Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1231/2023 05.07.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Dadaşova Emina Bəhruz qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “cavabdehin ləyaqətsiz vərəsə elan olunaraq vərəsəlik hüququndan məhrum edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “cavabdehin ləyaqətsiz vərəsə elan olunaraq vərəsəlik hüququndan məhrum edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ləyaqətsiz vərəsə hesab olunaraq vərəsəlik hüququndan məhrum edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1i rayonu, B.Nuriyev küçəsi, ev 33, 55 saylı mənzil onun mülkiyyətindədir. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən verilmiş seriya ÖM 185859 №-li Qeydiyyat Vəsiqəsinə əsasən ünvan 1i rayonu, B.Nuriyev küçəsi 33 saylı evin 30,50 kv.m yaşayış sahəsindən ibarət 2 (iki) otaqlı 55 saylı mənzil adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə müvafiq qeydiyyat aparılmışdır. Həmin mənzildə Cavabdeh Hüriyyət oğlu formal olaraq müvəqəti qeydiyyatdadır. Bu isə onun mülkiyyət hüquqlarını həyata keçirməyinə maneəçilik törədir. Onu da bildirmək istəyir ki, bir müddət öncə Cavabdeh Hüriyyət oğlu yaşadığı ünvanı tərk edərək ona məxsus ünvan 1i rayonu, B.Nuriyev küçəsi, 33, 55 saylı mənzilində himayəsinə sığınmışdır. Lakin hazırda o, Cavabdeh Hüriyyət oğlu ilə münaqişə vəziyyətində yaşayırlar. Belə ki, o, özünü nalayiq aparmaqla təhqiramiz ifadələr işlədir. Ona məxsus mənzildə birgə yaşayış üçün dözülməz şərait yaradır. Buna misal olaraq qeyd etmək istəyir ki, 2022-ci ilin avqustun 23-də onunla növbəti dəfə münaqişə yaratdı və o, polisə müraciət etmək məcburiyyətində qaldı. Buna görə də Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)-1957/2022 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən Məmmədov X4'baycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 150 (yüz əlli) manat məbləğində cərimə ilə tənbeh edilmişdir. Daha sonra Bakı Şəhər Nizami Rayon Məhkəməsinin 1(007)-382/2022 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən Məmmədov X4rbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyıtindən azad edilməsi və barəsində olan sadələşdirilmiş icraat materialınının icratına xitam verilmişdir. Belə ki, o, zərərçəkmiş şəxs olaraq cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs olan Cavabdeh Hüriyyət oğlunu bağışladı. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini və rədd olunmasını məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, cavabdeh içki aludəçisidir. İçki içir evə gəlib onu və arvadını təhqir edir. Qeyri-qanuni işlər görür. Məhkəmə qərarı olmadan onu mənzildən qeydiyyatdan çıxarıb onunla bağlı məhkəməyə müraciət edəcək. Hal-hazırda kirayədə yaşayır iddiaçıdan və evdən uzaqdı yenə iddiaçı onu rahat buraxmır məhkəməyə verib. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, təqdim edilən sübutları araşdırıb, mülki işin materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-382/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmiş və barəsində olan sadələşdirilmiş icraat materialının icraatına xitam verilmişdir. - Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)-1957/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə ilə təqsirli bilinərək 150 (yüz əlli) manat məbləğində cərimə edilmişdir. - MV seriyalı 011963 nömrəli Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, X6 X5 vəsiqəsinin surətindən görünür ki, İddiaçı müharibə veteranıdır. - 26 saylı MKİS tərəfindən verilmiş 01 mart 2023-cü il tarixli 62 nömrəli arayışın surətindən görünür ki, İddiaçı ünvan 1i rayonu, B.Nuriyev küçəsi, ev 33, 55 saylı mənzildə həyat yoldaşı X2 və oğlu Cavabdeh ilə birlikdə Cəbrayıl rayon köçkünü kimi müvəqqəti qeydiyyatdadır. - AA seriyalı 081158 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Məmmədov X1 rayon köçkünüdür. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ünvan 1i rayonu, B.Nuriyev küçəsi, ev 33, 55 saylı mənzildə həyat yoldaşı X2 və oğlu Cavabdeh ilə birlikdə Cəbrayıl rayon köçkünü kimi müvəqqəti qeydiyyatdadır. Onunla oğlu M.Günnur arasında mübahisələr baş vermiş və Cavabdeh inzibati məsuliyyətə cəlb edilmişdir. Onların arasında tez-tez mübahisələr baş verir və bu səbəbdən İddiaçı Cavabdeh ləyaqətsiz vərəsə hesab edilməsini xahiş edir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1137-ci maddəsinə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. 1139-cu maddəsinə görə ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir. 1203.1-ci maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. 1203.2-ci maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. 1203.3-cü maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrumetmə barəsində məhkəmənin çıxardığı qərar mirasın açıldığı andan qüvvədə olur. Miras qoyanın hələ öz sağlığında məhkəməyə müraciət etdiyi, lakin qərarın onun ölümündən sonra qəbul edildiyi halda da bu cür nəticə baş verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair xx.xx.2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 1203.1-ci maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. Göründüyü kimi, məcburi pay almaq hüququndan məhrumetmə, ümumi qaydada vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallarda həyata keçirilə bilər. Vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar Mülki Məcəllənin 1137-ci maddəsində öz əksini tapmışdır. Həmin maddəyə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Qanunverici şəxsin ləyaqətsiz vərəsə elan edilərək vərəsəlik hüququndan və məcburi pay almaq hüququndan məhrum edilməsi barədə məhkəməyə müraciət etmək hüququ olan subyektlərin dairəsini Mülki Məcəllənin 1139-cu maddəsi ilə konkret müəyyənləşdirmişdir. Belə ki, Mülki Məcəllənin bu maddəsinə müvafiq olaraq ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyən edilir. Mülki Məcəllənin 1203.2-ci maddəsinə əsasən isə məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. Nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 1137-ci maddəsi miras qoyanın və yaxud onun yaxınlarının şəxsiyyətinə qarşı törədilmiş hər hansı hüquqa zidd hərəkətləri deyil, məhz miras qoyanın son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin təqsirinin məhkəmə tərəfindən təsdiq olunduğu təqdirdə onun nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməməsini müəyyən edir. Göründüyü kimi, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin ləyaqətsiz vərəsə elan olunması yalnız vərəsələrdən birinin və ya bir neçəsinin məhkəməyə müraciəti əsasında həyata keçirilə bilər. İddiaçı Mülki Məcəllənin 1137-ci maddəsinin “vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət törətmiş şəxsin təqsirinin məhkəmə tərəfindən təsdiq olunduğu” hissəsini düzgün təfsir etməyərək iş materiallarına Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-382/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının surətini və Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)-1957/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının surətlərini əlavə edərək onlara istinad etmişdir. Lakin yuxarıda qeyd olunmuş maddi hüquq normalarından və Plenum Qərarından görünür ki, şəxsin ləyaqətsiz vərəsə hesab olunması üçün qeyd olunan hərəkətlər miras qoyanın vəfatından sonra törədilən zaman mübahisələndirilir. Həmçinin vəsiyyət edən vərəsələrdən hər hansı birinin məcburi pay hüququndan məhrum edilməsi ilə bağlı məhkəməyə müraciət edərkən, həmin şəxslərin Mülki Məcəllənin 1137-ci maddəsi baxımından, onun son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətməsini, yaxud vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətməsini əsaslandırması mümkün deyil. Ona görə ki, Mülki Məcəllənin 1137-ci maddəsi əsasında ləyaqətsiz vərəsə qismində tanınması miras qoyanın vəfatından sonra mübahisələndirilir. Mülki Məcəllənin 1137-ci maddəsində qeyd olunan miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin hərəkətləri anlayışı həmin Məcəllənin 1203.1-ci maddəsinin “məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar” müddəasını tam əhatə etmir. Belə ki, burada miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkətlər məcburi paydan məhrum etmək üçün səbəb kimi götürülsə də, bu cinayətlərin miras qoyanın yalnız son iradəsinin əleyhinə yönəlməsi nəzərdə tutulur. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırki iddiası əsassızdır, iddiaçı iddiasını əsaslı hesab edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh ləyaqətsiz vərəsə hesab olunaraq vərəsəlik hüququndan məhrum edilməsi tələbi təmin edilməməlidir. “Dövlət Rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.20-ci maddəsinə görə məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azad olduğu üçün məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh ləyaqətsiz vərəsə hesab olunaraq vərəsəlik hüququndan məhrum edilməsi tələbi təmin edilməsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-1231/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1231/2023
05.07.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver