Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-1275/2022 03.03.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Yusifova Ülkər Bayram qızı, İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Bakı şəhər İdarəsinə qarşı “əmək müqaviləsinə xitam verilməsinə dair əmrin qanunsuz hesab edilərək ləğv edilməsi, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Bakı şəhər İdarəsinə qarşı “əmək müqaviləsinə xitam verilməsinə dair əmrin qanunsuz hesab edilərək ləğv edilməsi, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi poçt vasitəsilə məhkəməyə daxil olmuşdur. İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddiaçı tərəfindən iddia ərizəsi mülki prosessual qanunvericiliyin tələblərinə əməl edilməməklə verilmişdir. Bu səbəbdən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, həmçinin iddiaçıya cavabdehin ünvanının olduğu yerin məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 35.2-ci maddəsinin tələbinə görə hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilməlidir. Göründüyü kimi, qanunverici hüquqi şəxsə qarşı iddianın verilməsini hüquqi şəxsin ünvanının olduğu yeri nəzərə alaraq müəyyənləşdirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.3-cü maddəsinə görə, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. “Elektron Məhkəmə” informasiya sistemi və Kommersiya qurumlarının dövlət reyestrindən əldə edilmiş məlumatlardan görünür ki, Cavabdeh QSC-nin (VÖEN:**********) hüquqi ünvanı “AZ1075, ünvan 1mi, iddiaçı hüquqi şəxs Cavabdeh QSC-nin ünvanı üzrə iddia ərizəsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etməli olduğu halda, cavabdehin ünvanını “ünvan 3 Şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı tərəfindən iddia ərizəsinə sübut qismində əlavə edilmiş vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatdan isə müəyyən olunur ki, o, iddia ərizəsində cavabdeh qismində cəlb etmədiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) hüquqi ünvanının Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşməsini qeyd etmişdir. Hansı ki, həmin məlumatda qeyd edilmiş “Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, ev 181A” ünvanı vergi uçotu orqanı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin hüquqi ünvanıdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) hüquqi ünvanı isə “AZ1033, ünvan 6. Belə olan halda, məhkəmə hesab edir ki, iddia ərizəsi aidiyyət qaydalarına əməl edilməməklə verildiyindən ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Bakı şəhər İdarəsinə qarşı “əmək müqaviləsinə xitam verilməsinə dair əmrin qanunsuz hesab edilərək ləğv edilməsi, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Bakı şəhər İdarəsinə qarşı “əmək müqaviləsinə xitam verilməsinə dair əmrin qanunsuz hesab edilərək ləğv edilməsi, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardadda göstərilən nöqsanı aradan qaldırdıqdan sonra ümumi qaydada aidiyyəti məhkəməyə yəni Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmək hüququ iddiaçıya izah olunsun. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-1275/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-1275/2022
03.03.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver