Məhkəmə qərarları › İş №2(007)-1217/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1217/2023

31.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1217/2023 31.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Məhkəmə iclasının katibi Quluzadə Emil Mirələm oğlunun katibliyi, Ərizəçi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil2 qızının iştirakları ilə, Ərizəçi maraqlı şəxs Xaçmaz Rayon 1 saylı Notariat Ofisinə qarşı “qohumluq faktının müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Xaçmaz Rayon 1 saylı Notariat Ofisinə qarşı “qohumluq faktının müəyyən edilməsi” haqqında ərizə ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət etmişdir. Xaçmaz Rayon Məhkəməsinin e-2(067)-2467/2022 saylı saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən ərizə təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-459/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadına əsasən Ərizəçi apellyasiya şikayəti qismən təmin edilərək, Xaçmaz Rayon Məhkəməsinin e-2(067)-2467/2022 saylı saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Mülki iş xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzilin mülkiyyətçisi onun xalası oğlu X6muşdur. O, xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Xalası oğlunun 2 mərhum övladı olmuşdur. X38 Viktorovna xx.xx.2016-cı ildə, oğlu X15 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. X24 övladı olmamışdır. X7 isə Rusiya Federasiyasının Moskva şəhərində yaşayan X25 adlı oğlu var. Lakin xalası oğlunun vəfatından artıq 1 il keçməsinə baxmayaraq oğlu Potapenko Yuriy mirasın qəbulu üçün nə notariat kontoruna müraciət etmiş, nə də ki, mirasın faktiki qəbul edilməsi üçün (miras əmlakın idarə edilməsi, miras əmlakdan istifadə) hərəkətlər etmişdir. Odur ki, xalasıoğlu Potapenko Viktorun ondan başqa mirası qəbul edəcək, mirasa faktiki rəhbərlik edəcək vərəsəsi yoxdur. Xalası oğlunun ölümündən sonra onun vərəsəsi kimi ondan miras qalmış mənzildə yaşayıra, bütün kommunalları, təsərrüfat xərclərini öz vəsaiti hesabına ödəyir və faktiki olaraq mirası qəbul edərək idarə edir. Ondan başqa heç bir vərəsə yoxdur. Miras qalmış mənzilə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Xaçmaz şəhərində yerləşən notariat kontoruna müraciət etmişdir. Lakin xalası oğlu ilə qohumluq əlaqəni təsdiq edən sənəd olmadığından ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina olunmuşdur. Anası (X8 ) və xalasının (Samoylenko (Potapenko) İrina Qriqoryevna) bacı olmaları faktını, eləcə də xalası oğlu X14 ilə aralarında qohumluq faktını şahidlər də təsdiq edə bilərlər. Qeyd edilənlərə əsasən anası (X8 ) və xalasının (Samoylenko (Potapenko) İrina Qriqoryevna) bacı olmaları faktını, eləcə də xalasıoğlu X14 ilə aralarına qohumluq faktınının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edib, ərizədə göstərilənlərə uyğun, eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Vəkil2 qızı ərizəsini müdafiə edib, ərizədə göstərilənlərə uyğun, eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Xaçmaz Rayon 1 saylı Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Xaçmaz rayon 1 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli 35 saylı məlumatından görünür ki, Xaçmaz rayon 1 saylı notariat ofisində X10 və X5 miras qalmış əmlaka dair Xaçmaz rayon 1 saylı notariat ofisində vərəsəlik işi açılmamışdır. - Xaçmaz rayon 1 saylı notariat ofisi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli X-897 saylı məlumatından görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X5 miras qalmış əmlaka dair mirasın qəbulu və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi miras qoyanla qphumluq əlaqələrini təsdiq edən sənədlərin mövcud olamması səbəbindən mümkün deyildir. Bununla bağlə vərəsəliyin qəbulu, vərəsəlik üzrə payın müəyyən olunması və qohumluq faktının təsdii üçün məhkəməyə müraciət edilməsi məqsədəuyğundur. - 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarilxi 22342000-1542 saylı məktubunun surətindən görünür ki, 5 saylı Xaçmaz Ərazi İdarəsinin arxiv səndələrinə və reyestr kitablarına əsasən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.1992-ci il, 3057 reyestr nömrəli (Xaçmaz rayon notariat kontorunun xx.xx.1992-ci il tarixli, 1-c-122 reyestr nömrəli müqavilə ilə) qeydiyyat vəsiqəsinə əsasən mərhum X11 adına qeydə alınmışdır. - Xaçmaz Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İdarısinin 51 saylı xx.xx.2022-ci il tarixli məlumatından görünür ki, Xaçmaz şəhəri, Vağzal küçəsində yerləşən 38 saylı yaşayış evinin 3 saylı mənzili mərhum X12 məxsus olmuşdur. Bildiklərinə görə mərhumun Rusiya Federasiyasının Moskva şəhərində X20 adında oğul nəvəsi yaşayır, lakin onun dəqiq ünvanı onlara məlum deyild. Ərizəçi mərhumun yanlız bir dəfə həmin mənzilə aid olan qalıq borclarını ödəmişdir. Hazırda həmin ünvanda heç kim yaşamır və mənzil heç kim tərəfindən idarə olunmur. - X26 tərəfindən tərtib edilmiş xx.xx.2009-cu il tarixli vəsiyyətnamənin surətindən görünür ki, o, ölən günədək ona məxsus olan Xaçmaz şəhəri, Vağzal küçəsində yerləşən 38 saylı binanın 3 saylı mənzilini qızı X30, əri X12, oğlu X13 hər birinə bərabər hissələrlə, yəni hər birinə 1/3 hissədə vəsiyyət edir. - AA № 595233 saylı doğum haqqında şəhadətnaməni surətindən görünür ki, X32 xx xxxxxx 1947-ci il tarixdə doğulmuşdur. Atası X36, anası X2. - AЗ-İ № 021016 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X21 ilə X27 nikahı haqqında 30 sentyabr 1964-cü il tarixdə 1794 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikahdan sonra ərə Qubçenko, arvada Qubçenko soyadı verilmişdir. - Azərbaycan SSR Xaçmaz rayonu VVAQ bürosu tərəfindən verilmiş A № ******* saylı doğum haqqında şəhadətnamənin tərcümə olunmuş surətindən görünür ki, X4 xx.xx.1923-cü il tarixdə doğulmuşdur. Bu barədə xx.xx.1940 il tarixdə doğum haqqında akt qeydi tərtib edilmişdir. Atası X29, anası X16. - Xaçmaz rayon qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli 05/.864/69 saylı arayışından görünür ki, X28 xx.xx.1910-cu ildə anadan olmuşdur. Bu barədə 1936-cı il tarixdə Xaçmaz rayon qeydiyyat şöbəsində 139/154 nömərli doğu haqqında bərpa akt qeydi tərtib olunmuşdur. X34 İvanoviç, anası X22. - X39 Sovetliyi tərəfindən verilmiş A № 70512 saylı doğum haqqında şəhadətnamənin tərcümə olunmuş surətindən görünür ki, X14 xx.xx.1938-ci il tarixdə doğulmuşdur. Bu barədə xx.xx.1938-ci il tarixdə doğum haqqında akt qeydi tərtib edilmişdir. Atası X23, anası X17. - 82 saylı nikah haqqında şəhadətnəmin tərcümə edilmiş surətindən görünür ki, 1933 ildə X23 və X28 nikah bağlanmışlar və bu barədə 13 iyun 1993-cü ildə nikahın bağlanması haqqında akt qeydi tərtib edilmişdir. Nikah bağlandıqdan sonra arvada Potapenko soyadı verilmişdir. - 2 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli 05- 4197/70 saylı arayışından görünür ki, X36 və X3 nikahı haqqında xx.xx.1946-cı il tarixdə 363 nömrəli akt qeydi Xətai rayon Qeydiyyat şöbəsində tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə Zinovyev, aravada Zinovyeva soyadı verilmişdir. Qeyd Kişi ölüm A/Q 287 xx.xx.1975 Nərimanov, qadın ölüm A/Q 197 xx.xx.2011 Nizami RQŞ, Nikah pozulub A/Q 118 xx.xx.1973 Nərimanov RQŞ. - İ-HO № 642147 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X31 24 noyabr 1993-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 25 noyabr 1993-cü il tarixdə 194 nömrə ilə qeyd edilmişdir; - AZ-İ № 631979 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X26 xx.xx.2013-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2013cü ilin avqust ayında 223 nömrə ilə qeyd edilmişdir; - AZ-İ № 550340 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X23 xx.xx.2013-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2013cü ilin avqust ayında 223 nömrə ilə qeyd edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, X36 ilə X1 birgə nikahından hazırkı iş üzrə Ərizəçi doğulmuşdur. X29 ilə X18 nikahından ərizəçinin anası X4 və X28 adlı övladları doğulmuşdur. X28 X23 ilə nikahda daxil olmuş və bundan sonra ona Potapenko soyadı verilmişdir. X23 ilə X19 nikahlarından xx.xx.1938-ci il tarixdə X14 doğulmuşdur. X14 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Hazırda ərizəçi xalası oğlundan miras qalmış əmlak üzrə vərəslik hüququ şəhadətnamənin alınması üçün notariat orqanına müraicət etmiş, lakin notariat orqanında onların qohumluq əlaqələri müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən hallarla müəyyən olunur ki, ərizəçinin müvafiq sənədi başqa qaydada əldə etməsi qeyri-mümkündür, ona görə ərizəçi hüquqi əhəmiyyəti olan faktın, qohumluq münasibətlərinin müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir. Məhkəmədə tədqiq edilmiş sənədlərlə isə ərizənin əsaslı olması tam təsdiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Məhkəmə istinad edilən qanunvericilik normalarına əsasən məhkəmə iclasında dindirilən şahidlərin ifadələrini, o cümlədən digər sənədləri mötəbər sübut növü, məlumat kimi qəbul edir və hesab edir ki, bu məlumatlar işin faktiki halları ilə uyğun gəlir və təsdiq olunur, qanunu pozmaqla əldə edilməmişdir, onlardan sübut kimi istifadə olunmasına yolverilməzlik yoxdur. Ərizəçinin ərizəsindən, məhkəmədə verdiyi izahatından görünür ki, Ərizəçi anası X8 ilə xalasının Samoylenko (Potapenko) İrina Qriqoryevnanın bacı olmaları faktını, eləcə də xalasıoğlu X14 ilə aralarına qohumluq faktınının müəyyən edilməsi Ərizəçi xalası oğlundan qalmış mirası qəbul etməsi ilə bağlı notariat hərəkətinin həyata keçirilməsi üçün lazımdır. İş materiallarının tətqiqi zamanı ərizəçinin anası X8 və xalasının Samoylenko (Potapenko) İrina Qriqoryevnanın bacı olması, həmçinin X9 ərizəçinin xalası Samoylenko (Potapenko) İrina Qriqoryevnanın oğlu olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.1 və 307.2.1-ci maddələrinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir, şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, hüquqi əhəmiyyəti olan fakt məhkəmə iclasında toplanaraq tədqiq edilmiş sübutlarla təsdiq edilir, ona görə həmin ərizə təmin edilməli, xx.xx.2011-ci il tarixdə vəfat etmiş X8 ilə xx.xx.1993-cü il tarixdə vəfat etmiş Samoylenko (Potapenko) İrina Qriqoryevnanın bacı olmaları faktı müəyyən edilməli, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X9 Ərizəçi xalası oğlu olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla bağlı məhkəmə qeyd edir ki, məhkəmə xərcləri ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2011-ci il tarixdə vəfat etmiş X8 ilə xx.xx.1993-cü il tarixdə vəfat etmiş Samoylenko (Potapenko) İrina Qriqoryevnanın bacı olmaları faktı müəyyən edilsin. xx.xx.2021-ci il tarixdə vəfat etmiş X9 Ərizəçi xalası oğlu olması faktı müəyyən edilsin. Məhkəmə xərcləri Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar