Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1015/2024 15.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X40 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X29 ibarət tərkibdə, Əsədzadə Əsəd Saməddin oğlunun katibliyi ilə, İddiaçı Qazıyeva (Əzimova) Arzu Əliyar qızının Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X17, X3 qızı, X2 qızı, X19, X80, X73, X31, X41, X25, X42, X43, X63, X34, X64, X55, X65, X66 və X56) qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, fərdi yaşayış evinə və torpaq sahəsinə dair verilmiş çıxarışın ləğv edilməsi, mirasın qəbul edilmiş hesab edilməsi və miras əmlakda 1/2 hissədə payın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 09 iyun 2023-cü il tarixli 2(073)-476/2023 saylı qətnaməsindən iddiaçının nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X8 Şakir Mirzəkişi oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cəlilabad rayonu 1 saylı notariat ofisinin notariusu X35 tərəfindən təsdiqlənmiş 2V-311 reyestr nömrəli xx.xx.2022-ci il tarixdə Cavabdeh adına verilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsinə, xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçmiş reyestrdən çıxarışa əsasən X26 mülkiyyətində olmuş Cəlilabad rayonu Ağdaş kəndi ünvanında yerləşən ümumi sahəsi 241.50 kv.m olan fərdi yaşayış evinin və ümumi sahəsi 0.139920 ha olan torpaq sahəsinin miras kimi qəbul edilmiş hesab edilməsinə, xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçmiş reyestrdən çıxarışa əsasən X26 mülkiyyətində olmuş Cəlilabad rayonu Ağdaş kəndi ünvanında yerləşən ümumi sahəsi 241.50 kv.m olan fərdi yaşayış evinin və ümumi sahəsi 0.139920 ha olan torpaq sahəsinin miras vərəsəliyinin açılmasına və qeyd edilən əmlaka 1/2 pay əsasında onunla (iddiaçı ilə) cavabdeh arasında qanun üzrə vərəsəlik əsasında bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum əri X27 xx.xx.2021-ci ildə, qaynanası X44 isə xx.xx.2004-cü ildə vəfat etmişlər. X20 miras qalmış daşınmaz əmlaklar Tubnisə Əzimovanın digər oğlu Cavabdeh adına Qanun üzrə vərəsəlik şəhadətnaməsi verilərkən digər vərəsələr vərəsəliyə çağırılmamışlar. Cəlilabad rayonu 1 saylı notariat ofisinin notariusu tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 386 saylı arayışdan görünür ki, Qazıyeva (Əzimova) Arzu Əliyar qızı X26 qanun üzrə vərəsəsi kimi tanınmışdır. Dilavər Əzimli vəfat etdiyi üçün onun vərəsəliklə bağlı bütün hüquqları arvadı olaraq ona keçmişdir. X26 mülkiyyətində olan daşınmaz əmlakların dairəsini müəyyənləşdirmək məqsədilə Abşeron rayon Vəkil bürosu tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 723/1015 saylı sorğuya Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsindən verilmiş xx.xx.2022-ci il tarixli **********87 nömrəli cavabda göstərilir ki, miras sahibi X26 adına olan daşınmaz əmlaklardan Cəlilabad rayonu Ağdaş kəndində yerləşən 241.5 kv.m sahəli 3 otaqlı fərdi yaşayış evi Cəlilabad rayonu 1 saylı notariat ofisinin notariusu X35 tərəfindən təsdiqlənmiş xx.xx.2022-ci il tarixli 2V-311 reyestrli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2022-ci il tarixdə Cavabdeh adına qeydiyyatdan keçmişdir. O Cəlilabad rayon 1 saylı notariat ofisinə müraciət edərək, X20 miras qalmış miras əmlakdan əri X13 çatası paya irsi transmissiya qaydasında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmışdir. Digər varis Cavabdeh vərəsəlik məsələsinin sülh yolu ilə həll olunmasından imtina etdiyi üçün Cəlilabad rayon 1 saylı notariat ofisi tərəfindən Notariat hərəkətlərini aparmaqdan imtina edilməsi barədə 29 may 2022-ci il tarixli qərar qəbul edilmiş və həmin qərarda onun pozulmuş hüquqularının bərpa edilməsi üçün məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Lakin imtina qərarından dərhal iki həftə sonra Cavabdeh yeganə varis kimi tanıyaraq vərəsəlik hüququ haqqında şəhadətnaməni ona vermişdir. Bundan əlavə, iş üzrə cavabdeh və Cəlilabad rayon 1 saylı notariat ofisi Cavabdehlə yanaşı digər vərəsələri də notariat ofisinə dəvət etməli idi. Lakin iş üzrə üçüncü şəxs Cəlilabad rayon 1 saylı notariat ofisi qanunun tələblərini pozaraq qanun üzrə vərəsəlik şəhadətnaməsi vermişdir. X9 adına verilmiş Qanun üzrə vərəsəlik şəhadətnaməsi qanunsuz olduğu üçün ləğv edilməlidir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsində verilmiş arayışdan görünür ki, X26 adına Cəlilabad rayonu Ağdaş kəndində yerləşən 3 otaqlı fərdi yaşayış evi qeydiyyatdan keçmişdir. Lakin Cəlilabad rayon 1 saylı notariat ofisinin notariusu X35 tərəfindən təsdiq edilmiş 2V-311 reyestr nömrəli xx.xx.2022ci tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən Cavabdeh adına qeydiyyatdan keçmiş və hal-hazırda mülkiyyətindədir. Miras əmlak yalnız Cəlilabad rayonu Ağdaş kəndində yerləşən 3 otaqlı fərdi yaşayış evindən ibarət deyildir. Belə ki, miras qoyan X32 dövlət Aktı ilə torpaq sahəsi də ayrılmışdır. Ona görə də, miras əmlakın kütləsinə həm də X26 adına ayrılmış torpaq sahəsi də daxildir. Miras qoyan Əzimova Tubnisə vəfat etdikdən sonra oğlu Əzimli Dilavər dəfn xərclərini özü çəkmiş, anasının ölümündən sonra ata yurdu ilə təmaslarını üzməmiş, faktiki olaraq miras əmlakı qəbul etmişdir. Belə ki, Əzimova Tubnisədən miras qalan evin açarları Dilavərdə olmuş, o, daim öz ata yurduna gedib-gəlmiş, həyətyanı torpağı becərmiş, evin və torpaq sahəsinin dəyərli xassələrindən istifadə etmiş, vəfat etdikdən sonra öz kəndində dəfn olunmuşdur. İşin bu halını digər vərəsələr və şahidlər də təsdiq edə bilər. Miras əmlak birinci dərəcəli varis olan Dilavər tərəfindən faktiki qəbul edildiyi üçün miras əmlakdan onun da payı ayrılmalı idi. O cavabdehə müraciət edərək öz aralarında miras əmlakın bölünməsini dəfələrlə təklif etsə də, cavabdeh miras əmlakın bölünməsindən imtina etmişdir. X57 iddianın dəqiqləşdirilməsinə və iddianın həcminin artırılmasına dair ərizələr verərək Cəlilabad rayonu 1 saylı notariat ofisinin notariusu X35 tərəfindən təsdiqlənmiş 2V- 311 reyestr nömrəli xx.xx.2022-ci il tarixdə Cavabdeh adına verilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə, Cəlilabad rayonu Ağdaş kəndi ünvanında yerləşən ümumi sahəsi 241.50 kv.m olan fərdi yaşayış evinin və ümumi sahəsi 0.139920 ha olan torpaq sahəsinə dair Cavabdeh adına verilmiş reyestrdən çıxarışın ləğv edilməsinə, xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçmiş reyestrdən çıxarışa əsasən X26 mülkiyyətində olmuş Cəlilabad rayonu Ağdaş kəndi ünvanında yerləşən ümumi sahəsi 241.50 kv.m olan fərdi yaşayış evinin və ümumi sahəsi 0.139920 ha olan torpaq sahəsinin və 16 sot pay torpağın miras kimi qəbul edilmiş hesab edilməsinə, xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçmiş reyestrdən çıxarışa əsasən X26 mülkiyyətində olmuş Cəlilabad rayonu Ağdaş kəndi ünvanında yerləşən ümumi sahəsi 241.50 kv.m olan fərdi yaşayış evinin və ümumi sahəsi 0.139920 ha olan torpaq sahəsinin və 16 sot pay torpağının miras kimi vərəsəliyinin açılması və qeyd edilən əmlaka 1/2 pay əsasında onunla cavabdeh arasında qanun üzrə vərəsəlik əsasında bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 09 iyun 2023-cü il tarixli 2(073)-476/2023 saylı qətnaməsi ilə (hakim Qalib Paşayev) iddiaçı X33 Cavabdeh qarşı iddiasının təmin edilməməsi qət edilmişdir. İddiaçı nümayəndəsi Vəkil apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: Birinci instansiya Məhkəməsində Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, 1956-cı ildə Cəlilabad rayonunun Ağdaş kəndində doğulmuşdur. Valideynlərinin ondan başqa Nəzakət, Rahilə, Fatı, Abbas, Rəhimə, Rəna, Tacirə və Dilavər adlı uşaqları doğulmuşdur. Doğulduğu gündən valideynlərinə məxsus Cəlilabad rayonunun Ağdaş kəndində yerləşən mübahisələndirilən evdə yaşamış, ailə quraraq arvadını həmin evə gəlin köçürmüş və hazırda da ailə üzvləri ilə birlikdə həmin evdə yaşayırlar. X11 xx.xx.1978-ci ildə, anası X44 isə xx.xx.2004-cü ildə vəfat etmişlər. Digər qardaş və bacıları mərhum anasının sağlığında ailə quraraq ata evini tərk etmişlər və özlərinə aid təsərrüfatda yaşamışlar. İddiaçı onun mərhum qardaşı Dilavər Əzimlinin arvadıdır. Mərhum qardaşı Dilavər Əzimli də anasının sağlığında ailə quraraq, ata evindən çıxıb getmiş və Bakı şəhərində yaşamışdır. Mərhum qardaşı və ailə üzvləri Bakı şəhərində özlərinə məxsus evdə yaşamışlar. Anası vəfat edən vaxt o, Rusiya Federasiyasında olmuş, bu barədə ona məlumat veriləndən 3-4 gün sonra Cəlilabad rayonunun Ağdaş kəndinə qayıtmışdır. Mərhum anasının yas mərasimini təşkil etmiş və məzar daşını düzəltdirmişdir. Digər bacı və qardaşları yas mərasimində iştirak etdikdən sonra yenidən öz evlərinə getmiş, o (cavabdeh) isə ailə üzvləri ilə birlikdə həmin evdə yaşamaqda davam etmişdir. Valideynlərindən miras qalmış fərdi yaşayış evini tam sökərək, yerində öz vəsaiti hesabına yeni ev inşa etdirmiş və hazırda da həmin evdə yaşamaqda davam edirlər. Mərhum anasının ölümündən sonra mərhum qardaşı Dilavər Əzimli bir neçə dəfə kəndə gəlmiş, onun (cavabdehin) evində qonaq olmuş və sonra yaşadığı Bakı şəhərinə qayıtmışdır. Mərhum anasının ölümündən sonra nə qardaşı Dilavər Əzimli, nə də digər vərəsələr mirası faktiki qəbul etmişlər. Anasının ölümündən sonra ondan miras qalmış əmlaka qanun üzrə vərəsə tanınması üçün Cəlilabad rayon 1 saylı Notarait ofisinə müraciət etmiş və Cəlilabad rayonu 1 saylı Notariat ofisinin notariusu X35 tərəfindən onun adına xx.xx.2022-ci il tarixli 2V-311 reyesterli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bundan sonra onun adına həmin əmlaklara dair Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Anasının ölümündən sonra mərhum qardaşı Dilavər Əzimli miras əmlakdan istifadə etməmiş və bəhrələnməmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında üçüncü şəxs X30 verdiyi izahatında göstərmişdir ki, 1962-ci ildə Cəlilabad rayonunun Ağdaş kəndində doğulmuşdur. Valideynlərinin ondan başqa Nəzakət, Rahilə, Fatı, Abbas, Rəhimə, Rəna, Tacirə, Dilavər və Şakir adlı uşaqları doğulmuşdur. Özü 1984-cü ildə ailə quraraq anasının təsərrüfatından ayrılmış və həmin vaxtdan ər evində yaşamışdır. Şakir istisna olmaqla digər qardaş və bacıları da anasının sağlığında ailə quraraq anasının təsərrüfatından ayrılmış və özlərinə məxsus təsərrüfatda yaşamışlar. X11 xx.xx.1978-ci ildə, anası X44 isə xx.xx.2004-cü ildə vəfat etmişlər. İddiaçı onun mərhum qardaşı Dilavər Əzimlinin arvadı, Cavabdeh isə qardaşıdır. Mərhum qardaşı Dilavər Əzimli də anasının sağlığında ailə quraraq, ata evindən çıxıb getmiş və Bakı şəhərində yaşamışdır. Mərhum qardaşı Dilavər Əzimli və ailə üzvləri Bakı şəhərində özlərinə məxsus evdə yaşamışlar. Anası vəfat edən vaxt qardaşı Şakir Rusiya Federasiyasında olmuş, bu barədə Şakirə məlumat veriləndən 3-4 gün sonra Şakir Cəlilabad rayonunun Ağdaş kəndinə qayıtmışdır. Mərhum anası vəfat etməmişdən əvvəl, yəni xəstə olduğu vaxt qardaşı Dilavər həkim gətirmiş, onun dərmanlarını almışdır. Yas mərasimində isə Dilavər Əzimli öz vəsaiti hesabına anasının təsərrüatında saxladığı heyvanı kəsdirərək ehsan vermiş və baş daşını qoydurmuşdur. Digər bacı və qardaşları yas mərasimində iştirak etdikdən sonra yenidən öz evlərinə getmiş, qardaşı Şakir isə ailə üzvləri ilə birlikdə həmin evdə yaşamaqda davam etmişdir. Mərhum anasının ölümündən sonra mərhum qardaşı Dilavər Əzimli dəfələrl kəndə gəlmiş, Şakirin yaşadığı evdə qonaq olmuş və sonra yaşadığı Bakı şəhərinə qayıtmışdır. Mərhum anasının ölümündən sonra Dilavər Əzimlinin torpaq sahəsindən istifadə etməsini, həmin torpaq sahəsində olan meyvə ağaclarından məhsul yığmasını və digər şəkildə bəhrələnməsini görməmişdir. Anasının ölümündən sonra ondan miras qalmış əmlaka qardaşı Cavabdeh qanun üzrə vərəsə tanınmışdır. Qeyd edilənlərin nəzərə alınaraq, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. İşdə olan Cəlilabad rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.1956-cı ildə doğulmuşdur, anası X44, atalığı müəyyən edilmədiyindən atası qrafası boş buraxılmışdır. İşdə olan Astarxanbazar rayon Ağdaş kənd soveti tərəfindən verilmiş xx.xx.1959-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X27 xx.xx.1959-cu ildə doğulmuşdur, anası X44, atalığı müəyyən edilmədiyindən atası qrafası boş buraxılmışdır. İşdə olan Cəlilabad rayon qeydiyyat şöbəst tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışın surətindən görünür ki, X45 xx.xx.1978-ci ildə ölmüşdür. İşdə olan Cəlilabad rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışın surətindən görünür ki, X44 xx.xx.2004-cü ildə ölmüşdür. İşdə olan Bakı şəhəri Səadət sarayı tərəfindən verilmiş xx.xx.1992-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X28 ilə X57 xx.xx.1992-ci ildə nikahlarını bağlamışlar və arvada Əzimova-Qazıyeva soyadı verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli çıxarışdan görünür ki, Cəlilabad rayonu Ağdaş kəndində yerləşən 241.5 kv.metrdən ibarəd fərdi yaşayış evi və 0.1399 ha torpaq sahəsi X26 mülkiyyətində olmuşdur. İşdə olan Cəlilabad rayon 1 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Cavabdeh ərizəsi əsasında mərhum anası X20 qalmış miras əmlak barədə qanun üzrə vərəsəlik işi açıçlmış və təqdim edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, Cavabdeh mərhum X26 qanun üzrə vərəsəsidir. İşdə olan Cəlilabad rayon 1 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, İddiaçı ərizəsi əsasında mərhum X20 qalmış miras əmlak barədə qanun üzrə vərəsəlik işi açılmışdır. Təqdim edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, İddiaçı mərhum X26 qanun üzrə vərəsəsidir. İşdə olan Cəlilabad rayon Ağdaş KİƏDN tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışın surətindən görünür ki, Cavabdeh mərhum anası X44 anadan olduğu vaxtdan vəfat etdiyi günədək Cəlilabad rayon Ağdaş kəndində pasport qeydiyyatında olmuş və yaşamışdır. Mərhumun Cavabdeh adlı vərəsəsi qalmış və onun ölümündən sonra Cəlilabad rayon Ağdaş kəndində yerləşən evinə və digər bütün əmlakına faktiki sahiblik edir və mərhuma məxsus evdə faktiki yaşayır. Mirasın açıldığı gündən hal-hazıradək vergiləri və digər xərcləri ödəyir. İşdə olan Cəlilabad rayon Ağdaş KİƏDN tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X44 10 may 2004-cü ildə vəfat etdikdən sonra ondan miras qalmış Ağdaş kəndində yerləşən yaşayış evinə və torpaq sahəsinə görə vergilər və digər xərclər Cavabdeh tərəfindən ödənilir və ondan miras qalmış təsərrüfatı idarə edir. X52 digər övladı X28 Bakı şəhərində pasport qeydiyyatında olmuş, ansının vəfatından sonra 2017-ci ildə Ağdaş KİƏD nümayəndəliyin təsərrüfat uçot kitabına qeydiyyata düşmüş və sonra da Bakı şəhərində ailəsi ilə birlikdə daimi olaraq yaşamışlar. İşdə olan Binəqədi rayonu Mənzil-Kommunal Təsərrüfat Birliyi 102 saylı Mənzil- Kommunal İstismar sahəsi tərəfindən verilmiş 19 yanvar 2023-cü il tarixli 49 saylı arayışdan görünür ki, X5 rayonu Z.Bünyadov küçəsi 13V saylı evin 113 saylı mənzilində pasport qeydiyyatındadır və hal-hazırda həmin ünvanda yaşayır. İşdə olan Cəlilabad rayonu 1 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli notariat hərəkətini aparmaqdan imtina edilməsi barədə qərarından görünür ki, X4 rayon 1 saylı Notariat ofisinə müraciət edərək, X20 miras qalmış miras əmlakdan əri X13 çatası paya irsi transmissiya qaydasında ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmiş, lakin digər vərəsələr Notariat ofisinə gəlmədiklərindən və vərəsələrdən Cavabdeh ərizə ilə müraciət edərək, miras şərikləri arasında mübahisə olduğunu bildirdiyi üçün Cəlilabad rayon 1 saylı Notariat ofisi tərəfindən notariat hərəkətlərinin aparılmasından imtna edilmişdir. İşdə olan Elektron notariat X1 çıxarışdan görünür ki, ölmüş şəxs (miras qoyan) X26 qanun üzrə vərəsəsi Cavabdeh müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, X26 adına Cəlilabad rayonu Ağdaş kəndində yerləşən 3 otaqlı fərdi yaşayış evi qeydiyyatdan keçmiş, lakin Cəlilabad rayonu 1 saylı Notariat ofisinin notariusu X35 tərəfindən təsdiqlənmiş 2V-311 reyestr nömrəli xx.xx.2022-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh adına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. X26 adına respublika üzrə qeydiyyatdan keçmiş digər daşınmaz əmlak aşkar edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********58-10301 reyestrli çıxarışın surətindən görünür ki, Cəlilabad rayonu Ağdaş kəndində yerləşən ümumi sahəsi 241.50 kv.m olan fərdi yaşayış evi və 0.1399 ha olan torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsindən tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, X26 adına Cəlilabad rayonu Ağdaş kəndi ü/s yerləşən 241.5 kv.m olan fərdi yaşayış evi xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınaraq xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cəlilabad rayonu 1 saylı Notariat Ofisinin notariusu X35 tərəfindən təsdiqlənən Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Cavabdeh adına qeydiyyata alınmışdır. Hazırda 8 saylı Cəlilabad Ərazi İdarəsində İnzibati Ərazi Vahidləri üzrə Dövlət Reyestrindən qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.2022-ci il tarixli 13 saylı qərarı ilə Cəlilabad rayonu Ağdaş kəndində kənd təsəərrüfatı təyinatlı torpaq sahələrinə dair tərtib edilmiş dövlət aktları ləğv edilmişdir. Aparılacaq yeni uçot xəritələr təqdim edildikdən sonra həmin kəndin kənd təsəərrüfatı təyinatlı torpaq sahələrinə dair çıxarışlar tərtib edilərək vətəndaşlara təqdim ediləcəkdir. İş materiallarında olan Cəlilabad rayon İHB-mn Ağdaş kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin 20 iyun 2024-cü il tarixli məktubundan görünür ki, Cəlilabad rayonu Ağdaş kənd sakini Cavabdeh xx.xx.2023-cü il tarixdə vəfat etmiş Cəlilabad rayonu Ağdaş kənd qəbiristanlığında dəfn edilmişdir. Mərhumun arvadı-X68, oğlu-X73, oğlu-X74, oğlu- X80 adında vərəsələri vardır. İş materiallarında olan DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, X26 adına Cəlilabad rayonu, Ağdaş kəndində yerləşən 3 otaqlı fərdi yaşayış evi qeydiyyatdan keçmişdir, lakin Cəlilabad rayonu 1 saylı notariat ofisinin notariusu X36 tərəfindən təsdiqlənmiş 2V-311 reyestr nömrəli xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən Cavabdeh adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. X26 adına respublika üzrə qeydiyyatdan keçmiş digər daşınmaz əmlak aşkar edilməmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin düzgün verilib-verilməməsini müəyyənləşdirməli və həmin vaxt vərəsələrin dairəsi, vərəsələrin miras əmlaka hüquqlarının olub-olmamasını müəyyənləşdirməli idi. Qətnamədə Cavabdeh adına qanun üzrə vərəsəlik şəhadətnaməsinin qanuni əsasla verilməsinin hüquqi əsasları barədə heç bir əsaslandırma yoxdur. İş materialları ilə müəyyən edilmişdir ki, sonuncu miras qoyan X44 xx.xx-2004-cü il tarixdə vəfat etmiş, xx.xx-2022-ci iltarixdə Cavabdeh adına qanun üzrə vərəsəlik açılmışdır. O Cəlilabad rayon 1 saylı Notariat ofisinə müraciət edərək X20 qalmış miras əmlakdan əri X13 çatası paya irsi transmissiya qaydasında ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Cəlilabad rayon 1 saylı Notariat ofisi tərəfindən Notariat hərəkətlərini aparmaqdan imtina edilməsi barədə 29 may 2022-ci il tarixli Qərar qəbul edilmiş və həmin qərarda onun pozulmuş hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Lakin imtina qərarından dərhal iki həftə sonra Cavabdeh yeganə varis kimi tanıyaraq vərəsəlik hüququ haqqında şəhadətnaməni ona vermişdir. Ona verilən imtinada miras şəriklərinin notariat ofisinə gəlməməsi və miras şərikləri arasında mübahisə olmasını əsas gətirilmişdir. Qeyd edilməlidir ki, cavabdehə qanun üzrə şəhadətnamə verildikdə heç bir vərəsənin məlumatı olmamışdır. Onlara notaruiat ofisinə gəlmələri barədə rəsmi çağırış göndərilməmişdir. Bundan əlavə, iş üzrə cavabdeh və Cəlilabad rayon 1 saylı notariat ofisi Cavabdehlə yanaşı digər vərəsələri də notariat ofisinə dəvət etməli idi. Lakin iş üzrə üçüncü şəxs Cəlilabad rayonu 1 saylı notariat ofisi qanunun tələblərini kobud surətdə pozaraq Qanun üzrə vərəsəlik şəhadətnaməsi vermişdir. Cavabdeh adına verilmiş Qanun üzrə vərəsəlik şəhadətnaməsi qanunsuz olduğu üçün ləğv edilməlidir. Ona imtina verən notarius hansı əsasla 10 vərəsə olduğu halda yalnız cavabdehə qanun üzrə vərəsəlik şəhadətnaməsi verir. Məhkəmənin mövqeyinə görə o tərəf olaraq miras əmlakın qəbul edilməsini sübut edə bilməmişdir. Qeyd edilməlidir ki, miras qoyan öldükdən əvvəl və öldükdən 6 ay və sonrakı müddət ərzində X27 mübahisələndirilən evdə daimi qeydiyyatda olmuşdur. Onun daimi qeydiyyatda olmasını məhkəməyə təqdim etdiyi arayış və şəxsiyyət vəsiqəsinin surətləri təsdiq edir. Dilavər Əzimlinin həmin evdə daimi qeydiyyatda olması onun miras əmlakı qəbul etməsini təsdiq edən hallardan biridir. Məhkəmə miras qoyan vəfat etdiyi gündən sonrakı 6 aylıq müddətə hüquqi qiymət verməli idi. Bunun üçün əri Əzimli Dilavərin həmin dövr ərzində mirası qəbul edib-etməməsi müəyyən edilməli idi. Dilavər Əzimlinin 6 aydan sonrakı hərəkətləri hüquqi nəticə yaratmır. Bu mənada Dilavər Əzimlinin 6 aydan sonra Bakı şəhərində yaşayıb-yaşamaması heç bir məna kəsb etmir. Miras əmlakın kütləsinə daşınmaz əmlaklar daxildir. Daşınmaz əmlakın qəbul edilməsinin xüsusisiyyətləri vardır. Daşınmaz əmlakın qəbul edilməsi üçün onun dəyərli və yararlı xassələrindən istifadə edilməsi əsas şərtdir. Miras qoyan öldükdə cavabdeh Azərbaycanda olmamış və bütün dəfn xərcləri məhz Dilavər Əzimli tərəfindən qarşılanmışdır. 3, 7 və 40, həmçinin cümə axşamları mərasimləri Dilavər Əzimli tərəfindən təşkil edilmiş, bütün xərcləri məhz Dilavər çəkmişdir. İşin qeyd edilən halını Cavabdeh da təsdiq etmişdir. Belə ki, Cavabdeh məhkəmədə verdiyi ifadəsində bildirmişdir ki, anası vəfat edən vaxt o Azərbaycanda olmamış, 3-4 gün sonra Azərbaycana gəlmişdir. Əslində 6 aylıq müddət keçdiyi üçün notarius Cavabdeh imtina verməli və ona da məhkəməyə müraciət etmək hüququ izah edilməli idi. İş üzrə üçüncü şəxs X30 məhkəmədə verdiyi ifadəsində bildirmişdir ki, anası vəfat edən vaxt qardaşı Şakir Rusiyada olmuş və 3-4 gün sonra gəlmişdir. Anası xəstə olan vaxt qardaşı Dilavər həkim gətirmiş, anasının dərmanlarını almışdır. Dilavər öz vəsaiti ilə ehsan vermişdir. Anasının baş daşını da Dilavər qoydurmuşdur. Anasının ölümündən sonra qardaşı Dilavər dəfələrlə anasının mülkiyyətində olan evdə qalmış, ona həmin evə gəlməyə heç kəs mane olmamış, həyətyanı torpaqda meyvə olmasa da, həyətyanı torpaq sahəsində olan otu biçmiş, anası öləndə Dilavərin bir danası və 3-4 qoyunu olmuşdur. Otu həmin heyvanların saxlanması üçün biçmişdir. Dilavər sərbəst şəkildə anasına məxusus olan evə gəlib-getmiş, gecələr də orada qalmışdır. Amma anası öləndə 40 gün anasının evində qalmışdır. Dilavərə anasına məxsus evə gəlməyə heç kəs mane olmamışdır. Dilavər özü ilə hətta qonaqlarını da həmin evə gətirmişdir. Ona təqdim edilmiş şəkillərə baxdıqda Dilavərin ot biçdiyi sahənin anasına məxsus evin təsərrüfat sahəsi olduğunu təsdiq etmişdir. Beləliklə, Dilavərin anası öləndə həmin evdə daimi qeydiyyatda olması, evə və torpaq sahəsinə sərbəst daxil olması, digər varislərin, o cümlədən cavabdehin ona mane olmaması, torpağa da sərbəst daxil olaraq otun biçimində daima təkbaşına iştirak etməsi, həmin evdə və torpaq sahəsində heyvan saxlaması, evdə qalması miras əmlakı qəbul etdiyini şəksiz sübut edən hallardır. Məhkəmə işin xarakterini dəqiq müəyyən etmədən qətnamə qəbul etmişdir. Qanunvericilikdə əmlakın faktik qəbulunun 3 ay müddəti müəyyən edilmişdir. Dilavər Əzimlinin 40 gün evdə qalması evin faktiki qəbul edilməsini təsdiq edən haldır. Sonrakı müddətdə Dilavərin həmin evə gedərək orada gecələr qalması, ona heç kimin mane olmaması da işin şəksiz sübut edilmiş halıdır. Ona görə də hesab edir ki, məhkəmə Dilavərin evi və torpaq sahəsini faktiki qəbul etməməsi barədə gəldiyi nəticə tam əsassızdır və işin faktiki hallarına uyğun deyildir. Məhkəmə baxışı zamanı o da məlum olmuşdur ki, cavabdeh son zamanlar Tubnisənin mülkiyyətində olmuş evi sökərək yerində yeni ev tikmişdir. Həmin ev sökülərkən Əzimli Dilavər narazılığını bildirmiş, qardaşına həyətyanı torpaq sahəsinin başqa bir hissəsində ev tikə biləcəyini, anasından qalmış evin isə ona qala biləcəyini cavabdehə söyləmişdir. Lakin hakim onun bu məlumatını nəzərə almamış və işin həmin halını da qətnamədə qeyd etməmişdir. İşin bu halı ilə bağlı bildirir ki, Tubnisə vəfat edərkən mülkiyyətində olan ev və torpaq sahəsi miras əmlak kimi qiymətləndirilməlidir. Məhkəmə miras açıldığı vaxta qiymət verərək Tubnisənin mülkiyyətində olan əmlakları miras əmlak kimi qiymətləndirməlidir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil bildirmişdir ki, iddiaçının əri X27 xx.xx.2021-ci ildə, qaynanası X44 isə xx.xx.2004-cü ildə vəfat etmişlər. X20 miras qalmış daşınmaz əmlaklar Tubnisə Əzimovanın digər oğlu Cavabdeh adına Qanun üzrə vərəsəlik şəhadətnaməsi verilərkən digər vərəsələr vərəsəliyə çağırılmamışlar. Cəlilabad rayonu 1 saylı notariat ofisinin notariusu tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 386 saylı arayışdan görünür ki, X7 Tubnisə Dadaş qızının qanun üzrə vərəsəsi kimi tanınmışdır. Dilavər Əzimli vəfat etdiyi üçün onun vərəsəliklə bağlı bütün hüquqları arvadı olaraq iddiaçıya keçmişdir. X6 və X46 adlı övladları da vardır. X26 mülkiyyətində olan daşınmaz əmlakların dairəsini müəyyənləşdirmək məqsədilə Abşeron rayon Vəkil Bürosu tərəfindən verilmiş xx.xx.2022- ci il tarixli 723/1015 saylı sorğuya Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsindən verilmiş xx.xx.2022-ci il tarixli **********87 nömrəli cavabda göstərilir ki, miras sahibi X26 adına olan daşınmaz əmlaklardan Cəlilabad rayonu Ağdaş kəndində yerləşən 241.5 kv.m sahəli 3 otaqlı fərdi yaşayış evi Cəlilabad rayonu 1 saylı notariat ofisi tərəfindən təsdiqlənmiş xx.xx.2022-ci il tarixli 2V-311 reyestrli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2022-ci il tarixdə Cavabdeh adına qeydiyyatdan keçmişdir. İddiaçı Cəlilabad rayon 1 saylı notariat ofisinə müraciət edərək, X20 miras qalmış miras əmlakdan əri X13 çatası paya irsi transmissiya qaydasında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Lakin digər varis Cavabdeh vərəsəlik məsələsinin sülh yolu ilə həll olunmasından imtina etdiyi üçün Cəlilabad rayon 1 saylı Notariat ofisi tərəfindən Notariat hərəkətlərini aparmaqdan imtina edilməsi barədə 29 may 2022-ci il tarixli qərar qəbul edilmiş və həmin qərarda onun pozulmuş hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Lakin imtina qərarından dərhal iki həftə sonra Cavabdeh yeganə varis kimi tanıyaraq vərəsəlik hüququ haqqında şəhadətnaməni ona vermişdir. Bundan əlavə, iş üzrə cavabdeh və Cəlilabad rayon 1 saylı Notariat Ofisi Cavabdehlə yanaşı digər vərəsələri də notariat ofisinə dəvət etməli idi. Lakin iş üzrə üçüncü şəxs Cəlilabad rayon 1 saylı notariat ofisi qanunun tələblərini pozaraq qanun üzrə vərəsəlik şəhadətnaməsi vermişdir. X9 adına verilmiş Qanun üzrə vərəsəlik şəhadətnaməsi qanunsuz olduğu üçün ləğv edilməlidir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsində verilmiş arayışdan görünür ki, X26 adına Cəlilabad rayonu Ağdaş kəndində yerləşən 3 otaqlı fərdi yaşayış evi qeydiyyatdan keçmişdir. Lakin Cəlilabad rayon 1 saylı notariat ofisinin notariusu X35 tərəfindən təsdiq edilmiş 2V-311 reyestr nömrəli xx.xx.2022-ci tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən Cavabdeh adına qeydiyyatdan keçmiş və halhazırda mülkiyyətindədir. Miras əmlak yalnız Cəlilabad rayonu Ağdaş kəndində yerləşən 3 otaqlı fərdi yaşayış evindən ibarət deyildir. Belə ki, miras qoyan X32 Dövlət Aktı ilə torpaq sahəsi də ayrılmışdır. Ona görə də, miras əmlakın kütləsinə X26 adına ayrılmış torpaq sahəsi də daxildir. Miras qoyan Əzimova Tubnisə vəfat etdikdən sonra oğlu Əzimli Dilavər dəfn xərclərini özü çəkmiş, anasının ölümündən sonra ata yurdu ilə təmaslarını üzməmiş, faktiki olaraq miras əmlakı qəbul etmişdir. Belə ki, Əzimova Tubnisədən miras qalan evin açarları Dilavərdə olmuş, o, daim öz ata yurduna gedib gəlmiş, həyətyanı torpağı becərmiş, evin və torpaq sahəsinin dəyərli xassələrindən istifadə etmiş, dünyasını dəyişdikdən sonra öz kəndində dəfn olunmuşdur. İşin bu halını digər vərəsələr və şahidlər də təsdiq edə bilər. Miras əmlak birinci dərəcəli varis olan Dilavər tərəfindən faktiki qəbul edildiyi üçün miras əmlakdan onun da payı ayrılmalı idi. İddiaçı cavabdehə müraciət edərək öz aralarında miras əmlakın bölünməsini dəfələrlə təklif etsə də, cavabdeh miras əmlakın bölünməsindən imtina etmişdir. Ona görə də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Konstitusiya Məhkəməsinin müvafiq qərarından da müəyyən edilir ki, vərəsə ona çatası miras əmlakdan imtina etməzsə nə qədər keçməsindən asılı olmayaraq onu qəbul edə bilər. Burada artıq müəyyən vaxt anlayışı yoxdur və onlar mirası faktiki qəbul etmişdir. Onlardan sonra cavabdehə şəhadətnamə verilmişdir. Qanunu pozmaqla bağlanan əqdlər etibarsız hesab edilməlidir. Mərhumun 10 vərəsəsi var, lakin onların heç biri vərəsələyə çağırılmamışdır. Bəli, 0.16 ha torpaq sahəsi ilə bağlı müraciət etmişdir. İddiaçıya əvvəlcə notarius imtina vermişdir ki, digər vərəsələr razı deyildir. Cavabdeh vərəsəlik şəhadətnaməsi 2022-ci ildə verilmiş, sonradan müvafiq Çıxarış verilmişdir. Vərəsəlik hüququ mülki hüquqların davamıdır. Qətnamədə qeyd edilmişdir ki, guya onlar kifayət qədər sübutlar təqdim etməmişlər. Halbuki, məhkəməyə kifayət qədər sübutlar təqdim etmişlər. Qətnamədə mirasın faktiki qəbulu və qeydiyyat məsələsi olmaqla 2 bənd var. Şakir sənədlərdə göstərmişdir ki, Dilavər guya 2017-ci ildə evə qeydiyyata düşmüşdür. Lakin onlar məhkəməyə sübut təqdim edərək göstərmişdir ki, Dilavər həmin evdə 2017-ci ildən yox, 1996-cı ildən qeydiyyatda olmuş, 2003-cü il qeydiyyatını təqdim etmişlər. Sənədlərdən saxtalaşmanın olması müəyyən edilir. Digər tərəfdən hazırda müstəqil tələb irəli sürməyən üçüncü şəxs X14 və onun bəzi çıxışlarını ixtisarla qətnamədə qeyd edilmişdir. Rəna birinci instansiya məhkəməsi zamanı izahatında bildirmişdir ki, Dilavər həmişə anasına baş çəkmiş, onun qayğısına qalmış, həyətyanı təsərrüfatda işləmişdir. Ev söküləndən sonra yoldaşı bildirmişdir ki, onlar ev tikmək istəyirlərsə böyük bir həyətin o biri tərəfində ev tikə bilərlər. Bu ev qoy onun olsun ki, o da ailəsi ilə kəndə gələndə qalmağa yeri olsun. Şakir və onun arvadı nə vaxt istəsə, oraya gələ biləcəyini bildirmişlər. Ev sökülən zaman maraqlananda ona aydın olmuşdur ki, ərinin adını icra nümayəndəliyi vərəsələr siyahısından çıxarmışdır. Bundan sonra qayını Abbas Əzimova müraciət etmişdir ki, gəl bu məsələni öz aralarında razılıqla qaydasına salsınlar, lakin onlar razı olmamışlar. Torpaq yarıya bölünməli və ərinə çatası haqqı bərpa etmək üçün məhkəməyə müraciət etmişdir. Sözügedən ev 2017-ci ildə tam şəkildə sökülmüşdür. Onlar təzə evi özləri tikmişdirlər. Ona torpaq sahəsindən 0.012 ha pay verilsə, bununla razılaşacaqdır. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında cavabdehin hüquqi varisi X74 bildirmişdir ki, hazırkı halda barışıq mümkün deyildir. Atası vəfst edən zaman onun yanında ancaq özləri olmuş və onu dəfn etmişlər. Halbuki, onların yaxınlarına belə gəlməmişlər. O vaxt hələ torpaq məsələsi barədə söhbət edilməmişdi. Orada rəhmətlik nənəsindən qalma köhnə bir tikili olmuş, ona heç kim sahiblik etməmişdir. O vaxt hamı şəhərə getmiş, onlar rayona qayıdaraq oranı sökərək yeni bir ev tikmiş, həyətyanı sahəni özləri düzəltmişdir. Bunları edərkən onlara heç kim köməklik göstərməmişdir. Əmisi onlarla razılaşmırsa, o da razılıq verə bilməz. Sözügedən torpaq sahəsi Ağdaş kəndində yerləşir və sotu 200 manatdır. İddiaçıya torpaq sahəsindən 0.012 ha pay vermək olar. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında üçüncü şəxs X37 bildirmişdir ki, ailənin böyük oğludur. İddiaçı ilə barışığın əldə edilməsi mümkün deyildir. Mərhum qardaşı xəstə olan zamanı bütün proseslərdən iddiaçı və övladları kənarda qalmışdır. İddiaçıya 0.012 ha pay verilməsinə razı deyildir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında üçüncü şəxs X31 bildirmişdir ki, iddiaçıya torpaq sahəsindən pay verilməsinə razı deyildir. Özü öz payını qardaşının oğluna vermişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Cəlilabad Rayon Məhkəməsinin 09 iyun 2023-cü il tarixli 2(073)476/2023 saylı qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.Hazırkı halda, apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edilməklə qətnamə tam olaraq mübahisələndirilmişdir. Ona görə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlmir, işin müəyyən edilmiş hallarına maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilməmiş, eləcə də işin bütün faktiki halları tam araşdırılmamışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də, mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi mülkiyyət hüququna verilən təminat, bu hüququ hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur. Beləcə, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 1133.1 və 1133.2-ci maddələrinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. MM-in 1134.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. MM-in 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. MM-in 1159.1.1 və 1159.1.3-cü maddələrinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə birinci növbə olmaqla vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. MM-in 1252-ci maddəsinə görə əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Azərbaycan Respublikası Ailə Məcəlləsinin (AM) 34.1-ci maddəsinin tələbinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ərarvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Qeyd edilməlidir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli qərarında göstərilmişdir ki, qanunvericinin müəyyən etdiyi (Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş) müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. Qeyd edilən qərarda eyni zamanda, göstərilmişdir ki, vərəsəlik hüquq münasibətləri miras qoyanın ölümü və ya ölmüş elan edilməsi anından başlamış olur. Qanunvericilik vərəsəlik hüququnun yaranmasını miras qoyanın ölümü və ya ölmüş elan edilməsi ilə şərtləndirmiş və bu hüquqa vəsiyyətnamə olduğu təqdirdə vəsiyyətnamədə göstərilən şəxslərin, əks halda (vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi halda) isə qanunla müəyyən edilmiş vərəsələrin malik olduğunu təsbit etmişdir. Habelə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Həmin qərarda qeyd edilmişdir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir. Apellyasiya instansiya məhkəməsi tərəfindən tam hüquqlu məhkəmə olaraq mülki işin tam və hərtərəfli araşdırılması zamanı müəyyən edilmişdir ki, hazırkı mülki iş 26 yanvar 2023-cü il tarixdən məhkəmənin icraatında olmaqla ona “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarında öz əksini tapmış qaydalar tətbiq edilməli və mirasın qəbulu üçün hər hansı müddət nəzərdə tutulmamalıdır. Nəzərə alınmalıdır ki, işdə olan Cəlilabad rayon Ağdaş KİƏDN tərəfindən verilmiş 27 avqust 2024-cü il tarixli 5-41/2-356/2024 saylı məktubuna əsasən X26 vərəsələri aşağıdakı şəxslərdir: X47, X15, X18, X21, X30, X31, X22, Cavabdeh, X28, X23r. İş materiallarından da göründüyü kimi, X26 10 nəfər vərəsəsi olmuşdur. Onlardan da biri X28 olmuşdur. X10 vəfatından sonra isə onun arvadı və iki övladı X41 və X46 vardır. Beləcə, X16 çatası miras əmlakda (1/10 hissə) arvadı Qazıyeva (Əzimova) Arzu Əliyar qızının 1/3 hissədə payı mövcuddur. Bununla da, məhkəmə kollegiyası işin faktiki hallarına Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarlarında müəyyən edilmiş məcburi göstərişlərə əsasən hüquqi qiymət verərək qeyd edir ki, MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Habelə MPM-in 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, kollegiya hesab edir ki, iddiaçı nümayəndəsi Vəkil tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməli, Cəlilabad Rayon Məhkəməsinin 09 iyun 2023cü il tarixli 2(073)476/2023 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, Cəlilabad rayonu 1 saylı notariat ofisinin notariusu X35 tərəfindən təsdiqlənmiş 2V-311 reyestr nömrəli xx.xx.2022-ci il tarixdə Cavabdeh adına verilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli, Cəlilabad rayonu Ağdaş kəndi ünvanında yerləşən ümumi sahəsi 241.50 kv.m olan fərdi yaşayış evi və ümumi sahəsi 0.139920 ha olan torpaq sahəsinə dair Cavabdeh adına verilmiş reyestrdən çıxarış ləğv edilməli, xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçmiş reyestrdən çıxarışa əsasən X26 mülkiyyətində olmuş Cəlilabad rayonu Ağdaş kəndi ünvanında yerləşən ümumi sahəsi 241.50 kv.m olan fərdi yaşayış evinin və ümumi sahəsi 0.139920 ha olan torpaq sahəsindən (mərhum əri) X13 düşən 1/10 hissədə payın 1/3 hissəsi üzərində Qazıyeva (Əzimova) Arzu Əliyar qızının payı müəyyən edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Bu zaman nəzərə alınmalıdır ki, MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14.2, 76, 78.1, 89.1, 217.2, 372, 376.2, 384.0.1, 385.2, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ İddiaçı Qazıyeva (Əzimova) Arzu Əliyar qızının nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin 09 iyun 2023-cü il tarixli 2(073)-476/2023 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cəlilabad rayonu 1 saylı notariat ofisinin notariusu X35 tərəfindən təsdiqlənərək 2V- 311 reyestr nömrəli xx.xx.2022-ci il tarixdə Cavabdeh adına verilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin. Cəlilabad rayonu Ağdaş kəndi ünvanında yerləşən ümumi sahəsi 241.50 kv.m olan fərdi yaşayış evi və ümumi sahəsi 0.139920 ha olan torpaq sahəsinə dair Cavabdeh adına verilmiş reyestrdən çıxarış ləğv edilsin. xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçmiş reyestrdən çıxarışa əsasən X26 mülkiyyətində olmuş Cəlilabad rayonu Ağdaş kəndi ünvanında yerləşən ümumi sahəsi 241.50 kv.m olan fərdi yaşayış evinin və ümumi sahəsi 0.139920 ha olan torpaq sahəsindən mərhum X13 düşən 1/10 hissədə payın 1/3 hissəsi üzərində Qazıyeva (Əzimova) Arzu Əliyar qızının payı müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddət ərzində şikayət verilməzsə, qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1015/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1015/2024
15.10.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver