəsi, 30 saylı evin, 6 saylı mənzilindəki hər birinin 1\3 hissəsindəki paylarının dəyəri olan 39.000,00 (otuz doqquz min) manat vəsait Cavabdeh2 tutularaq İddiaçı1 və İddiaçı2 ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar