Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1276/2025 30.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə Açar sözlər: (mənzilə köçürmə tələbi) X5 Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Leyla Mirfazil qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı və Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi: 1.İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 88 saylı evin 38 saylı mənzilinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar: 2.İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 mart 2024-cü il tarixli, e-2(007)-459/2024 saylı qətnaməsinə əsasən mülkiyyət hüququ ilə İddiaçı adına qeydə alınmış, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 88 saylı evin, 38 saylı mənzilinin ½ (ikidə bir) hissəsinə Cavabdeh, həmin əmlakın ½ (ikidə bir) hissəsinə İddiaçı payları müəyyən edilməsi qəl edilmişdir. Sonra isə həmin mənzililə dair Əmlak Məsələləri Dövlət Xidmə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Ptıblik Hüquqi Şəxsi tərəfindən 15 may 2024-cü il tarixli, ********** qeydiyyat nömrəsi ilə çıxarış almışdır. Cavabdeh onu Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 88 saylı evin, 38 saylı mənzildə yaşamağa qoymur. Mülkiyyətində olan mənzildə yaşaya bilmir. Cavabdeh mənzilin açarlarını dəyişdirmişdir. İş materialları: 3.Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-330/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında 25 may 2015-ci il mrıxjə 4 saylı Bakı "ASAN XİDMƏT” X1 bağlanmış 1481 saylı nikah qeydi pozulmuş, nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş 08 mart 2015-ci il təvəllüdlü X3 və 12 oktyabr 2016-cı il təvəllüdlü X2 anaları Cavabdeh himayəsində saxlanılmışlar. 4.Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-459/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə, ilkin iddia tələbi qismən və qarşılıqlı iddia tələbi tam təmin edilmiş, mülkiyyət hüququ ilə İddiaçı adına qeydə alınmış, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 88 saylı evin, 38 saylı mənzilinin ½ (ikidə bir) hissəsinə Cavabdeh, həmin əmlakın ½ (ikidə bir) hissəsinə İddiaçı payları müəyyən edilmişdir. 5.Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən və “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil hər birinə ½ hissə pay olmaqla, İddiaçı (**********) və Cavabdeh (**********) xüsusi mülkiyyətindədir və onların adına xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır. 6.“Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. 7.“Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlardan görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. 8.xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. İşdə iştirak edən şəxslər: 9.Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. 10.Məhkəmə iclasında cavabeh Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, onlar birlikdə yaşaya bilməzlər. Buna görə də iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə baxışının hədləri: 11.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Tətbiq edilən hüquq: 12.Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 13.“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətində maneəsiz istifadə hüququna malikdir. 14.Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. 15.Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 16.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsində göstərilir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 17.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. İşin faktiki halı: 18.Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında olan xx.xx.2015-ci ildə bağlanmış nikah Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)- 459/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə, mülkiyyət hüququ ilə İddiaçı adına qeydə alınmış, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 88 saylı evin, 38 saylı mənzilinin ½ (ikidə bir) hissəsinə Cavabdeh, həmin əmlakın ½ (ikidə bir) hissəsinə İddiaçı payları müəyyən edilmişdir. Hazırkı İddiaçı sözügedən evdə pasport qeydiyyatındadır. Qeyd olunan yaşayış sahəsi iddiaçı ilə cavabdehin birgə nikah dövründə əldə etdiyi əmlak olmuşdur. İddiaçı tələbinin əsasını təşkil edən hal ondan ibarətdir ki, o, qeyd olunan yaşayış sahəsində qeydiyyatda olmasına baxmayaraq, cavabdeh iddiaçının həmin yaşayış sahəsinə köçməlsinə maneə yaradır. İddiaçı həmin yaşayış sahəsində qeydiyyatda olmaqla, oraya köçürülməsini xahiş edir. Məhkəmənin mövqeyi: 19.Göründüyü kimi, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 20.Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. 21.Belə ki, qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi cəhətdən təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. 22.İşin faktiki halları ilə müəyyən olunur ki, sözügedən mənzil ½ pay hüququ ilə İddiaçı xüsusi mülkiyyətindədir. Göründüyü kimi, iddiaçı həmin yaşayış sahəsindən cavabdehlə bərabər surətdə istifadə etmək hüququna malikdir. İddiaçı həmin hüquqlarını həyata keçirmək üçün mübahisəli yaşayış sahəsinə köçürülməlidir. 23.Əlavə olaraq, qeyd olunmalıdır ki, cavabdehlə İddiaçı arasında olan nikahın pozulması isə, iddiaçının qeyd olunan yaşayış sahəsinə köçürülməsinə maneə ola bilməz. O cümlədən, nəzərə alınmalıdır ki, iddiaçı qeyd olunan ünvanda pasport qeydiyyatındadır, cavabdeh isə həmin ünvanda qeydiyyatda deyil. Bununla belə, iddiaçı yalnız həmin mənzilə köçürülməsini xahiş edir. Məhkəmə araşdırması zamanı isə müəyyən edilmişdir ki, cavabdeh mübahisə predmeti olan yaşayış evinə iddiaçının köçməsinə maneə yaratdığına görə, məhkəməyə müraciət etməli olmuşdur. 24.Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə xərcləri: 25.Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 26.Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, iddiaçı isə tələb etmədiyindən, məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticə: 27.Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçılar İddiaçı ünvan 1 ünvanına köçürülməlidir. 28.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. İddiaçı ünvan 1 ünvanına köçürülsün. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №2(007)-1276/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1276/2025
30.04.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver