Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1264/2022 20.04.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğvi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının, normadan artıq işə görə əmək haqqının, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “əmrin ləğvi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının, normadan artıq işə görə əmək haqqının, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 20.07.2016-cı ildən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq Əmək müqaviləsi bağlamaqla əmək fəaliyyəti ilə məşğuldur. Əmək müqaviləsi bağlamaqla 17.01.2020-ci il tarixdə Cavabdeh (Bravo supermarket) satış üzrə köməkçi vəzifəsinə işə qəbul olunmuşdur. “Azərbaycan Supermarket" MMC ilə əmək münasibətlərində olduğu müddətdə 02.04.2020-ci il tarixdə rəhbərlik tərəfindən mükəmməllik sertifikatı ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sistemindən çıxarılmış elektron bildirişlərdən də göründüyü kimi ona məlum olmayan tarixdə Cavabdeh MMC tərəfindən onunla razılaşdırılmadan əmək müqaviləsinə dəyişiklik edilib, xəzinədar vəzifəsinə keçirilmiş və lakin bununla bağlı əmək müqaviləsində hər hansı bir dəyişiklik edilməmişdir. Bu dəyişiklik Əmək kitabçasında da öz əksini tapmamışdır. Vəzifə dəyişikliyi edilən zaman xəzinədar vəzifəsinin vəzifə təlimatı ilə də tanış edilməmişdir. Əmək müqaviləsi ləğv edildiyi zaman əsas səbəb kimi mülkiyyətçiyə maddi ziyan vurmağı göstərilmişdir. Xəzinədar olmağıma baxmayaraq başqa əmək funksiyasının icrasına cəlb edilmiş, ona təhkim olunan kassada başqa işçi işləyən zaman yekunda məbləğ əskikliyi gəlmiş və bu məbləğ onun əmək haqqından tutulmuşdur. Cavabdeh MMC işlədiyi bütün dövr ərzində, 1 il 10 ay müddətində hər həftə 8 saat normadan artıq işləsə də, “Azərbaycan Supermarket" MMC tərəfindən normadan artıq iş saatlarına görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq nə bir qat, nə də iki qat məbləğdə ödənməmişdir. Onunla bağlanmış Əmək müqaviləsinə 03 noyabr 2021-ci il tarixdə xitam verilmişdir. Əmək müqaviləsinin ləğv edilməsi barədə Əmrin qanunsuz olması barədə aşağıdakı səbəbləri əsas tutaraq hesab edir ki, "Azərbaycan Supermarket” MMC-nin onunla bağlanmış Əmək müqaviləsinin ləğvi barədə 03 noyabr 2021-ci il tarixli, T1407-21 saylı Əmri qanunsuzdur. Belə ki, “Azərbaycan Supermarket" MMC-nin onunla bağlanmış Əmək müqaviləsinin ləğvi barədə 03 noyabr 2021-ci il tarixli, T1407-21 saylı Əmrində, Əmək müqaviləsinin ləğvi kimi: Əmək Məcəlləsnin 72-ci maddəsinin “c” həndi rəhbər tutularaq, həmin Məcəllənin 70ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Qanunvericiliyə əsasən, Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Lakin Azərbaycan Supermarket" MMC-nin onunla bağlanmış Əmək müqaviləsinin ləğvi barədə 03 Noyabr 2021-ci il tarixli, T1407-21 saylı Əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud hu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əsası ilə) ləğv edilməsi sadə bir əsas və ya Əmr (məsələn: əmək müqaviləsinin müddətinin qurtarması, işçinin öz xahişi ilə Əmək müqaviləsinin ləğv edilməsi əsası və sair) deyildir və yalnız qərar hissəsindən ibarət olmamalıdır. Bu əsasdan da bu barədə olan Əmr və işdən azad olunma müvafiq qaydada əsaslandırılmalı və normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət olmaqla tərtib edilməlidir. Göstərilən əsasdan bu Əmr qanunsuzdur və məhkəmə qaydasında ləğv edilməlidir. Qanunvericiliyə əsasən, Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin miivafıq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Qeyd edilən məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Azərbaycan Supermarket” MMC-nin onunla bağlanmış Əmək müqaviləsinin ləğvi barədə 03 Noyabr 2021-ci il tarixli, T1407-21 saylı Əmrində isə: qanunvericiliklə nəzərdə tutulan qaydada: müəssisənin adı, hüquqi ünvanı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası göstərilməmişdir. Qanunericiliyə əsasən, Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüququ İşəgötürənə məxsusdur. Azərbaycan Supermarket” MMC-nin onun bağlanmış Əmək müqaviləsinin ləğvi barədə 03 Noyabr 2021-ci il tarixli, Tİ407-21 saylı Əmrində isə Əmri İşəgötürən deyil, buna səlahiyyəti olmayan digər şəxs imza etmişdir. İşəgötürən bu Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Hesab edir ki, Cavabdeh MMC-nin onunla bağlanmış Əmək müqaviləsinin ləğvi barədə 03 Noyabr 2021-ci il tarixli, T1407-21 saylı Əmri o əsasdan da qanunsuzdur ki, bu Əmrdə onun nə səbəbdən və ya əsasdan işdən azad olunmağı sübut olunmur və əsaslandırılmır. Göstərilən əsasdan da bu Əmr qanunsuzdur və məhkəmə qaydasında etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən, İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Qeyd olunan halda isə Əmək Məcəlləsində nəzərdə tutulmayan Əmək Məcəlləsinin 72-ci maddəsi əsas tutulmaqla əmək müqaviləm ləğv edilmişdir. Eyni zamanda Əmrdə həm Əmək məcəlləsinin 72 və 70ci maddələrinə istinad edilməklə Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbəri pozulmaqla 2 əsasa istinad edilmişdir. Əmək kitabçasında olan qeydə əsasən: “Azərbaycan Supermarket" MMC-nin onunla bağlanmış Əmək müqaviləsinin ləğvi barədə 03 Noyabr 2021-ci il tarixli, T1407-21 saylı Əmrində, Əmək müqaviləsinin ləğvi kimi: Əmək Məcəlləsnin 72-ci maddəsinin “c” bəndi rəhbər tutularaq, həmin Məcəllənin “ç” bəndinə əsasən xitam verilmişdir. Əmək kitabçaSİNda olan Bu qeyd və əsaslar da qanunsuzdur. Belə ki, Əmək Məcəlləsində nəzərdə tutulmayan Əmək Məcəlləsinin 72-ci maddəsi əsas tutulmaqla əmək müqaviləsi ləğv edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən, İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. İşlədiyi müddətdə heç bir vaxt əmək intizamını pozmamağı, eyni zamanda “Azərbaycan Supermarket" MMC ilə əmək münasibətlərində olduğu müddətdə 02.04.2020-ci il tarixdə rəhbərlik tərəfindən mükəmməllik sertifikatı ilə təltif olunmağı da onunla bağlanmış əmək müqaviləsi ləğv edilərkən nəzərə alınmamamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən, İntizam tənbehi, yalnız işçi ilə əmək müqaviləsi bağlamaq, onun şərtlərini dəyişdirmək və ona xitam vermək səlahiyyətinə malik olan işəgötürən tərəfindən verilə bilər. Ona da Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin ç) bəndi ilə ən ağır intizam tənbehi verilib və əmək müqaviləmi bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilmişdir. Lakin Əmək məcəllsinin tələbləri pozularaq ''Azərbaycan Supermarket” MMC-nin onunla bağlanmış Əmək müqaviləsinin ləğvi barədə 03 noyabr 2021-ci il tarixli, T1407-21 saylı Əmrində isə Əmri İşəgötürən deyil, buna səlahiyyəti olmayan digər şəxs imza etmişdir. Cavabdeh MMC-də əmək münasibətlərində olduğu 1 il 10 ay müddətdə o, hər həftə 8 saat artıq işləmiş, lakin bu saatlar üçün cavabdeh tərəfindən nə bir qat, nə də başqa qaydada ona Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulan qaydada normadan artıq işə görə əmək haqqını ikiqat məbləğdə ödənilməmişdir. Göstərilənləri əsas tutaraq hesab edir ki, normadan artıq əmək haqqı da mülki iş üzrə Cavabdeh MMC tərəfindən könüllü şəkildə ödənilmədiyindən, məhkəmə qaydasında cavabdehdən tutulmaqla ona ödənilməlidir. Belə ki, onun aylıq əmək haqqının 487 manat olması nəzərə almarsa, cavabdeh ona bu saatlar üçün 3396,31 (4245,38 10% vergi, 10% təxmini hesablama fərqi) normadan artıq saatlara görə pul ödəməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsini əsas tutaraq hesab edirəm ki, dəymiş ziyanla əlaqədar maddi ziyanın əvəzi kimi, onun xeyrinə 1000 manat məbləğində pul Cavabdeh MMC-dən məhkəmə qaydasında tutulmaqla ona ödənilməlidir. Həmçinin, dəymiş ziyanla əlaqədar mənəvi ziyanın əvəzi kimi "Azərbaycan Supermarket” MMC-dən onun xeyrinə 3000 manat məbləğində pul məhkəmə qaydasında cavabdehdən tutulmaqla ona ödənilməlidir. Göstərilənləri nəzərə alaraq, Mülki iş üzrə cavabdeh “Azərbaycan Supermarket" MMC-nin onunla bağlanmış Əmək müqaviləsinin ləğvi barədə 03 noyabr 2021-ci il tarixli, T1407-21 saylı Əmrinin ləğv edilməsi, işə bərpa barədə, cavabdehdən onun xeyrinə 03.11.2021-ci il il tarixdən işə bərpa olunan günə qədər hər ay üçün məcburi işburaxmaya görə 487 manat məbləğində aylıq əmək haqqının, 3396,31 manat məbləğində normadan artıq işə görə əmək haqqının, 1000 (beş min) manat maddi və 3000 (beş min) manat mənəvi ziyanın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh “Azərbaycan Supermarket" Məhdud Məsuliyyətli Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddia ərizəsi verilən zaman Azərbaycan Respublikasının Əmək Məcəlləsində qeyd edilən iddia müddəti ötürülmüşdür. Bildirirlər ki, 03 noyabr 2021-ci il tarixdə əmək müqaviləsinə xitam verilməsi barədə T1407-21 №-li əmr iddiaçı tərəfindən imzalanmışdır. Bu onu deməyə əsas verir ki, iddiaçının artıq 03 noyabr tarixindən etibarən əmək müqaviləsinə xitam verilməsindən məlumatı olmuşdur. Lakin mediasiyaya dəvət məktubu şirkətin ünvanına 10.02.2022-ci il tarixində göndərilmişdir. İddiaçının hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən mübahisənin həll edilməsi ilə əlaqədar Mediasiya Təşkilatına müraciət etməsinə qədər 3 ay müddət keçdiyindən iddiaçı iddia müddətini ötürmüş hesab edilir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində qeyd edilən iddia müddətini tətbiq edib əmək mübahisəsi üzrə İddiaçı tərəfindən qaldırılan iddiadan imtina barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddiaçının ərizəsi ilə eyni məzmunlu izahat verdi, əlavə olaraq göstərdi ki, o, “Bravo” supermarketdə satıcı kimi işləyirdi. Sonradan xəzinadar vəzifəsinə keçirilmişdir. Vəzifə dəyişikliyi edildiyi zaman xəzinədar vəzifəsinin vəzifə təlimatı ilə də tanış edilməmişdir. Hər xəzinədarın öz kart hesabı var idi. O, işdə olmadığı vaxt onun kart hesabından istifadə edilmişdir. Bundan başqa, həftəlik iş vaxtından artıq işləmişdir. Bunu onun iş yerinə daxil olduğu giriş və çıxış saatlarına baxaraq müəyyən etmək olar. İddiaçı tərəfindən ƏM-nin 70 “ç” bəndi ilə əmək müqaviləsi ləğv edilmişdir. O, bununla bağlı rəhbərliyə müraciət etdiyi vaxt ona dedilər ki, kimə şikayət etmək istəyirsə etsin. O, dəfələrlə rəhbərliyə müraciət etmişdir, müraciət etdiyi vaxt hər dəfə stress keçirirdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyib, izahat verərək göstərdi ki, iddiaçı öz ərizəsində qeyd edilənləri sübut edə bilmir. Belə ki, iddia ərizəsi əsassızdır. İddiaçı müştərinin aldığı malın bonuslarını öz kart hesabına pul köçürmüşdür. Bununla bağlı onlarda video görüntülərdə var. Bununla da şirkətlərinə maddi ziyan vurulmuşdur. Belə ki, iddiaçı xəzinədar vəzifəsinin vəzifə təlimatları ilə tanış olması üçün təlimlərdə iştirak etmişdir. “Azərbaycan Supermarket" MMC tərəfindən qanunla müəyyən edilmiş həftəlik normal iş vaxtına riayət edilmişdir. Əmək kitabçası iddiaçıya əmr hazırlandığı gün təqdim edilmişdir. Buna görə də, iddianın əsassız olduğunu bildirdi, həmçinin iddia müddəti ötürüldüyünə görə iddia müddətini tətbiq edib əmək mübahisəsi üzrə İddiaçı tərəfindən qaldırılan iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı ******* saylı əmək kitabçasının surətindən görünür ki, o, 17.01.2020-ci ildə Cavabdeh MMC-də satış üzrə köməkçi vəzifəsinə qəbul edilmişdir. 03.11.2021-ci il tarixdə T1407-21 saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “c” bəndinə əsasən onun bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. - Təlimdə iştirak vərəqəsindən görünür ki, İddiaçı (satıcı) 11.06.221-ci il tarixdə Yeni kassa sistemi üzrə (kassa sisteminin interfeysi, funksiyaları və POS-un əsas qayadaları; satış əməliyyatları; Umico və Pensiyaçı kartlarından istifadə qaydası; hədiyyə kartının satışı və istifadə qaydası) təlimdə iştirak etmişdir. - Cavabdeh MMC-nin mağaza müdiri Hacıyeva Elnarə, Müdir müavini Məmmədli Əhməd və əməliyyatlar üzrə şöbə müdiri İslamov Fəqan tərəfindən tərtib edilmiş 24 sentyabr 2021-ci il tarixli Aktdan görünür ki, kassa şöbəsində çalışan İddiaçı “Umico” tətbiqindən sui-istifadə etmişdir və bununla bağlı izahat yazmaqdan imtina etmişdi. - 03 noyabr 2021-ci il tarixli, T1407-21 saylı Əmrin surətindən görünür ki, Cavabdeh MMC-nin Müştəri xidmətləri və əməliyyatlar sektoru şöbəsinin xəzinədar vəzifəsində çalışan işçisi ilə bağlanmış AS5269 saylı əmək müqaviləsinə 03 noyabr 2021-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “c” bəndi rəhbər tutularaq, həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir (Əsas: 24.09.2021-ci il tarixdə tərtib edilmiş akt). Əmr İnsan resurları və İnzibati işlər üzrə departamentin rəhbəri X1 tərəfindən imzalanmışdır; -22 iyul 2021-ci il tarixli, 041-21/K saylı Əmrin surətindən görünür ki, X1 (ASL116) 22 iyul 2021-ci il tarixdən başlayaraq İnsan Resursları və İnzibati işlər üzrə departamentin rəhbəri vəzifəsində çalışan işçisinə cəmiyyətin adından çıxış etmək, işçilərin işə qəbulu və işdən azad edilməsi, habelə bütün digər əmək və inzibati münasibətlərə aid məsələlərlə bağlı qərar qəbul etmək və bununla əlaqədar əmr, müqvilə və dihər aidiyyəti sənədləri imzalamaq, cəmiyyətin fəaliyyəti ilə üçüncü şəxslərə etibarnamə vermək səlahiyyəti həbalə edilmişdir (Əsas M.Mirzəliyev ilə bağlanmış əmək müqaviləsi). Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 17 yanvar 2020-ci il tarixli AS5269 nömrəli “Əmək müqaviləsi”nə əsasən İddiaçı satış üzrə köməkçi vəzifəsinə qəbul edilmişdir. 18.05.2021-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 “a” bəndinə əsasən (öz xahişi ilə) xitam verilmişdir. Daha sonra həmin qeyd etibarsız hesab edilmiş və iddiaçının əmək müqaviləsinə dəyişiklik edilərək vəzifəsi xəzinədar kimi müəyyən edilmişdir. İddiaçıya mağaza müdiriyyəti və təlim nümayəndələri tərəfindən 11.06.2021-ci il tarixdə təlim keçirilmiş və o, təlimdə iştirak etməsini öz imzası ilə təsdiq etmişdir. İddiaçı “Umico tətbiqindən sui-istifadə etmiş və buna dair 24 sentyabr 2021-ci il tarixdə Akt tərtib edilmişdir. Cavabdeh MMC-nin Müştəri xidmətləri və əməliyyatlar sektoru şöbəsinin xəzinədar vəzifəsində çalışan iddiaçı ilə bağlanmış AS5269 saylı əmək müqaviləsinə 03 noyabr 2021-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “c” bəndi rəhbər tutularaq, həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Hazırda iddiaçı işdən azad olunması barədə əmrin ləğv edilməsi və digər tələblərlə bağlı məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etməkdən ibarətdir. Məhkəmə qeyd edir ki, işçinin əmək funksiyası dedikdə, əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya görməli olduğu xidmətlərin dairəsi başa düşülür. Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrinin kobud şəkildə pozulması işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi üçün əsas yaradır. Qeyd olunan maddədə isə hansı konrket hallarda işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması öz əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 2-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir; 9-cu maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsi üzrə işçinin əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək hüquqları vardır; 11-ci maddəsinin 1-ci hissəsinin “a” və “b” bəndlərinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüquqları vardır; 46-cı maddəsinin 6-cı hissəsinə əsasən əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər; 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər; 72-ci maddəsinin “c” bəndinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Məhkəmə mübahisələndirilən əmrin verilməsi üçün əsas olmuş sənədlərə, işin faktiki hallarına diqqət çəkərək qeyd edir ki, ümumilikdə işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, müvafiq hüquq münasibətlərini Azərbaycan Respublikasının Əmək Məcəlləsi tənzimlədiyi kimi, hazırkı işdə tərəf olan Cavabdeh MMC (İşəgötürən) ilə İddiaçı (İşçi) arasında olan əmək və hüquq münasibətləri də həmin Məcəllə ilə tənzimlənmiş, onlar arasındakı əmək münasibətlərinin əsas şərtləri, hüquq və vəzifələri yazılı müqavilədə öz əksini tapmışdır. Tərəflər arasında bağlanmış 17 yanvar 2020-ci il tarixli AS5269 nömrəli “Əmək müqaviləsi”nə əsasən İddiaçı satış üzrə köməkçi vəzifəsinə işə qəbul edilmişdir. Tərəflərin vermis olduğu izahatlardan aydın olur ki, iddiaçının əmək müqaviləsinə dəyişiklik edilmiş və o sonradan xəzinədar vəzifəsinə işə qəbul edilmişdir. Belə ki, Cavabdeh MMC-nin Müştəri xidmətləri və əməliyyatlar şöbəsinin xəzinədarı İddiaçı mağaza müdiriyyəti və təlim nümayəndələri tərəfindən 11.06.2021-ci il tarixdə keçirilmiş təlimdə iştirak etmiş və o, təlimdə iştirak etməsini öz imzası ilə təsdiq etmişdir. Lakin, iddiaçı istər cavabdehlə aralarında bağlanmış əmək müqaviləsinin, istərsə də Cavabdeh MMC-nin Bonus və endirim sistemlərinin istifadə qaydaları təlimatının “Qeyd” hissəsinində göstərildiyi yəni, müştəri tərəfindən alınan məhsullar üçün mağaza heyətinin bonus sistemindən istifadəsi qəti qadağan olunduğu halda, həmin təlimatın və əmək müqaviləsinin şərtlərini pozmuş, bununla bağlı akt tərtib edilmişdir. Məhz bu səbəbdən, cavabdeh sözügedən əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “c” bəndini rəhbər tutaraq, həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək münasibətlərinə xitam vermişdir. Nəticədə, məhkəmə tərəfindən iddiaçının cəmiyyət qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməməsi halı müəyyən edilmişdir. Qeyd edilməlidir ki, iddiaçı tərəfindən məhkəmə adıçəkilən halların təkzib edilməsi məqsədilə hər hansı sübut təqdim edilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi “əmrin ləğv edilməsi” hissəsində əsassızdır və təmin edilə bilməz. Bundan başqa, qeyd etmək lazımdır ki, iddiaçı adıçəkilən əmri mübahisələndirərkən əmrin səlahiyyətli şəxs tərəfindən imzalanmadığını qeyd etsə də, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş 22 iyul 2021-ci il tarixli 041-21/K saylı əmrdən görünür ki, cəmiyyətin İnsan Resursları və İnzibati işlər üzrə departamentin rəhbəri vəzifəsində çalışan Mirsübhan Mirzəliyevin əmr, müqavilə və digər aidiyyəti sənədləri imzalamaq səlahiyyəti vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddəsinin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq qeyd etməyi zəruri hesab etmişdir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. Belə ki, cavabdeh iddia müddətinin ötməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, 03 noyabr 2021-ci il tarixdə əmək müqaviləsinə xitam verilməsi barədə T1407-21 №-li əmr iddiaçı tərəfindən imzalanmışdır. Bu onu deməyə əsas verir ki, iddiaçının artıq 03 noyabr tarixindən etibarən əmək müqaviləsinə xitam verilməsindən məlumatı olmuşdur. Məhkəmə göstərilənlərə münasibətdə qeyd edir ki, məhkəmə təqdim edilmiş 03 noyabr 2021-ci il tarixli, T1407-21 saylı Əmrin surətinin sağ aşağı küncündə imza olsa da, həmin imzanın iddiaçı məxsusluğu mübahisələndirmədən qeyd etmək lazımdır ki, imzanın kim tərəfindən və nə vaxt icra edilməsini müəyyən etmək mümkün olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi ilə bağlı göstərdiyi dəlillər əsassızdır. Məhkəmə İddiaçı iddia tələbinin digər hissələri, yəni işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının, maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı qeyd edir ki, həmin iddia tələbləri onunla cavabdeh təşkilat arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi barədə tələbdən doğan, törəmə tələblər olduğundan və iddianın ilk hissəsinin əsassız olması ilə bağlı təmin edilməli olmadığından həmin tələblər də təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “normadan artıq işə görə əmək haqqının ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı cəmiyyətdə işlədiyi müddət ərzində əmək müqaviləsi ilə təsbit edilmiş müddətdən artıq işləməsinə dair iddia tələbində istinad etdiyi hallara dair məhkəməyə hər-hansı bir sübut təqdim etməmiş, iddiasını həmin hallara uyğun əsaslandırmamış, iddia ərizəsində qeyd olunan xüsusatlar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Halbuki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 77.1-ci maddəsində də qeyd olunur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Avropa İnsan Hüquqları Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə araşdırması zamanı iddiaçı iddia tələbini qeyd edilən hissədə sübut edə bilməmiş, iddia tələbini əsaslandıra biləcəyi hər hansı sübutu məhkəməyə təqdim etməmiş və iddia ərizəsində göstərilən faktlar öz təsdiqini tapmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi “normadan artıq işə görə əmək haqqının ödənilməsi” hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edən kimi üzərinə düşmüş Cavabdeh MMC qəbul etdiyi mübahisələndirilən əmrin qanuni və əsaslı olması ilə bağlı halları sübut etmiş və bununla bağlı sübutlarını məhkəməyə təqdim edərək onların hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğvi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının, normadan artıq işə görə əmək haqqının, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı “əmrin ləğvi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının, normadan artıq işə görə əmək haqqının, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-1264/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1264/2022
20.04.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver