Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1305/2025 10.06.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb olunmaqla (Açar sözlər: “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, Ərizəçi vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Tələb:
1. Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixdə vəfat etmiş, xx.xx.1963-cü il təvəllüdlü mərhum anası X6 anası olması faktının təsdiq olunması və onun doğum haqqında akt qeydində “ana haqqında məlumat qarafası”nda anasının “Pirəliyeva” soyadından “Allahverdiyeva” soyadına dəyişiklik ediməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizəçi vəkili və nümayəndəsi Nümayəndə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək iddiaçının doğum haqqında akt qeydində “ana haqqında məlumat qarafası”nda anasının “Pirəliyeva” soyadının “Allahverdiyeva” kimi müəyyən olunması faktının təsdiq edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
Ərizənin əsaslandırıldığı hallar:
3. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1986-cı ildə Ermənistan SSR Ararat rayonunda anadan olmuşdur. Ona verilən doğum haqında şəhadətnamədə ana haqqında məlumat qarafası”nda anasının soyadı səhvən “Pirəliyeva” kimi qeyd edilmiş, lakın anasının şəxsiyyət vəsiqəsində və ölüm haqqında akt qeydində soyadı “Allahverdiyeva” kimi qeyd edilmişdir. Nəticə etibarilə anası X6 xx.xx.2025-ci il tarixdə vəfatından sonra anasının vərəsəsi kimi tanınmasında problem yaşanmışdır. Buna görə də doğum haqqında akt qeydində “ana haqqında məlumat qarafası”nda anasının soyadının “Allahverdiyeva” kimi qeyd olunmasına dair ərizə ilə Maraqlı şəxsnə müraciət etmişdir, lakin həmin qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli məktubu ilə ərizəsinin təmin edilməsindən imtina edilərək qeyd olunan məsələ ilə bağlı müvafiq məhkəməyə müraicət etmək hüququ ona izah edilmişdir.
Tərəflərin izahatları:
4. Məhkəmə iclasında iştirak edən Ərizəçi vəkili və nümayəndəsi Nümayəndə ərizəni müdafiə edib, onun məzmununa uyğun izahat verdi və ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi.
5. Məhkəmənin əvvəlki iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi X14 bildirmişdir ki, ərizəçinin valideynləri boşanmışlar. Anasının soyadı sonradan dəyişdirilmişdir. Onlar boşanma aktını heç yerdə görə bilmirlər. Anası rəhmətə gedib. Ərizəçinin doğum haqqında akt qeydində “ana haqqında məlumat qarafası”nda anasının soyadı “Pirəliyeva” kimi qeyd edilmişdir. Lakin anasının şəxsiyyət vəsiqəsində və ölüm haqqında akt qeydində soyadı “Allahverdiyeva” kimi qeyd edilmişdir.
6. Maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
7. Məhkəmə Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan mülki işin baxılmasını mümkün hesab edir.
8. Məhkəmə iclasında şahid qismində dindirilən X11 ifadəsində göstərdi ki, ərizəçi onun bacısıdır. Anasının adı X7r. Anası nikaha daxil olub, sonra boşanıb. Ona görə doğum haqqında şəhadətnamədə ana qrafasında “Pirəliyeva” yazılıb. Amma boşanmadan sonra soyadı yenə “Allahverdiyeva” olub.
9. Məhkəmə iclasında şahid qismində dindirilən X15 ifadəsində göstərdi ki, ərizəçi ilə qonşu olublar. Ora ərə gəlib. Aytəkinlə qapı qonşu olublar. Onu yaxından tanıyır. O, Zəhra xanımı tanıyırdı. Hətta rəhmətə gedəndə o, yanında olub. Soyadı “Allahverdiyeva”dır. Boşanmışdır. Aytəkin xanımın soyadı “Pirəliyeva”dır, ata soyadıdır. Zəhra xanımın iki qızı var idi. Aytəkin və Səriyyə.
İş materialları:
10. 27.09.1988-ci il tarixli arayışdan görünür ki, Xalq Məhkəməsinin 25 nömrəli, 1988-ci il tarixli qərarı ilə boşanmışlar. 1986-cı ilin dekabrında onların bir qızı doğulmuşdur. Ana qızından imtina etmişdir. O, atası X18 verilmişdir.
11. İ-ЖГ seriyalı, 330221 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, X16 19 sentyabr 1992-ci ildə doğulmuş X8 atası olması müəyyən edilmişdir.
12. Maraqlı şəxs X12 ünvanlandığı 31 yanvar 2025-ci il tarixli məktubundan görünür ki, Nizami Rayon Qeydiyyat şöbəsi tərəfindən adınıza tərtib edilmiş 23 saylı, xx.xx.2023-cü il tarixli doğum haqqında akt qeydində “ana haqqında məlumat qarafası”nda ananın soyadı “Pirəliyeva”, lakin şəxsiyyət vəsiqəsində və ölüm haqqında akt qeydində soyadı “Allahverdiyeva” qeyd edilmişdir. Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 52 saylı.xx.xx.2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarının” 1. bəndinə əsasən Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Göstərilənlərlə bağlı nəzərinizə çatdırırıq ki, doğum haqqında akt qeydində “ana haqqında məlumat qarafası”nın “soyadı” bəndində ananın soyadının “Pirəliyeva” dan “Allahverdiyeva”ya dəyişiklik edilməsi ilə bağlı kifayət qədər əsaslar olmadığına görə ərizənin təmin edilməsi mümkün deyil. Bununla əlaqədar aidiyyəti üzrə məhkəməyə müraciət etməyiniz tövsiyyə olunur.
13. AZ-İV seriyalı, 932163 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1986-cı ildə Ermənistan Respublikası Vedi rayonu, Şidli kəndində anadan olub. Ata qrafasında X23, ana qrafasında X19 qeyd olunmuşdur.
14. AZ-İİ seriyalı 460259 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2025-ci il tarixdə 34 nömrə ilə qeyd edilmişdir.
15. XVİİ-ЖГ seriyalı, 334787 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olub. Ata qrafasında X23, ana qrafasında X9 qeyd olunmuşdur.
16. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, Ərizəçi məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir.
İşin faktiki halları:
17. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi xx.xx.1986-cı ildə Ermənistan Respublikası Vedi rayonu, Şidli kəndində anadan olub. Maraqlı şəxs 31 yanvar 2025-ci il tarixli məktubundan da görünür ki, ərizəçi doğum haqqında akt qeydində “ana haqqında məlumat qarafası”nda anasının soyadının “Pirəliyeva” soyadından “Allahverdiyeva”ya dəyişiklik edilməsi üçün Qeydiyyat Şöbəsinə müraciət etmişdir, o da öz növbəsində məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Bu səbəbdən ərizəçi məhkəməyə müraciət etmişdir. Tətbiq edilən hüquq:
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
19. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli qərarın:
4-cü bəndinə əsasən məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər.
Məhkəmənin mövqeyi:
20. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir.
21. Məhkəmə istinad olunan maddi hüquq normalarının tələbini, Ali Məhkəmənin Plenumunun anoloji işlərlə bağlı gəldiyi hüquqi nəticəni nəzərə alaraq, belə qənaətə gəlir ki, ərizəçilərin müvafiq sənədi başqa qaydada əldə etməsi qeyri-mümkündür, ona görə onlar, hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması üçün məhkəməyə müraciət etməli olmuşlar. Məhkəmədə tədqiq edilmiş sübutlarla isə ərizənin əsaslı olması tam təsdiq olunur.
22. Göründüyü kimi ərizəçinin anasının soyadı “Allahverdiyeva” olmuşdur. Lakin X1 Rahib Əli oğlu ilə nikaha daxil olandan sonra soyadı “Pirəliyeva” olmuşdur. Onlar 1988-ci il tarixdə boşanmışlar. Ərizəçinin anasının soyadı yenidən Allahverdiyeva olmuşdur. X5 doğum haqqında şəhadətnaməsində ana qrafasında anasının soyadı Pirəliyeva qeyd edilmişdir. Ərizəçin anası xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Ərizəçi vərəsə kimi qəbul edilməsində problemlərlə üzləşir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli qərarında qeyd olunduğu kimi hüquqi fakt o zaman məhkəmə tərəfindən müəyyən olunur ki, ərizəçinin müvafiq sənədi başqa qaydada əldə etməsi qeyri-mümkün olsun. İş materiallarına əlavə olunmuş Maraqlı şəxs 31 yanvar 2025-ci il tarixli məktubundan da görünür ki, ərizəçi doğum haqqında akt qeydində “ana haqqında məlumat qarafası”nda anasının soyadının “Pirəliyeva” soyadından “Allahverdiyeva”ya dəyişiklik edilməsi üçün Qeydiyyat Şöbəsinə müraciət etmişdir, o da öz növbəsində məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Göründüyü kimi ərizəçi doğum haqqında şəhadətnaməsində anasının soyadının “Pirəliyeva” soyadından “Allahverdiyeva”ya dəyişiklik edilməsi başqa qaydada mümkün deyil. Bu səbəbdən məhkəmə hesab edir ki, Ərizəçi doğum haqqında şəhadətnaməsində ana qrafasında X2 “Allahverdiyeva” kimi qeyd olunması faktı müəyyən edilməlidir.
Məhkəmə baxışının hədləri:
23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Məhkəmə xərcləri:
24. Məhkəmə hesab edir ki, ərizə təmin edildiyindən, məhkəmə xərclərinə aid olan, ərizənin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir.
Nəticə:
25. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi doğum haqqında şəhadətnaməsində ana qrafasında X2 “Allahverdiyeva” kimi qeyd olunması faktı müəyyən edilməli, doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilməlidir.
26. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi:
Ərizə təmin edilsin. Ərizəçi doğum haqqında şəhadətnaməsində ana qrafasında X2 “Allahverdiyeva” kimi qeyd olunması faktı müəyyən edilsin. Doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Məhkəmə xərclərinə aid olan dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Ülkər Yusifova