Məhkəmə qərarları › İş №2(007)-1196/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1196/2022

19.04.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1196/2022 19.04.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi-vəkili Vəkil iddia tələbini onunla əsaslandırdı ki, Bakı şəhəri, Nizami rayonu, İ.Məmmədov küçəsi, 8 saylı binanın 30 saylı mənzili iddiaçının xüsusi mülkiyyətindədir. Bu barədə ona 105451 saylı orderdə də verilib. İddiaçının mənzilində ondan başqa oğlu Cavabdeh və onun yetkinlik yaşına çatmayan oğlu X3 da qeydiyatdadırlar. Onlar iddiaçının məzilində qeydiyatda olsalar da burada yaşamırlar. Bu səbəbdən də o, Cavabdeh və onun yetkinlik yaşına çatmayan oğlu X1 mənzilə istifadə hüqunun xitam verilməsi tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlib.Onların iddiaçının mənzilində qeydiyyatda qalmaları mənzilin sahibi kimi hüquqlarını pozur. İddiaçının umudum ancaq məhkəməyədir. Qeyd edilənlərə əsasən Cavabdeh yetkinlik yaşına çatmayan oğlu X3 ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, İ.Məmmədov küçəsi, 8 saylı binanın 30 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar olunsa da məhkəməyə gəlməmişdir və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəməyə ünvanladığı 01.04.2022-ci il tarixli notarial qaydada təsdiqlənmiş ərizə ilə Cavabdeh iddianı etiraf etdiyini bildirmişdir. Məhkəmə Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib,iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan,Vəkil verilmiş 566228 saylı 12.02.2022-ci il tarixli etibarnamədən görünür ki, İddiaçı Bakı şəhəri, Nizami rayonu, İ.Məmmədov küçəsi, 8 saylı binanın 30 saylı mənzilində qeydiyyatdadır. İş materiallarında olan 25.11.1989-cu il tarixli orderdən görünür ki, Bakı şəhəri, Nizami rayonu, İ.Məmmədov küçəsi, 8 saylı binanın 30 saylı mənzili X2 istifadəsinə verilmişdir. Ölüm haqqında şəhadətnamədən görünür ki, X4 22.03.2005-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə,məhkəmə işin hallarını araşdırıb,cavabdehin iddianı etiraf etdiyini nəzərə alaraq hesab edir ki,iddia təmin olunmalı, Cavabdeh yetkinlik yaşına çatmayan oğlu X3 ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, İ.Məmmədov küçəsi, 8 saylı binanın 30 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh və onun yetkinlik yaşına çatmayan oğlu X3 ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, İ.Məmmədov küçəsi, 8 saylı binanın 30 saylı mənzilindən istifadə hüquqlarına xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar