Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-1191/2022 13.04.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili X1, Maraqlı şəxs Sabunçu rayon Maştağa bələdiyyəsinin nümayəndəsi X2 iştirakları ilə, Ərizəçi maraqlı şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və Sabunçu rayon Maştağa Bələdiyyəsinə qarşı “qanuni istifadə və sahiblik faktının müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və Sabunçu rayon Maştağa Bələdiyyəsinə qarşı “qanuni istifadə və sahiblik faktının müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhəc (Ləhiş) bağ massivi ünvanında yerləşən 0,25 ha ölçülü 2397 nömrəli bağ/torpaq sahəsinin 15820 nömrəli icra müqaviləsi əsasında vəfat etməsi anına kimi, mərhum atası X3 və ailələrinin sahibliyində və qanuni istifadəsində olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlığı zamanı müəyyən edilmişdir ki, mülki iş aidiyyət qaydalarının pozulması ilə məhkəmənin icraatına qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra): 37-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaqla, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. İş materiallarından görünür ki, Ərizəçi yaşayış yeri ünvan 2 ünvanı olsa da, hazırkı ərizədə Bakı şəhəri, Sabunçu rayonunun ərazisində olan bağ/torpaq sahəsinin mərhum X3 və ailəsinin sahibliyində və qanuni istifadəsində olması faktının müəyyən edilməsi xahiş edilmişdir. Yəni ərizənin mahiyyəti torpaq sahəsinin ərizəçinin atasının və onun ailəsinin sahibliyində olmasının müəyyən edilməsi mənasına gəlir ki, MPM-in 37-ci maddəsinə əsasən belə ərizələrə torpaq sahəsinin olduğu yerdə baxılmalıdır. Belə olan halda, məhkəmə tərəfindən müəyyən edildi ki, hazırkı iş aidiyyət qaydaları pozulmaqla icraata qəbul edilmiş və işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər; 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Beləliklə, məhkəmə hesab edir ki, mülki işin aidiyyət qaydalarının pozulmaqla icraata qəbul edildiyindən hazırkı halda aidiyyət məsələsi həll edilməli, mülki iş baxılması üçün torpaq sahəsinin olduğu yer üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 37, 44.2.2, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və Sabunçu rayon Maştağa Bələdiyyəsinə qarşı “qanuni istifadə və sahiblik faktının müəyyən edilməsi” haqqında ərizəsinə dair 2(007)- 1191/2022 saylı mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-1191/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-1191/2022
13.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver