Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1288/2023 15.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Cəfərova Ləman Faiq qızının katibliyi, İddiaçı Mı̇ rzəyeva Nı̇ gar Aydın qızının nümayəndəsi X8 iştirakı ilə, İddiaçılar Mı̇ rzəyeva Nı̇ gar Aydın qızının, İddiaçı1 Cavabdehna qarşı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 cəlb edilməklə “vərəsəlik payından imtina edilməsi barədə ərizələrin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar Mı̇ rzəyeva Nı̇ gar Aydın qızı, İddiaçı1 Cavabdehna qarşı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 cəlb edilməklə “vərəsəlik payından imtina edilməsi barədə ərizələrin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onların ataları xx.xx.1956cı il təvəllüdlü və xx.xx.2022-ci il tarixdə vəfat etmiş X5 qanun üzrə birinci vərəsələri kimi Bakı şəhəri 52 saylı Notariat ofisinə vərəsəlik payından imtina etmələri barədə xx.xx.2022ci il tarixli ərizələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum ataları - xx.xx.1956-cı il təvəllüdlü X9 2022-ci ilin 18 sentyabr tarixində vəfat etdikdən sonra, 2022-ci ilin oktyabr ayının 22-də atalarının qanun üzrə birinci növbəli vərəsələri olaraq anası X6, qardaşı X10 və onlar - İddiaçı1 və İddiaçı2 atasının qeydiyyatda olduğu rayon üzrə Bakı şəhəri 52 saylı Notariat ofisinə müraciət etmiş və onlar iki bacı olaraq vərəsəlik paylarından anaları X1 və qardaşı X8 xeyrinə düşüncəsi ilə bilmədən ümumi imtina etmişlər. Halbuki, onlar hər iki bacı mirasdan qardaşları X8 xeyrinə imtina etməli idilər. Belə ki, xx.xx.2023-cü il tarixdə günorta saatlarında qardaşı Adil Əzimli istifadələrində olan telefonlara zəng edərək Bakı şəhəri, Nizami rayonunda yerləşən 52 saylı Notariat ofisə getdiyini, həmin vaxt Elvira adlı xarici vətəndaşın da guya mərhum ataları X5 nikahdan kənar övladı kimi sonuncunun vərəsəsi olması iddiası ilə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 52 saylı Notariat ofisinə müraciət etdiyini bildirmişdir. Məhz, həmin gün onlara məlum olmuşdur ki, Elvira adlı xarici vətəndaş da vərəsəlik iddiası ilə həmin Notariat ofisinə müraciət etmişdir. Həmin vaxt, o da məlum olmuşdur ki, onlar vərəsəlikdən qardaşlarının xeyrinə deyil, ümumi qaydada imtina etmişlər. Mərhum atalarının vəfatından 40 gün keçməmiş, yəni xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 52 saylı Notariat ofisinə müraciət etdikləri vaxt atalarının vəfatı ilə onlar iki bacı dərin sarsıldıqlarına görə emossional və fiziki gərginlik altına düşərək hüquq və vəzifələrini düzgün dərk edə bilməmiş, nəticədə mirasdan qardaşları Adil Əzimlinin xeyrinə imtina əvəzinə məsələnin mahiyyətini tam dərk etmədən, ümumi imtina etmişlər. Həmçinin, notarius tərəfindən də onlara hüquq və vəzifələri, yəni ümumi imtina etmənin hüquqi nəticələri izah edilməmişdir, Bununla da Azərbaycan Respublikası Mülki Məcəlləsinin 347.2-ci, 347.2.1-ci və 347.2.2-ci maddələrində göstərildiyi kimi onlar vacib əhəmiyyətli yanılmanın təsiri altında razılıq verdikləri əqdi deyil, başqa əqdi bağlamaq istəmiş, son nəticədə isə bağlamağı arzuladıqları əqdin məzmunu barəsində səhv etmişlər. Bundan başqa, həmin gün Bakı şəhəri 52 saylı Notariat ofisində olarkən mərhum atalarının vərəsələrinin yalnız onlar, anaları Mətanət Əzimova və qardaşları Adil Əzimlidən ibarət olduğunu düşünüb mirasdan digər bir şəxsin xeyrinə imtinanın ümumi imtina qərarından fərqini də tam dərk etmədən bu qərarı vermişlər. Həmçinin onlar Elvira adlı şəxsi tanımırlar. Onu heç vaxt görməmiş və həmin şəxslə heç bir münasibətləri yoxdur. Hətta Elvira adlı şəxsin mərhum atalarının onkoloji xəstəliyi ilə əlaqədar keçirtdiyi ağır, stresli və çətin günlərində heç bir dəstəyini görməmişlər. Buna görə də xx.xx.2022-ci il tarixdə mahiyyətini dərk etmədən vərəsəlikdən ümumi imtina ilə bağlı müraciətlərinin ləğvi məsələsinin müsbət həlli istiqamətində Elvira adlı şəxs barədə göstərilən hissə də yeni hal kimi nəzərə alınmalıdır. Eyni zamanda atalarının mülkündən vərəsəlik qaydasında onun övladları olaraq onlara çatacaq miras paydan qardaşları Adil Əzimlinin xeyrinə imtinaları təmin olunmalıdır. Buna görə Bakı şəhəri 52 saylı Notariat ofisinə müraciət etmiş və 2022ci ilin oktyabr ayının 22-də imzaladıqları ərizənin geri götürülməsini və ləğv edilməsini Notariat ofisindən xahiş etmişlər. Lakin Bakı şəhəri 52 saylı Notariat ofisi onların müraciətlərini təmin etməmiş və xx.xx.2023-cü il tarixli 422/23 nömrəli məktublarla imtina ərizələrinin ləğv edilməsinin mümkünsüzlüyü barədə onlara rəsmi cavab vermişdir. Belə olan halda mərhum ataları X9 ilə anaları X1 birgə nikahları dövründə əldə etdikləri əmlakı nəzərə almadıqda, yəni ümumi miras payının yarısı –1\2 hissəsi anası, qardaşları və Elvira adlı şəxsin arasında 1/3 hissədə bölünə bilər ki, bu da onların hüquqlarının kobud şəkildə pozulmasına, ən əsası isə ata mülkündən onlara çatan paydan qardaşları Adil Əzimlinin xeyrinə imtina etmək hüququndan məhrum olmalarına səbəb olacaqdır. Halbuki notariusun həmin imtinası tam əsassızdır. İddiaçı Mı̇ rzəyeva Nı̇ gar Aydın qızının nümayəndəsi X10 məhkəməyə xx.xx.2023-cü il tarixdə ərizə ünvanlayaraq bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə keçirilən mülki iş üzrə hazırlıq iclasında o, bacısı İddiaçı2 nümayəndəsi qismində izahat verərək onun və digər bacısı İddiaçı1 iddia ərizəsində göstərdiklərini bütünlüklə təsdiq etməklə yanaşı, xx.xx.2023-cü il tarixdə vəfat etmiş xx.xx.1956-cı il təvəllüdlü mərhum atası Aydın Əzimovun 2020-ci ilin avqust ayından “X13” tibb müəssisəsində ürəyindən əməliyyat olunduğu vaxt digər orqanlarının profilaktiki müayinəsi zamanı ağciyərində 2,5x3.0 sm ölçüdə törəmə aşkar edildiyindən Nizami rayonu ərazisində yerləşən Bona-Dea Hospitalında biopsiya edilməsi, nəticədə qeyri-kiçik hüceyrəli karsinoma (xərçəng) diaqnozu qoyulması barədə məlumat vermişdir. Həmin vaxtdan da mərhum atası Aydın Əzimov vəfat etdiyi tarixədək aldığı borc pullar müqabilində müxtəlif tibb müəssisələrində, o cümlədən “X13”, Bona-Dea Hospitalında, Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Tibb İdarəsində və.s yerlərdə pet/kt, kimyaterapiya, şüaterapiya, immunterapiyalardan ibarət yüksək məbləğli ödənişli əsaslarla müayinə və müalicələr alsa da, qeyd olunan proseslərdə, həmçinin mərhum atası vəfat etdikdən sonra dəfn və yas mərasimləri ilə əlaqədar keçirilən tədbirlərdə hazırda iş üzrə maraqlı şəxs kimi cəlb olunmuş Elvira adlı şəxsin heç bir maddi və mənəvi dəstəyi olmamışdır. xx.xx.2023-cü il tarixdə mülki iş üzrə keçirilən hazırlıq iclasında xx.xx.2022-ci il tarixdə DTX Hərbi Tibb İdarəsindən mərhum atasının müalicəsinə 5300 manat və “Ceremony Halİ” adı ilə fəaliyyət göstərən mərasim evinə atasının yas mərasimi ilə əlaqədar 10.400 manat pul ödəməyini təsdiq edən müvafiq sənədlər tərəfindən məhkəməyə təqdim olunsa da, adıçəkilən digər tibb müəssisələri ilə bağlı heç bir sənəd təqdim edilməmiş, nəticədə xx.xx.2023-cü il tarixdə saat 09:50-ə təyin edilmiş məhkəmə baxışı iclasınadək izahatında göstərdiklərini təsdiq edə biləcək əlavə sənədlərin təqdim olunması da tərəfindən məqsədəuyğun hesab edilmişdir. Məhkəmə iclasında iddiaçı Mı̇ rzəyeva Nı̇ gar Aydın qızının nümayəndəsi X10 iddia tələbini müdafiə edib iddia ərizəsinin və xx.xx.2023-cü il tarixli ərizənin məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsini xahiş etdi. O əlavə olaraq bildirdi ki, xx.xx.2022-ci il tarixdə bacıları atalarını itirməsi səbəbindən psixoloji gərginlik və vacib yanılma altında miras əmlakdan onun və anasının xeyrinə imtina etmək əvəzinə ümumi imtina etmişlər. Bununla bağlı məlumatları xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 52 saylı Notariat ofisinə müraciət etdiklərində olmuşdur. Məhz, həmin gün onlara məlum olmuşdur ki, Elvira adlı xarici vətəndaş da vərəsəlik iddiası ilə həmin Notariat ofisinə müraciət etmişdir. Onlar Elvira adlı şəxsi tanımırlar, Elviranın atası üçün heç bir maddi və mənəvi yardımı olmamışdır. Atasının əmisi oğlu Rusiyada yaşayır, onun köməyi ilə Elviranın yerini müəyyən etmiş və onunla əlaqə saxlamışdır. Elvira onun qardaşı olmasına və onu tanımasına sevindiyini bildirmiş, evin kvadratını soruşmuş, o da evi böldükdə hər adam başına 7 kv.m düşdüyünü demiş, Elvira da vərəsə kimi müraciət edəcəyini, 2002-ci il buraxılış ili olan Mercedes markalı avtombil üçün də pay istəyəcəyini qeyd etmişdir. Halhazırda bildiyi qədəri ilə Elvira Londonda yaşayır. Onlar atalarının müalicəsi və əməliyyatı üçün çoxlu xərc çəkmişlər və bununla bağlı ərizəni, sübutları da məhkəməyə təqdim etmişlər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı1, Cavabdeh nümayəndəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 məhkəmə iclasına gəlməmiş, Cavabdeh məhkəməyə məktub ünvanlayaraq notariat ofisində iş yüklülüyünün çoxluğu ilə əlaqədar olaraq mülki işə onların iştirakları olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məktubda qeyd edilmişdir ki, mülki iş üzrə daxil olmuş məhkəmə bildirişinə baxılmışdır. xx.xx.2023-cü il tarixdə vərəsələrdən İddiaçı1 və İddiaçı2 xx.xx.2022-ci il tarixli mirasdan imtina etdikləri ərizənin ləğvi ilə bağlı notariat ofisinə müraciət etmişlər. Tərəflərindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1268.1-ci maddəsi rəhbər tutularaq xx.xx.2023-cü il tarixdə həmin şəxslərə imtina ərizəsinin ləğv edilməsindən imtina edilmiş və bu barədə notariat hərəkətlərinin aparılmasından imtina barədə qərar verilmişdir. X3 irs qalmış əmlakdan imtina ərizələri təsdiq olunan zaman İddiaçı1 və İddiaçı2 tərəflərindən qəbul edilmiş, mirasın qəbulu, imtinası və imtinanın geri götürülməməsi barədə onlara izah verilmiş və nəticələri barədə xəbərdarlıq edilmişdir. Onlar tərəfindən mirasdan imtinaya razılıq bildirildikdən sonra ərizəsi tərtib edilmiş və imzası təsdiq edilmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş İddiaçı1 iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, xx.xx.1956-cı il təvəllüdlü X9 xx.xx.2022-ci il tarixində vəfat etmişdir. X5 ölümündən sonra, mərhumun həyat yoldaşı X6 və oğlu X10 xx.xx.2022-ci ildə notariat ofisinə ərizələr ilə müraciət edərək bildirmişlər ki, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 12, mənzil 42-də yaşamış X3 qalmış miras əmlakı qəbul etmişdirlər. Onlardan başqa vərəsə olan şəxslər Mı̇ rzəyeva Nı̇ gar Aydın qızı, İddiaçı1dır. Miras əmlaklar isə 90TS652 dövlət nömrə nişanlı, “Nissan Sunny” minik markalı, 90RH866 dövlət nömrə nişanlı, “Mercedes Benz E 240” minik markalı nəqliyyat vasitələrindən, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 12, 42 saylı mənzildən ibarətdir. Ərizələrdə həmçinin qeyd edilmişdir ki, qeyd edilən vərəsələrdən başqa digər birinci növbə vərəsələr, təmsilçilik hüququ üzrə vərəsələr, miras qoyanın himayəsində olmuş və özlərini müstəqil saxlaya bilməyən, əmək qabiliyyəti olmayan şəxslər yoxdur. Həmçinin, həmin tarixdə X6 ərizə verərək mülkiyyət hüququ əsasında ona düşən payın qanun üzrə vərəsəlik payına daxil edilməsinə etirazı olmadığını, mülkiyyət hüququ haqqında şəhadətnamədən imtina etdiyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçılar Mı̇ rzəyeva Nı̇ gar Aydın qızı və İddiaçı1 notariat ofisinə ərizələr ilə müraciət edərək xx.xx.2022-ci il tarixdə ölmüş ataları X3 miras qalmış (yaşayış (ev, mənzil və otaq), qeyriyaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət) mirasın onlara çatası hissəsindən imtina etmişlər. Bundan sonra iddiaçılar xx.xx.2023-cü il tarixdə Cavabdehna ərizə ünvanlayaraq qeyd etmişlər ki, onlar vərəsəlik paylarından anaları X1 və qardaşı X8 xeyrinə düşüncəsi ilə bilmədən ümumi imtina etmişlər. xx.xx.2023-cü il tarixdə günorta saatlarında qardaşları Adil Əzimli istifadələrində olan telefonlara zəng edərək Bakı şəhəri Nizami rayonunda yerləşən 52 saylı Notariat ofisə getdiyini, həmin vaxt Elvira adlı xarici vətəndaşın da guya mərhum ataları X5 nikahdan kənar övladı kimi sonuncunun vərəsəsi olması iddiası ilə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 52 saylı Notariat ofisinə müraciət etdiyini bildirmişdir. Həmçinin qardaşları ilə telefon danışığı zamanı o da məlum olmuşdur ki, onlar vərəsəlikdən qardaşı və analarının xeyrinə deyil, vərəsəlikdən qardaşı və anasının xeyrinə düşüncəsi ilə məsələnin mahiyyətini tam dərk etmədən ümumi qaydada imtina etmişlər. Onlar Elvira adlı şəxsi tanımırlar. Onu heç vaxt görməmiş və həmin şəxslə heç bir münasibətləri yoxdur. Həmin şəxsin mərhum atasının nikahdan kənar övladı olması barədə onların heç vaxt məlumatları olmamışdır. Göstərilənlərin, vərəsəlik şəhadətnaməsinin hazıradək verilmədiyinin, hüquqlarına toxunan yaranmış yeni halın nəzərə alınaraq mərhum ataları X5 vərəsəsi olmaqdan imtina etməyi ilə bağlı xx.xx.2022-ci il tarixli ərizənin ləğv edilməsini və vərəsəliyi qəbul edilməsi ilə bağlı müraciətlərinə yenidən baxılması xahiş edilmişdir. Bakı şəhəri 52 saylı Notariat ofisi xx.xx.2023-cü il tarixdə notariat hərəkətlərinin aparılmasından imtina barədə qərarları ilə iddiaçılara cavab ünvanlayaraq bildirmişlər ki, xx.xx.2022-ci il tarixli ərizələr təsdiq olunan zaman İddiaçı1 və İddiaçı2 mirasın qəbulu, imtinası və imtinanın geri götürülməməsi barədə izah verilmiş və nəticələri barədə xəbərdarlıq edilmişdir. Onlar tərəfindən mirasdan imtinaya razılıq bildirildikdən sonra ərizələr tərtib edilmiş və imzalar təsdiq edilmişdir. Beləliklə, iddiaçıların imtina ərizələrinin ləğv edilməsindən imtina edilmişdir. Bütün bunlarla yanaşı məhkəmə qeyd edir ki, X7 əvəzinə X4 da xx.xx.2023-cü il tarixdə otariat ofisinə ərizə ünvanlayaraq atası X3 qalmış miras əmlakı qəbul etdiyini bildirmiş və hazırda notariat hərəkətlərinin aparılması mülki iş məhkəmədə həll edilənədək dayandırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 347.1-ci madəsinə əsasən vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər 347.2-ci madəsinə əsasən vacib əhəmiyyətli yanılma hallarına şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəməsi, şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etməsi, tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri halların mövcud olmaması aiddir. 354.2-ci madəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. 1261-ci madəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər. 1272-ci madəsinə əsasən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi” barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 16-1-ci bəndinə əsasən müqavilənin bağlanılmasına üçüncü şəxsin ərizə əsasında verdiyi icazə (qabaqcadan verilmiş razılıq) müqavilə rəsmiləşdirilənədək, birinci ərizəni inkar edən yeni məzmunlu ərizə verməklə həmin şəxs tərəfindən səbəbləri göstərilməklə ləğv edilə bilər. Ərizədən imtina etmiş şəxs bu barədə maraqlı şəxslərə məlumat verməlidir. Məhkəmə iddia tələbinə münasibətdə qeyd edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş sübutlar və tərəflərin izahatları ilə iddiaçıların ataları X3 miras qalmış vərəsəlik payından ümumi imtina etmələri barədə xx.xx.2022-ci il tarixli ərizələrin vacib əhəmiyyətli yanılmanın təsiri altında verilməsi müəyyən olunmuşdur. Hansı ki, iddiaçılar anaları və qardaşlarının xeyrinə imtina etmələrini arzulasalar da, ərizələrin məzmunu barəsində səhv edərək, miras əmlaklarından ümumi imtina etmişlər. Belə ki, Mülki Məcəllənin 347.2-ci madəsinin tələblərinə əsasən vacib əhəmiyyətli yanılma hallarına şəxsin bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etməsi də aiddir. Eyni zamanda, iddiaçıların anası, mərhumun həyat yoldaşı X6 və X10 xx.xx.2022-ci ildə notariat ofisinə ərizələr ilə müraciət edərkən onlardan başqa vərəsə olan şəxslərin Mı̇ rzəyeva Nı̇ gar Aydın qızı, İddiaçı1 olmalarını bildirmiş və həmin müddətdə X2 vərəsə olması barədə məlumatları olmamışdır. Belə olan halda, iddiaçılar anaları və qardaşlarının xeyrinə xx.xx.2022-ci il tarixdə imtina etmək düşüncəsi ilə ümumi mirasdan imtina edərkən X2 xeyrinə də imtina etmişlər. Hansı ki, notariat işindən də görünür ki, X7 (etibarnamə ilə X4) mərhum atasından qalmış əmlakları qəbul etməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə notariat ofisinə müraciət etmişdir. Bundan sonra iddiaçıların və digər ailə üzvlərin X2 birinci dərəcəli vərəsə olması və ərizələrin yanlış verilməsi barədə məlumatları olmuşdur. xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 52 saylı Notariat ofisinə müraciət etmişlər və notariat ofisi də həmin tarixdə notariat hərəkətlərinin aparılmasından imtina barədə qərarları ilə imtina ərizələrinin ləğv edilməsindən imtina etmişlər. Bununla da iddiaçılar vacib əhəmiyyətli yanılmanın təsiri altında verdikləri ərizələri onlara həmin halın məlum olduğu xx.xx.2023-cü il tarixdən sonra xx.xx.2023-cü il tarixdə məhkəməyə iddia ərizəsi təqdim etməklə mübahisələndirmişlər. Beləliklə, X2 da mərhumun birinci dərəcəli vərəsəsi olması, iddiaçıların ümumi vərəsəlik payından imtina etməsi barədə ərizələrinin qüvvədə qalması onların vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxaracaqdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, ataları xx.xx.1956-cı il təvəllüdlü xx.xx.2022-ci il tarixdə vəfat etmiş X5 qanun üzrə birinci vərəsələri kimi Bakı şəhəri 52 saylı Notariat ofisinə vərəsəlik payından imtina etmələri barədə Mı̇ rzəyeva Nı̇ gar Aydın qızının və İddiaçı1 xx.xx.2022-ci il tarixli, **********941 və **********943 nömrəli ərizələri etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçıların ödədiyi 100 manat dövlət rüsumu ona aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Ataları xx.xx.1956-cı il təvəllüdlü xx.xx.2022-ci il tarixdə vəfat etmiş X5 qanun üzrə birinci vərəsələri kimi Bakı şəhəri 52 saylı Notariat ofisinə vərəsəlik payından imtina etmələri barədə Mı̇ rzəyeva Nı̇ gar Aydın qızının və İddiaçı1 xx.xx.2022-ci il tarixli, **********941 və **********943 nömrəli ərizələri etibarsız hesab edilsin. Məhkəmə xərcləri qismində ödənilmiş 100 manat dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-1288/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1288/2023
15.05.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver