Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-247/2026 10.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İsayev Kamran İdris oğlunun cavabdehlər Babazadə İntiqam Sədiyar oğlu və İsmayıllı rayon Notariat Ofisinə qarşı “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması, onun əsasında verilmiş hüquqmüəyyənedici sənədlərin ləğv edilməsi, miras əmlakının vəsiyyətnamə üzrə onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ilk iddiası, Babazadə İntiqam Sədiyar oğlunun cavabdeh İsayev Kamran İdris oğluna qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə Açar sözlər: (Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və vəsiyyətnamənin etibarsız hesab edilməsi) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), Mehdiyev Elçin Məhəmməd oğlu və İsayev Elman Bəhruz oğlundan ibarət tərkibdə, Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, İddiaçı İsayev Kamran İdris oğlunun nümayəndəsi və vəkili İsmayılov İslam Abduləziz oğlunun, Cavabdeh Babazadə İntiqam Sədiyar oğlunun nümayəndəsi və vəkili vəkil2 iştirakı ilə, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra iddiaçı) İsayev Kamran İdris oğlunun cavabdehlər Babazadə İntiqam Sədiyar oğlu və İsmayıllı rayon Notariat Ofisinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması, onun əsasında verilmiş hüquqmüəyyənedici sənədlərin ləğv edilməsi, miras əmlakının vəsiyyətnamə üzrə onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ilk iddiası, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra cavabdeh) Babazadə İntiqam Sədiyar oğlunun İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra iddiaçı) İsayev Kamran İdris oğluna qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı İsayev Kamran İdris oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə, Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı İsayev Kamran İdris oğlu cavabdehlər Babazadə İntiqam Sədiyar oğlu və İsmayıllı rayon Notariat Ofisinə qarşı “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması, onun əsasında verilmiş hüquqmüəyyənedici sənədlərin ləğv edilməsi, miras əmlakının vəsiyyətnamə üzrə onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,cavabdeh Babazadə İntiqam Sədyar oğlunun adına verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması, onun əsasında verilmiş hüquqmüəyyənedici sənədlərin ləğv edilməsi, ## ###### 2017-ci il tarixdə vəfat etmiş bibisi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Səməndər qızından miras qalmış və vəsiyyətnamə ilə ona vəsiyyət edilmiş İsmayıllı rayonu, Basqal qəsəbəsində yerləşən 0.06 hektar həyətyanı torpaq sahəsinin, orada yerləşən vaqon evinin, miras əmlakının onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum bibisi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Səməndər qızı ## ###### 1983-cü il tarixdə X9 ilə rəsmi nikah münasibətinə girərək evlənmişlər. Bu nikah bibisinin birinci nikahı olsa da,X9 ikinci nikahı olmuşdur. Amma onun birinci nikahdan olan həyat yoldaşı və uşağı ilə həmin vaxtdan heç bir əlaqəsi olmamışdır. Onlar İsmayıllı rayonunun Basqal qəsəbəsinin ərazisində qanuni istifadələrində olmuş 0,06 hektar həyətyanı torpaq sahəsində balaca bir evdə yaşamışlar. 2012-ci ilin ## ###### tarixində X9 vəfat etmiş və bibisi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Səməndər qızı onu el qaydası ilə dəfn edərək hüzürünü vermişdir. Mərhum Sədyarın birinci nikahdan olan övladı deyilənə görə Rusiya Federasiyasında yaşamış və həmin vaxt heç atasının dəfnində də iştirak etməmişdir, yuxarıda qeyd elədiyi kimi birinci nikahdan ayrıldığı vaxtdan, yəni 1982-ci ildən onların heç bir əlaqəsi olmamışdır, o, bildiyinə görə həmin illərdən və son zamanlara qədər Rusiya Federasiyasında yaşamışdır. Bibisinin övladı olmadığı üçün bütün məsələlərdə, problemlərdə onların yanında olmuş mərhum Sədyar Babayevə də o baş daşı qoymuşdur. Bunu hamı, məzar daşı düzəldən şəxs də təsdiq edə bilər. Evləri uçub dağılandan sonra yaşadıqları həyətyanı torpaq sahəsinə bir otaqlı vaqon ev qoydurmuşlar və bibisi və bibisinin əri orada yaşamışlar. Onların qanuni istifadələrində olmuş həyətyanı torpaq sahəsiölkədə aqrar sahədə islahat aparılan zaman, yəni 1998-ci il ## ###### tarixli ** saylı ismayıllı rayon AİK-nın qərarı ilə X9 və bibisi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Səməndər qızının mülkiyyətinə verilmiş və müvafiq mülkiyyət sənədi JN052A KOD 40700016 olan Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə hazırlanaraq onlara verilmişdir. Bibisinin həyat yoldaşı X9 vəfat etdikdən sonra bibisi həmin həyətyanı torpaq sahəsini, orada olan vaqon evinin əri X9 düşən hissəsini də miras əmlakı kimi faktiki qəbul edərək idarə etmiş, sahiblik edərək əkib-becərmişdir. Sonrada bibisi yaşlandıqda və təkbaşına özünü idarə edə bilməyəndə onu öz yanına Bakı şəhərinə aparmış,onunla yaşamış və Basqal qəsəbəsində olan əmlakına da tez-tez gəlib gedərək nəzarət eləmişlər. Bibisinin sağlığında ## ##### 2012-ci il tarixdə özünə məxsus əmlakə və ərindən miras qalan və faktiki qəbul edərək idarə etdiyi əmlakı ona vəsiyyət edərək adına ## ##### 2012ci il tarixli Basqal qəsəbə İƏB üzrə nümayəndəlikdə təsdiq edilmiş Vəsiyyətnamə qoymuşdur. Vəsiyyətnamədən göründüyü kimi bibisi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Səməndər qızı ismayıllı rayonun Basqal qəsəbəsində yerləşən 0,10 hektar həyətyanı torpaq sahəsini sənəd üzrə 0,06 hektar olan torpaq sahəsini və orada olan bir otaqlı vaqon evini bütün əşyaları ilə birlikdəona vəsiyyət etmişdir. Bibisi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Səməndər qızı ## ###### 2017-ci il tarixdə vəfat eləmiş, onu el qaydası ilə o dəfn edərək hüzür vermiş və hər ikisinin qəbir üstlərini götürərək onlara baş daşı qoydurmuşdur. Bibisi vəfat etdikdən sonra ondan miras qalan və ona vəsiyyət edilən miras əmlakını, ismayıllı rayonun Basqal qəsəbəsində yerləşən həyətyanı torpaq sahəsinibir otaqlı vaqon evini miras əmlakı kimi qəbul edərək idarə edir, öz mülkiyyəti kimi sahiblik edərək həyətyanı torpaq sahəsinin hasarını (setkasını) dəyişərək təzələmiş, həyətyanı torpaq sahəsində ağaclar əkib onların yetişməsi üçün, tez-tez sulanmasına görə adam tutaraq ona əmək haqqı ödəyir. 2025-ci ilin iyun ayında bibisi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Səməndər qızından miras qalmış əmlakı adına sənədləşdirmək üçün Vərəsəlik hüququ haqqında şəhadətnamə almağa görə ismayıllı rayon Notariat Ofisinə müraciət edən zaman oradan onabildirdilər ki, onlardan qalan miras əmlakı üçün vərəsəlik işi açılıb və başqa şəxsin adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Araşdırma nəticəsində məlum oldu ki, 1982-ci il tarixdən atası Sədyar Babayevlə heç bir əlaqəsi olmayan, heç onun dəfnində də iştirak etməyən,miras əmlakı olan həyətyanı torpaq sahəsində heç bir vaxt olmayan X9 birinci nikahından olmuş oğlu Babayev intiqam Sədyar oğlu, Basqal qəsəbə icra Nümayəndəliyindən və Qəsəbə Bələdiyyəsindən aldığı, həqiqəti əks etdirməyən saxta arayışları Notariat Ofisinə 2024-cü ilin avqust ayında, onun Bakı şəhərində yaşamağından istifadə edərək təqdim etmiş və miras əmlakı üçün vərəsəlik hüququ haqqında Şəhadətnamə almışdır.Yuxarıda qeyd elədiklərindən də aydın olur ki, Babayev İntiqam Sədyar oğlu X9 birinci dərəcəli varisi olsa da o, miras əmlakını qanunla müəyyən olunmuş vaxtda və sonradan da qəbul etməyib, o, bibisi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Səməndər qızının varisi deyil, Sədyar Babayevdən miras qalan əmlakı onun həyat yoldaşı,bibisi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Səməndər qızı, miras açıldığı gündən faktiki qəbul edərək idarə etmişdir. Yəni həmin əmlak bibisinin əmlakı olmuş və bibisi öz əmlakını ona vəsiyyət eləmiş və o miras əmlakını faktiki qəbul edərəköz əmlakı kimi idarə etmişdir. Babayev İntiqam Sədyar oğlu bibisinin vərəsəsi də deyil və onun adına hər hansı bir vəsiyyətnamədə qoyulmamışdır. Ona görə onun adına verilmiş Vərəsəlik hüququ haqqında Şəhadətnamə etibarsız sayılmalı,həmin Şəhadətnamə əsasında verilmiş hüquqmüəyyənedici sənədlər ləğv olunmalıdır. Göründüyü kimi fiziki şəxs öldükdən sonra onun əmlakı bir mənalı olaraq vərəsənin əmlakına daxil olmur. Qanunun normasına görə, mirasın qəbul edilməsi müddəti həm qanun üzrə vərəsələrə, həm də vərəsəlik üzrə vərəsələrə aiddir. Mirasın qəbulu ele bir hərəkətdir ki, bu hərəkətin, vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə Mülki Məcəllədə müəyyən edilmiş müddət anında mirası həm rəsmi,həm də qeyrirəsmi üsulla qəbul edə bilər. Rəsmi üsul vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakının mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirir. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanılması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il ## #### tarixli, A.Nadirova və qeyrilərinin şikayəti üzrə 2022-ci il ## #### tarixli Qərarları). O, ##.##.2017-ci il tarixdə vəfat etmiş, bibisi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Səməndər qızından miras qalmış əmlakı vəsiyyətnamə üzrə onun öldüyü tarixdən, mirasın açıldığı gündən faktiki qəbul edərək, orada ağaclar əkərək, ətrafı dəmir torla əhatələyərək istifadə etmiş, qoruyub saxlamış və bütün ətrafa həmin əmlakı öz əmlakı olduğunu nümayiş etdirmişdir.Ona görə də iddia tələbinin təmin edilməsini xahiş edir. 3.Babazadə İntiqam Sədiyar oğlu cavabdeh İsayev Kamran İdris oğluna qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İsmayıllı rayon Basqal qəsəbəsi İƏB tərəfindən təsdiq edilmiş ## ##### 2012-ci il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə iddiaçı İsayev Kamran İdris oğlu ona və İsmayıllı rayon Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması, onun əsasında verilmiş hüquq müəyyənedici sənədlərin ləğv edilməsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Səməndər qızından miras qalmış İsmayıllı rayon,Basqal qəsəbəsində yerləşən 0,06 hektar həyətyanı torpaq sahəsinin, orada yerləşən vaqon evinin, miras qalmış əmlakın ilkin iddia üzrə iddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Səməndər qızı Basqal qəsəbə İƏB üzrə nümayəndəsi tərəfindən ## ##### 2012-ci il tarixdə təsdiq edilmiş vəsiyyətnamə ilə miras əmlakı iddiaçıya vəsiyyət etmişdir. Həmin vəsiyyətnamədən məlum olur ki, miras qoyan İsmayıllı rayonu, Basqal qəsəbəsində Qalalar adlanan ərazidə yerləşən 0,10 hektar (on sot) həyətyanı torpaq sahəsini və oradakı 1 otaqlı vaqon evini bütün əşyalar ilə birlikdə qardaşı oğlu İsayev Kamran İdris oğluna vəsiyyət edir. Vəsiyyətnamə İsmayıllı rayonu, Basqal qəsəbə İƏB üzrə nümayəndəsi Maraqlı şəxs tərəfindən təsdiq edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1179.1-ci maddəsinə əsasən vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm dənotariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Həmin Məcəllənin 1179.2-ci maddəsinə əsasən notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin. Miras qoyana aid olması iddia edilən imza ilə müqayisədə vəsiyyətnamənin miras qoyan tərəfindən tərtib edilməməsi şübhəsizdir. Digər tərəfdən "Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 39-cu maddəsinin 3-cü bəndinə əsasən bu maddədə sadalanan sənədləri təsdiq edən vəzifəli şəxslər təsdiq etdikləri vəsiyyətnamələrin bir nüsxəsini saxlamaq üçün dövlət notariat arxivinə və ya vəsiyyətnaməni daimi yaşayış yerindəki notariusa verməyə borcludur.Reyestrdə 01 nömrəsi ilə qeydə alınmış vəsiyyətnamənin yuxarıda qeyd olunan qaydad göndərilməsi barədə heç bir sübut yoxdur.Vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır. (Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1180.2-ci maddəsi) Vəsiyyətnamədə qeyd olunan 0,10 hektar torpaq sahəsinə, eləcə də bir otaqlı vaqon evə miras qoyanın hüququ olmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1151.1-ci maddəsinəəsasən mirasa (miras əmlaka)miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) daxildir. Həmin Məcəllənin 1152-ci maddəsinə əsasən miras qoyan vəsiyyətnamənin tərtib edildiyi vaxt onda olmayan əmlakı vəsiyyətnamədə o halda nəzərdə tuta bilər ki, mirasın açılacağı vaxtadək bu əmlak onun mülkiyyəti olsun. Digər tərəfdən həmin məcəllənin 1181-ci maddəsinə əsasən ərazi icra nümayəndəliyi notariusa bərabər tutulan şəxs deyidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1225.1-ci maddəsinə əsasən vəsiyyətnamə,ümumiyyətlə,əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 339.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, hakimiyyətdən sui istifadə nəticəsində bağlanmış əqd zərərçəkən tərəfindən mübahisələndirə bilər. Həmin Məcəllənin 1231.2-ci maddəsinə əsasən vəsiyyət edən özgəsinin əmlakını yanlış olaraq öz əmlakı kimi vərəsəyə vəsiyyət etdikdə, bu Məcəllənin 1231.1-ci maddəsində nəzərdə tutulan iddia müddəti mülkiyyətçinin iddiasına şamil edilmir.O, Rusiya Federasiyasında yaşayıb işləyir. ## ######## 2025-ci il tarixdə Azərbaycan Respublikasına gəlmişdir. İlk dəfə həmin mülki iş üzrə ## ######## 2025-ci il tarixdə keçirilən məhkəməiclasında iştirak etmişdir. İddia ərizəsi qeyd olunan tarixdəona təqdim edilmişdir. X13, X4,X3,X1 və X14 ifadələri iddianı təsdiq sübutlardır. Azərbaycan Respublikasının MPM-nin 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Həmin Məcəllənin 156.1.2ci maddəsinə əsasən qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa hakim qarşılıqlı iddianı qəbul edir. Ona görə də qarşılıqlı iddia tələbinin təmin edilərək İsmayıllı rayon Basqal qəsəbəsi İƏB tərəfindən təsdiq edilmiş ## ##### 2012-ci il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir.
Birinci instansiya məhkəməsində icraat
5. ilkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İsayev Kamran İdris oğlu məhkəmə iclasında ilkin iddia ərizəsində qeyd olunanlara uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, mərhum Sədyar birinci nikahdan ayrıldığı vaxtdan yəni 1982-ci ildən oğlu İntiqamla heç bir əlaqəsi olmamışdır. Bibisinin övladı olmadığından onun bütün problemli məsələlərində o yanında olmuş, eyni zamanda mərhum Sədyarın baş daşını da o düzəltdirmişdir. Evləri uçub dağılandan sonra yaşadıqları həyətyanı torpaq sahəsinə bir otaqlı vaqon ev qoydurmuşlar və birlikdə orada yaşamışlar. Aqrar İslahat zamanı bibisi ilə bibisinin əri Sədyarın birgə mülkiyyətinə torpaq sahəsi verilmişdir. Bibisinin əri Sədyar vəfat etdikdən sonra bibisi həyətyanı torpaq sahəsini, orada olan vaqondan əri Sədyara düşən hissəsini də miras əmlakı kimi faktiki qəbul edərək idarə etmiş, sahiblik edərək əkib becərmişdir. Sonradan bibisi yaşlanaraq özünü idarə edə bilmədiyindən o bibisini Bakı şəhərinə apararaq yanında saxlamışam. Eyni zamanda tez-tez Basqal qəsəbəsinə gələrək miras əmlaka baş çəkmişdir. Bibisinin sağlığında ona miras əmlakla bağlı vəsiyyətnamə vermişdir. Bibisinin dəfn işlərini, hüzür mərasimini və məzar daşını o təşkil etmişdir. 2025- ci ildə bibisindən miras qalan əmlaka dair şəhadətnamə almaq üçün İsmayıllı rayon Notariat Ofisinə müraciət etmişdir. Notariat ofisindən ona miras əmlakla bağlı vərəsəlik işi açılaraq şəhadətnamə verilməsi barədə məlumat verilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, mərhum Sədyarın birinci nikahdan olan oğlu Babayev İntiqam Sədyar oğlu notariusa müraciət edərək miras əmlaka dair şəhadətnamə almışdır.Ona görədə ilkin iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin isə təmin edilməməsini məhkəmədən xahiş edir.
6. İlkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İsayev Kamran İdris oğlunun nümayəndəsi və vəkili İsmayılov İslam Abduləziz oğlu məhkəmə iclasında ilkin iddia ərizəsində qeyd olunanlara uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, iddiaçının mərhum bibisi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Səməndər qızı ## ###### 1983-cü ildə X9 ilə rəsmi nikah münasibətinə girərək evlənmişlər. Bu nikah iddiaçının bibisinin birinci nikahı olsa da, X9 ikinci nikahı olmuşdur.Amma onun birinci nikahdan olan arvadı və uşağı ilə həmin vaxtdan heç bir əlaqəsi olmamışdır.Onlar İsmayıllı rayonun Basqal qəsəbəsinin ərazisində qanuni istifadələrində olmuş 0.06 hektar həyətyanı torpaq sahəsində balaca bir evdə yaşamışlar. 2012-ci ilin fevral ayının 27-də X9 vəfat etmiş və iddiaçının bibisi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Səməndər qızı onu el qaydası ilə dəfn edərək hüzürünü vermişdir.Mərhum Sədyarın birinci nikahdan olan övladı deyilənə görə Rusiya Federasiyasında yaşamış və həmin vaxt heç atasının dəfnində də iştirak etməmişdir.Mərhum Sədyar birinci nikahdan ayrıldığı vaxtdan yəni 1982-ci ildən oğlu İntiqamla heç bir əlaqəsi olmamışdır. İddiaçının bibisinin övladı olmadığından onun bütün problemli məsələlərində iddiaçı yanında olmuş, eyni zamanda mərhum Sədyarın baş daşını da iddiaçı düzəltdirmişdir. Evləri uçub dağılandan sonra iddiaçının bibisi və bibisinin əri yaşadıqları həyətyanı torpaq sahəsinə bir otaqlı vaqon ev qoydurmuşlar və birlikdə orada yaşamışlar.Aqrar İslahat zamanı iddiaçının bibisi ilə bibisinin əri Sədyarın birgə mülkiyyətinə torpaq sahəsi verilmişdir. Bibisinin əri Sədyar vəfat etdikdən sonra bibisi həyətyanı torpaq sahəsini, orada olan vaqondan əri Sədyara düşən hissəsini də miras əmlakı kimi faktiki qəbul edərək idarə etmiş, sahiblik edərək əkib becərmişdir. Sonradan iddiaçının bibisi yaşlanaraq özünü idarə edə bilmədiyindən iddiaçı onu Bakı şəhərinə apararaq yanında saxlamışdır. Eyni zamanda teztez Basqal qəsəbəsinə gələrək miras əmlaka baş çəkmişdir. İddiaçının bibisi sağlığında ona miras əmlakla bağlı vəsiyyətnamə vermişdir. İddiaçının bibisi 2017-ci ildə vəfat etmişdir.Bibisinin dəfn işlərini, hüzür mərasimini və məzar daşını iddiaçı təşkil etmişdir. 2025ci ildə iddiaçı bibisindən miras qalan əmlaka dair şəhadətnamə almaq üçün İsmayıllı rayon Notariat Ofisinə müraciət etmişdir. Notariat ofisindən iddiaçıya miras əmlakla bağlı vərəsəlik işi açılaraq şəhadətnamə verilməsi barədə məlumat verilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, mərhum Sədyarın birinci nikahdan olan oğlu Babayev İntiqam Sədyar oğlu notarusa müraciət edərək miras əmlaka dair şəhadətnamə almışdır.Ona görədə ilkin iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin isə təmin edilməməsini məhkəmədən xahiş edir. 7.İlkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Babazadə İntiqam Sədiyar oğlu iştirak etdiyi məhkəmə iclasında izahat verərək göstərmişdir ki, o 1970-ci ildə İsmayıllı rayonu, Zeyvə kəndində doğulmuşdur. Hazırda Sumqayıt şəhərində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır. Rusiya Federasiyasının Kazan şəhərində işləyir. X10 1982ci ildə ikinci dəfə Niyar adlı xanımla ailə qurmuşdur. Atasının birinci nikahından olan sağ qalan yeganə övladı odur və ondan başqa digər övladları da olmuşdur, ancaq onlar uşaq vaxtı rəhmətə getmişlər. X10 2012-ci ildə vəfat etmişdir. Mərhum atasının yeganə vərəsəsi odur və ondan başqa digər vərəsəsi yoxdur. Mübahisəli torpaq sahəsi 0.06 hektardır. Atasının sağlığında onunla əlaqəsi olmuşdur. Belə ki, o özünə toy edərkən atasını toyuna dəvət edərək ağsaqqal kimi xeyr dua verməsini xahiş etmişdir. Atası onun toyuna gəlmək istəsə də, ancaq ikinci nikahdan olan arvadı Niyar atasının onun toyunda iştirak etməsinə imkan verməmişdir. O, dəfələrlə atası ilə əlaqə saxlasa da ancaq ikinci nikahdan olan arvadı Niyar xanım imkan vermədiyindən, atasının ikinci nikahdan olan ailəsində narahatlıq yaratmamaq məqsədi ilə onunla mütəmadi əlaqə saxlaya bilməmişdir. Ancaq atasının özü də bilmədən qohumları vasitəsilə qış aylarında atasının evinə odun göndərmişdir. Atası vəfat edəndə o Rusiya Federasiyasında olmuşdur. Atası rəhmətə gedəndə yanında arvadı Niyar olmuşdur. Niyar əmisi uşaqlarına atasının rəhmətə getməsi barədə məlumat verdikdən sonra, əmisi uşaqları ona məlumat verərək atasının yaşadığı evə gedərək onu el adəti ilə dəfn etmişlər. İddiaçı Kamran İsayev atasının yeddi mərasimində iştirak etmiş və yas mərasiminin təşkili məqsədi ilə köməklik lazım olub-olmadığını soruşmuş, əmisi uşaqları isə köməyə ehtiyac olmadığını bildirmişlər. O, atasının məzar daşının pulunu qohumları vasitəsilə ikinci nikahdan olan arvadı Niyara göndərmişdir. Mübahisəli torpaq sahəsinə o nəzarət edir və həmin torpaq sahəsini kol-kosdan o təmizlətdirmişdir. Onun yeganə vərəsə kimi atasından qalan miras əmlakı qəbul etməyitam qanuni şəkildə icra edilmişdir. Ona görə də qarşılıqlı iddia tələbinin təmin edilməsini və ilkin iddia tələbinin isə təmin edilməməsini məhkəmədən xahiş edir. 8.İlkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Babazadə İntiqam Sədiyar oğlunun nümayəndəsi və vəkili vəkil2 məhkəmə iclasında qarşılıqlı iddia ərizəsində qeyd olunanlara uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, mərhum mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2Basqal qəsəbə İƏB üzrə nümayəndəsi tərəfindən ## ##### 2012- ci il tarixdə təsdiq edilmiş vəsiyyətnamə ilə miras əmlakı ilkin iddia üzrə iddiaçıya vəsiyyət etmişdir. Həmin vəsiyyətnamədən məlum olur ki, miras qoyan İsmayıllı rayonu,Basqal qəsəbəsində Qalalar adlanan ərazidə yerləşən 0,10 ha (on sot) həyətyanı torpaq sahəsini və oradakı 1(bir) otaqlı vaqon evini bütün əşyaları ilə birlikdə qardaşı oğlu Kamran İsayevə vəsiyyət edir. Vəsiyyətnamə İsmayıllı rayonu, Basqal qəsəbə İƏB üzrə nümayəndəsi Maraqlı şəxs tərəfindən təsdiq edilmişdir. İlkin iddia ərizəsində mirasın qəbulu onunla əsaslandırılır ki, X9 dünyasını dəyişdikdən sonra bibisi yaşlanıb, özünü idarə edə bilmədikdə ilkin iddia üzrə iddiaçı onu Bakı şəhərinə öz yanına aparmışdır.Cavabdehin atasının dəfn mərasimini keçirməsi,məzarına baş daşı qoyması, həyətyanı sahəni öz mülkiyyəti kimi idarə etməsi barədə ilkin iddia üzrə iddiaçının qeyd etdikləri obyektiv gerçəkliyə uyğun deyildir. Həyətyanı sahənin baxımsız olması barədə video görüntülər vardır. Baxımsızlıqdan həyətə daxil olmağın belə mümkün olmaması,həyətin istifadə üçün yararlı vəziyyətə gətirilməsi barədə abadlıq işlərini aparmış şəxslərin ifadələri alınmalıdır. Miras qoyan X9 dəfn və yas mərasimi ilə bağlı şahidlərin ifadəsi alınmalıdır. Miras qoyana aid olması iddia edilən imza ilə müqayisədə vəsiyyətnamənin miras qoyan tərəfindən tərtib edilməməsi şübhəsizdir. Digər tərəfdən “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 39-cu maddəsinin 3-cü bəndinə əsasən bu maddədə sadalanan sənədləri təsdiq edən vəzifəli şəxslər təsdiq etdikləri vəsiyyətnamələrin bir nüsxəsini saxlamaq üçün dövlət notariat arxivinə və ya vəsiyyətnaməni daimi yaşayış yerindəki notariusa verməyə borcludur. Reyestrdə 01 nömrəsi ilə qeydə alınmış vəsiyyətnamənin yuxarıda qeyd olunan qaydada göndərilməsi barədə heç bir sübut yoxdur. Vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır. Vəsiyyətnamədə qeyd olunan 0,10 ha torpaq sahəsinə, eləcə də bir otaqlı vaqon evə miras qoyanın hüququ olmamışdır. İntiqam Babazadə Rusiya Federasiyasında yaşayır və orada işləyir. ## ######## 2025-ci il tarixdə Azərbaycan Respublikasına gəlmişdir. İlk dəfə həmin mülki iş üzrə ## ######## 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak etmiş və ilkin iddia ərizəsi qeyd olunan tarixdə ona təqdim edilmişdir. X15, X4, X3, X1, X14 ifadələri qarşılıqlı iddia tələbini təsdiq edən sübutlardır. Hesab edir ki, İsmayıllı rayon Basqal qəsəbəsi İƏB tərəfindən təsdiq edilmiş ## ##### 2012-ci il tarixli vəsiyyətnamə qanunla müəyyən edilmiş qaydada təsdiq edilmədiyindən etibarsız hesab edilməlidir. Ona görə də qarşılıqlı iddia tələbinin təmin edilməsini, ilkin iddia tələbinin isə təmin edilməməsini məhkəmədən xahiş edir.
9. Maraqlı şəxs İsmayıllı RİHB-nın Basqal İƏD üzrə nümayəndəsi Maraqlı şəxs iştirak etdiyi əvvəlki məhkəmə iclasında izahat verərək göstərmişdir ki, İsmayıllı rayonu, Basqal qəsəbəsində yaşayır. İsmayıllı RİHB-nın Basqal İƏD üzrə nümayəndəsi vəzifəsində işləyir. ##.##.2012-ci ildə Basqal İƏD üzrə nümayəndəliyində Niyar xanımın adından Kamran İsayevə vəsiyyətnamə verilmiş və həmin vəsiyyətnamə onun tərəfindən təsdiq edilmişdir. Notariat ofisi olmayan yerlərdə notariat əməliyyatları icra nümayəndəliyi tərəfindən icra edilmişdir. Son illər icra nümayəndəsi olaraq notariat əməliyyatları aparmamışdır. Vətəndaşlar notariat əməliyyatları ilə bağlı nümayəndəliyə müraciət edərkən aidiyyatı üzrə notariat ofisinə yaxınlaşmalarını məsləhət görmüşdür. İcra nümayəndəliyi tərəfindən tərtib olunmuş vəsiyyətnamələr notarius tərəfindən qəbul edilmədiyindən vəsiyyətnamələrin surəti notarusa təqdim olunmamışdır. Hazırkı mülki iş üzrə mübahisələndirilən vəsiyyətnamənin bir nüsxəsi də notarusa təqdim olunmamışdır. İcra nümayəndəsi tərəfindən tərtib olunmuş vəsiyyətnamələr iki nüsxədən ibarət tərtib olunmuş, bir nüsxəsi vəsiyyətnamə verən tərəfə verilmiş, bir nüsxəsi isə nümayəndəlikdə saxlanılmışdır. Tərtib olunmuş vəsiyyətnamələr nümayəndəlikdə reyestr nömrəsi ilə kitabda qeyd edilməklə saxlanılmışdır. Vəsiyyətnamələrin forması hər il icra hakimiyyəti tərəfindən nümayəndəliyə hazır blank formasında təqdim olunur. Vəsiyyətnaməyə dair hazır blankda şahidlərin iştirakı nəzərdə tutulmadığından tərtib olunmuş vəsiyyətnamələr şahidlərin iştirakı olmadan təsdiq edilmişdir. Hazırkı mülki iş üzrə mübahisələndirilən vəsiyyətnamə üzrə vəsiyyət edən Niyar xanım vəsiyyətnamə verərkən nümayəndəliyə gəlmiş, 82 yaşı olduğundan və yazı yaza bilmədiyindən vəsiyyətnamənin mətni nümayəndəlikdə tərtib olunmuş və Niyar xanımın özü tərəfindən şəxsən imza edildikdən sonra təsdiq edilmişdir. Vəsiyyətnamə təsdiq edildikdən sonra Kamran İsayev nümayəndəliyə yaxınlaşaraq şəxsən imza edərək vəsiyyətnamənin surətini qəbul etmişdir. Vəsiyyətnamə müavininin iştirakı ilə tərtib olunmuşdur. Çox təssüf ki, vəsiyyətnamənin tərtib olunmasında iştirak edən müavini rəhmətə gedibdir. Vəsiyyətnamə tərtib olunarkən mübahisəli torpaq sahəsinin mülkiyyət sənədi nümayəndəliyə təqdim edilmişdir. Mübahisəli torpaq sahəsinin sahəsi sənəd üzrə 0.06 hektar olsa da, vəsiyyət edənin tələbi ilə vəsiyyətnamədə torpaq sahəsinin sənəd üzrə deyil, faktiki sahəsi üzrə 0.10 hektar qeyd edilmişdir. Vəsiyyətnamə tərtib olunarkən ona kənar təsir olmamışdır.Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir.
10. Cavabdeh İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclaslarının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilmiş,lakin cavabdehİsmayıllı rayon Notariat Ofisisəlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdeh İsmayıllı rayon Notariat Ofisinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
11. Şahid qismində dindirilmiş X16 ifadəsində bildirmişdir ki, İsmayıllı rayonu, Basqal qəsəbəsində yaşayır. Kamran İsayev kəndçisidir. 1972-ci ildən Basqal qəsəbəsində yerləşən orta məktəbdə müəllim, 1988-ci ildən 1991-ci ilədək isə həmin məktəbdə direktor işləmişdir.1991-ci ildən Basqal qəsəbə sovetliyində icra nümayəndəsi işləmişdir.1991-ci ildə kənd soveti işləyəndə Sədiyar kimsəsiz adam kimi Basqal qəsəbəsinə gəlmişdir.Kənd sovetinə 3 ştat vermişdilər. Sədiyarı kənd sovetinə kimsəsiz və imkansız şəxs kimi işə götürmüşdür. Elə oldu ki, Sədiyar kənd sovetində işləyərkən kənd sakini Niyar adlı xanımla ailə qurmuşdur.Sədiyar Niyarla ailə qurduqdan sonra yaşamaları üçün yer istədilər. Onun köməkliyi ilə Sədiyar və Niyara Basqal qəsəbəsi ərazisindən 0.06 sot torpaq sahəsi ayrılmışdır. O, icra hakimiyyətinə gedərək icra başçısı ilə görüşmüş və Sədiyar və Niyarın imkansız ailə olmaları və onlara köməklik edilməsini xahiş etmişdir. Onun xahişi ilə icra başçısı tərəfindən Sədiyar və Niyara birlikdə yaşamaları üçün Vaqon verilmişdir. X5 və Niyar üçün ayrılmış torpaq sahəsində yerləşdirmişlər.Sədiyar və Niyar həmin Vaqonda yaşamışlar.Sədiyar öləndən sonra Niyar bir müddət Vaqonda tək yaşamışdır.Sonradan Niyar qardaşı oğlu Kamranın yanına Bakı şəhərinə gedərək orada yaşamış, qış aylarında Bakıda, yay aylarında isə Basqal qəsəbəsində yaşamışdır. O, Sədiyar öləndə Bakı şəhərində olmuşdur. Sonradan eşitmişdir ki, Sədiyar rəhmətə gedəndə dəfn və yas mərasimlərini arvadı Niyar və arvadının qardaşı oğlu Kamran tərəfindən təşkil edilmişdir. İntiqamın Sədiyarın oğlu olmasını məhkəmə mübahisəsi başlanandan sonra öyrənmişdir. 2017-ci ildə Niyar rəhmətə gedəndən sonra mübahisəli əraziyə Kamran baxmışdır və həmin ərazinin Kamrana məxsus olmasını bilmişlər. Sədiyarın oğlu İntiqamın atasının sağlığında və rəhmətə gedəndən sonra mübahisəli əraziyə gəlib-getməsini görməmişdir.
12. Şahid qismində dindirilmiş X6 ifadə verərək göstərmişdir ki, İsmayıllı rayonu,Basqal qəsəbəsində yaşayır. Şahdağ Milli Parkında yeger işləyir.Kamran qonşusudur.Həyətə Kamran baxmışdır. Kamranın aldığı 40 ədəd ağacı Kamranla birlikdə aparıb həyətə əkmişlər.Kamranla birlikdə həyətdə əkdikləri ağaclar müxtəlif növ meyvə ağacları olmuşdur. O, həyətdə ancaq Kamranı görmüşdür.Sədiyar rəhmətə gedəndə Basqalda olmamışdır. Niyar rəhmətə gedəndə dəfn və yas mərasimlərində iştirak etmişdir.Niyara Kamran baxmışdır.Sədiyar rəhmətə gedəndən sonra həyətdə Niyar tək yaşamışdır. X17 aparıb Bakı şəhərində yanında saxlamışdır. Niyar qışda Bakıda Kamranın yanında,yayda isə Basqalda mübahisəli həyətdə yaşamışdır.İntiqamı tanımır və həyətə gəlib getməsini görməmişdir. Həyətə ancaq Kamran gəlib-getməsini görmüşdür.
13. Şahid qismində dindirilmiş X7 ifadə verərək göstərmişdir ki, İsmayıllı rayonu, Basqal qəsəbəsində yaşayır. Kamran bacısı oğludur. 2012-ci ildə Sədiyar rəhmətə gedəndə Kamran dəfnə köməklik göstərmişdir. 2017-ci ildə Niyar rəhmətə gedəndə də Kamran dəfn işlərinə köməklik göstərmiş və mübahisəli torpağa baxmışdır. İntiqamı tanımır və Sədiyarın oğlu olmasını bilmir. Torpağın abadlaşmasını Kamran edibdir. Torpağa İntiqamın gəlibgetməsini görməmişdir. Sədiyar rəhmətə gedəndə Bakı şəhərində olmuşdur.Niyar rəhmətə gedəndə dəfndə və yas mərasimində iştirak etmişdir. Sədiyar rəhmətə gedəndən sonra 1 il 6 ay müddətində mübahisəli ərazidə Niyar yaşamışdır. X17 aparıb Bakıda öz evində saxlamışdır. Niyar qışda Bakıda qardaşı oğlu Kamranın yanında, yayda isə mübahisəli torpaq sahəsində yaşamışdır.
14. Şahid qismində dindirilmiş X23 ifadə verərək göstərmişdir ki, İsmayıllı rayonu, Basqal qəsəbəsində yaşayır. Kamran qonşusudur.İntiqamı isə tanımır. Mübahisəli həyət onun yaşadığı evin qonşuluğunda yerləşir. Kamranın xahişi ilə mübahisəli həyətə çəpər çəkmiş, pulunu da Kamran özü vermişdir. Həyətə Niyar xanımın sağlığında və rəhmətə gedəndən sonra ancaq Kamranın gəlib-getmişdir. İntiqamın Sədiyarın oğlu olmasını sonradan eşitsə də, ancaq özünü görməmişdir. İntiqamın həyətə gəlib-getdiyini görməmişdir. Həyətə qonşu kimi Kamranın xahişi ilə o nəzarət etmişdir. Sonradan Niyarın mübahisəli həyəti Kamrana vəsiyyət etdiyini eşitmişdir.Niyar qışda Kamranın yanında, yayda isə Basqalda mübahisəli həyətdə yaşamışdır.
15. Şahid qismində dindirilmiş X14 ifadə verərək göstərmişdir ki, İsmayıllı rayonu,Zeyvə kəndində doğulmuşdur.Hazırda Sumqayıt şəhərində qeydiyyatda olmaqla, orada yaşayır. İntiqam kəndçisidir. İntiqam ona zəng edərək atası Sədiyarın yaşadığı evə bir maşın odun aparmağı ondan xahiş etmişdir. O, da İntiqamın xahişi ilə atası Sədiyarın yaşadığı evə bir maşın odun aparmışdır.İntiqamın atası Sədiyar və analığı Niyar xanımla onun münasibəti yaxşı olmuşdur. İntiqam mübahisəli həyətə təxminən atası Sədiyarın və analığı Niyarın vəfatlarından 5-6 il qabaq gəlmişdir. Bir dəfə İntiqamla atası Sədiyarın yaşadığı həyətə getsələr də, Niyar xanım İntiqamı həyətə buraxmamışdır.Niyar xanımın mübahisəli həyətə dair Vəsiyyətnamə verməsindən məlumatı olmamışdır. Niyar öləndən sonra həyətə İntiqam nəzarət etmiş və həyətə gəlib-getmişdir. Kamranı tanımır və həyətə gəlibgetməsini görməmişdir.
16. Şahid qismində dindirilmiş X8 ifadə verərək göstərmişdir ki, İsmayıllı rayonu, Zeyvə kəndində yaşayır. İntiqam əmisi nəvəsidir. Sədiyar bir müddət onlarda qalaraq mala getmişdir. İntiqamın anası rəhmətə gedəndən sonra Sədiyar Niyar xanımla ikinci dəfə ailə qurmuşdur. Niyar İntiqama atası Sədiyar ilə görüşməyə imkan verməmişdir. Sədiyar rəhmətə gedəndə onun dəfn və yas mərasimlərini qardaşı uşaqları təşkil etmişlər.Kamran Sədiyarın dəfnində iştirak etməmişdir. Sədiyar vəfat edəndə yanında ancaq arvadı Niyar olmuşdur. İntiqam atası Sədiyarın sağlığında və ölümündən sonra həyətə gəlib-getmişdir. Sədiyarın məzar daşı Rusiyada yaşayan Zeyvə kəndindən olan şəxslər tərəfindən toplanaraq göndərilmiş vəsait hesabına qoyulmuşdur. Sədiyarın məzar daşı üçün toplanmış pulu Kamrana vermişlər. Niyarın vəfatından sonra həyətə İntiqamın dayısı Akif baxmış və kolkosdan təmizləmişdir. Əgər həyətə Niyarın ölümündən sonra Kamran nəzarət edirdisə, nə üçün İntiqamın dayısı Akif həyəti kol-kosdan təmizləyəndə ona həyətə girməsinə icazə vermişlər. Niyarın Kamrana vəsiyyətnamə verməsindən xəbəri olmamışdır. Sədiyarın yeganə bir oğlu var oda İntiqamdır.
17. Şahid qismində dindirilmiş X1 ifadə verərək göstərmişdir ki, İsmayıllı rayonu, Zeyvə kəndində yaşayır. İntiqam bacısı oğludur. Mübahisəli torpaq sahəsinin İntiqama məxsus olmasını bilmişlər. O, İntiqamın xahişi ilə həyəti kol-kosdan təmizləmişdir. Niyar rəhmətə gedəndən sonra həyətə o baxmışdır. İntiqam atası Sədiyarın sağlığında həyətə gəlib-getmiş, ancaq Niyar onu atası ilə görüşməyə imkan verməmişdir.Sədiyar rəhmətə gedəndə dəfn və yas mərasimlərində iştirak etmişdir.Sədiyarın dəfn və yas mərasimlərini qardaşı uşaqları təşkil etmişlər. İntiqam atası Sədiyar rəhmətə gedəndə Rusiya Federasiyasında olsa da, atasının məzar daşının hazırlanması xərcini çəkmişdir.Niyar rəhmətə gedəndən sonra İntiqam həyətə gəlibgetmişdir. Hazırda həyətin təmizliyinə nəzarət edən şəxsin zəhmət haqqısı İntiqam tərəfindən təşkil edilir.Niyar rəhmətə gedəndən sonra Kamranın həyətə gəlib-getməsini görməmişdir.
18. İsmayıllı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim N.Qoşqarova) ilkin iddia üzrə iddiaçı İsayev Kamran İdris oğlunun cavabdehlər Babazadə İntiqam Sədiyar oğlu və İsmayıllı rayon Notariat Ofisinə qarşı “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması, onun əsasında verilmiş hüquqmüəyyənedici sənədlərin ləğv edilməsi, miras əmlakının vəsiyyətnamə üzrə onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi, ilkin iddia tələbi üzrə ödənilmiş dövlət rüsumunun məbləği İsayev Kamran İdris oğlunun özünə aid edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Babazadə İntiqam Sədiyar oğlunun cavabdeh İsayev Kamran İdris oğluna qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməsi və İsmayıllı rayon Basqal qəsəbəsi İƏB üzrə nümayəndəliyində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Səməndər qızının adından verildiyi qeyd edilən ## ##### 2012-ci il tarixli vəsiyyətnamə etibarsız hesab edilməsi, qarşılıqlı iddia tələbi üzrə ödənilmiş dövlət rüsumunun məbləği Babazadə İntiqam Sədiyar oğlunun özünə aid edilməsi qət edilmişdir.
Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
19. Vərəsəlik hüququ vasitəsilə mülki dövriyyə iştirakçıları olan fiziki şəxslərin ölməsi halında onların sağlığında qurduqları hüquqi münasibətlərdən irəli gələn hüquq və öhdəliklərinin aradan qalxmaması, vərəsələri tərəfindən həyata keçirilməsi üçün hüquqi şərait yaradılır ki, nəticədə mülki dövriyyənin davamlılığı və fasiləsizliyi təmin edilməklə hüquqi müəyyənlik və hüquqi etimad prinsipləri qorunmuş olur. Vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Vərəsəlik hüququ obyektiv hüquq kimi ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə digər şəxslərə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur.
20. Beləliklə, vərəsəlik hüquq münasibətləri miras qoyanın ölümü və ya ölmüş elan edilməsi anından başlamış olur. Qanunvericilik vərəsəlik hüququnun yaranmasını miras qoyanın ölümü və ya ölmüş elan edilməsi ilə şərtləndirmiş və bu hüquqa vəsiyyətnamə olduğu təqdirdə vəsiyyətnamədə göstərilən şəxslərin, əks halda (vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi halda) isə qanunla müəyyən edilmiş vərəsələrin malik olduğunu təsbit etmişdir.
21. Göründüyü kimi, hazırki tələbə dair məhkəmə araşdırması zamanı İsmayıllı rayon Basqal qəsəbəsi İƏB üzrə nümayəndəliyində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Səməndər qızının adından verildiyi qeyd edilən ## ##### 2012ci il tarixli vəsiyyətnamədə onun tərtib edildiyi tarix, həmçinin vəsiyyətnamə tərtib edilərkən orada şahidlərin olması ilə bağlı hər hansı hal müəyyən edilməmişdir.
22. Bundan başqa, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunun 18-ci maddəsinin tələbinə uyğun olaraq notariat ofisləri olmayan yaşayış məntəqələrində vəsiyyətnamələri müvafiq icra hakimiyyəti orqanları təsdiq edirlər. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” ## ###### 2000-ci il tarixli *** nömrəli Fərmanının 3.5-ci bəndinə əsasən həmin Qanunun 18-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini isə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri həyata keçirirlər.
23. Mübahisə predmeti olan ## ##### 2012-ci il tarixli vəsiyyətnamənin tərtib edildiyi həmin tarixlərdə isə İsmayıllı rayonu ərazisində müvafiq notariat ofisi fəaliyyət göstərmişdir. Lakin bununla belə həmin vəsiyyətnamə qanunvericiliyin tələbləri pozulmaqla Basqal inzibati ərazi dairələri üzrə nümayəndəyi tərəfindən tərtib edilmişdir. Eyni zamanda vəsiyyətnamənin surəti Basqal inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən İsmayıllı rayon Notariat Kontoruna təqdim edilməmişdir.
24. Bundan başqa, “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 29-cu bəndinə uyğun olaraq ayrı-ayrı notariat hərəkətləri üzrə hər bir reyestrin indeksinə aşağıda göstərilən notariat hərəkətinin adına uyğun hərf əlavə edilir:
25. Vvəsiyyətnamə, vərəsəlik hüququ haqqında şəhadətnamə və mülkiyyət hüququ haqqında şəhadətnamə "2-V" reyestri, sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünün təsdiq edilməsi - "1-S" reyestri ilə qeyd edilir.
26. Lakin hazırki vəsiyyətnamədən görünür ki, vəsiyyətnamə tərtib edilərkən 1-V reyestri ilə hərf əlavə edilmişdir.
27. Göründüyü kimi, təhlil edilən və mübahisə predmeti olan İsmayıllı rayon Basqal qəsəbəsi İƏB üzrə nümayəndəliyində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Səməndər qızının adından verildiyi qeyd edilən ## ##### 2012-ci il tarixli vəsiyyətnamənin etibarsızlığı ilə bağlı əsaslar mövcuddur. Məhz bu baxımdan məhkəmə diqqətə çatdırmağı zərurui hesab edir ki, etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir.
28. Eyni zamanda məhkəmə hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri üzrə ödənilmiş dövlət rüsumları barədə tələblər olmadığından mülki iş üzrə ilkin və qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu məbləğləri ilkin və qarşılıq iddia tələbi üzrə iddiaçıların özlərinə aid edilməlidir.
29. Birinci instansiya məhkəməsi mülki iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII bəndinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1, 337.1, 1133.1, 1133.2, 1179.1, 1179.2, 1180.1, 1180.2, 1225.1, 1225.3, 1230, 1243.2-ci maddələrinə, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunun 18-ci maddəsinə, “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 29 və 64-cü bəndlərinə, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” ## ###### 2000-ci il tarixli *** nömrəli Fərmanının 3.5-ci bəndinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 107, 119.1, 217.2, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri:
a)Apellyasiya şikayətinin dəlilləri
30. Qətnamədən narazı qalan iddiaçı İsayev Kamran İdris oğlu apellyasiya şikayəti vermişdir.
31. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsi ilə eynilik təşkil etmiş əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə faktiki hallara düzgün qiymət verilməmiş, onun tərəfindən təqdim edilmiş sübutlar, qarşı tərəfin söylədiyi fikirlər aydınlaşdırılmamışdır.
32. Məhkəmə qətnaməsində niyə ilkin iddianın təmin olunmadığını, qarşılıqlı iddianın təmin olunmasını aydınlaşdırmamışdır. Sənədləri, şahid ifadələrini və iddialara aidiyyatı olmayan maddi və prosessual hüquq normalarını qətnaməyə köçürməklə və iş materialları ilə uyğun olmayan istədiyi nəticəni qeyd etməklə işini bitmiş saymışdır.Hansı şahid ifadəsini mötəbər sübut kimi qəbul etdiyini, hansını hansı səbəbə görə qəbul etmədiyini göstərməmiş, qeyd elədiyi maddi hüquq normaları ilə gəldiyi nəticənin hansı bir əlaqəsinin olduğunu aydınlaşdırmamışdır.
33. İş materiallarından tam aydın olur ki, ## ###### 2012-ci il tarixdə vəfat etmiş X9 miras qalmış əmlakı qarşılıqlı iddiaçı Babazadə İntiqam nə qanun üzrə, nə də faktiki qəbul etməmiş, həmin həyətə heç bir vaxt ayaq basmamış, heç atasını sağlığında və vəfat etdikdən sonra həmin həyətdə olmamışdır. Ondan miras qalan əmlakı ## ###### 2017-ci il tarixdə vəfat etmiş rəsmi nikahda olan arvadı, bibisi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Səməndər qızı ərinin vəfatından sonra orada yaşayaraq faktiki qəbul edərək idarə etmiş və ona sağlığında vəsiyyət etmişdir. O, da miras əmlakı bibisinin vəfatından sonra faktiki qəbul edərək idarə etmişdir. Bunu məhkəmə prosesində dindirilmiş şahidlər, rəsmi dövlət vəzifəsini daşıyan, hal-hazırda qəsəbənin İcra Nümayəndəsi vəzifəsində işləyən Maraqlı şəxs, əvvəllər həmin vəzifədə işləmiş və daimi qəsəbədə yaşamış X16 təsdiq etmişlər.
34. Odur ki, İsmayıllı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsi, ilkin iddianın təmin olunması və qarşılıqlı iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
35. Apelyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
36. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı İsayev Kamran İdris oğlunun nümayəndəsi və vəkili İsmayılov İslam Abduləziz oğlu apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, İsmayıllı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi, ilk iddia tələbinin təmin olunması, qarşılıqlı iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
37. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdeh Babazadə İntiqam Sədiyar oğlunun nümayəndəsi və vəkili vəkil2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, İsmayıllı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
38. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı İsayev Kamran İdris oğlu, cavabdehlər Babazadə İntiqam Sədiyar oğlu, İsmayıllı rayon Notariat Ofisinin nümayəndəsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Babayev İbrahim Sədyar oğlu, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 məhkəmə kollegiyasının iclasına gəlməmişlər və gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə məlumat verməmişlər.
39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
4 0 . Azərbaycan Respublikası Konstitusiyası
Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. VII. Dövlət vərəsəlik hüququna təminat verir.
41. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Maddə 1159.1 qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Maddə 1159.1.1 birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Maddə 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Maddə 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Maddə 1179.1. Vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Maddə 1179.2. Notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin. Maddə 1180.1. Vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər. Maddə 1180.2. Vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır. Maddə 1188. Vəsiyyətnamənin mətni hamılıqla qəbul olunmuş texniki vasitənin köməyi ilə ifadə edilə bilər, lakin imzanı vəsiyyət edən qoymalıdır. Bu halda vəsiyyət edən vəsiyyətnaməni iki şahidin yanında tərtib etməli və imzalamalıdır. Həmin şahidlər təsdiq etməlidirlər ki, vəsiyyətnamə onların yanında texniki vasitədən istifadə edilməklə tərtib olunmuşdur. Vəsiyyət edən vəsiyyətnaməni imzaladıqdan dərhal sonra şahidlər vəsiyyətnamədə öz adlarını, soyadlarını və yaşayış yerlərini göstərməklə müvafiq qeyd vasitəsilə vəsiyyətnaməni təsdiqləməlidirlər. Maddə 1225.1. Vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. Maddə 1225.3. Əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər. Maddə 1230 Qanun üzrə vərəsələr və digər əlaqədar şəxslər əqdin etibarsızlığına səbəb olan hallar üzrə vəsiyyətnamənin etibarlığı barəsində mübahisə edə bilərlər. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, habelə bu Məcəllənin 1256-cı maddəsində müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
42. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunun; Maddə 18. Notariat ofisləri olmayan yaşayış məntəqələrində müvafiq icra hakimiyyəti orqanları aşağıdakı notariat hərəkətlərini aparırlar: 2) vəsiyyətnamələri təsdiq edirlər;
43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
44. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
46. Apellyator İsmayıllı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsinin tam ləğv olunmasını xahiş etdiyindən kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçının apellyasiya şikayətinə münasibətdə ləğv olunması üçün əsas yoxdur.
48. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
49. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçı mərhum X9 ikinci nikahdan həyat yoldaşı mərhum mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Səməndər qızının qardaşı oğlu, cavabdeh isə mərhum X9 birinci nikahdan olan oğludur. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının ## ###### 1998-ci il tarixli, ** saylı qərarı ilə X9 və X19 ümumi birgə mülkiyyətlərinə İsmayıllı rayonu, Basqal kəndi ərazisindən 0.06 hektar həyətyanı təyinatlı torpaq sahəsi verilmişdir. X9 ##.##.2012-ci il tarixdə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Səməndər qızı isə ## ###### 2017-ci il tarixdə vəfat etmişlər. İsmayıllı rayonu, Basqal kəndi ərazisində yerləşən 0.06 hektar həyətyanı torpaq sahəsi onlardan miras qalmışdır. İsmayıllı rayon Basqal qəsəbəsi İƏB üzrə nümayəndə Maraqlı şəxs tərəfindən təsdiq edilmiş ## ##### 2012ci il tarixli vəsiyyətnamə ilə İsmayıllı rayonu, Basqal qəsəbəsində yaşayan mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Səməndər qızı harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, ölən günədək ona məxsus olan bütün əmlakını, o cümlədən İsmayıllı rayonu, Basqal qəsəbəsində Qalalar adlanan ərazidə yerləşən 0.10 ha (on sota) həyətyanı torpaq sahəsini və oradakı 1 (bir) otaqlı vaqon evini bütün əşyaları ilə birlikdə qardaşı oğlu İsayev Kamran İdris oğluna vəsiyyət etmişdir.Həmin torpaq sahəsi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ##.##.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli Çıxarışa əsasən X11 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Səməndər qızının adına ümumi birgə mülkiyyət hüququ ilə dövlət qeydiyyatına alınmışdır. İsmayıllı rayon Notariat Ofisi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli 2V-486 və 2V-*** reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə Babazadə İntiqam Sədiyar oğlu X11 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Səməndər qızının vərəsəsi tanınmış, onlardan miras qalmış ƏMDK-nin yanında DƏDRX-nin Qəbələ Ərazi İdarəsi tərəfindən ##.##.2024cü il tarixdə verilmiş, ************ reyestr nömrəli,********** qeydiyyat nömrəli dövlət reyestrindən verilmiş Çıxarışa əsasən İsmayıllı rayonu, Basqal qəsəbəsi, Yeni qaydalarla: AZ3111 İsmayıllı rayonu, Basqal qəsəbəsi, Maqsud Cavadov küçəsi giriş 14 ünvanında yerləşən ümumi sahəsi 0.06 hekar olan torpaq sahəsindən tam hissədə pay almış və sonuncunun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq ona ##.##.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, 407013098370 reyetr nömrəli çıxarış verilmişdir. İsayev Kamran İdris oğlu mərhum bibisi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Səməndər qızı tərəfindən İsmayıllı rayonu, Basqal qəsəbəsi, Yeni qaydalarla: AZ3111 İsmayıllı rayonu, Basqal qəsəbəsi, Maqsud Cavadov küçəsi giriş 14 ünvanında yerləşən ümumi sahəsi 0.06 hekar olan torpaq sahəsi ona vəsiyyət olunmasını, miras əmlakı faktiki olaraq qəbul edərək onun tərəfindən idarə olunmasını, cavabdeh tərəfindən mirasın qəbul edilmədiyini əsas gətirərək İsmayıllı rayon Notariat Ofisi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli 2V-486 və 2V-*** reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız sayılması, onun əsasında verilmiş hüquqmüəyyənedici sənədlərin ləğv edilməsini barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Babazadə İntiqam Sədyar oğlu qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Səməndər qızı tərəfindən İsayev Kamran İdris oğluna verilmiş ## ##### 2012-ci il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsini xahiş etmişdir.
50. Birinci instansiya məhkəməsi ilk iddianı rədd, qarşılıqlı iddianı təmin edərkən öz mövqeyini onunla əsaslandırmışdır ki, İsmayıllı rayon Basqal qəsəbəsi İƏB üzrə nümayəndəliyində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Səməndər qızının adından verildiyi qeyd edilən ## ##### 2012-ci il tarixli vəsiyyətnamədə onun tərtib edildiyi tarix, həmçinin vəsiyyətnamə tərtib edilərkən orada şahidlərin olması ilə bağlı hər hansı hal müəyyən edilməmişdir. Bundan başqa, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunun 18-ci maddəsinin tələbinə uyğun olaraq notariat ofisləri olmayan yaşayış məntəqələrində vəsiyyətnamələri müvafiq icra hakimiyyəti orqanları təsdiq edirlər. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” ## ###### 2000-ci il tarixli *** nömrəli Fərmanının 3.5-ci bəndinə əsasən həmin Qanunun 18-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini isə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri həyata keçirirlər. Mübahisə predmeti olan ## ##### 2012-ci il tarixli vəsiyyətnamənin tərtib edildiyi həmin tarixlərdə isə İsmayıllı rayonu ərazisində müvafiq notariat ofisi fəaliyyət göstərmişdir. Lakin bununla belə həmin vəsiyyətnamə qanunvericiliyin tələbləri pozulmaqla Basqal inzibati ərazi dairələri üzrə nümayəndəyi tərəfindən tərtib edilmişdir. Eyni zamanda vəsiyyətnamənin surəti Basqal inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən İsmayıllı rayon Notariat Kontoruna təqdim edilməmişdir. Bundan başqa, “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 29-cu bəndinə uyğun olaraq ayrı-ayrı notariat hərəkətləri üzrə hər bir reyestrin indeksinə aşağıda göstərilən notariat hərəkətinin adına uyğun hərf əlavə edilir: vəsiyyətnamə, vərəsəlik hüququ haqqında şəhadətnamə və mülkiyyət hüququ haqqında şəhadətnamə "2-V" reyestri, sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünün təsdiq edilməsi - "1-S" reyestri ilə qeyd edilir. Lakin hazırki vəsiyyətnamədən görünür ki, vəsiyyətnamə tərtib edilərkən 1-V reyestri ilə hərf əlavə edilmişdir. Göründüyü kimi, təhlil edilən və mübahisə predmeti olan İsmayıllı rayon Basqal qəsəbəsi İƏB üzrə nümayəndəliyində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Səməndər qızının adından verildiyi qeyd edilən ## ##### 2012-ci il tarixli vəsiyyətnamənin etibarsızlığı ilə bağlı əsaslar mövcuddur. Məhz bu baxımdan məhkəmə diqqətə çatdırmağı zərurui hesab edir ki, etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir.
51. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin əsaslandırması və gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. 52.Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən iş üzrə faktiki hallara düzgün qiymət verilməməsi, məhkəmə qətnaməsində niyə ilkin iddianın təmin olunması, qarşılıqlı iddianın təmin olunmasının aydınlaşdırılmamasına dair dəlillərini əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə hərtərəfli araşdırma aparılmış, iş üzrə əldə olunmuş sübutaları tam, hərtərəfli və obyektiv araşdıraraq iddia tələblərinə qiymət qiymət vermişdir.
53. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1179.1-ci maddəsinə əsasən vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir.
54. Həmin Məcəllənin 1179.2-ci maddəsinə əsasən notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin.
55. Həmin Məcəllənin 1180.1-ci maddəsinə əsasən vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər.
56. Həmin Məcəllənin 1180.2-ci maddəsinə əsasən vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır.
57. Həmin Məcəllənin 1188-ci maddəsinə əsasən vəsiyyətnamənin mətni hamılıqla qəbul olunmuş texniki vasitənin köməyi ilə ifadə edilə bilər, lakin imzanı vəsiyyət edən qoymalıdır. Bu halda vəsiyyət edən vəsiyyətnaməni iki şahidin yanında tərtib etməli və imzalamalıdır. Həmin şahidlər təsdiq etməlidirlər ki, vəsiyyətnamə onların yanında texniki vasitədən istifadə edilməklə tərtib olunmuşdur. Vəsiyyət edən vəsiyyətnaməni imzaladıqdan dərhal sonra şahidlər vəsiyyətnamədə öz adlarını, soyadlarını və yaşayış yerlərini göstərməklə müvafiq qeyd vasitəsilə vəsiyyətnaməni təsdiqləməlidirlər.
58. Kollegiya qeyd edir ki, qanuvericiliyin yuxarıda sadalanan normalarına nəzər yetirdikdə müəyyən olunur ki, vəsiyyətnamə hətta notariusda tərtib olunduqda belə iki hal şahidinin iştirakı qanunvericinin birbaşa göstərişidir.
59. İş materiallarında olan İsmayıllı rayon Basqal qəsəbəsi İƏB üzrə nümayəndə Maraqlı şəxs tərəfindən təsdiq edilmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Səməndər qızının adından verildiyi qeyd edilən ## ##### 2012-ci il tarixli vəsiyyətnaməyə nəzər saldıqda görünür ki, həmin vəsiyyətnamənin tərtibi zamanı hal şahidləri iştirak etməmiş, vəsiyyətnamənin mətnində isə İsmayıllı rayonu, Basqal qəsəbəsində Qalalar adlanan ərazidə yerləşən 0.10 ha (on sota) həyətyanı torpaq sahəsini və oradakı 1 (bir) otaqlı vaqon evini bütün əşyaları ilə birlikdə qardaşı oğlu İsayev Kamran İdris oğluna vəsiyyət etməsi qeyd edilmişdir. Halbuki həmin vaxt mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Səməndər qızının mülkiyyətində həmin ölçüdə torpaq sahəsi mövcud olmamışdır.
60. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1225.1-ci maddəsinə əsasən vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır.
61. Kollegiya hesab edir ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Səməndər qızının adından verildiyi qeyd edilən ## ##### 2012-ci il tarixli vəsiyyətnamə həmin vaxt qüvvədə olan mülki qanunvericiliyin imperativ olaraq müəyyən etdiyi qaydalar pozulmaqla tərtib edildiyindən birinci instansiya məhkəməsinin həmin vəsiyyətnamənin etibarsızlığı ilə bağlı gəldiyi nəticə əsaslıdır.
62. Məhkəmə kollegiyası apellaysiya şikayətinin ## ###### 2012-ci il tarixdə vəfat etmiş X9 miras qalmış əmlakı qarşılıqlı iddiaçı Babazadə İntiqam nə qanun üzrə, nə də faktiki qəbul etməməsi, ondan miras qalan əmlakı ## ###### 2017-ci il tarixdə vəfat etmiş rəsmi nikahda olan arvadı, bibisi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Səməndər qızı ərinin vəfatından sonra orada yaşayaraq faktiki qəbul edərək idarə etməsi və ona sağlığında vəsiyyət etməsi, o, da miras əmlakı bibisinin vəfatından sonra faktiki qəbul edərək idarə etməsinə dair dəlillərini əsassız hesab edərək qeyd edir ki, işdə olan İsmayıllı rayon Basqal bələdiyyəsi tərəfindən verilmiş ## #### 2024-cü il tarixli, №** nömrəli arayışın surətindən görünür ki, mərhum X11 ##.##.2012-ci ildə vəfat etdikdən sonra ona məxsus İsmayıllı rayonu, Basqal qəsəbəsində yerləşən həyətyanı torpaq sahəsinin və fərdi yaşayış evinin torpaq və əmlak vergisini Babazadə İntiqam Sədiyar oğlu tərəfindən ödənilmiş və bu günədək ödənilməkdədir.
63. Mirası açılan zaman qüvvədə olmuş Mülki Məcəllənin 1246-cı maddəsində (redaksiyadan çıxarılıb) deyilirdi ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
64. Kollegiya qeyd edir ki, mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsi ilə vərəsə özünün miras əmlak əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir və məhz bu hərəkət, əqd əsasında vərəsə miras qoyanın əmlak hüquq və vəzifələrinin daşıyıcısı olur. Eyni zamanda mirası qəbul etmək birtərəfli əqddir. Bu əqd yalnız bircə şəxsin- vərəsənin iradəsini ifadə etməklə konkret olaraq kiməsə ünvanlanmır və başqa şəxslərin iştirakını və razılığını tələb etmir.
65. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçının miras əmlakı bibisinin vəfatından sonra faktiki qəbul edərək idarə etməsi məhkəmə prosesində dindirilmiş şahidlər, rəsmi dövlət vəzifəsini daşıyan, hal-hazırda qəsəbənin İcra Nümayəndəsi vəzifəsində işləyən Maraqlı şəxs, əvvəllər həmin vəzifədə işləmiş və daimi qəsəbədə yaşamış X16 tərəfindən təsdiq edilməsinə dair dəlillərinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən dindirilmiş şahidlərin izahatları biri digərini təkzib etmiş və ziddiyətli olmuşdur. Belə ki, iş üzrə dindirilmiş şahidlərin bir qismi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Səməndər qızından miras qalmış əmlakın iddiaçı İsayev Kamran İdris oğlu tərəfindən idarə olunduğunu, digər şahidlər isə Sədiyar Babayev vəfat edəndən sonra mübahisəli torpaq sahəsinə Babayev İntiqam Sədiyar oğlu nəzarət etməsini qeyd etmişlər.
66. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən dindirilmiş şahidlər tərəflərin vəsatəti əsasında dindirilmiş və həmin şahidlərin ifadələri biri digərinin tamamlamadığı, yəni ziddiyyətli izahatlar verdikləri üçün mötəbər sübut kimi qəbul edilə bilməz.
67. Həmçinin iş materiallarında olan İsmayıllı rayon Basqal bələdiyyəsi tərəfindən verilmiş ## #### 2024-cü il tarixli, №** nömrəli arayışın surətindən görünür ki, mərhum X11 ##.##.2012-ci ildə vəfat etdikdən sonra ona məxsus İsmayıllı rayonu, Basqal qəsəbəsində yerləşən həyətyanı torpaq sahəsinin və fərdi yaşayış evinin torpaq və əmlak vergisini Babazadə İntiqam Sədiyar oğlu tərəfindən ödənilmiş və bu günədək ödənilməkdədir. İşin qeyd olunan halı onu deməyə əsas verir ki, X9 və X19 miras qalmış İsmayıllı rayonu, Basqal qəsəbəsində yerləşən 0.6 ha həyətyanı torpaq sahəsi Babazadə İntiqam Sədiyar oğlu tərəfindən idarə olunmuş, mirasda məhz onun tərəfindən faktiki qəbul edilərək idarə olunmuşdur.
68. Məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir.
69. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bu cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
70. Kollegiya qeyd edir ki, iddiaçı İsayev Kamran İdris oğlu bibisi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Səməndər qızından miras qalmış əmlakın qəbulu ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.2-ci maddəsinə əsasən də bibisi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Səməndər qızından miras qalmış əmlakdan pay almaq hüququnu itirmişdir.
71. Belə olan təqdirdə kollegiya hesab edir ki, İsmayıllı rayon Notariat Ofisi tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Səməndər qızından miras qalmış əmlakla bağlı Babazadə İntiqam Sədiyar oğluna verilmiş ## ###### 2024-cü il tarixli, 2V-*** nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamənin hazırkı iddiaçı İsayev Kamran İdris oğlu tərəfindən subyektiv baxımından mübahisələndirilməsi istisna olunur.
72. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ümumilikdə qiymət verərək hesab edir ki, şikayətin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir.
73. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin iddiaçı İsayev Kamran İdris oğlunun apellyasiya şikayətinə münasibətdə ləğv edilməsi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi iddiaçı İsayev Kamran İdris oğlunun apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
74. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı İsayev Kamran İdris oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə İsmayıllı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi iddiaçı İsayev Kamran İdris oğlunun apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.