Məhkəmə qərarları › İş №2(007)-129/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-129/2025

31.01.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-129/2025 31.01.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “mənzilin naturada bölünməsi” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Emina Bəhruz qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil oğlunun, Cavabdeh, X1 iştirakları ilə, İddiaçı müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə Cavabdeh qarşı iş üzrə “mənzilin naturada bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Tələb:

1. İddiaçı Cavabdeh qarşı “mənzilin naturada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ½ hissədə ona, ½ hissədə bacısı Cavabdeh məxsus olan Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsində yerləşən 98 saylı evin ümumi sahəsi 52/07 kv.m olan 98 saylı mənzilin bərabər hissələrdə naturada bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Məhkəmə iclasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2019-cu ildə RX seriya ******* № ilə qeydə alınmış çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsində yerləşən 98 saylı evin ümumi sahəsi 52,07 kv.m olan 98 saylı mənzili ½ hissədə ona, ½ hissədə cavabdeh bacısı Cavabdeh məxsusdur. Həmin mənzildə o və cavabdeh qızı ilə qeydiyyatdadır. Onunla cavabdeh arasında mənzildən istifadə barədə razılaşma yoxdur. Cavabdehlə olan münasibətlər göstərilən yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsinə zərurət yaratmışdır. Bu səbəbdən mübahisəli yaşayış sahəsi naturada bərabər hissələrə bölünməklə mənzildən istifadə qaydalarının müəyyən edilməsi tələb olunur.

Cavabdehin etirazı:

4. Cavabdeh iddia ərizəsinə etiraz edərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsində yerləşən 3 otaqdan ibarət olan, 98 saylı evin ümumi sahəsi 52,07 kv.m olan 98 saylı sözügedən mübahisəli mənzilin giriş-çıxışı eynidir, o biri hissəsi isə onun xüsusi mükiyyətindədir. Belə işlərlə bağlı ancaq ekspert rəyinə əsaslanaraq və əgər ekspert rəyində əmlakın ½ hissəyə naturada bölünməsi mümkündürsə, ancaq o halda iddia tələbi təmin edilə bilər. Göründüyü kimi, İddiaçı ona qarşı irəli sürdüyü iddia tələbi tam əsassız və qanunsuzdur.

Tərəflərin izahatları:

5. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi.

6. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədiyini, iddiaçının mübahisəli mənzildə vərəsə olmasına baxmayaraq orada yaşamadığını, mənzili təmir etdiyini, buna görə 25000 manat xərcləməsini, iddiaçıya mənzildəki payına görə 35000 manat pul verməyə razı olmasını, 50000 manat verməyə imkanının olmamasını bildirdi və iddia tələbinin rədd edilməsini xahiş etdi.

İş materialları:

7. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********01-05101-093063 reyestr nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsində yerləşən 98 saylı evin ümumi sahəsi 52,07 kv.m olan 98 saylı mənzili paylı mülkiyyət olmaqla ½ hissəsi İddiaçı (xx.xx.2019-cu il tarixdə, ********** qeydiyyat nömrəsi ilə), ½ hissəsi Cavabdeh (xx.xx.2019-cu il tarixdə, ********** qeydiyyat nömrəsi ilə) xüsusi mülkiyyətindədir.

8. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, 22 aprel 2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh, İddiaçı və X2 Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi, 98 saylı evin 98 saylı mənzilində qeydiyyatdadırlar.

9. 34 saylı MKİS tərəfindən verilən 24 may 2024-cü il tarixli, 305 nömrəli arayışın surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi, 98 saylı evin 98 saylı mənzilində qeydiyyatda olub və 10 oktyabr 1997-ci ildən qeydiyyatdan çıxıb, 31 oktyabr 2023-cü ildə yenidən qeydiyyata düşmüşdür.

10. 34 saylı MKİS tərəfindən verilən 07 iyun 2024-cü il tarixli, 320 nömrəli arayışın surətindən görünür ki, X4 Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi, 98 saylı evin 98 saylı mənzilində qeydiyyatda olub və 1977-ci ildən qeydiyyatdan çıxıb, 12 dekabr 1985-ci ildə yenidən qeydiyyata düşmüşdür.

11. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 oktyabr 2024-cü il tarixli, 10/5739 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsində yerləşən 98 saylı evin 98 saylı mənzilin naturada ayrılmasının “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.2, 2.4 və 2.9 bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir.

İşin faktiki halları:

12. Məhkəmə iclasında müəyyən olundu ki, Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsində yerləşən 98 saylı evin ümumi sahəsi 52,07 kv.m olan 98 saylı mənzili paylı mülkiyyət olmaqla ½ hissəsi İddiaçı, ½ hissəsi Cavabdeh xüsusi mülkiyyətindədir. İddiaçı adına xx.xx.2019-cu il tarixdə, ********** qeydiyyat nömrəsi ilə, Cavabdeh adına xx.xx.2019-cu il tarixdə, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Hazırda iddiaçı ½ hissədə ona, ½ hissədə bacısı Cavabdeh məxsus olan Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsində yerləşən 98 saylı evin ümumi sahəsi 52/07 kv.m olan 98 saylı mənzilin bərabər hissələrdə naturada bölünməsini xahiş edir.

Tətbiq edilən hüquq:

13. Azərbaycan Respublikası Konstitusiyasının:

13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.

15. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbyacan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarı:

“Əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3- 220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir: Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür”.

Məhkəmənin mövqeyi:

16. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia rədd edilməlidir.

17. Məhkəmə iddia tələbinə münasibətdə qeyd edir ki, iddia tələbi əsaslı deyil və təmin oluna bilməz. Belə ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 oktyabr 2024-cü il tarixli, 10/5739 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsində yerləşən 98 saylı evin 98 saylı mənzilin naturada ayrılmasının “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.2, 2.4 və 2.9 bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Göründüyü kimi Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsində yerləşən 98 saylı evin 98 saylı mənzilinin naturada bölgüsü mümkün deyildir. Belə olan halda qanunveriliyin tələbinə əsasən əmlakın naturada bölünməsi mümkün olmadığı halda, iddiaçı öz payının dəyərini cavabdeh tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir.

18. Həmçinin məhkəmə tərəflərə izah etməyi zəruri hesab edir ki, cavabdehin kompensasiya vermək imkanı olmadıqda və ya o, kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər.

Məhkəmə baxışının hədləri:

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmə xərcləri:

20. İddia tələbi rədd edildiyindən, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

21. Məhkəmə mühəndis-texniki ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul İddiaçı tutularaq və X3, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.

Nəticə:

22. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə Cavabdeh qarşı “mənzilin naturada bölünməsi” tələbinə dair iddiası rədd edilməlidir.

23. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,

Qət etdi:

İddiaçı müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə Cavabdeh qarşı “mənzilin naturada bölünməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Məhkəmə mühəndis-texniki ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul İddiaçı tutularaq və X3, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar