Məhkəmə qərarları › İş №2(007)-1272/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1272/2022

16.05.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1272/2022 16.05.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı Səfər oğlunun vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüquna xitam verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüquna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və onun yetkinlik yaşına çalmayan ailə üzvləri X4, X3 və X6 Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 95 saylı evin üç otaqlı 39-cu mənzilindən istifadə hüququna xilam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 95 saylı evin üç otaqlı 39-cu mənzilini ona oğlu X10 tərəfindən bağışlanmış, daşınmaz əmlakın bağışlama müqaviləsi Baki şəhəri 52 saylı notariat ofisinin xüsusi notariusu X7 tərəfindən 2021-ci il noyabrın 15-də bağlanmış və İS-2007 №-li reyestrlə rəsmiləşdirilmişdir. Daşınmaz əmlakın bağışlama müqaviləsi rəsmiləşdirildikdən sonra həmin mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən adına 17.11.2021-ci il tarixli qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********05-05301- 093046 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Adı çəkilən mənzil 2016-cı il aprelin 19-da cavabdehin qardaşı X11 tərəfindən oğlu Natiqə satılmış, cavabdeh də daxil orada yaşayan böyük ailə üzvləri mənzilin satılmasına yazılı razılıq vermiş, mənzilin əvvəlki sakini olan cavabdeh indiyə kimi alqı-satqı müqaviləsi üzrə öhdəlikləri yerinə yetirməmiş, o və onun yetkinlik yaşma çatmayan ailə üzvləri X12, X8 və X13 qeydiyyatdan çıxmamış və oların harada yaşamaları ona məlum deyildir. Cavabdehin ona məxsus mənzildə qeydiyyatda qalması mülkiyyətçi kimi hüquqlarının pozulmasına səbəb olur və mənzil üzərində sərbəst sərəncam vermək hüquqlarını məhdudlaşdırır. Cavabdehə aid bu mənzildə hər hansı bir əmlak yoxdur və o, mənzil haqqı və kommunal xidmətlərinin ödənilməsində iştirak etmir. Cavabdeh və onun ailə üzvlərinin ona məxsus adı çəkilən mənzilə dair heç bir hüquqları, o cümlədən yaşayış sahəsindən istifadə hüquqları qalmadığı üçün onların yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməlidir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil oğlu iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. O, əlavə olaraq qeyd etdi ki, mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 19.04.2016-cı il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, X11 ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, ev 95, 39 saylı mənzilini X1. - 15.11.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, X10 Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, ev 95, 39 saylı mənzilini atası İddiaçı bağışlamışdır. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, 17.11.2021-ci il tarixli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 95 saylı evin üç otaqlı 39-cu mənzili xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına 17.11.2021-ci il tarixdə qeydə alınmışdır. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, 18.01.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh, X12, X8, X13, X14 Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, ev 95, 39 saylı mənzildə qeydiyyatdadır. - 18.04.2016-cı il tarixli notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, Cavabdeh X9 məxsus olan Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 95 saylı evin üç otaqlı 39-cu mənzilin satılmasına və mənzildən istifadə hüququna xitam verilməsinə razı olduğunu, alqı-satqı müqaviləsi rəsmiləşdirildikdən sonra və müqavilədə göstərilən müddət ərzində mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürdüyünü bildirmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, 19.04.2016-cı il tarixli, AN-İ ******* saylı alqısatqı müqaviləsi ilə X11 ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, ev 95, 39 saylı mənzilini X2, 18.04.2016-cı il tarixli notarial qaydada təsdiq olunmuş ərizə ilə Cavabdeh X9 məxsus olan Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 95 saylı evin üç otaqlı 39-cu mənzilin satılmasına və mənzildən istifadə hüququna xitam verilməsinə razı olduğunu, alqı-satqı müqaviləsi rəsmiləşdirildikdən sonra və müqavilədə göstərilən müddət ərzində mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürdüyünü bildirmişdir. Daha sonra X10 15.11.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, ev 95, 39 saylı mənzilini atası İddiaçı Səfər oğluna bağışlamış və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, 17.11.2021-ci il tarixli Çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 95 saylı evin üç otaqlı 39-cu mənzili xüsusi mülkiyyət hüququ üzrə İddiaçı Səfər oğlunun adına 17.11.2021-ci il tarixdə qeydə alınmışdır. Hazırda İddiaçı cavabdehin, Cavabdeh və onun yetkinlik yaşına çalmayan ailə üzvləri X4, X3 və X6 həmin mənzildən istifadə hüququ itirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz”. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. “Broniovski Polşaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki "mülkiyyət" anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da "mülkiyyət" hüquqları sayıla bilər. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporroq və Lonnrotun İsveçrəyə qarşı” məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konversiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi,3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. “F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19.11.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Göstərilən qanunvericilik normalarının tələblərini rəhbər tutmaqla qeyd olunur ki, mülkiyyət hüququ insana məxsus təbii və fundamental hüquq olmaqla dövlətin maddi əsasını təşkil edən təməl elementlərdən biridir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmasına münasibətdə vicdanlı olsun. 178.1-ci maddəsinə əsasən-daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. İş materiallarında olan sənədlər cavabdehin qeyd olunan mənzilə qeydiyyatlarının formal xarakter daşıdığını sübut edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərək və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Beləliklə, iddiaçı Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, ev 95, 39 saylı mənzilinə qanunla müəyyən edilmiş qaydada mülkiyyət hüququ əldə etmiş, lakin cavabdeh mənzildə yaşamadığı üçün həmin evdə istifadə hüquqlarını itirmiş və o həmin mənzildə formal olaraq qeydiyyatda qalmışdır. Məhkəmə onu da qeyd edir ki, Cavabdeh və onunla birlikdə yetkinlik yaşına çalmayan ailə üzvləri X4, X3 və X6 Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, ev 95, 39 saylı mənzilinə olan istifadə hüququna xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, Cavabdeh və onunla birlikdə yetkinlik yaşına çalmayan X4, X3 və X6 Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, ev 95, 39 saylı mənzilinə istifadə hüquqlarına xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri qismində iddiaçı tərəfindən ödənilmiş 100,0 manat dövlət rüsumu ona aid edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh və onunla birlikdə yetkinlik yaşına çalmayan X4, X3 və X6 Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 95 saylı evin, 39 saylı mənzilinə istifadə hüquqlarına xitam verilsin. İddiaçı tərəfindən iddia verilməsinə görə ödənilmiş 100 manat dövlət rüsumu ona aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Baki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar