Məhkəmə qərarları › İş №2(106)-2046/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-2046/2023

15.12.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-2046/2023 15.12.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvаn Аpеllyаsiyа Məhkəməsinin Mülki Kоllеgiyаsının hаkimləri: Allahyarov Zaur Mirzağa oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi Əliyev Orxan İsmayıl oğlunun katibliyi ilə, İddiaçı Qazıyeva (Əzimova) Arzu Əliyar qızının Cavabdeh qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, fərdi yaşayış evinə və torpaq sahəsinə dair verilmiş çıxarışın ləğv edilməsi, mirasın qəbul edilmiş hesab edilməsi və miras əmlakda 1/2 hissədə payın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 09 iyun 2023-cü il tarixli, 2(073)476/2023 saylı qətnaməsindən iddiaçı Qazıyeva (Əzimova) Arzu Əliyar qızı və onun nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi; İŞİN HALLARİ: İddiaçı Qazıyeva (Əzimova) Arzu Əliyar qızı Cavabdeh qarşı qanun üzrə vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, miras əmlakın qəbul edilmiş hesab edilməsi, miras əmlakın bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəlilabad rayonu 1 saylı Notariat Ofisinin notariusu X4 tərəfindən təsdiqlənmiş 2V- 311 reyestr nömrəli, xx.xx.2022-ci il tarixdə Cavabdeh adına verilmiş "qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin ləğv edilməsinə, xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçmiş reyestrdən çıxarışa əsasən X2 mülkiyyətində olmuş Cəlilabad rayonu Ağdaş kəndi ünvanında yerləşən ümumi sahəsi 241.50 kv.m olan fərdi yaşayış evinin və ümumi sahəsi 0.139920 ha olan torpaq sahəsinin miras kimi qəbul edilmiş hesab edilməsinə, xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçmiş reyestrdən çıxarışa əsasən X2 mülkiyyətində olmuş Cəlilabad rayonu Ağdaş kəndi ünvanında yerləşən ümumi sahəsi 241.50 kv.m olan fərdi yaşayış evinin və ümumi sahəsi 0.139920 ha olan torpaq sahəsinin miras vərəsəliyinin açılmasına və qeyd edilən əmlaka 1/2 pay əsasında onunla (iddiaçı ilə) cavabdeh arasında qanun üzrə vərəsəlik əsasında bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 09 iyun 2023-cü il tarixli, 2(073)476/2023 saylı qətnaməsi ilə, iddiaçı Qazıyeva (Əzimova) Arzu Əliyar qızının Cavabdeh qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, fərdi yaşayış evinə və torpaq sahəsinə dair verilmiş çıxarışın ləğv edilməsi, mirasın qəbul edilmiş hesab edilməsi və miras əmlakda 1/2 hissədə payın müəyyən edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməmiş, iş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun iddiaçı Qazıyeva (Əzimova) Arzu Əliyar qızına aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçı Qazıyeva (Əzimova) Arzu Əliyar qızı və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(106)- 1699/2023 saylı qərardadı ilə Cəlilabad Rayon Məhkəməsinin 09 iyun 2023-cü il tarixli, 2(073)476/2023 saylı qətnaməsindən iddiaçı Qazıyeva (Əzimova) Arzu Əliyar qızı və onun nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apelyasiya şikayəti qeyri-mümkün hesab edilmiş, mülki iş materialı apellyasiya şikayətinin MPM-nin 357-363-cü maddələrinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün Cəlilabad Rayon Məhkəməsinə qaytarılmışdır. Cəlilabad Rayon Məhkəməsinin 2(073)-476/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Cəlilabad Rayon Məhkəməsinin 09 iyun 2023-cü il tarixli, 2(073)476/2023 saylı qətnaməsindən iddiaçı Qazıyeva (Əzimova) Arzu Əliyar qızı və onun nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. İş materiallarından müəyyən edilir ki, Cəlilabad Rayon Məhkəməsinin 09 iyun 2023cü il tarixli, 2(073)476/2023 saylı qətnaməsindən iddiaçı Qazıyeva (Əzimova) Arzu Əliyar qızı və onun nümayəndəsi və vəkili Vəkil tərəfindən elektron qaydada apellyasiya şikayəti verilmiş və apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən mülki işin materialları ilə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 360-cı maddəsinin tələbinə görə isə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində verilə bilər. Məhkəmə kollegiyası Cəlilabad Rayon Məhkəməsinin 09 iyun 2023-cü il tarixli, 2(073)476/2023 saylı qətnaməsindən iddiaçı Qazıyeva (Əzimova) Arzu Əliyar qızı və onun nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti verilərkən bu Məcəllə ilə müəyyən edilmiş müddətlə bağlı tələblərə əməl edilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçı tərəfindən apellyasiya şikayətinin MPM-in tələblərinə cavab vermədiyi müəyyən edilməklə müvafiq olaraq apellyasiya şikayətini yenidən geri qaytarılmalı olduğu halda, qəbul edilərək baxılmasından ötrü apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş xəbərnamələrdən görünür ki, (i.v. 203-204) Cəlilabad Rayon Məhkəməsinin 09 iyun 2023-cü il tarixli, 2(073)476/2023 saylı qətnaməsinin surətini iddiaçı Qazıyeva (Əzimova) Arzu Əliyar qızı 25 iyul 2023-cü il tarixdə, onun nümayəndəsi Vəkil isə 24 iyul 2023-cü il tarixdə rəsmi qaydada almışlar. İddiaçı hazırkı apellyasiya şikayətini isə 05 dekabr 2023-cü il tarixdə vermişdir. Göründüyü kimi iddiaçı apellyasiya şikayətini verərəkən qanunla nəzərdə tutulmuş 1 (bir) aylıq müddəti ötürmüşdür. Bununla da, məhkəmə kollegiyası qeyd edir ki, Cəlilabad Rayon Məhkəməsinin 09 iyun 2023-cü il tarixli, 2(073)476/2023 saylı qətnaməsindən hazırkı apellyasiya şikayəti verilərkən prosessual müddət ötürülmüşdür. MPM-in 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Qeyd edilməlidir ki, MPM-in 128.3-cü maddəsinə əsasən illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Nəzərə alınmalıdır ki, MPM-in 129-cu maddəsinin tələblərinə əsasən aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. MPM-in 130.1-ci və 130.3-cü maddələrinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur; prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Bundan başqa, iş materiallarından görünür ki, iddiaçı Qazıyeva(Əzimova) Arzu Əliyar qızı tərəfindən Cəlilabad Rayon Məhkəməsinin 09 iyun 2023-cü il tarixli, 2(073)476/2023 saylı qətnaməsindən apellyasiya şikayəti vermək üçün buraxılmış prosessaul müddətin bərpa olunması barədə vəsatət verilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 fevral 2007-ci il qərarında göstərilmişdir ki, “Ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur.” Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq diqqətə çatdırır ki, apellyasiya instansiyası məhkəməsi daxil olmuş işlərin apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən belə hesab edir ki, Cəlilabad Rayon Məhkəməsinin 09 iyun 2023-cü il tarixli, 2(073)476/2023 saylı qətnaməsindən iddiaçı Qazıyeva(Əzimova) Arzu Əliyar qızı tərəfindən verilmiş apellyasiya qeyri-mümkün hesab edilməlidir. Nəzərə alınmalıdır ki, MPM-in 363.1.3-cü maddələrinə görə isə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, hakim apellyasiya şikayətini və ona əlavə edilmiş sənədləri geri qaytarmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “X3rşı” iş üzrə və “Luordo İtaliyaya qarşı” iş üzrə qərarlarında qeyd edilmişdir ki, yuxarı instansiya məhkəmələrində aparılan icraatın mümkünlüyü və hədlərinin qanuni məhdudiyyətlərə məruz qala bilməsi yolveriləndir. Məhkəməyə əlçatanlıq hüququ mütləq deyil və dolayı şəkildə yol verilən məhdudiyyətlərə məruz qala bilər. Bu xüsusilə də, şikayətin mümkünlük şərtlərinə aiddir, çünki bu məsələ təbiət etibarı ilə, həmin sahədə müəyyən mülahizə sərbəstliyinə malik olan Dövlət tərəfindən tənzimlənmə tələb edir. MPM-in 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyrimümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Həmin Məcəllənin 400-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh olunanlara əsasən və MPM-in 361, 364, 366, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: Cəlilabad Rayon Məhkəməsinin 09 iyun 2023-cü il tarixli, 2(073)476/2023 saylı qətnaməsindən iddiaçı Qazıyeva (Əzimova) Arzu Əliyar qızı və onun nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. İddiaçı Qazıyeva (Əzimova) Arzu Əliyar qızı və onun nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün Cəlilabad Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar