Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-130/2022 08.04.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 Xaliq oğluna, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 Xaliq oğluna, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmdə işə baxılarkən iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə vermişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iddia tələblərini onunla əsaslandırdı ki, 2019-cu il 28 oktyabr tarixli baş kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-nin “4 saylı” filialından illik faiz dərəcəsi 30 faizdən, qaytarılması gecikdirildiyi halda ödəniləcək gündəlik faiz dərəcəsi 0.15 faizdən çox olmamaq şərti ilə, 120 ay müddətinə 200 000 manat məbləğində və ya müvafiq valyuta ekvivalentində kredit limiti ayırmışdır. 2019-cu il 28 oktyabr tarixli kredit verilməsinə dair müqaviləyə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-nin “4 saylı” filialından illik 6 %-lə 36 ay müddətinə 117 000 ABŞ Dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh2 Xaliq oğlunun mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən (yeni qaydalarla ünvan 2i rayonu, C.Naxçivanski küçəsi 437, M2, mənzil 4), 60.1 kv.m ümumi sahədən ibarət olan mənzil 2019-cu il 29 oktyabr tarixli ipoteka müqaviləsi ilə bankın xeyrinə yüklü edilmişdir. Cavabdeh4 mülkiyyətindəki Lənkəran rayonu, Liman şəhəri, Həzi Aslanov küçəsində yerləşən 0.02 ha torpaq sahəsi və onun üzərində yerləşən 167.6 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış binası bankın xeyrinə 29.10.2019-cu il tarixli poteka müqaviləsilə yüklü edilmişdir; Cavabdeh1 mülkiyyətindəki ünvan 3 ünvanında yerləşən, 0.06 ha torpaq sahəsi və onun üzərindəki 388 kv.m ümumi sahədən ibarət olan fərdi yaşayış evi 2019-cu il 29 oktyabr tarixli ipoteka müqaviləsi ilə bankın xeyrinə yüklü edilmişdir.Lakin iddiaçı həmin müqavilənin şərtlərinə əməl edərək razılaşdırılmış məbləğdə krediti Cavabdeh1 versə də,sonuncu müqavilə üzrə götürdüyü öhdəlikləri tam və layiqincə yerinə yetirməmişdir.Nəticədə cavabdehin banka 81890.16 ABŞ dolları əsas borc, 5174.77ABŞ dolları faiz borcu və 9791.69 ABŞ dolları cərimə borcu olmaqla cəmi 96756.62 ABŞ Dolları məbləğində ödənilməmiş borcu qalmışdır.Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədiilə cavabdehə xəbərdarlıq edilsə də bunun ciddi nəticəsi olmamışdır. Qeyd olunanlara əsasən Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 2019-cu il 29 oktyabr tarixli kredit müqaviləsi üzrə 81890.16 ABŞ dolları əsas borc, 5174.77ABŞ dolları faiz borcu və 9791.69 ABŞ dolları cərimə borcu olmaqla cəmi 96756.62 ABŞ Dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 210 manat xidmət haqqının tutulması, tutmanın Cavabdeh2 Xaliq oğlunun mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən (yeni qaydalarla ünvan 2i rayonu, C.Naxçivanski küçəsi 437, M2, mənzil 4), 60.1 kv.m ümumi sahədən ibarət olan mənzilə, yönəldilməsi,həmin mənzilin açıq hərracdan satılması, Cavabdeh4 mülkiyyətindəki Lənkəran rayonu, Liman şəhəri, Həzi Aslanov küçəsində yerləşən 0.02 ha torpaq sahəsi və onun üzərində yerləşən 167.6 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış binasına yönəldilməsi həmin əmlakımn hərracdan satılması, Cavabdeh1 mülkiyyətindəki ünvan 3 ünvanında yerləşən, 0.06 ha torpaq sahəsi və onun üzərində 388 kv.m ümumi sahədən ibarət olan fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması əldə olunan vəsait hesabına cavabdehin baka olan borcunun ödənilməsi,Cavabdeh2 Xaliq oğlunun mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən (yeni qaydalarla ünvan 2i rayonu, C.Naxçivanski küçəsi 437, M2, mənzil 4), 60.1 kv.m ümumi sahədən ibarət olan mənzilə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra X1 və digər şəxaslərin həmin mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh2 Xaliq oğlunun və digər şəxslərin həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi; Cavabdeh4 mülkiyyətindəki Lənkəran rayonu, Liman şəhəri, Həzi Aslanov küçəsində yerləşən 0.02 ha torpaq sahəsi və onun üzərində yerləşən 167.6 kv.m ümumi sahədən ibarət olan qeyriyaşayış binasına tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh4, Cavabdeh5 və digər şəxslərin Lənkəran rayonu, Liman şəhəri, Həzi Aslanov küçəsində yerləşən 0.02 ha torpaq sahəsi və onun üzərində yerləşən 167.6 kv.m ümumi sahədən ibarət olan qeyriyaşayış binasına olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh4, Cavabdeh5 və digər şəxslərin həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin qeyriyaşayış binasının boşaldılması və Banka təhvil verilməsi; Cavabdeh1 mülkiyyətindəki ünvan 3 ünvanında yerləşən, 0.06 ha torpaq sahəsi və onun üzərində 388 kv.m ümumi sahədən ibarət olan fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh3 və digər şəxslərin həmin fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, Cavabdeh3 və digər şəxslərin həmin mənzildən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldılması və Banka təhvil verilməsi; Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında bağlanmış 29 oktyabr 2019-cu il tarixli Baş kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş edir. İş üzrə cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərini rəhbər tutaraq, cavabdehlərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edilir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan: 28.10.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 "xxxx" İKB ASCnin “4 saylı” filialından illik 6%-lə 36 ay müddətinə 117 000 ABŞ dolları məbləğində kredit götürmüşdür. 29.10.2019-cu il tarixli ipoteka müqaviləsndən görünür ki,həmin kredit müqaviləsinin tminatı olaraq Cavabdeh2 Xaliq oğlunun mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən (yeni qaydalarla ünvan 2i rayonu, C.Naxçivanski küçəsi 437, M2, mənzil 4), 60.1 kv.m ümumi sahədən ibarət olan mənzil bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. 29.10.2019-cu il tarixli ipoteka müqaviləsndən görünür ki, həmin kredit müqaviləsinin tminatı olaraq Cavabdeh4 mülkiyyətindəki Lənkəran rayonu, Liman şəhəri, Həzi Aslanov küçəsində yerləşən 0.02 ha torpaq sahəsi və onun üzərində yerləşən 167.6 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış binası bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. 29.10.2019-cu il tarixli ipoteka müqaviləsndən görünür ki, həmin kredit müqaviləsinin tminatı olaraq Cavabdeh4 mülkiyyətindəki Lənkəran rayonu, Liman şəhəri, Həzi Aslanov küçəsində yerləşən 0.02 ha torpaq sahəsi və onun üzərində yerləşən 167.6 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış binası bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. 29.10.2019-cu il tarixli ipoteka müqaviləsndən görünür ki, həmin kredit müqaviləsinin tminatı olaraq Cavabdeh1 mülkiyyətindəki ünvan 3 ünvanında yerləşən, 0.06 ha torpaq sahəsi və onun üzərində 388 kv.m ümumi sahədən ibarət olan fərdi yaşayış evi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. 19.03.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı ASC-yə 88390.16 ABŞ dolları əsas, 661 ABŞ dolları faiz və 690.83 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 89741.99 ABŞ dolları məbləğində borcu vardır. İddiaçının məhkəməyə təqdim etdiyi 18.02.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı ASC-yə 81790.16 ABŞ dolları əsas, 5174.77 ABŞ dolları faiz və 9791.69 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 96756.62 ABŞ dolları məbləğində borcu vardır. "xxxx" ASC-nin Cavabdeh1 ünvanladığı xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdeh müqavilənin şərtlərini tam şəkildə yerinə yetirmədiyi təqdirdə məhkəmədə barəsində iddia qaldıldırılacağına dair xəbərdar edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25.08.2021-ci il tarixli 2(007)-2714/2021 saylı qərardadı ilə mülki iş üzrə ipoteka predmetlərinin qiymətləndirilməsi qərara alınmış və qiymətləndirilmənin aparılması "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə tapşırılmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 18.02.2022-ci il tarixli rəyindən müəyyən olunur ki, ünvan 2i rayonu, C.Naxçivanski küçəsində, ev 81 ünvanındaki, 2012-ci ildə tikilmiş 13 mərtəbəli, yeni tikili binanın 2-ci mərtəbəsində yerləşən, Cavabdeh2 mülkiyyətində olan, 60.1 kv.m ümumi sahədən ibarət, 82 nömrəli mənzilin real likvid qiyməti 75.000 (yetmiş beş min) manat; ünvan 3 ünvanında Cavabdeh1 mülkiyyətində olan 0.06 ha torpaq sahəsi ilə birlikdə, həmin torpaq sahəsi üzərində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 388 kv.m ümumi, 151.4 kv.m yaşayış, 104.2 kv.m yardımçı, 132.4 kv.m mansard sahədən və tikintialtı sahəsi 20.1 kv.m olan hasar, dəmir darvazadan ibarət fərdi yaşayış evinin real likvid qiyməti 260.000 (iki yüz altmış min) manat; Lənkəran rayonu Liman şəhəri, Həzi Aslanov küçəsində, Cavabdeh4 mülkiyyətində olan 0.02 ha torpaq sahəsi ilə birlikdə, həmin torpaq sahəsi üzərində yerləşən, 1 mərtəbəli, 167.6 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının real likvid qiyməti 45.000 (qırx beş min) manat məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıda sadalanan maddələrinə əsasən: 385.1. maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 739 Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
423. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 442 Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 465.2 Borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 269.1 Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının tə`min edilməsi üsuludur. 269.4 İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 317.1 Əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1 Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. 319.6. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun istinad olunan maddələrinə əsasən:
33. Borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 34.1.1 Əsas öhdəliyin və yaxud onun bir hissəsinin vaxtında icra olunmaması anı, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququnun yaranmasına səbəb olur. 36.1 İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. 41.1 İpoteka saxlayanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti açıq hərracda satıla bilər. İşin məhkəmədə araşdırılan halları ilə müəyyən olindu ki, "xxxx" İKB ASC (hazırkı "xxxx" ASC) ilə Cavabdeh1 arasında 28.10.2019-cu il tarixində kredit müqaviləsi bağlanılmış və həmin müqavilə ilə cavabdeh iddiaçı təşkilatdan illik 6%-lə 36ay müddətinə 117000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh2 Xaliq oğlunun mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən (yeni qaydalarla ünvan 2i rayonu, C.Naxçivanski küçəsi 437, M2, mənzil 4), 60.1 kv.m ümumi sahədən ibarət olan mənzil 2019-cu il 29 oktyabr tarixli ipoteka müqaviləsi ilə, Cavabdeh4 mülkiyyətindəki Lənkəran rayonu, Liman şəhəri, Həzi Aslanov küçəsində yerləşən 0.02 ha torpaq sahəsi və onun üzərində yerləşən 167.6 kv.m ümumi sahədən ibarət olan qeyriyaşayış binası 29.10.2019-cu il tarixli poteka müqaviləsi ilə, Cavabdeh1 mülkiyyətindəki ünvan 3 ünvanında yerləşən, 0.06 ha torpaq sahəsi və onun üzərində 388 kv.m ümumi sahədən ibarət olan fərdi yaşayış evi 2019-cu il 29 oktyabr tarixli ipoteka müqaviləsi ilə bankın xeyrinə yüklü edilmişdir. İpoteka müqavilələri notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. Müqavilənin şərtlərinə görə cavabdeh krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə iddiaçı müqaviləyə vaxtından əvvəl xitam vermək və qalan kredit məbləğini, faizi və bank tərəfindən hesablanmış başqa ödənişləri cavabdehdən tələb etmək hüququna malikdir. Aparılmış qiymətləndirmə ekspertizasına əsasən ünvan 2i rayonu, C.Naxçivanski küçəsində, ev 81 ünvanındaki, 2012-ci ildə tikilmiş 13 mərtəbəli, yeni tikili binanın 2-ci mərtəbəsində yerləşən, Cavabdeh2 mülkiyyətində olan, 60.1 kv.m ümumi sahədən ibarət, 82 nömrəli mənzilin real likvid qiyməti 75.000 (yetmiş beş min) manat; ünvan 3 ünvanında Cavabdeh1 mülkiyyətində olan 0.06 ha torpaq sahəsi ilə birlikdə, həmin torpaq sahəsi üzərində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 388 kv.m ümumi, 151.4 kv.m yaşayış, 104.2 kv.m yardımçı, 132.4 kv.m mansard sahədən və tikintialtı sahəsi 20.1 kv.m olan hasar, dəmir darvazadan ibarət fərdi yaşayış evinin real likvid qiyməti 260.000 (iki yüz altmış min) manat; Lənkaran rayonu Liman şəhəri, Həzi Aslanov küçəsində, Cavabdeh4 mülkiyyətində olan 0.02 ha torpaq sahəsi ilə birlikdə, həmin torpaq sahəsi üzərində yerləşən, 1 mərtəbəli, 167.6 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının real likvid qiyməti 45.000 (qırx beş min) manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən olunan qaydada kredit müqaviləsi bağlanmış, iddiaçı həmin müqavilənin şərtlərinə əməl edərək razılaşdırılmış məbləğdə krediti Cavabdeh1 vermiş, sonuncu isə müqavilə üzrə götürdüyü öhdəlikləri tam və layiqincə yerinə yetirməmişdir. Nəticədə cavabdehin banka 81890.16 ABŞ dolları əsas borc, 5174.77ABŞ dolları faiz borcu və 9791.69 ABŞ dolları cərimə borcu olmaqla cəmi 96756.62 ABŞ Dolları məbləğində ödnilməmiş borcu qalmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehə xəbərdarlıq edilsə də bunun ciddi nəticəsi olmamışdır. İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra Cavabdeh1 götürdüyü kredit üzrə ödənişlər etmiş, cavabdehə güzəşt olaraq kredit üzrə ödənən məbləğlər əsas borcdan silinmişdir.Məhkəməyə təqdim olunmuş sonuncu maliyyə arayışından görünür ki, Cavabdeh1 kredit üzrə əsas borcu 81790.16 ABŞ dolları faiz borcu 5174.77 ABŞ dolları təşkil edir. Məhkəmə hesab edir ki,iddia tələbi kredit müqaviləsinin ləğvi, əsas və faiz borcunun tələb olunması,tutmanın ipoteka predmetinə yönəldilməsi və məhkəmə xərclərinin tələb olunması hissəsində əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə 9791.69 ABŞ dolları cəriməni əsas borca nisbətdə mütanasib hesab etmir və cərimənin azaldılaraq 900 manat məbləğində müəyyən olunmasını məqsədəuyğun hesab edir. İddia tələbinin əmlakların hərracdan satıldıqdan sonra onların banka təhvil verilməsi tələbini əsaslı hesab etmir. Belə ki,əmlaklar banka yalnız o halda təhvil verilə bilər ki,bank keçirəiləcək hərracın qalibi olsun. Məhkəmə iddia tələbinin “digər şəxslərə”yönəldilməsi hissəsini də əsaslı hesab etmir. AR Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki,iddiaçı tərəfindən 30 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 30 manat dövlət rüsumu və 210 manat xidmət haqqı ödənilmişdir. Beləliklə məhkəmə işin hallarını tam vərtərəfli araşdırıb,cübutları qiymətləndirərək hesab edir ki iddi qismən təmin olunmalı, Cavabdeh1 ilə "xxxx" İKB ASC-nin “4 saylı” filialı arasında bağlanmış 2019-cu il 28 oktyabr tarixli kredit müqaviləsi ləğv olunmalı, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 2019-cu il 29 oktyabr tarixli kredit müqaviləsi üzrə 81890.16 ABŞ dolları əsas borc, 5174.77ABŞ dolları faiz borcu və 900 ABŞ dolları cərimə borcu olmaqla cəmi 87964.93 ABŞ Dolları məbləğində borc,(ödəniş günü manatın ABŞ dollarına olan məzənnəsi ilə manatla) 30 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 210 manat xidmət haqqı tutulmalı, tutma Cavabdeh2 Xaliq oğlunun mülkiyyətindəki likvid dəyəri 75000 manat olan ünvan 1 ünvanında yerləşən (yeni qaydalarla ünvan 2i rayonu, C.Naxçivanski küçəsi 437, M2, mənzil 4), 60.1 kv.m ümumi sahədən ibarət olan mənzilə yönəldilməli,həmin mənzi açıq hərracdan satılmalı,Cavabdeh4 mülkiyyətindəki likvid dəyəri 45000 manat olan Lənkəran rayonu, Liman şəhəri, Həzi Aslanov küçəsində yerləşən 0.02 ha torpaq sahəsinə və onun üzərində yerləşən 167.6 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış binasına, yönəldilməli həmin əmlakı hərracdan satılmalı, Cavabdeh1 mülkiyyətindəki likvid dəyəri 260000 manat olan ünvan 3 ünvanında yerləşən, 0.06 ha torpaq sahəsi və onun üzərində 388 kv.m ümumi sahədən ibarət olan fərdi yaşayış evinə, yönəldilməli, həmin əmlak açıq hərracdan satılmalı əldə olunan vəsait hesabına cavabdehin baka olan borcu ödənilməli,Cavabdeh2 Xaliq oğlunun mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən (yeni qaydalarla ünvan 2i rayonu, C.Naxçivanski küçəsi 437, M2, mənzil 4), 60.1 kv.m ümumi sahədən ibarət olan mənzilə tutma yönəldikdən və satıldıqdan 1 ay sonra X1 həmin mənzilə olan istifadə hüquqları itirilmiş hesab edilməlii, Cavabdeh2 Xaliq oğlu həmin mənzildən çıxarılmalı,mənzilin boşaldılmalı, Cavabdeh4 mülkiyyətindəki Lənkəran rayonu, Liman şəhəri, Həzi Aslanov küçəsində yerləşən 0.02 ha torpaq sahəsi və onun üzərində yerləşən 167.6 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış binasına tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh4, Cavabdeh5 qeyd olunan əmlaka istifadə hüquqları itirilmiş hesab edilməli, Cavabdeh4, Cavabdeh5 həmin fərdi yaşayış evindən çıxarılmalı, həmin qeyri-yaşayış binası boşaldılmalı, Cavabdeh1 mülkiyyətindəki ünvan 3 ünvanında yerləşən, 0.06 ha torpaq sahəsi və onun üzərində 388 kv.m ümumi sahədən ibarət olan fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh3 fərdi yaşayış evinə olan istifadə hüquqları itirilmiş hesab edilməli, Cavabdeh1, Cavabdeh3 həmin mənzildən çıxarılmalı, fərdi yaşayış evi boşaldılmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və AR MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh1 ilə "xxxx" İKB ASC-nin “4 saylı” filialı arasında bağlanmış 2019-cu il 28 oktyabr tarixli kredit müqaviləsi ləğv olunsun. Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 2019-cu il 29 oktyabr tarixli kredit müqaviləsi üzrə 81890.16 ABŞ dolları əsas borc, 5174.77ABŞ dolları faiz borcu və 900 ABŞ dolları cərimə borcu olmaqla cəmi 87964.93 ABŞ Dolları məbləğində borc,(ödəniş günü manatın ABŞ dollarına olan məzənnəsi ilə manatla) 30 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 210 manat xidmət haqqı tutulsun. Tutma Cavabdeh2 Xaliq oğlunun mülkiyyətindəki likvid dəyəri 75000 manat olan ünvan 1 ünvanında yerləşən (yeni qaydalarla ünvan 2i rayonu, C.Naxçivanski küçəsi 437, M2, mənzil 4), 60.1 kv.m ümumi sahədən ibarət olan mənzilə yönəldilsin,həmin mənzi açıq hərracdan satılsın; Tutma Cavabdeh4 mülkiyyətindəki likvid dəyəri 45000 manat olan Lənkəran rayonu, Liman şəhəri, Həzi Aslanov küçəsində yerləşən 0.02 ha torpaq sahəsinə və onun üzərində yerləşən 167.6 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış binasına yönəldilsin həmin əmlakı hərracdan satılsın; Tutma Cavabdeh1 mülkiyyətindəki likvid dəyəri 260000 manat olan ünvan 3 ünvanında yerləşən, 0.06 ha torpaq sahəsi və onun üzərində 388 kv.m ümumi sahədən ibarət olan fərdi yaşayış evinə, yönəldilsim, həmin əmlak açıq hərracdan satılsın. Qeyd olunan əmlakların hərracdan satışından əldə olunan vəsait hesabına cavabdehin baka olan borcu ödənilməlsin. Cavabdeh2 Xaliq oğlunun mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən (yeni qaydalarla ünvan 2i rayonu, C.Naxçivanski küçəsi 437, M2, mənzil 4), 60.1 kv.m ümumi sahədən ibarət olan mənzilə tutma yönəldikdən və satıldıqdan 1 ay sonra X1 həmin mənzilə olan istifadə hüquqları itirilmiş hesab edilsin, Cavabdeh2 Xaliq oğlu həmin mənzildən çıxarılsın,mənzilin boşaldılsın. Cavabdeh4 mülkiyyətindəki Lənkəran rayonu, Liman şəhəri, Həzi Aslanov küçəsində yerləşən 0.02 ha torpaq sahəsi və onun üzərində yerləşən 167.6 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış binasına tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh4, Cavabdeh5 qeyd olunan əmlaka istifadə hüquqları itirilmiş hesab edilsin. Cavabdeh4, Cavabdeh5 həmin fərdi yaşayış evindən çıxarılsınlar.Həmin qeyri-yaşayış binası boşaldılsın. Cavabdeh1 mülkiyyətindəki ünvan 3 ünvanında yerləşən, 0.06 ha torpaq sahəsi və onun üzərində 388 kv.m ümumi sahədən ibarət olan fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh3 fərdi yaşayış evinə olan istifadə hüquqları itirilmiş hesab edilsin, Cavabdeh1, Cavabdeh3 həmin mənzildən çıxarılsınlar, fərdi yaşayış evi boşaldılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonraqanuni qüvvəyə minir.
Hakim: Fikrət Mirzəyev