Məhkəmə qərarları › İş №2(007)-129/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-129/2022

25.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-129/2022 25.01.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh1 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən İddiaçı ASC-nin xeyrinə 19.08.2015-ci il tarixli kredit müqaviləsi üzrə 7192,63 ABŞ dolları əsas, 12988,12 ABŞ dolları hesablanmış faiz, 1497,98 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 22.12.2019-cu il tarixdən 07.05.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 523,5 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 22202,23 ABŞ dolları kredit borcunun və 20 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsini, tutmanın Cavabdeh2 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar qəsəbəsində yerləşən, 3 otaqlı, 56,7 kv.m ümumi, 39,0 kv.m yaşayış, 17,7 kv.m yardımçı sahədən ibarət 23 nömrəli evin 10 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar qəsəbəsində yerləşən, 3 otaqlı, 56,7 kv.m ümumi, 39,0 kv.m yaşayış, 17,7 kv.m yardımçı sahədən ibarət 23 nömrəli evin 10 nömrəli mənzilin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsini, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh2 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar qəsəbəsində yerləşən, 3 otaqlı, 56,7 kv.m ümumi, 39,0 kv.m yaşayış, 17,7 kv.m yardımçı sahədən ibarət 23 nömrəli evin 10 nömrəli mənzilinə yönəldildikdən və o satıldıqdan bir ay sonra Cavabdeh2 və digər şəxslərin həmin mənzildən çıxmaları, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2014-ci il 22 dekabr tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-nin “2 saylı” filialından illik 26%-lə 60 ay müddətinə 15300 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh2 mülkiyyətindəki Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar qəsəbəsində yerləşən, 3 otaqlı. 56,7 kv.m ümumi, 39,0 kv.m yaşayış, 17,7 kv.m yardımçı sahədən ibarət 23 nömrəli evin 10 nömrəli mənzili 2014-ci il 22 dekabr tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2014-ci il 22 dekabr tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə müqavilənin 1.14-cü bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 36 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2021-ci il mayın 07-dək Cavabdeh1 2014-ci il 22 dekabr tarixli kredit müqaviləsi üzrə banka 7192,63 ABŞ dolları əsas, 12988,12 ABŞ dolları faiz, 1497,98 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 22.12.2019-ci il tarixdən 07.05.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 523,5 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 22202,23 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehlərə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Cavabdeh1 məhkəməyə 18.06.2021-ci il tarixdə etiraz və mülahizələrini təqdim edərək, İddiaçı ASC-nin “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının ona qarşı iddia tələbi qanunun tələblərinə zidd əsaslarla tərtib edildiyindən, tam yanlış və böhtan xarakter daşıdığından rədd edilərək, məsuliyyətsiz tələbin böhtan xarakterini nəzərə alaraq, qanunda nəzərdə tutulmuş qaydada araşdırılaraq, iddiaçının qanunsuz hərəkətlərinə hüquqi qiymət verilməlidir. O, MM-nin tələblərinə istinadən bildirir ki, rəsmi sənədlərlə təsdiq edilmiş hallar sübut olunmamalıdır. Belə ki, iddaçı ərizəsində 15300 ABŞ dolları məbləğində ona kredit verildiyini göstərmiş və məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Faktiki olaraq onlar aldıqları krediti tam ödəmişlər və qanunsuz pul tələbi absurddur. Yəni iddaçının qanunsuz və əsassız pul tələbini sənədlərə əsaslanmadan şişirtmə rəqəmlərlə hesablaması demək olar ki, tam araşdırılmalıdır. Bankın verdiyi hesabdan çıxarış əsasında hesabdan onların cəmi 2614,33 ABŞ dollar məbləğində borcu olduğu göstərilmişdir. Verilmiş krediti 22000 manat məbləğində pul ödənişi ilə tam ödəmişlər. Faktiki olaraq onların banka borcları yoxdur. Banka olan borcları tam ödənilmişdir . Öz şəxsi məsuliyyətini hiss etməyən iddiaçı hüquqa zidd delkit əməllərınə cavab verməli və buna görə də məsuliyyət daşımalıdır. Cavabdeh öz xülyasından bəhrələnib, xəyalən, öz xəyallarını reallıq kimi göstərməklə, xəstə təvəkkürü də böhtan xarakterli məlumatları məsuliyyətsizliklə təkrarlayır. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. O əlavə olaraq qeyd etdi ki, ekspert öz rəyində 10.08.2021-ci il tarixdə əsas borc 7075,13 ABŞ dolları, faiz borcu 10.809,76 ABŞ dolları olduğunu, cavabdeh 293,79 ABŞ dolları ödədikdən sonra əsas borc 6781,34 ABŞ dolları, 10.809,76 ABŞ dolları olduğunu göstərmişdir. Cavabdeh rəy veriləndən sonra noyabrda, dekabrda son ödənişi etmişdir və bankda cavabdehin bu günə olan maliyyə arayışı verilmişdir. Ekspert səlahiyyətini aşaraq borcun olmadığını bildirir. O, kreditin bağlanmadığını, bir kredit üzrə sub hesabı dəyişiləndə, subhesab nömrəsinin də dəyişdiyini və hazırki kredit üzrə də hesab subunun dəyişməsi barədə kredit bürosuna məlumat verdiklərini bildirdi. Həmçinin bildirdi ki, eyni vaxtda iki subhesab üzrə 15200 ABŞ dolları borc aktiv qala bilməzdi. Aktivlərdə əsas və faiz borcu göstərir. Ekspert məlumatlara istinad edərkən bağlanmış subhesab üzər tam ödənmişdir qeydini əsas götürsə də, həmin borcun digər subhesaba köçürülməsini nəzərə almamışdır. Cavabdehin borcu yoxdursa nə üçün davamlı olaraq hələ də ödənişlər edir. Ekspert tərəfindən bank çağırılmamış, ekspert cavabdehi çağırmış, onlardan sadəcə hesabdan çıxarış istəmiş, onlar da onu göndərmişlər. Cavabdehi ekspert çağırmışdır və tərəfin verdiyi məlumatlar əsasında həm aktiv statusunda, həm bağlanmış statusunda olan hesabların məqsədli olaraq bağlanmış hesab edir, yəni aktiv subhesabı göstərmir. Ekspert burada qeyd edə bilər ki, bu tarixli aktiv hesabdan görünür ki, borc aktivdir, bu tarixli bağlı hesabdan görünür ki, hesab bağlıdır. Ekspert məqsədli olaraq bağlı subhesabı göstərir, amma aktiv subhesab olduğunu göstərmir və o hissədə məhkəməni yanıltmağa çalışır. Ekspert hesablama aparmış, ödənişləri göstərmiş və cavabdehin bu qədər borcu olduğuna dair rəy vermişdir. Əgər bağlı olsaydı ekspert nəticəyə gələrdi ki, cavabdehin borcu yoxdur. O həmçinin bildirdi ki, faiz borcunu və cərimə borcunu tələb edirlər. Əsas borc 6722 ABŞ dolları, faiz borcu 14223,01 ABŞ dollar, əldən çıxmış 772,25 ABŞ dolları olmaqla, cəmi 23713,26 ABŞ dollar borc vardır. Cavabdeh təxminən 12.514,00 ABŞ dollar ödəniş etmişdir. Həmçinin o bildirdi ki, iddiaçı əsassız vəsatətlər verərərk məhkəmə tərəfindən iş üzrə yekun verilməsini ləngidir. İddiaçının təqdim etdiyi kassa məxaric orderində möhürün olmamasını və buna görə həmin sənədin qanunsuz olmasını və bu səbəbə görə iş üzrə məhkəmə xətşünaslıq ekspertizasının keçirilməsini tələb edir. Kassa məxaric orderi kreditin götürülməsini təsdiq edən sənəd olmaqla bankda saxlanılır. Həmin sənədin mütləq qaydada möhürlə təsdiq olunmasına dair imperativ qayda mövcud deyildir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etmədiyini, ona qarşı bank tərəfindən dələduzluq olduğunu, onun 10.000 manata ehtiyacı olduğunu, evini məcbiriyyətdən girov qoyub bankdan pul götürdüyünü, bankdan pulu manatla götürdüyünü, evinin manatla girova götürüldüyünü, rəsmi gəliri haqqında arayışın manatla verildiyini, pulun kassadan ona manatla verildiyini, iddiaçı tərəfin məhkəməyə saxta məxaric orderi gətirdiyini, bankın ona şişirdilmiş faizlər yazdığını, bank onun evinin bu günkü gün girovda olmasından istifadə edərək onu bu vəziyyətə saldığını, 2019-cu ildə cənab Prezidentin problemli kreditlərlə, konpensasiya ilə bağlı fərmanı olduğunu, həmin vaxt onun da adının problemli vətəndaş kimi alındığını, maliyyə bazarına göndərildiyini, maliyyə bazarına göndəriləndə kreditinin bağlandığını, adında olan kreditlərin ödənildiyini, bank sistemə müdaxilə edə bilmədiyinə görə hesab nömrəsinin axırıncı rəqəmlərini dəyişərək ona yenidən 8 min pul yazdıqlarını, ona düşən kompensasiyanı mənimsədiklərini, maliyyə bazarının işçilərinin onun adına olan borcun bağlandığını dediklərini bildirdi. O, həmçinin qeyd etdi ki, Bank ona 12 min ABŞ dolları pul vermiş, onun çağırıb 17 min ABŞ dolları pul tələb etmişdir. O da bununla razılaşmamış, sonra pandemiya düşmüş və bank onu məhkəməyə vermişdir. Bütün sənədlərdə göstərilən hesab nömrəsi ilə onun krediti bağlanmışdır. O, "xxxx" İKB ASC-dən pul götürdüyünü və onlarla müqavilə bağladığını, ona düşən kompensasiya hesabına borcunun bağlandığını, onun ödəniş qəbzləri ilə ödəniş cədvəlinin uyğun gəlmədiyini, axırıncı dəfə 2-3 gün bundan əvvəl noyabrda, dekabrda ödəniş etdiyini, bundan əvvəlki aylarda da ödəniş etdiyini, 2019-cu ildən 6 kredit təşkilatında 18 kredit üzrə 47 min ABŞ dolları pul ödədiyini, 10.000 ABŞ dolları pul verdikləri halda 12.000 ABŞ dolları borc yazdıqlarını bildirdi və Ədliyyə Nazirliyinin verdiyi rəyə əsasən qərar verilməsini məhkəmədən xahiş etdi. Bundan əlavə o, iddiaçının təqdim etdiyi kassa məxaric orderində möhürün olmamasını və buna görə həmin sənədin qanunsuz olmasını və buna görə iş üzrə məhkəmə xətşünaslıq ekspertizasının keçirilməsini tələb etdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh2 məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyib, mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" İKB ASC-nin “2 saylı” filialı ilə Cavabdeh1 arasında bağlanmış 22.12.2014cü il tarixli kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh1 illik 26 faiz dərəcəsi ilə, 60 ay müddətinə 15300 ABŞ dolları məbləğində kredit verilmiş, Cavabdeh1 öz növbəsində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. - "xxxx" İKB ASC ilə ipoteka qoyan borcalan Cavabdeh2 arasında bağlanmış 22.12.2014-cü il tarixli ipoteka müqaviləsindən görünür ki, ipoteka qoyan özünə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində yerləşən 9 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən ev 23, 56,7 kv.m ümumi, 39,0 kv.m yaşayış, 17,7 kv.m yardımçı sahədən ibarət 3 otaqlı, 10 nömrəli mənzili (ipotka predmeti 68000,00 manat məbləğində qiymətləndirilməklə) kredit müqaviləsi üzrə ozünün yaranmış öhdəliyinin təminatı kimi ipoteka qoymuşdur. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX Seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, 23 nömrəli evin 10 nömrəli mənzili "xxxx" İKB ASC-nin xeyrinə yüklü edilərək 26.12.2014-cü il tarixdə qeydiyyata alınmışdır. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX Seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, 23 nömrəli evin 10 nömrəli mənzili xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh2 adına 06.12.2013-cü il tarixdə qeydiyyata alınmışdır. - İddiaçı ASC tərəfindən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə göndərilmiş ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair ərizə və ona əlavə olunmuş sənədlərdən görünür ki, bank tərəfindən bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumu, 20 manat xidmət haqqı ödənilmişdir. - 25.12.2014-cü il tarixli kassa məxaric orderinin surətindən görünür ki, 15300 ABŞ dolları məbləğində vəsait Cavabdeh1 tərəfindən alınmışdır. - İddiaçı ASC-nin 24.01.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 6722,6 ABŞ dolları əsas borc, 14223,01 ABŞ dolları məbləğində faiz borcu, 1995,4 ABŞ dolları cərimə borcu, əldən çıxmış faydaya görə 772,25 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə cəmi 23713,26 ABŞ dolları borcu vardır. - 13.01.2021-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı ASC tərəfindən 30,0 manat dövlət rüsumu ödənilmişdir. - “X3 Mərkəzi” MMC-nin 15.12.2021-ci il tarixli rəyindən görünür ki, ipoteka predmeti olan mənzilin qiymətləndirilməsi aparılmış, ünvan 1 ünvanında yerləşən, 10 nömrəli mənzilin hazırkı bazar qiyməti təqribən 68.700,0 manat, likvid dəyəri 64.600,0 manat müəyyən edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21.12.2021-ci il tarixli rəyindən görünür ki, 22.12.2014-cü il tarixli kredit müqaviləsi üzrə 10.08.2021-ci il tarixə əsas borc üzrə 7075,13 ABŞ dolları, faiz borc üzrə 10.809,76 ABŞ dolları məbləğində, 10.08.2021-ci il tarixdən sonra Cavabdeh1 293,79 ABŞ dolları məbləğində ödəniş edildiyi, həmin mənləğlər nəzərə alındığı təqdirdə əsas borc üzrə 6781,34 ABŞ dolları, faiz borc üzrə 10.809,76 ABŞ dolları məbləğində borc müəyyən olunmuş, "xxxx" MMC-nin məlumatına əsasən, iş materiallarında olan və ona əlavə edilmiş sənədlərə əsasən, Cavabdeh1 kredit öhdəlikləri haqqında sonuncu dəfə 26.11.2021-ci il tarixində sorğu olunduğu zaman "xxxx" MMC tərəfindən verilən çıxarışa əsasən, Cavabdeh1 22.12.2014-cü il tarixli 2-G-1-0-1025-14 №-li kredit müqaviləsi üzrə öhdəliyi, “Borcalanın bağlanmış öhdəlikləri” siyahısında öz əksini tapmış və həmin kredit borcunun statusunun tam ödənilmiş olduğu qeyd olunmuş, "xxxx" MMC-nin çıxarış məlumatları məhkəmə orqanı tərəfindən əsaslı hesab edildiyi təqdirdə, borcalanın banka olan borcu tam ödənilmiş hesab edilmişdir. - "xxxx" MMC tərəfindən tərtib olunmuş 11.04.2019-cu il tarixli Çıxarışdan görünür ki, Cavabdeh1 6 kredit təşkilatına 18 krediti var və ümumi olaraq 47,631.00 manat ödəniş edilmişdir. Çıxarışın 3.1-ci bəndində borcalanın 15300,00 ABŞ dolları məbləğində aktiv öhdəliklərinin olması, 4.4-cü bəndində isə həmin məbləğ qeyd olunmaqla 2-182233-4 hesab nömrəsi üzrə kreditin tam ödənilməsi qeyd olunmuşdur. Məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 22.12.2014-cü il tarixli kredit müqaviləsinə əsasən, "Bank” tərəfindən “borcalan”a 60 ay müddətinə, illik 26 faiz olmaqla, 15300 ABŞ dolları məbləğində pul ayrılmışdır. Cavabdeh1 həmin müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. Həmin kredit müqaviləsinin təminatı olaraq "xxxx" İKB ASC ilə ipoteka qoyan borcalan Cavabdeh2 arasında bağlanmış 22.12.2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində yerləşən 9 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən ev 23, 56.7 kv.m ümumi, 39.0 kv.m yaşayış, 17.7 kv.m yardımçı sahədən ibarət 3 otaqlı, 10 nömrəli mənzili (ipotka predmeti 68000,00 manat məbləğində qiymətləndirilməklə) kredit müqaviləsi üzrə ozünün yaranmış öhdəliyinin təminatı kimi ipoteka qoymuşdur. Lakin Cavabdeh1 müqavilə ilə üzərlərinə düşən öhdəliklərə əməl etməyərək ödənişləri tam həyata keçirməmiş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21.12.2021-ci il tarixli rəyi ilə 22.12.2014-cü il tarixli kredit müqaviləsi üzrə 10.08.2021-ci il tarixə əsas borc üzrə 7075,13 ABŞ dolları, faiz borc üzrə 10.809,76 ABŞ dolları məbləğində, 10.08.2021-ci il tarixdən sonra Cavabdeh1 293,79 ABŞ dolları məbləğində ödəniş edildiyi, həmin mənləğlər nəzərə alındığı təqdirdə əsas borc üzrə 6781,34 ABŞ dolları, faiz borc üzrə 10.809,76 ABŞ dolları məbləğində borc müəyyən olunmuş, "xxxx" MMC-nin məlumatına əsasən, iş materiallarında olan və ona əlavə edilmiş sənədlərə əsasən, Cavabdeh1 kredit öhdəlikləri haqqında sonuncu dəfə 26.11.2021-ci il tarixində sorğu olunduğu zaman "xxxx" MMC tərəfindən verilən çıxarışa əsasən, Cavabdeh1 22.12.2014-cü il tarixli 2-G-1-0-1025-14 №-li kredit müqaviləsi üzrə öhdəliyi, “Borcalanın bağlanmış öhdəlikləri” siyahısında öz əksini tapmış və həmin kredit borcunun statusunun tam ödənilmiş olduğu qeyd olunmuşdur. Ekspert rəyində qeyd edilmişdir ki, "xxxx" MMCnin çıxarış məlumatları məhkəmə orqanı tərəfindən əsaslı hesab edildiyi təqdirdə, borcalanın banka olan borcu tam ödənilmiş hesab edilir. Məhkəmə bununla bağlı qeyd edir ki, "xxxx" MMC-nin məlumatları üzrə aktiv subhesab məlumatları ekspert tərəfindən nəzərə alınmamışdır. “X3 Mərkəzi” MMC-nin 15.12.2021-ci il tarixli rəyi ilə ipoteka predmeti olan mənzilin qiymətləndirilməsi aparılmış, ünvan 1 ünvanında yerləşən, 10 nömrəli mənzilin hazırkı bazar qiyməti təqribən 68.700,0 manat, likvid dəyəri 64.600,0 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilənlərlə müəyyən olundu ki, borclu Cavabdeh1 İddiaçı ASC ilə bağladığı 22.12.2014-cü il tarixli kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl etməyib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 739.1-ci maddəsinin tələblərini pozmuş və Cavabdeh1 öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bununla da, Mülki Məcəllənin 421.2-ci maddəsinə uyğun olaraq iddiaçının tələbi ilə həmin müqavilənin və ona dair razılaşmanın ləğv edilməsi əsasları yaranmışdır. Hakimin işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalı olması barədə Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələblərindən çıxış edərək məhkəmə hesab edir ki, 22.12.2014-cü il tarixli, 2-G-1-0-1025-14 saylı kredit müqaviləsi üzrə borcu qismində əsas borc üzrə 7192,63 ABŞ dolları, faiz borcu üzrə 12988,12 ABŞ dolları borc müəyyən edilsə də, cavabdehdən iddiaçını xeyrinə əsas borc qismində 24.01.2022-ci il tarixli maliyyə arayışında müəyyən olunmuş 6722,6 ABŞ dolları əsas borc və ekspert rəyi ilə müəyyən olunmuş 10.809,76 ABŞ dolları məbləğində faiz borc tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər; 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir; “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır; 47.4-cü maddəsinə əsasən ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. 59.3.2-ci maddəsinə əsasən ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olduqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Məhkəmə qeyd edir ki, iş üzrə ipoteka predmetinin qiymətləndirilməsi aparılmış və ipoteka predmetinin hazırkı bazar dəyərinin 64.600,0 manat olması müəyyən edilmişdir. Belə olan halda, qiymətləndiricinin gəldiyi nəticə obyektiv, qərəzsiz və hərtərəfli hesab edilərək ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilərkən qiymətləndiricinin hesabat aktında göstərilənlər əsas götürülməlidir. Bununla da, müəyyən olundu ki, borclu Cavabdeh2 ona məxsus mənzili ipoteka qoyma yolu ilə təmin etdiyi kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirmədiyi üçün “İpoteka haqqında” Qanunun qeyd edilən maddələrinə və Mülki Məcəllənin 295-ci maddəsinə əsasən ipoteka saxlayan İddiaçı ASC-nin tələbləri həmin ipoteka predmetinə yönəldilməli, ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində yerləşən, 3 otaqlı, 56.7 kv.m ümumi, 39.0 kv.m yaşayış, 17.7 kv.m yardımçı sahədən ibarət 23 nömrəli evin 10 nömrəli mənzilin hərracda ilkin satış qiyməti 64.600,0 manat məbləğində müəyyən edilməli, iddia tələbi üzrə borc məbləği Mülki Məcəllənin 296.1-ci maddəsinə əsasən ipoteka predmeti olan mənzilin dəyərindən Mülki Məcəllənin 279-cu maddəsində nəzərdə tutulduğu qaydada borcun və digər xərclərin ödənilməsinə yönəldilməli, hərrac yolu ilə satıldıqdan sonra mənzil ən geci 1 ay ərzində boşaldılmalıdır. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, kredit razılaşması üzrə cərimə (dəbbə pulu) əsas borc məbləğinə münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə onu da qeyd edir ki, iddia tələbi üzrə ABŞ dolları ilə ifadə olunan borc məbləği qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla, cavabdehdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 nömrəli Qərarının 10-cu bəndində göstərilmişdir ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 22 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə məhkəmə qətnaməsinin icra edildiyi günə ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla 6722,6 ABŞ dolları məbləğində əsas borc, 10809,76 ABŞ dolları məbləğində faiz borcu, 100,00 ABŞ dolları məbləğində cərimə borcu və kredit müqaviləsi üzrə 22.12.2019-cu il tarixdən 07.05.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5% faizlə hesablanmış 523,5 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 18155,86 (on səkkiz min yüz əlli beş dollar səksən altı sent) ABŞ dolları pul məbləği və ödənilmiş 20 manat dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının əvəzi tutularaq İddiaçı ASC-yə ödənilməli, tutma ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar qəsəbəsində yerləşən, 3 otaqlı, 56.7 m2 ümumi, 39.0 m2 yaşayış, 17.7 m2 yardımçı sahədən ibarət 23 nömrəli evin 10 nömrəli mənzilinə yönəldilməli, mənzilin ilkin satış qiyməti 64.600,00 manat müəyyən edilməli və həmin mənzil açıq hərracdan satılmalı, əldə olunacaq vəsait hesabına kredit borcu ödənilməli, satışdan əldə edilən məbləğ qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilməli, tutulma ipoteka predmetinə yönəldildikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2 mənzilə istifadə hüquqları itirilmiş hesab edilməklə, Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar qəsəbəsində yerləşən, 3 otaqlı, 56.7 m2 ümumi, 39.0 m2 yaşayış, 17.7 m2 yardımçı sahədən ibarət 23 nömrəli evin 10 nömrəli mənzili boşaldılaraq banka təhvil verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Cavabdeh1 məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə sərf edilmiş 100,00 manat vəsait Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, əmlakı qiymətləndirilməsi ilə bağlı 250 manat xərc məbləği tutularaq "X3 Mərkəzi” MMC-nin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 22 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə məhkəmə qətnaməsinin icra edildiyi günə ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla 6722,6 ABŞ dolları məbləğində əsas borc, 10809,76 ABŞ dolları məbləğində faiz borcu, 100,00 ABŞ dolları məbləğində cərimə borcu və kredit müqaviləsi üzrə 22.12.2019-cu il tarixdən 07.05.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5% faizlə hesablanmış 523,5 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 18155,86 (on səkkiz min yüz əlli beş dollar səksən altı sent) ABŞ dolları pul məbləği və ödənilmiş 20 manat dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının əvəzi tutularaq İddiaçı ASC-yə ödənilsin. Tutma ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar qəsəbəsində yerləşən, 3 otaqlı, 56.7 m2 ümumi, 39.0 m2 yaşayış, 17.7 m2 yardımçı sahədən ibarət 23 nömrəli evin 10 nömrəli mənzilinə yönəldilsin. Mənzilin ilkin satış qiyməti 64.600,00 manat müəyyən edilsin və həmin mənzil açıq hərracdan satılsın. Əldə olunacaq vəsait hesabına kredit borcu ödənilsin. Satışdan əldə edilən məbləğ qətnamənin icrasəna kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilsin. Tutulma ipoteka predmetinə yönəldildikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2 mənzilə istifadə hüquqları itirilmiş hesab edilməklə, Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar qəsəbəsində yerləşən, 3 otaqlı, 56.7 m2 ümumi, 39.0 m2 yaşayış, 17.7 m2 yardımçı sahədən ibarət 23 nömrəli evin 10 nömrəli mənzili boşaldılaraq banka təhvil verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə sərf edilmiş 100,00 manat pul Cavabdeh1 alınaraq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: **********, Hesab AZ34CTRE**********00********) ödənilsin. Əmlakı qiymətləndirilməsi ilə bağlı 250 manat xərc məbləği Cavabdeh1 tutularaq "X3 Mərkəzi” MMC-yə (Hesablaşma hesabı: “Paşa Bank" ASC, filial kodu: 505141, VÖEN: **********, H\H AZ30AZRT******************** SWİFT BİK:PAHAAZ22, müxbir hesab AZ82NABZ********************) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bak Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar