Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1292/2021 12.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, İddiaçılar İddiaçı1, Balayeva (Şirəliyeva) Çinarə Çingiz qızının, onların nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə İddiaçılar X1, Balayeva (Şirəliyeva) Çinarə Çingiz qızının Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T Dİ : İddiaçılar X1, Balayeva (Şirəliyeva) Çinarə Çingiz qızı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı1 və Balayeva (Şirəliyeva) X7 rayonu, Y.Səfərov küçəsi, ev 32 ünvanında passport qeydiyyatındadırlar. Həmin ev onların valideynlərinə məxsus olmuşdur. Ailələri 5 nəfərdən onlar, qardaşları – Cavabdeh, valideynləri – X3, X2 ibarət olmuşdur. Valideynləri 2006-cı il tarixdə boşandıqdan sonra ataları ayrılıb evdən çıxıb getmişdir. Analaeı onlarla birlikdə yaşamış və 19.08.2017-ci il tarixdə vəfat etmişdir. Ailə üzvlərindən qardaşları Cavabdeh 2015-ci ildə ailə qurmuş 4 yaşında 1 qız övladı var, 3 nəfər ailə tərkibi ilə Nizami rayonu, Y.Səfərov küçəsi, ev 32 ünvanında yaşayırlar. Balayeva (Şirəliyeva) Çinarə Çingiz qızı 2014-cü ildə ailə qurmuş, ailəsi ilə birlikdə ünvan 1 ünvanında kirayədə yaşayır. İddiaçı1 2018-ci ildə ailə qurub öz ailəsi ilə birlikdə Türkiyə Respublikası, Ordu şəhəri, Eski Pazar məhəlləsi, Məmur kənd, Pok evləri 3-cü kat, C-1, 5-ci blok, Kapı-9 ünvanında yaşayır. İddiaçıların başqa yaşayış sahələri yoxdur. Həmin evin kommunal xidmətləri anaları vəfat edəndən onun adına olmuş, sonra isə işıq və qaz İddiaçı1 adına keçirilmişdir. Onlar həmin evdə pasport qeydiyyatındadırlar. “xxxx” MMC tərəfindən İddiaçı1 adına 01.11.2017-ci il tarixdə əmlakın inventarlaşdırılmasına dair hesabat cədvəli tərtib edilərək təsdiq edilmişdir. Binanın ümumi sahəsi 57.53 kv.m, 69.11 kv.m, 1 otaq, 2 zal, 3 mətbəx, 4 dəhliz, 5 sanitar qovşaqdan ibarətdir. Bu evdə onlara məxsus əşyalar vardır. Dəfərlərlə köçüb həmin evdə yaşamaq istəsələr də cavabdeh buna maneçilik törətmiş və buna imkan verməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar və onların nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdilər. Cavabdeh iddiaçıların evə köçməsinə etiraz etməyərək, iddianı qəbul etdiyini bildirmiş, bu barədə ərizə təqdim etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan 2 saylı Bakı “ASAN Xidmət” Mərkəzi tərəfindən 30.11.2015-ci il tarixdə verilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin və AZ-T 125224 №li doğum haqqında şəhadətnamənin surətinə əsasən xx.xx.1979-cu ildə Mingəçevir şəhərində anadan olmuş İddiaçı1 ünvan 2 ünvanında qeydiyyatdadır. AZ-İ 056979 №li nikahın pozulması haqqında şəhadətamənin surətinə əsasən X4 ilə X6 arasında olan nikah 24.08.2006-cı il tarixdə ləğv edilmiş, bu barədə akt qeydləri kitabında 161 №li qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, tərəflərin birgə yaşaması və ailənin qorunub saxlanması qeyri-mümkündür. İddiaçı nikahın pozulmasında israrlıdır. Cavabdeh də iddianı qəbul edir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, X5 və Balayeva (Şirəliyeva) Çinarə Çingiz qızı Bakı şəhəri, Nizami rayonu, Y.Səfərov küçəsindəki 32 saylı evə köçürülməlidirlər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. X5 və Balayeva (Şirəliyeva) Çinarə Çingiz qızı Bakı şəhəri, Nizami rayonu, Y.Səfərov küçəsindəki 32 saylı evə köçürülsünlər. Cavabdeh tərəfindən iddiaçılara həmin evdə yaşamağa yaradılan maneələrə qadağ edlilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-1292/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1292/2021
12.03.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver