Məhkəmə qərarları › İş №2(007)-1279/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1279/2021

25.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1279/2021 25.02.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Ələsgərova Aytac Hikmət qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyət olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyət olan faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi tələbini onunla əsaslandırdı ki, o xx.xx.1965ci ildə Ermənistan SSR Qafan rayonunun Xələc kəndində anadan olmuş və onun doğumu Ermənistan SSR Qafan rayonu Siznək kənd sovetliyində 12.07.1965-cı il tarixdə qeyd edilmişdir. Bunu təsdiq edən doğum haqqında şəhadətnaməsi olsa da, doğum haqqında şəhadətnamə yararsız hala düşmüş, orada qeyd olunmuş yazıları oxumaq mümkün deyildir. X1, anası isə X5r. Atası və anası hər ikisi vəfat etmiş və bunu təsdiq edən ölüm haqqında şəhadətnamələr vardır. Şəxsiyyətini təsdiq edən digər sənədləri və doğum haqqında şəhadətnamən əsli vardır. Doğum haqqında şəhadətnamənin bərpa edilməsi üçün Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də, Qeydiyyat Şöbəsi onun doğumu Ermənistan Respublikasında qeydə alındığından Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsi doğum akt qeydini bərpa etməkdən imtina etmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən onun xx.xx.1965-ci ildə Ermənistan SSR Qafan rayonu Xələc kəndində anadan olması və doğum akt qeydinin Qafan rayonu Siznək kənd sovetliyində 12.07.1965-cı il tarixdə qeyd edilmə faktının müəyyən edilməsi, doğum haqqında şəhadətnamədə ata qrafasmda X2, ana qrafasmda isə X7 qeyd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı şəxs Bakı Şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasını vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin müddəalarını rəhbər tutaraq, maraqlı tərəf Bakı Şəhərində Nizami Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş üzrə toplanmış digər sübutları araşdırarıb, onlara qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1965-ci ildə Ermənistan SSR Qafan rayonu Xələc kəndində anadan olmuş Ərizəçi subaydır, ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsinin Ərizəçi ünvanlandığı 22.01.2021-ci il tarixli 05Q-92/15 saylı məktubunda qeyd olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001 -ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 13-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilir. Doğum akt qeydinə əlavə edilməsi üçün zəruri sənədlər təqdim olunmadığına görə xahişinizin təmin edilməsi imkan xaricindədir. Bununla əlaqədar məhkəməyə müraciət etməyiniz tövsiyyə olunur. İş materiallarında olan V-JQ seriyalı 312763 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 27.12.1997-ci il tarixdə Abbasov Allahverdi Maqomed oğlu vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 13.01.1998-ci il tarixdə 37 nömrəsi ilə qeydə alınmışdır. Ölümün səbəbi kəskin qaraciyər çatışmazlığı olmuşdur. İş materiallarında olan AZ-İ seriyalı 229407 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 28.01.2007-ci il tarixdə X7 vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 17.02.2007-ci il tarixdə 146 nömrəsi ilə qeydə alınmışdır. Ölümün səbəbi beyin infarktı olmuşdur. Məhkəmə iclasında iştirak edən şahid X4 ifadəsində bildirdi ki, Ermənistan SSR Qafan rayonu Xələc kəndin anadan olmuşdur.Ərizəçi onun bacısıdır. Ərizəçi xx.xx.1965-ci ildə Ermənistan SSR Qafan rayonu Xələc kəndində anadan olmuşdur. Onların X1, anası isə X5r.Hər ikisi müxtəlif tarixlərdə vəfat etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X12 ifadəsində bildirdi ki, Ermənistan SSR Qafan rayonu Xələc kəndində anadan olmuşdur ərizəçi onun yaxın qohumudur. Ərizəçinin X1, anası isə X5r. Azərbaycan Respublikası MPM-nin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən doğumun qeyd edilmə faktı məhkəmədə müəyyən edilir. Qeyd olunan Məcəllənin 308-ci maddəsində deyilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Beləliklə, məhkəmə zamanı ərizəçinin izahatı, şahid ifadələri, eləcə də, məhkəməyə təqdim edilmiş sənədlərlə müəyyən olundu ki, həqiqətən də Ərizəçi xx.xx.1965-ci ildə Ermənistan SSR Qafan rayonu Xələc kəndində anadan olmuşdur, onun doğum akt qeydi də həmin rayonda aparılmışdır. Məhkəmə iş üzrə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Ərizəçi xx xxxxx 1965-ci il tarixdə Ermənistan SSR Qafan rayonu, Xələc kəndində anadan olmasına dair hüquqi əhəmiyyətli fakt müəyyən olunmalı, doğum aktı qeydi bərpa olunmaqla ərizəçiyə yeni doğum haqqında şəhadətnamə verilməli, doğum haqqında şəhadətnamənin ata qrafasında «X2», ana qrafasında «X7» qeydləri aparılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307.2.3, 308, 309, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi xx xxxxx 1965-ci il tarixdə Ermənistan SSR Qafan rayonu, Xələc kəndində anadan olmasına dair hüquqi əhəmiyyətli fakt müəyyən olunsun, və doğum aktı qeydi bərpa olunmaqla ərizəçiyə yeni doğum haqqında şəhadətnamə verilsin, doğum haqqında şəhadətnamənin ata qrafasında «X2», ana qrafasında «X7» qeydləri aparılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətidə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti veriilə bilər. Hakim: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar