Məhkəmə qərarları › İş №2(037)-1091/2025

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1091/2025

14.01.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1091/2025 14.01.2026 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarova Nərmin Rabit qızının sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh2 və İsmayıllı rayon Notariat Ofisinə qarşı “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması, onun əsasında verilmiş hüquqmüəyyənedici sənədlərin ləğv edilməsi, miras əmlakının vəsiyyətnamə üzrə onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ilkin iddiasına, Cavabdeh2 cavabdeh İddiaçı qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələbi barədə qarşılıqlı iddia ərizəsinədair mülki işə 14 yanvar 2025-ci il tarixdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İlkin iddia üzrə iddiaçının tələbi İddiaçı cavabdehlər Cavabdeh2 və İsmayıllı rayon Notariat Ofisinə qarşı “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması, onun əsasında verilmiş hüquqmüəyyənedici sənədlərin ləğv edilməsi, miras əmlakının vəsiyyətnamə üzrə onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Cavabdeh2 Sədyar oğlunun adına verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması, onun əsasında verilmiş hüquqmüəyyənedici sənədlərin ləğv edilməsi, 28 yanvar 2017-ci il tarixdə vəfat etmiş X3ndan miras qalmış və vəsiyyətnamə ilə ona vəsiyyət edilmiş İsmayıllı rayonu, Basqal qəsəbəsində yerləşən 0.06 hektar həyətyanı torpaq sahəsinin, orada yerləşən vaqon evinin, miras əmlakının onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçının tələbi Cavabdeh2 cavabdeh İddiaçı qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İsmayıllı rayon Basqal qəsəbəsi İƏB tərəfindən təsdiq edilmiş 25 aprel 2012-ci il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 20 oktyabr 2025-ci il tarixli, 2(037)-1091/2025 saylı qərardadı ilə Cavabdeh2 cavabdeh İddiaçı qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələbi barədə qarşılıqlı iddiası qəbul edilərək, qarşılıqlı iddiaya İddiaçı cavabdehlər Cavabdeh2 və İsmayıllı rayon Notariat Ofisinə qarşı “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması, onun əsasında verilmiş hüquqmüəyyənedici sənədlərin ləğv edilməsi, miras əmlakının vəsiyyətnamə üzrə onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair 2(037)-1091/2025 nömrəli mülki işlə birlikdə baxılması qərara alınmışdır. Məhkəmənin 14 noyabr 2025-ci il tarixli,2(037)-1091/2025 saylı qərardadı ilə mülki iş üzrə İsmayıllı RİHB-nın Basqal İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin üçüncü şəxs qismində işə cəlb edilməsi qərara alınmışdır. İlkin iddia tələbinin əsaslandırıldığı hallar ilkin iddiatələbionunla əsaslandırılmışdır ki, mərhum X3 04 yanvar 1983-cü il tarixdə X28 ilə rəsmi nikah münasibətinə girərək evlənmişlər. Bu nikah bibisinin birinci nikahı olsa da,X13 ikinci nikahı olmuşdur. Amma onun birinci nikahdan olan həyat yoldaşı və uşağı ilə həmin vaxtdan heç bir əlaqəsi olmamışdır. Onlar İsmayıllı rayonunun Basqal qəsəbəsinin ərazisində qanuni istifadələrində olmuş 0,06 hektar həyətyanı torpaq sahəsində balaca bir evdə yaşamışlar. 2012-ci ilin 27 fevral tarixində X28 vəfat etmiş və X3 onu el qaydası ilə dəfn edərək hüzürünü vermişdir. Mərhum Sədyarın birinci nikahdan olan övladı deyilənə görə Rusiya Federasiyasında yaşamış və həmin vaxt heç atasının dəfnində də iştirak etməmişdir, yuxarıda qeyd elədiyi kimi birinci nikahdan ayrıldığı vaxtdan, yəni 1982-ci ildən onların heç bir əlaqəsi olmamışdır, o, bildiyinə görə həmin illərdən və son zamanlara qədər Rusiya Federasiyasında yaşamışdır. Bibisinin övladı olmadığı üçün bütün məsələlərdə, problemlərdə onların yanında olmuş mərhum Sədyar Babayevə də o baş daşı qoymuşdur. Bunu hamı, məzar daşı düzəldən şəxs də təsdiq edə bilər. Evləri uçub dağılandan sonra yaşadıqları həyətyanı torpaq sahəsinə bir otaqlı vaqon ev qoydurmuşlar və bibisi və bibisinin əri orada yaşamışlar. Onların qanuni istifadələrində olmuş həyətyanı torpaq sahəsiölkədə aqrar sahədə islahat aparılan zaman, yəni 1998-ci il 14 dekabr tarixli 63 saylı ismayıllı rayon AİK-nın qərarı ilə X28 və X3nın mülkiyyətinə verilmiş və müvafiq mülkiyyət sənədi JN-052A KOD 40700016 olan Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə hazırlanaraq onlara verilmişdir. Bibisinin həyat yoldaşı X28 vəfat etdikdən sonra bibisi həmin həyətyanı torpaq sahəsini, orada olan vaqon evinin əri X17 düşən hissəsini də miras əmlakı kimi faktiki qəbul edərək idarə etmiş, sahiblik edərək əkibbecərmişdir. Sonrada bibisi yaşlandıqda və təkbaşına özünü idarə edə bilməyəndə onu öz yanına Bakı şəhərinə aparmış,onunla yaşamış və Basqal qəsəbəsində olan əmlakına da tez-tez gəlib gedərək nəzarət eləmişlər. Bibisinin sağlığında 25 aprel 2012-ci il tarixdə özünə məxsus əmlakə və ərindən miras qalan və faktiki qəbul edərək idarə etdiyi əmlakı ona vəsiyyət edərək adına 25 aprel 2012-ci il tarixli Basqal qəsəbə İƏB üzrə nümayəndəlikdə təsdiq edilmiş Vəsiyyətnamə qoymuşdur. Vəsiyyətnamədən göründüyü kimi X3 ismayıllı rayonun Basqal qəsəbəsində yerləşən 0,10 hektar həyətyanı torpaq sahəsini sənəd üzrə 0,06 hektar olan torpaq sahəsini və orada olan bir otaqlı vaqon evini bütün əşyaları ilə birlikdəona vəsiyyət etmişdir. X3 28 yanvar 2017-ci il tarixdə vəfat eləmiş, onu el qaydası ilə o dəfn edərək hüzür vermiş və hər ikisinin qəbir üstlərini götürərək onlara baş daşı qoydurmuşdur. Bibisi vəfat etdikdən sonra ondan miras qalan və ona vəsiyyət edilən miras əmlakını, ismayıllı rayonun Basqal qəsəbəsində yerləşən həyətyanı torpaq sahəsinibir otaqlı vaqon evini miras əmlakı kimi qəbul edərək idarə edir, öz mülkiyyəti kimi sahiblik edərək həyətyanı torpaq sahəsinin hasarını (setkasını) dəyişərək təzələmiş, həyətyanı torpaq sahəsində ağaclar əkib onların yetişməsi üçün, teztez sulanmasına görə adam tutaraq ona əmək haqqı ödəyir. 2025-ci ilin iyun ayında X3ndan miras qalmış əmlakı adına sənədləşdirmək üçün Vərəsəlik hüququ haqqında şəhadətnamə almağa görə ismayıllı rayon Notariat Ofisinə müraciət edən zaman oradan onabildirdilər ki, onlardan qalan miras əmlakı üçün vərəsəlik işi açılıb və başqa şəxsin adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Araşdırma nəticəsində məlum oldu ki, 1982-ci il tarixdən atası Sədyar Babayevlə heç bir əlaqəsi olmayan, heç onun dəfnində də iştirak etməyən,miras əmlakı olan həyətyanı torpaq sahəsində heç bir vaxt olmayan X13 birinci nikahından olmuş oğlu X21, Basqal qəsəbə icra Nümayəndəliyindən və Qəsəbə Bələdiyyəsindən aldığı, həqiqəti əks etdirməyən saxta arayışları Notariat Ofisinə 2024-cü ilin avqust ayında, onun Bakı şəhərində yaşamağından istifadə edərək təqdim etmiş və miras əmlakı üçün vərəsəlik hüququ haqqında Şəhadətnamə almışdır.Yuxarıda qeyd elədiklərindən də aydın olur ki, X1 Sədyar Bəhram oğlunun birinci dərəcəli varisi olsa da o, miras əmlakını qanunla müəyyən olunmuş vaxtda və sonradan da qəbul etməyib, o, X3nın varisi deyil, Sədyar Babayevdən miras qalan əmlakı onun həyat yoldaşı,X3, miras açıldığı gündən faktiki qəbul edərək idarə etmişdir. Yəni həmin əmlak bibisinin əmlakı olmuş və bibisi öz əmlakını ona vəsiyyət eləmiş və o miras əmlakını faktiki qəbul edərəköz əmlakı kimi idarə etmişdir. X21 bibisinin vərəsəsi də deyil və onun adına hər hansı bir vəsiyyətnamədə qoyulmamışdır. Ona görə onun adına verilmiş Vərəsəlik hüququ haqqında Şəhadətnamə etibarsız sayılmalı,həmin Şəhadətnamə əsasında verilmiş hüquqmüəyyənedici sənədlər ləğv olunmalıdır. Göründüyü kimi fiziki şəxs öldükdən sonra onun əmlakı bir mənalı olaraq vərəsənin əmlakına daxil olmur. Qanunun normasına görə, mirasın qəbul edilməsi müddəti həm qanun üzrə vərəsələrə, həm də vərəsəlik üzrə vərəsələrə aiddir. Mirasın qəbulu ele bir hərəkətdir ki, bu hərəkətin, vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə Mülki Məcəllədə müəyyən edilmiş müddət anında mirası həm rəsmi,həm də qeyri-rəsmi üsulla qəbul edə bilər. Rəsmi üsul vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakının mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirir. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanılması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli, A.Nadirova və qeyrilərinin şikayəti üzrə 2022-ci il 16 mart tarixli Qərarları). O, xx.xx.2017-ci il tarixdə vəfat etmiş, X3ndan miras qalmış əmlakı vəsiyyətnamə üzrə onun öldüyü tarixdən, mirasın açıldığı gündən faktiki qəbul edərək, orada ağaclar əkərək, ətrafı dəmir torla əhatələyərək istifadə etmiş, qoruyub saxlamış və bütün ətrafa həmin əmlakı öz əmlakı olduğunu nümayiş etdirmişdir.Ona görə də iddia tələbinin təmin edilməsini xahiş edir. Qarşılıqlı iddia tələbinin əsaslandırıldığı hallar Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki,ilkin iddia üzrə İddiaçı ona və İsmayıllı rayon Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması, onun əsasında verilmiş hüquq müəyyənedici sənədlərin ləğv edilməsi, X5 miras qalmış İsmayıllı rayon,Basqal qəsəbəsində yerləşən 0,06 hektar həyətyanı torpaq sahəsinin, orada yerləşən vaqon evinin, miras qalmış əmlakın ilkin iddia üzrə iddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum X2 qəsəbə İƏB üzrə nümayəndəsi tərəfindən 25 aprel 2012-ci il tarixdə təsdiq edilmiş vəsiyyətnamə ilə miras əmlakı iddiaçıya vəsiyyət etmişdir. Həmin vəsiyyətnamədən məlum olur ki, miras qoyan İsmayıllı rayonu, Basqal qəsəbəsində Qalalar adlanan ərazidə yerləşən 0,10 hektar (on sot) həyətyanı torpaq sahəsini və oradakı 1 otaqlı vaqon evini bütün əşyalar ilə birlikdə qardaşı oğlu İddiaçı vəsiyyət edir. Vəsiyyətnamə İsmayıllı rayonu, Basqal qəsəbə İƏB üzrə nümayəndəsi Maraqlı şəxs tərəfindən təsdiq edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1179.1-ci maddəsinə əsasən vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm dənotariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Həmin Məcəllənin 1179.2-ci maddəsinə əsasən notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın,notarius,notariusun olmadığı yerlərdəisə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin.Miras qoyana aid olması iddia edilən imza ilə müqayisədə vəsiyyətnamənin miras qoyan tərəfindən tərtib edilməməsi şübhəsizdir. Digər tərəfdən "Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 39-cu maddəsinin 3-cü bəndinə əsasən bu maddədə sadalanan sənədləri təsdiq edən vəzifəli şəxslər təsdiq etdikləri vəsiyyətnamələrin bir nüsxəsini saxlamaq üçün dövlət notariat arxivinə və ya vəsiyyətnaməni daimi yaşayış yerindəki notariusa verməyə borcludur.Reyestrdə 01 nömrəsi ilə qeydə alınmış vəsiyyətnamənin yuxarıda qeyd olunan qaydad göndərilməsi barədə heç bir sübut yoxdur.Vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun,şahidlərin yanında imzalamalıdır. (Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1180.2-ci maddəsi) Vəsiyyətnamədə qeyd olunan 0,10 hektar torpaq sahəsinə, eləcə də bir otaqlı vaqon evə miras qoyanın hüququ olmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1151.1-ci maddəsinəəsasən mirasa (miras əmlaka)miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) daxildir. Həmin Məcəllənin 1152-ci maddəsinə əsasən miras qoyan vəsiyyətnamənin tərtib edildiyi vaxt onda olmayan əmlakı vəsiyyətnamədə o halda nəzərdə tuta bilər ki, mirasın açılacağı vaxtadək bu əmlak onun mülkiyyəti olsun. Digər tərəfdən həmin məcəllənin 1181-ci maddəsinə əsasən ərazi icra nümayəndəliyi notariusa bərabər tutulan şəxs deyidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1225.1-ci maddəsinə əsasən vəsiyyətnamə,ümumiyyətlə,əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 339.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, hakimiyyətdən sui istifadə nəticəsində bağlanmış əqd zərərçəkən tərəfindən mübahisələndirə bilər. Həmin Məcəllənin 1231.2-ci maddəsinə əsasən vəsiyyət edən özgəsinin əmlakını yanlış olaraq öz əmlakı kimi vərəsəyə vəsiyyət etdikdə, bu Məcəllənin 1231.1-ci maddəsində nəzərdə tutulan iddia müddəti mülkiyyətçinin iddiasına şamil edilmir.O, Rusiya Federasiyasında yaşayıb işləyir. 26 sentyabr 2025-ci il tarixdə Azərbaycan Respublikasına gəlmişdir. İlk dəfə həmin mülki iş üzrə 29 sentyabr 2025-ci il tarixdə keçirilən məhkəməiclasında iştirak etmişdir. İddia ərizəsi qeyd olunan tarixdəona təqdim edilmişdir. X8, X33,X38,X41 və X10 ifadələri iddianı təsdiq sübutlardır. Azərbaycan Respublikasının MPM-nin 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Həmin Məcəllənin 156.1.2-ci maddəsinə əsasən qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa hakim qarşılıqlı iddianı qəbul edir. Ona görə də qarşılıqlı iddia tələbinin təmin edilərək İsmayıllı rayon Basqal qəsəbəsi İƏB tərəfindən təsdiq edilmiş 25 aprel 2012-ci il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İlkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh2 sonuncu məhkəmə iclaslarına gəlməmiş, onu etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil1 təmsil etmişdir. İlkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh2 iştirak etdiyi əvvəlki məhkəmə iclasında izahat verərək göstərmişdir ki, o 1970-ci ildə İsmayıllı rayonu, Zeyvə kəndində doğulmuşdur. Hazırda Sumqayıt şəhərində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır. Rusiya Federasiyasının Kazan şəhərində işləyir. X53 1982-ci ildə ikinci dəfə Niyar adlı xanımla ailə qurmuşdur. Atasının birinci nikahından olan sağ qalan yeganə övladı odur və ondan başqa digər övladları da olmuşdur, ancaq onlar uşaq vaxtı rəhmətə getmişlər. X53 2012-ci ildə vəfat etmişdir. Mərhum atasının yeganə vərəsəsi odur və ondan başqa digər vərəsəsi yoxdur. Mübahisəli torpaq sahəsi 0.06 hektardır. Atasının sağlığında onunla əlaqəsi olmuşdur. Belə ki, o özünə toy edərkən atasını toyuna dəvət edərək ağsaqqal kimi xeyr dua verməsini xahiş etmişdir. Atası onun toyuna gəlmək istəsə də, ancaq ikinci nikahdan olan arvadı Niyar atasının onun toyunda iştirak etməsinə imkan verməmişdir. O, dəfələrlə atası ilə əlaqə saxlasa da ancaq ikinci nikahdan olan arvadı Niyar xanım imkan vermədiyindən, atasının ikinci nikahdan olan ailəsində narahatlıq yaratmamaq məqsədi ilə onunla mütəmadi əlaqə saxlaya bilməmişdir. Ancaq atasının özü də bilmədən qohumları vasitəsilə qış aylarında atasının evinə odun göndərmişdir. Atası vəfat edəndə o Rusiya Federasiyasında olmuşdur. Atası rəhmətə gedəndə yanında arvadı Niyar olmuşdur. Niyar əmisi uşaqlarına atasının rəhmətə getməsi barədə məlumat verdikdən sonra, əmisi uşaqları ona məlumat verərək atasının yaşadığı evə gedərək onu el adəti ilə dəfn etmişlər. İddiaçı atasının yeddi mərasimində iştirak etmiş və yas mərasiminin təşkili məqsədi ilə köməklik lazım olub-olmadığını soruşmuş, əmisi uşaqları isə köməyə ehtiyac olmadığını bildirmişlər. O, atasının məzar daşının pulunu qohumları vasitəsilə ikinci nikahdan olan arvadı Niyara göndərmişdir. Mübahisəli torpaq sahəsinə o nəzarət edir və həmin torpaq sahəsini kol-kosdan o təmizlətdirmişdir. Onun yeganə vərəsə kimi atasından qalan miras əmlakı qəbul etməyitam qanuni şəkildə icra edilmişdir. Ona görə də qarşılıqlı iddia tələbinin təmin edilməsini və ilkin iddia tələbinin isə təmin edilməməsini məhkəmədən xahiş edir. Maraqlı şəxs İsmayıllı RİHB-nın Basqal İƏD üzrə nümayəndəsi Maraqlı şəxs iştirak etdiyi əvvəlki məhkəmə iclasında izahat verərək göstərmişdir ki, İsmayıllı rayonu, Basqal qəsəbəsində yaşayır. İsmayıllı RİHB-nın Basqal İƏD üzrə nümayəndəsi vəzifəsində işləyir. xx.xx.2012-ci ildə Basqal İƏD üzrə nümayəndəliyində Niyar xanımın adından İddiaçı vəsiyyətnamə verilmiş və həmin vəsiyyətnamə onun tərəfindən təsdiq edilmişdir. Notariat ofisi olmayan yerlərdə notariat əməliyyatları icra nümayəndəliyi tərəfindən icra edilmişdir. Son illər icra nümayəndəsi olaraq notariat əməliyyatları aparmamışdır. Vətəndaşlar notariat əməliyyatları ilə bağlı nümayəndəliyə müraciət edərkən aidiyyatı üzrə notariat ofisinə yaxınlaşmalarını məsləhət görmüşdür. İcra nümayəndəliyi tərəfindən tərtib olunmuş vəsiyyətnamələr notarius tərəfindən qəbul edilmədiyindən vəsiyyətnamələrin surəti notarusa təqdim olunmamışdır. Hazırkı mülki iş üzrə mübahisələndirilən vəsiyyətnamənin bir nüsxəsi də notarusa təqdim olunmamışdır. İcra nümayəndəsi tərəfindən tərtib olunmuş vəsiyyətnamələr iki nüsxədən ibarət tərtib olunmuş, bir nüsxəsi vəsiyyətnamə verən tərəfə verilmiş, bir nüsxəsi isə nümayəndəlikdə saxlanılmışdır. Tərtib olunmuş vəsiyyətnamələr nümayəndəlikdə reyestr nömrəsi ilə kitabda qeyd edilməklə saxlanılmışdır. Vəsiyyətnamələrin forması hər il icra hakimiyyəti tərəfindən nümayəndəliyə hazır blank formasında təqdim olunur. Vəsiyyətnaməyə dair hazır blankda şahidlərin iştirakı nəzərdə tutulmadığından tərtib olunmuş vəsiyyətnamələr şahidlərin iştirakı olmadan təsdiq edilmişdir. Hazırkı mülki iş üzrə mübahisələndirilən vəsiyyətnamə üzrə vəsiyyət edən Niyar xanım vəsiyyətnamə verərkən nümayəndəliyə gəlmiş, 82 yaşı olduğundan və yazı yaza bilmədiyindən vəsiyyətnamənin mətni nümayəndəlikdə tərtib olunmuş və Niyar xanımın özü tərəfindən şəxsən imza edildikdən sonra təsdiq edilmişdir. Vəsiyyətnamə təsdiq edildikdən sonra İddiaçı nümayəndəliyə yaxınlaşaraq şəxsən imza edərək vəsiyyətnamənin surətini qəbul etmişdir. Vəsiyyətnamə müavininin iştirakı ilə tərtib olunmuşdur. Çox təssüf ki, vəsiyyətnamənin tərtib olunmasında iştirak edən müavini rəhmətə gedibdir. Vəsiyyətnamə tərtib olunarkən mübahisəli torpaq sahəsinin mülkiyyət sənədi nümayəndəliyə təqdim edilmişdir. Mübahisəli torpaq sahəsinin sahəsi sənəd üzrə 0.06 hektar olsa da, vəsiyyət edənin tələbi ilə vəsiyyətnamədə torpaq sahəsinin sənəd üzrə deyil, faktiki sahəsi üzrə 0.10 hektar qeyd edilmişdir. Vəsiyyətnamə tərtib olunarkən ona kənar təsir olmamışdır.Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Cavabdeh İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclaslarının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilmiş,lakin cavabdehİsmayıllı rayon Notariat Ofisisəlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdeh İsmayıllı rayon Notariat Ofisinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X22 ifadəsində bildirmişdir ki, İsmayıllı rayonu, Basqal qəsəbəsində yaşayır. İddiaçı kəndçisidir. 1972-ci ildən Basqal qəsəbəsində yerləşən orta məktəbdə müəllim, 1988-ci ildən 1991-ci ilədək isə həmin məktəbdə direktor işləmişdir.1991-ci ildən Basqal qəsəbə sovetliyində icra nümayəndəsi işləmişdir.1991-ci ildə kənd soveti işləyəndə Sədiyar kimsəsiz adam kimi Basqal qəsəbəsinə gəlmişdir.Kənd sovetinə 3 ştat vermişdilər. Sədiyarı kənd sovetinə kimsəsiz və imkansız şəxs kimi işə götürmüşdür. Elə oldu ki, Sədiyar kənd sovetində işləyərkən kənd sakini Niyar adlı xanımla ailə qurmuşdur.Sədiyar Niyarla ailə qurduqdan sonra yaşamaları üçün yer istədilər. Onun köməkliyi ilə Sədiyar və Niyara Basqal qəsəbəsi ərazisindən 0.06 sot torpaq sahəsi ayrılmışdır. O, icra hakimiyyətinə gedərək icra başçısı ilə görüşmüş və Sədiyar və Niyarın imkansız ailə olmaları və onlara köməklik edilməsini xahiş etmişdir. Onun xahişi ilə icra başçısı tərəfindən Sədiyar və Niyara birlikdə yaşamaları üçün Vaqon verilmişdir. X60 və Niyar üçün ayrılmış torpaq sahəsində yerləşdirmişlər.Sədiyar və Niyar həmin Vaqonda yaşamışlar.Sədiyar öləndən sonra Niyar bir müddət Vaqonda tək yaşamışdır.Sonradan Niyar qardaşı oğlu Kamranın yanına Bakı şəhərinə gedərək orada yaşamış, qış aylarında Bakıda, yay aylarında isə Basqal qəsəbəsində yaşamışdır. O, Sədiyar öləndə Bakı şəhərində olmuşdur. Sonradan eşitmişdir ki, Sədiyar rəhmətə gedəndə dəfn və yas mərasimlərini arvadı Niyar və arvadının qardaşı oğlu Kamran tərəfindən təşkil edilmişdir. İntiqamın Sədiyarın oğlu olmasını məhkəmə mübahisəsi başlanandan sonra öyrənmişdir. 2017-ci ildə Niyar rəhmətə gedəndən sonra mübahisəli əraziyə Kamran baxmışdır və həmin ərazinin Kamrana məxsus olmasını bilmişlər. Sədiyarın oğlu İntiqamın atasının sağlığında və rəhmətə gedəndən sonra mübahisəli əraziyə gəlib-getməsini görməmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X34 ifadə verərək göstərmişdir ki, İsmayıllı rayonu,Basqal qəsəbəsində yaşayır. Şahdağ Milli Parkında yeger işləyir.Kamran qonşusudur.Həyətə Kamran baxmışdır. Kamranın aldığı 40 ədəd ağacı Kamranla birlikdə aparıb həyətə əkmişlər.Kamranla birlikdə həyətdə əkdikləri ağaclar müxtəlif növ meyvə ağacları olmuşdur. O, həyətdə ancaq Kamranı görmüşdür.Sədiyar rəhmətə gedəndə Basqalda olmamışdır. Niyar rəhmətə gedəndə dəfn və yas mərasimlərində iştirak etmişdir.Niyara Kamran baxmışdır.Sədiyar rəhmətə gedəndən sonra həyətdə Niyar tək yaşamışdır. X46 aparıb Bakı şəhərində yanında saxlamışdır. Niyar qışda Bakıda Kamranın yanında,yayda isə Basqalda mübahisəli həyətdə yaşamışdır.İntiqamı tanımır və həyətə gəlib getməsini görməmişdir. Həyətə ancaq Kamran gəlib-getməsini görmüşdür. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X35 ifadə verərək göstərmişdir ki, İsmayıllı rayonu, Basqal qəsəbəsində yaşayır. Kamran bacısı oğludur. 2012-ci ildə Sədiyar rəhmətə gedəndə Kamran dəfnə köməklik göstərmişdir. 2017-ci ildə Niyar rəhmətə gedəndə də Kamran dəfn işlərinə köməklik göstərmiş və mübahisəli torpağa baxmışdır. İntiqamı tanımır və Sədiyarın oğlu olmasını bilmir. Torpağın abadlaşmasını Kamran edibdir. Torpağa İntiqamın gəlib-getməsini görməmişdir. Sədiyar rəhmətə gedəndə Bakı şəhərində olmuşdur.Niyar rəhmətə gedəndə dəfndə və yas mərasimində iştirak etmişdir. Sədiyar rəhmətə gedəndən sonra 1 il 6 ay müddətində mübahisəli ərazidə Niyar yaşamışdır. X46 aparıb Bakıda öz evində saxlamışdır. Niyar qışda Bakıda qardaşı oğlu Kamranın yanında, yayda isə mübahisəli torpaq sahəsində yaşamışdır. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadə verərək göstərmişdir ki, İsmayıllı rayonu, Basqal qəsəbəsində yaşayır. Kamran qonşusudur.İntiqamı isə tanımır. Mübahisəli həyət onun yaşadığı evin qonşuluğunda yerləşir. Kamranın xahişi ilə mübahisəli həyətə çəpər çəkmiş, pulunu da Kamran özü vermişdir. Həyətə Niyar xanımın sağlığında və rəhmətə gedəndən sonra ancaq Kamranın gəlib-getmişdir. İntiqamın Sədiyarın oğlu olmasını sonradan eşitsə də, ancaq özünü görməmişdir. İntiqamın həyətə gəlib-getdiyini görməmişdir. Həyətə qonşu kimi Kamranın xahişi ilə o nəzarət etmişdir. Sonradan Niyarın mübahisəli həyəti Kamrana vəsiyyət etdiyini eşitmişdir.Niyar qışda Kamranın yanında, yayda isə Basqalda mübahisəli həyətdə yaşamışdır. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X23 ifadə verərək göstərmişdir ki, İsmayıllı rayonu,Zeyvə kəndində doğulmuşdur.Hazırda Sumqayıt şəhərində qeydiyyatda olmaqla, orada yaşayır. İntiqam kəndçisidir. İntiqam ona zəng edərək atası Sədiyarın yaşadığı evə bir maşın odun aparmağı ondan xahiş etmişdir. O, da İntiqamın xahişi ilə atası Sədiyarın yaşadığı evə bir maşın odun aparmışdır.İntiqamın atası Sədiyar və analığı Niyar xanımla onun münasibəti yaxşı olmuşdur. İntiqam mübahisəli həyətə təxminən atası Sədiyarın və analığı Niyarın vəfatlarından 5-6 il qabaq gəlmişdir. Bir dəfə İntiqamla atası Sədiyarın yaşadığı həyətə getsələr də, Niyar xanım İntiqamı həyətə buraxmamışdır.Niyar xanımın mübahisəli həyətə dair Vəsiyyətnamə verməsindən məlumatı olmamışdır. Niyar öləndən sonra həyətə İntiqam nəzarət etmiş və həyətə gəlibgetmişdir. Kamranı tanımır və həyətə gəlib-getməsini görməmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X36 ifadə verərək göstərmişdir ki, İsmayıllı rayonu, Zeyvə kəndində yaşayır. İntiqam əmisi nəvəsidir. Sədiyar bir müddət onlarda qalaraq mala getmişdir. İntiqamın anası rəhmətə gedəndən sonra Sədiyar Niyar xanımla ikinci dəfə ailə qurmuşdur. Niyar İntiqama atası Sədiyar ilə görüşməyə imkan verməmişdir. Sədiyar rəhmətə gedəndə onun dəfn və yas mərasimlərini qardaşı uşaqları təşkil etmişlər.Kamran Sədiyarın dəfnində iştirak etməmişdir. Sədiyar vəfat edəndə yanında ancaq arvadı Niyar olmuşdur. İntiqam atası Sədiyarın sağlığında və ölümündən sonra həyətə gəlib-getmişdir. Sədiyarın məzar daşı Rusiyada yaşayan Zeyvə kəndindən olan şəxslər tərəfindən toplanaraq göndərilmiş vəsait hesabına qoyulmuşdur. Sədiyarın məzar daşı üçün toplanmış pulu Kamrana vermişlər. Niyarın vəfatından sonra həyətə İntiqamın dayısı Akif baxmış və kol-kosdan təmizləmişdir. Əgər həyətə Niyarın ölümündən sonra Kamran nəzarət edirdisə, nə üçün İntiqamın dayısı Akif həyəti kolkosdan təmizləyəndə ona həyətə girməsinə icazə vermişlər. Niyarın Kamrana vəsiyyətnamə verməsindən xəbəri olmamışdır. Sədiyarın yeganə bir oğlu var oda İntiqamdır. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X41 ifadə verərək göstərmişdir ki, İsmayıllı rayonu, Zeyvə kəndində yaşayır. İntiqam bacısı oğludur. Mübahisəli torpaq sahəsinin İntiqama məxsus olmasını bilmişlər. O, İntiqamın xahişi ilə həyəti kol-kosdan təmizləmişdir. Niyar rəhmətə gedəndən sonra həyətə o baxmışdır. İntiqam atası Sədiyarın sağlığında həyətə gəlib-getmiş, ancaq Niyar onu atası ilə görüşməyə imkan verməmişdir.Sədiyar rəhmətə gedəndə dəfn və yas mərasimlərində iştirak etmişdir.Sədiyarın dəfn və yas mərasimlərini qardaşı uşaqları təşkil etmişlər. İntiqam atası Sədiyar rəhmətə gedəndə Rusiya Federasiyasında olsa da, atasının məzar daşının hazırlanması xərcini çəkmişdir.Niyar rəhmətə gedəndən sonra İntiqam həyətə gəlibgetmişdir. Hazırda həyətin təmizliyinə nəzarət edən şəxsin zəhmət haqqısı İntiqam tərəfindən təşkil edilir.Niyar rəhmətə gedəndən sonra Kamranın həyətə gəlib-getməsini görməmişdir. Tərəflərin izahatları İlkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəmə iclasında ilkin iddia ərizəsində qeyd olunanlara uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, mərhum Sədyar birinci nikahdan ayrıldığı vaxtdan yəni 1982-ci ildən oğlu İntiqamla heç bir əlaqəsi olmamışdır. Bibisinin övladı olmadığından onun bütün problemli məsələlərində o yanında olmuş, eyni zamanda mərhum Sədyarın baş daşını da o düzəltdirmişdir. Evləri uçub dağılandan sonra yaşadıqları həyətyanı torpaq sahəsinə bir otaqlı vaqon ev qoydurmuşlar və birlikdə orada yaşamışlar. Aqrar İslahat zamanı bibisi ilə bibisinin əri Sədyarın birgə mülkiyyətinə torpaq sahəsi verilmişdir. Bibisinin əri Sədyar vəfat etdikdən sonra bibisi həyətyanı torpaq sahəsini, orada olan vaqondan əri Sədyara düşən hissəsini də miras əmlakı kimi faktiki qəbul edərək idarə etmiş, sahiblik edərək əkib becərmişdir. Sonradan bibisi yaşlanaraq özünü idarə edə bilmədiyindən o bibisini Bakı şəhərinə apararaq yanında saxlamışam. Eyni zamanda tez-tez Basqal qəsəbəsinə gələrək miras əmlaka baş çəkmişdir. Bibisinin sağlığında ona miras əmlakla bağlı vəsiyyətnamə vermişdir. Bibisinin dəfn işlərini, hüzür mərasimini və məzar daşını o təşkil etmişdir. 2025ci ildə bibisindən miras qalan əmlaka dair şəhadətnamə almaq üçün İsmayıllı rayon Notariat Ofisinə müraciət etmişdir. Notariat ofisindən ona miras əmlakla bağlı vərəsəlik işi açılaraq şəhadətnamə verilməsi barədə məlumat verilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, mərhum Sədyarın birinci nikahdan olan oğlu X21 notariusa müraciət edərək miras əmlaka dair şəhadətnamə almışdır.Ona görədə ilkin iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin isə təmin edilməməsini məhkəmədən xahiş edir. İlkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında ilkin iddia ərizəsində qeyd olunanlara uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, iddiaçının mərhum X3 04 yanvar 1983-cü ildə X28 ilə rəsmi nikah münasibətinə girərək evlənmişlər. Bu nikah iddiaçının bibisinin birinci nikahı olsa da, X13 ikinci nikahı olmuşdur.Amma onun birinci nikahdan olan arvadı və uşağı ilə həmin vaxtdan heç bir əlaqəsi olmamışdır.Onlar İsmayıllı rayonun Basqal qəsəbəsinin ərazisində qanuni istifadələrində olmuş 0.06 hektar həyətyanı torpaq sahəsində balaca bir evdə yaşamışlar. 2012-ci ilin fevral ayının 27-də X28 vəfat etmiş və iddiaçının X3 onu el qaydası ilə dəfn edərək hüzürünü vermişdir.Mərhum Sədyarın birinci nikahdan olan övladı deyilənə görə Rusiya Federasiyasında yaşamış və həmin vaxt heç atasının dəfnində də iştirak etməmişdir.Mərhum Sədyar birinci nikahdan ayrıldığı vaxtdan yəni 1982-ci ildən oğlu İntiqamla heç bir əlaqəsi olmamışdır. İddiaçının bibisinin övladı olmadığından onun bütün problemli məsələlərində iddiaçı yanında olmuş, eyni zamanda mərhum Sədyarın baş daşını da iddiaçı düzəltdirmişdir. Evləri uçub dağılandan sonra iddiaçının bibisi və bibisinin əri yaşadıqları həyətyanı torpaq sahəsinə bir otaqlı vaqon ev qoydurmuşlar və birlikdə orada yaşamışlar.Aqrar İslahat zamanı iddiaçının bibisi ilə bibisinin əri Sədyarın birgə mülkiyyətinə torpaq sahəsi verilmişdir. Bibisinin əri Sədyar vəfat etdikdən sonra bibisi həyətyanı torpaq sahəsini, orada olan vaqondan əri Sədyara düşən hissəsini də miras əmlakı kimi faktiki qəbul edərək idarə etmiş, sahiblik edərək əkib becərmişdir. Sonradan iddiaçının bibisi yaşlanaraq özünü idarə edə bilmədiyindən iddiaçı onu Bakı şəhərinə apararaq yanında saxlamışdır. Eyni zamanda tez-tez Basqal qəsəbəsinə gələrək miras əmlaka baş çəkmişdir. İddiaçının bibisi sağlığında ona miras əmlakla bağlı vəsiyyətnamə vermişdir. İddiaçının bibisi 2017-ci ildə vəfat etmişdir.Bibisinin dəfn işlərini, hüzür mərasimini və məzar daşını iddiaçı təşkil etmişdir. 2025-ci ildə iddiaçı bibisindən miras qalan əmlaka dair şəhadətnamə almaq üçün İsmayıllı rayon Notariat Ofisinə müraciət etmişdir. Notariat ofisindən iddiaçıya miras əmlakla bağlı vərəsəlik işi açılaraq şəhadətnamə verilməsi barədə məlumat verilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, mərhum Sədyarın birinci nikahdan olan oğlu X21 notarusa müraciət edərək miras əmlaka dair şəhadətnamə almışdır.Ona görədə ilkin iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin isə təmin edilməməsini məhkəmədən xahiş edir. İlkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında qarşılıqlı iddia ərizəsində qeyd olunanlara uyğun izahat verdi və əlavə olaraq bildirdi ki mərhum Niyar BabayevaBasqal qəsəbə İƏB üzrə nümayəndəsi tərəfindən 25 aprel 2012-ci il tarixdə təsdiq edilmiş vəsiyyətnamə ilə miras əmlakı ilkin iddia üzrə iddiaçıya vəsiyyət etmişdir. Həmin vəsiyyətnamədən məlum olur ki, miras qoyan İsmayıllı rayonu,Basqal qəsəbəsində Qalalar adlanan ərazidə yerləşən 0,10 ha (on sot) həyətyanı torpaq sahəsini və oradakı 1(bir) otaqlı vaqon evini bütün əşyaları ilə birlikdə qardaşı oğlu İddiaçı vəsiyyət edir. Vəsiyyətnamə İsmayıllı rayonu, Basqal qəsəbə İƏB üzrə nümayəndəsi Maraqlı şəxs tərəfindən təsdiq edilmişdir. İlkin iddia ərizəsində mirasın qəbulu onunla əsaslandırılır ki, X28 dünyasını dəyişdikdən sonra bibisi yaşlanıb, özünü idarə edə bilmədikdə ilkin iddia üzrə iddiaçı onu Bakı şəhərinə öz yanına aparmışdır.Cavabdehin atasının dəfn mərasimini keçirməsi,məzarına baş daşı qoyması, həyətyanı sahəni öz mülkiyyəti kimi idarə etməsi barədə ilkin iddia üzrə iddiaçının qeyd etdikləri obyektiv gerçəkliyə uyğun deyildir. Həyətyanı sahənin baxımsız olması barədə video görüntülər vardır. Baxımsızlıqdan həyətə daxil olmağın belə mümkün olmaması,həyətin istifadə üçün yararlı vəziyyətə gətirilməsi barədə abadlıq işlərini aparmış şəxslərin ifadələri alınmalıdır. Miras qoyan X13 dəfn və yas mərasimi ilə bağlı şahidlərin ifadəsi alınmalıdır. Miras qoyana aid olması iddia edilən imza ilə müqayisədə vəsiyyətnamənin miras qoyan tərəfindən tərtib edilməməsi şübhəsizdir. Digər tərəfdən “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 39-cu maddəsinin 3-cü bəndinə əsasən bu maddədə sadalanan sənədləri təsdiq edən vəzifəli şəxslər təsdiq etdikləri vəsiyyətnamələrin bir nüsxəsini saxlamaq üçün dövlət notariat arxivinə və ya vəsiyyətnaməni daimi yaşayış yerindəki notariusa verməyə borcludur. Reyestrdə 01 nömrəsi ilə qeydə alınmış vəsiyyətnamənin yuxarıda qeyd olunan qaydada göndərilməsi barədə heç bir sübut yoxdur. Vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır. Vəsiyyətnamədə qeyd olunan 0,10 ha torpaq sahəsinə, eləcə də bir otaqlı vaqon evə miras qoyanın hüququ olmamışdır. Cavabdeh2 Rusiya Federasiyasında yaşayır və orada işləyir. 26 sentyabr 2025-ci il tarixdə Azərbaycan Respublikasına gəlmişdir. İlk dəfə həmin mülki iş üzrə 29 sentyabr 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak etmiş və ilkin iddia ərizəsi qeyd olunan tarixdə ona təqdim edilmişdir. X9, X33, X38, X41, X10 ifadələri qarşılıqlı iddia tələbini təsdiq edən sübutlardır. Hesab edir ki, İsmayıllı rayon Basqal qəsəbəsi İƏB tərəfindən təsdiq edilmiş 25 aprel 2012-ci il tarixli vəsiyyətnamə qanunla müəyyən edilmiş qaydada təsdiq edilmədiyindən etibarsız hesab edilməlidir. Ona görə də qarşılıqlı iddia tələbinin təmin edilməsini, ilkin iddia tələbinin isə təmin edilməməsini məhkəmədən xahiş edir. Mülki iş üzrə materiallar və müvafiq məhkəmə sorğuları əsasında əlavə edilmiş sənədlər - İsmayıllı rayon Basqal kənd sovetliyi tərəfindən verilmiş 04 yanvar 1983-cü il tarixli, İİİ-ЖГ №287692 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X29 ilə X24 04 yanvar 1983-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. Ərə Babayev, arvada Babayeva soyadı verilmişdir.Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1983-cü ilin yanvar ayının 4-cü günündə 30 nömrə ilə qeydə alınmışdır. - İsmayıllı rayon Basqal Qəsəbə İcra Nümayəndəliyi tərəfindən verilmiş 30 may 2024-cü il tarixli, AZ-İİ №410748 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X29 xx.xx.2012-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2012-ci ilin 3-cü ayının 02-ci günündə 03 nömrə ilə qeydə alınmışdır. - İsmayıllı rayon İHB-nın Basqal qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 fevral 2017-ci il tarixli,AZ-İ№842539 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2017-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2017-ci ilin fevral ayının 01-ci günündə 02 nömrə ilə qeydə alınmışdır. -JN-052A KOD 40700016 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli, 63 saylı qərarı ilə İsmayıllı rayon Basqal kənd sakinləri X13 və X7 ümumi birgə mülkiyyətlərinə İsmayıllı rayonu, Basqal kəndi ərazisindən 0.06 hektar həyətyanı təyinatlı torpaq sahəsi verilmişdir. Şəhadətnamə iki nüsxədən ibarət tərtib edilmiş və 7402 nömrə ilə kitabda qeydə alınmışdır. - İsmayıllı rayon Basqal Qəsəbə İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 27 avqust 2024-cü il tarixli, №194 nömrəli arayışın surətindən görünür ki, İsmayıllı rayon Basqal qəsəbə sakini olmuş xx.xx.2012-ci il tarixdə vəfat etmiş mərhum X14 vərəsələri arvadı X16 (vəfat edib) və oğlu Cavabdeh2dur. - İsmayıllı rayon Basqal Qəsəbə İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 27 avqust 2024-cü il tarixli, №195 nömrəli arayışın surətindən görünür ki, İsmayıllı rayon Basqal qəsəbə sakini olmuş xx.xx.2012-ci il tarixdə vəfat etmiş mərhum X14 vərəsəsi oğulluğu Cavabdeh2dur. - İsmayıllı rayon Basqal bələdiyyəsi tərəfindən verilmiş 02 iyul 2024-cü il tarixli, №10nömrəli arayışın surətindən görünür ki, mərhum X29 xx.xx.2012-ci ildə vəfat etdikdən sonra ona məxsus İsmayıllı rayonu, Basqal qəsəbəsində yerləşən həyətyanı torpaq sahəsinin və fərdi yaşayış evinin torpaq və əmlak vergisini Cavabdeh2 tərəfindən ödənilmiş və bu günədək ödənilməkdədir. - İsmayıllı rayon Basqal kənd İcra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, AZ-İİİ №857138 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 xx.xx.1970-ci il tarixdə İsmayıllı rayonu,Zeyvə kəndində doğulmuşdur.X4 və anası X18r. Bu barədə doğum haqqında akt qeydləri kitabında 1970-ci ilin 8-ci ayının 18-ci günündə 04 nömrə ilə qeydə alınmışdır. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********70 reyestr nömrəli Çıxarış barədə məlumatdan görünür ki, İsmayıllı rayonu, Basqal qəsəbəsi, Yeni qaydalarla: AZ3111 İsmayıllı rayonu, Basqal qəsəbəsi, Maqsud Cavadov küçəsi giriş 14 ünvanında yerləşən xüsusi mülkiyyətdə olan 0.06 hektar həyətyanı təyinatlı torpaq sahəsi X14 və X6 ümumi birgə mülkiyyətlərinə verilmişdir. - İsmayıllı rayon Notariat Ofisi tərəfindən verilmiş, reyestrdə 2V-486 nömrə ilə qeydə alınmış 28 avqust 2024-cü il tarixli, “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin surətindən görünür ki, xx.xx.2012-ci il tarixdə vəfat etmiş mərhum X14 vərəsəsi, Sumqayıt şəhəri, Yataqxana-15, ünvan 2 ünvanında qeydiyyatda olan oğlu Cavabdeh2dur və o miras əmlakdan tam hissədə pay almalıdır.Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Qəbələ Ərazi İdarəsi tərəfindən xx.xx.2024cü il tarixdə X19 verilmiş, **********70 reyestr nömrəli,********** qeydiyyat nömrəli dövlət reyestrindən verilmiş Çıxarışa əsasən İsmayıllı rayonu, Basqal qəsəbəsi, Yeni qaydalarla: AZ3111 İsmayıllı rayonu, Basqal qəsəbəsi, Maqsud Cavadov küçəsi giriş 14 ünvanında yerləşən ümumi sahəsi 0.06 hekar olan torpaq sahəsinin mərhuma çatan hissəsindən ibarətdir. - İsmayıllı rayon Notariat Ofisi tərəfindən verilmiş, reyestrdə 2V-487 nömrə ilə qeydə alınmış 28 avqust 2024-cü il tarixli, “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin surətindən görünür ki, xx.xx.2017-ci il tarixdə vəfat etmiş mərhum X6 vərəsəsi X29 idi, lakin onun xx.xx.2012-ci ildə ölməsi ilə əlaqədar miras onun Sumqayıt şəhəri, Yataqxana-15, ünvan 2 ünvanında qeydiyyatda olan oğlu Cavabdeh2 keçir və o miras əmlakdan tam hissədə pay alır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Qəbələ Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə X19 verilmiş, **********70 reyestr nömrəli,********** qeydiyyat nömrəli dövlət reyestrindən verilmiş Çıxarışa əsasən İsmayıllı rayonu, Basqal qəsəbəsi, Yeni qaydalarla: AZ3111 İsmayıllı rayonu, Basqal qəsəbəsi, Maqsud Cavadov küçəsi giriş 14 ünvanında yerləşən ümumi sahəsi 0.06 hekar olan torpaq sahəsinin mərhuma çatan hissəsindən ibarətdir. - Azərbaycan Respublikası Bakı Şəhəri Xətai Rayon İcra Hakimiyyəti Xətai Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi 87 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, №13 nömrəli arayışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi 31 saylı evin 207 nömrəli mənzilində yaşayan İddiaçı X3 2012-ci ildən vəfat edən günədək göstərilən ünvanda İddiaçı himayəsində yaşamışdır. - Ədliyyə Nazirliyi İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş, xx.xx.2025-ci il tarixli, №3-16-5/8-13-389/2025 saylı sorğuya cavab məktubundan görünür ki, X29 xx.xx.1965-ci ildə Babayeva (Dəmirova) Yaxşıxanım Babadəmir qızı ilə və xx.xx.1968-ci ildə X30 ilə nikaha daxil olmuş, xx.xx.1978-ci ildə həmin nikah pozulmuş, xx.xx.1983-cü ildə isə X16 ilə nikaha daxil olmuşdur. Bacı və qardaşları haqqında “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və heç bir məlumat aşkar edilməmişdir.Övladları oğu- Cavabdeh2 - xx.xx.1970, oğlu-X26-xx.xx.1973 və qızı X31- xx.xx.1968-ci ildə anadan olmuşlar. Qeyd arxiv məlumatları 1949-cu ildən saxlanılır. - Ədliyyə Nazirliyi İsmayıllı rayon Notariat Ofisi tərəfindən verilmiş,31 oktyabr 2025-ci il tarixli, №856 saylı sorğuya cavab məktubundan görünür ki, İsmayıllı rayon Notariat Ofisinin arxiv sənədlərinə baxış keçirilmiş,baxış zamanı Basqal qəsəbə İƏD-nin notariat ofisinə təhvil verdiyi hər-hansı bir vəsiyyətnaməyə rast gəlinməmişdir. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********70 reyestr nömrəli Çıxarışın surətindən görünür ki, İsmayıllı rayonu, Basqal qəsəbəsi, Yeni qaydalarla: AZ3111 İsmayıllı rayonu, Basqal qəsəbəsi, Maqsud Cavadov küçəsi giriş 14A ünvanında yerləşən 0.06 hektar həyətyanı təyinatlı torpaq sahəsi Cavabdeh2 xüsusi mülkiyyətinə verilmişdir. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət X37 24 sentyabr 2024-cü il tarixli, №3-48-11F/2-23-1xx-xx-2024 nömrəli İsmayıllı rayon XDS Rəyasət Heyyətinin 13 avqust 1994-cü il tarixli 06 saylı iclas protokolundan Arxiv Çıxarışının surətindən görünür ki, İsmayıllı rayon XDS rəyasət heyyətinin qərarına əsasən İsmayıllı rayon Basqal kənd sakini Cavabdeh2 İsmayıllı rayon Basqal kəndi ərazisindən 0.06 hektar həyətyanı torpaq sahəsi ayrılmışdır. - "xxxx" ASC-nin İsmayıllı filialı tərəfindən verilmiş 24 aprel 2012-ci il tarixli, kassa mədaxil qəbzinin surətindən görünür ki, X16 tərəfindən 24 aprel 2012-ci il tarixdə Basqal İƏB üzrə Nümayəndəliyin "xxxx" ASC-nin İsmayıllı filialında olan bank hesabına 3 manat dövlət rüsumu ödənilmişdir. - İsmayıllı rayon Basqal qəsəbəsi İƏB üzrə nümayəndə Maraqlı şəxs tərəfindən təsdiq edilmiş, reyestrdə 01 nömrə ilə qeydə alınmış 25 aprel 2012-ci il tarixli Vəsiyyətnamədən görünür ki, İsmayıllı rayonu, Basqal qəsəbəsində yaşayan X16 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, ölən günədək ona məxsus olan bütün əmlakını, o cümlədən İsmayıllı rayonu, Basqal qəsəbəsində Qalalar adlanan ərazidə yerləşən 0.10 ha (on sota) həyətyanı torpaq sahəsini və oradakı 1 (bir) otaqlı vaqon evini bütün əşyaları ilə birlikdə qardaşı oğlu İddiaçı vəsiyyət etmişdir. - İsmayıllı rayon Basqal bələdiyyəsi tərəfindən verilmiş 04 dekabr 2025-ci il tarixli, №176 nömrəli məktubdan görünür ki, İddiaçı xx.xx.2012-ci il tarixdə vəfat etmiş mərhum bibisinin yoldaşı X19 və xx.xx.2017-ci il tarixdə vəfat etmiş mərhum X3na məxsus olmuş Torpağın mülkiyyətə verilməsinə dair JN-052A KOD 40700016 saylı şəhadətnamə sənədinə görə İsmayıllı rayonu, Basqal qəsəbəsi ərazisində yerləşən 0.06 hektar həyətyanı məqsədli torpaq sahəsini və evini mərhum X6 xx.xx.2012-ci il tarixli vəsiyyətnamə sənədinə əsasən onun vəfat etdiyi tarixdən hal-hazıradək vəsiyyət edilən İddiaçı faktiki miras əmlakı dediyinə görə vəsiyyətnamə üzrə qəbul edərək idarə etmiş, sahiblik etmiş və istifadə etmişdir. - Ədliyyə Nazirliyi İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş, xx.xx.2025-ci il tarixli, №3-16-5/8-15-410/2025 saylı sorğuya cavab məktubundan görünür ki, 1930-cu ildə anadan olmuş X24 və 1932-ci ildə anadan olmuş X15 doğumları haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və 1949-1964-cü illər bərpa aktları üzrə yoxlama aparılmış doğumları haqqında akt qeydi aşkar olunmamışdır. Qeyd: Arxiv məlumatları 1949-cu ildən saxlanılır. - Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivi tərəfindən verilmiş, xx.xx.2025-ci il tarixli, №3-16-5/2-134069/2025 saylı sorğuya cavab məktubundan görünür ki, İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının Basqal qəsəbə İƏB üzrə nümayəndəliyi tərəfindən xx.xx.2012ci il tarixdə 01 nömrəsi ilə təsdiq edilmiş vəsiyyətnamənin İsmayıllı rayon notariat ofisinə təqdim edilib-edilməməsi və arxivdə saxlanılıb-saxlanılmamsı barədə Dövlət Notariat Arxivinə daxil olmuş müraciətə baxılmış və bildirilir ki, İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının Basqal qəsəbə İƏB üzrə nümayəndəliyində təsdiq edilmiş vəsiyyətnamələr arxivə təhvil verilməmişdir. xx.xx.2025-ci il tarixli,********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət emək üçün 14221301 büdcə təsnifat kodu vasitəsilə 100 manat dövlət rüsumu ödənilmişdir. Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə Azərbaycan Respublikasının Konstitusiyası Maddə 29 Mülkiyyət hüququ Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1179.1. Vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Maddə 1179.2. Notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin Maddə 1180.1. Vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər. Maddə 1180.2. Vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır. Maddə Vəsiyyətnamədə onun tərtib edildiyi tarix göstərilməlidir. Tarixin göstərilməməsi vəsiyyətnamənin etibarsızlığına yalnız vəsiyyətnamənin tərtibi, dəyişdirilməsi və ya ləğvi zamanı vəsiyyət edənin fəaliyyət qabiliyyətli olmasına dair şübhələrin aradan qalxmadığı, habelə bir neçə vəsiyyətnamənin olduğu halda səbəb olur. Maddə 1225.1. Vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. Maddə 1225.3. Əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər. Maddə 1230 Qanun üzrə vərəsələr və digər əlaqədar şəxslər əqdin etibarsızlığına səbəb olan hallar üzrə vəsiyyətnamənin etibarlığı barəsində mübahisə edə bilərlər. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, habelə bu Məcəllənin 1256-cı maddəsində müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 18. Notariat ofisləri olmayan yaşayış məntəqələrində müvafiq icra hakimiyyəti orqanları aşağıdakı notariat hərəkətlərini aparırlar: 2) vəsiyyətnamələri təsdiq edirlər; “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimat Bənd 64. Vəsiyyətnamə, tərtib edildiyi yer və vaxt göstərilməklə, yazılı şəkildə tərtib edilməli və vəsiyyət edən tərəfindən şəxsən imzalanmalıdır. Vəsiyyətnamə təsdiq olunan tarix və saat dəqiq göstərilməlidir. Vəsiyyətnamənin mətnində qeyd-şərtə və qaralamaya yol verilməməlidir. Bənd 29 Notariuslar ayrı-ayrı notariat hərəkətləri üzrə bir neçə reyestr aparırlar və hər bir reyestrin indeksinə notariat hərəkətinin adına uyğun hərf əlavə edirlər: vəsiyyətnamə, vərəsəlik hüququ haqqında şəhadətnamə və mülkiyyət hüququ haqqında şəhadətnamə "2-V" reyestrinə; sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünün təsdiq edilməsi - "1-S" reyestrinə. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilən qanunvericilik normalarının qarşılıqlı təhlilinə əsasən hazırki mülki mübahisəyə münasibətdə ilkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və nümayəndəsi və vəkili Vəkil2, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 izahatlarını dinləyib,əvvəlki məhkəmə iclasında izahat vermiş ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 və maraqlı tərəf İsmayıllı RİHB-nın Basqal İƏD üzrə nümayəndəsi Maraqlı şəxs izahatlarını və şahid ifadələrini nəzərdən keçirib, iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, ilkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh2 və İsmayıllı rayon Notariat Ofisinə qarşı “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması, onun əsasında verilmiş hüquqmüəyyənedici sənədlərin ləğv edilməsi, miras əmlakının vəsiyyətnamə üzrə onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilməməli, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, məhkəmə ilk növbədə qeyd edir ki, Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsi ilə təminat verilən vərəsəlik hüququ isə subyektiv hüquq olaraq bir tərəfdən miras qoymağı, vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Vərəsəlik hüququ vasitəsilə mülki dövriyyə iştirakçıları olan fiziki şəxslərin ölməsi halında onların sağlığında qurduqları hüquqi münasibətlərdən irəli gələn hüquq və öhdəliklərinin aradan qalxmaması, vərəsələri tərəfindən həyata keçirilməsi üçün hüquqi şərait yaradılır ki, nəticədə mülki dövriyyənin davamlılığı və fasiləsizliyi təmin edilməklə hüquqi müəyyənlik və hüquqi etimad prinsipləri qorunmuş olur. Vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Vərəsəlik hüququ obyektiv hüquq kimi ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə digər şəxslərə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Beləliklə, vərəsəlik hüquq münasibətləri miras qoyanın ölümü və ya ölmüş elan edilməsi anından başlamış olur. Qanunvericilik vərəsəlik hüququnun yaranmasını miras qoyanın ölümü və ya ölmüş elan edilməsi ilə şərtləndirmiş və bu hüquqa vəsiyyətnamə olduğu təqdirdə vəsiyyətnamədə göstərilən şəxslərin, əks halda (vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi halda) isə qanunla müəyyən edilmiş vərəsələrin malik olduğunu təsbit etmişdir. Göründüyü kimi, hazırki tələbə dair məhkəmə araşdırması zamanı İsmayıllı rayon Basqal qəsəbəsi İƏB üzrə nümayəndəliyində X6 adından verildiyi qeyd edilən 25 aprel 2012-ci il tarixli vəsiyyətnamədə onun tərtib edildiyi tarix, həmçinin vəsiyyətnamə tərtib edilərkən orada şahidlərin olması ilə bağlı hər hansı hal müəyyən edilməmişdir. Bundan başqa, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunun 18-ci maddəsinin tələbinə uyğun olaraq notariat ofisləri olmayan yaşayış məntəqələrində vəsiyyətnamələri müvafiq icra hakimiyyəti orqanları təsdiq edirlər. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 18 yanvar 2000-ci il tarixli 261 nömrəli Fərmanının 3.5-ci bəndinə əsasən həmin Qanunun 18-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini isə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri həyata keçirirlər. Mübahisə predmeti olan 25 aprel 2012-ci il tarixli vəsiyyətnamənin tərtib edildiyi həmin tarixlərdə isə İsmayıllı rayonu ərazisində müvafiq notariat ofisi fəaliyyət göstərmişdir. Lakin bununla belə həmin vəsiyyətnamə qanunvericiliyin tələbləri pozulmaqla Basqal inzibati ərazi dairələri üzrə nümayəndəyi tərəfindən tərtib edilmişdir. Eyni zamanda vəsiyyətnamənin surəti Basqal inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Cavabdeh1na təqdim edilməmişdir. Bundan başqa, “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 29-cu bəndinə uyğun olaraq ayrı-ayrı notariat hərəkətləri üzrə hər bir reyestrin indeksinə aşağıda göstərilən notariat hərəkətinin adına uyğun hərf əlavə edilir: vəsiyyətnamə, vərəsəlik hüququ haqqında şəhadətnamə və mülkiyyət hüququ haqqında şəhadətnamə "2-V" reyestri, sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünün təsdiq edilməsi - "1-S" reyestri ilə qeyd edilir. Lakin hazırki vəsiyyətnamədən görünür ki, vəsiyyətnamə tərtib edilərkən 1-V reyestri ilə hərf əlavə edilmişdir. Göründüyü kimi, təhlil edilən və mübahisə predmeti olan İsmayıllı rayon Basqal qəsəbəsi İƏB üzrə nümayəndəliyində X6 adından verildiyi qeyd edilən 25 aprel 2012-ci il tarixli vəsiyyətnamənin etibarsızlığı ilə bağlı əsaslar mövcuddur. Məhz bu baxımdan məhkəmə diqqətə çatdırmağı zərurui hesab edir ki, etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Eyni zamanda məhkəmə hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri üzrə ödənilmiş dövlət rüsumları barədə tələblər olmadığından mülki iş üzrə ilkin və qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu məbləğləri ilkin və qarşılıq iddia tələbi üzrə iddiaçıların özlərinə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İlkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh2 və İsmayıllı rayon Notariat Ofisinə qarşı “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması, onun əsasında verilmiş hüquqmüəyyənedici sənədlərin ləğv edilməsi, miras əmlakının vəsiyyətnamə üzrə onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilməsin. İlkin iddia tələbi üzrə ödənilmiş dövlət rüsumu məbləği İddiaçı özünə aid edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilsin və İsmayıllı rayon Basqal qəsəbəsi İƏB üzrə nümayəndəliyində X6 adından verildiyi qeyd edilən 25 aprel 2012-ci il tarixli vəsiyyətnamə etibarsız hesab edilsin. Qarşılıqlı iddia tələbi üzrə ödənilmiş dövlət rüsumu məbləği Cavabdeh2 özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nərmin Qoşqarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar