Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1311/2021 29.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, İddiaçı Rəfail qızının iştirakı ilə, İddiaçı Rəfail qızının Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Rəfail qızı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və qeyrilərinin Bakı şəhəri, Nizami rayonu, İ.Məmmədov küçəsi, 15 saylı evin 130 saylı mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi və xüsusi mülkiyyətində olan mənzilindən qeydiyyatdan çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Rəfail qızı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, İddiaçı Rəfail qızı 6 Noyabr 2019-cu ildə 5 saylı Bakı “Asan Xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş 4Ə-2091 № ilə qeydə alınmış bağışlama müqaviləsi əsasında Bakı şəhəri, Nizami rayonu, İ.Məmmədov küçəsi, 15 saylı evin 130 saylı mənzilini X1 hədiyyə almışdır. Bundan sonra həmin daşınmaz əmlak üzərində yaranan hüququnu Azərbaycan Respublikası Əmlak X11 Komitəsi yarında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti ərazi idarəsi tərəfindən verilmiş 12.11.2019-cu il tarixli, Reyestr nömrəsi **********92-05101-093105 Qeydiyyat nömrəsi ********** olan çıxarışla rəsmiləşdirmişdir. Həmin vaxtdan bəri o, ailə üzvləri ilə birlikdə orada yaşayır. X3 23.02.2002-ci ildə sözügedən mənzili aldıqdan sonra, Cavabdeh və onun ailəsinin həmin mənzildən yaşayış sahəsindən istifadə hüququnun itirilməsi tələbi ilə Nizami Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmə iddianı təmin edərək 30.05.2003 tarixli, № 2- 816 saylı Qətnamə qəbul etmişdir. Amma buna baxmayaraq cavabdeh hələ də onun mənzilində qeydiyyatda olmaqda davam edir. Əslində, cavabdehin sözügedən mənzildə olan qeydiyyatı formal xarakter daşıyır və eyni zamanda onun mülkiyyətçi kimi hüquqlarını pozur. Əvvəla, onun əvəzinə kommunal xərclərdə əlavə ödənişlər etməli olur, ikincisi, onunla heç bir qohumluq əlaqəm yoxdur ki, cavabdehin onun xüsusi mülkiyyətində olan mənzilində qeydiyyatda qalmasına razılaşa. Üçüncüsü isə cavabdehin onun mənzilində qeydiyyatda qalması onun həmin mənzillə bağlı sərəncam vermək və sair hərəkətlər etmək hüquqlarını məhdudlaşdırır. Məsələn, həmin mənzili özgəninkiləşdirmək istədikdə, cavabdehin razılığının alınması onun üçün əlavə problemlər yarada bilər. Dəfələrlə cavabdehlərin könüllü olaraq onun mənzilindən qeydiyyatdan çıxması barədə cavabdehlərlə əlaqə yaratmağa çalışsa da, heç bir nəticəyə nail ola bilməmişdir. Çünki cavabdehlərin hal-hazırda faktiki olaraq harada yaşadıqları barədə heç bir məlumatı yoxdur. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı Rəfail qızı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan 06 noyabr 2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqviləsinin surətindən görünür ki, X4 özünə məxsus Bakı şəhəri, Nizami rayonu, İ.Məmmədov küçəsi, 15 saylı evin 130 saylı mənzili İddiaçı Rəfail qızına bağışlamışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, İ.Məmmədov küçəsi, 15 saylı evin 130 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı Rəfail qızınun adına 12 noyabr 2019-cu il tarixdə qeydə alınmışdır. İş materiallarında olan Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 18 yanvar 2021-ci il tarixli yaşayış yeri haqqında arayışdan görünür ki, Cavabdeh, İddiaçı Rəfail qızına məxsus Bakı şəhəri, Nizami rayonu, İ.Məmmədov küçəsi, 15 saylı evin 130 saylı mənzilində qeydiyyatdadır. İş materiallarında olan 12 saylı MKİS tərəfindən verilmiş 29 mart 2021-ci il tarixli yaşayış yeri haqqında arayışdan görünür ki, Cavabdeh, Bakı şəhəri, Nizami rayonu, İ.Məmmədov küçəsi, 15 saylı evin 130 saylı mənzilində qeydiyyatdadır. Lakin həmin ünvanda yaşamır. İş materiallarında olan 19 mart 2021-ci il tarixli X10, X2 və X7 ərəfindən imzaları ilə təsdiq olunmuş Aktdan görünür ki, Cavabdeh, Bakı şəhəri, Nizami rayonu, İ.Məmmədov küçəsi, 15 saylı evin 130 saylı mənzilində yaşamamış, 2002-ci ildən etibarən həminünvanda X5 yaşayır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz”. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. “Broniovski Polşaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki "mülkiyyət" anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da "mülkiyyət" hüquqları sayıla bilər. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporroq və Lonnrotun İsveçrəyə qarşı” məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konversiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1)mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2)mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. “F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19.11.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Göstərilən qanunvericilik normalarının tələblərini rəhbər tutmaqla qeyd olunur ki, mülkiyyət hüququ insana məxsus təbii və fundamental hüquq olmaqla dövlətin maddi əsasını təşkil edən təməl elementlərdən biridir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 15.1-ci maddəsinə əsasən-mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmasına münasibətdə vicdanlı olsun. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən-daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. İş materiallarında olan sənədlər cavabdehin qeyd olunan mənzilə qeydiyyatının formal xarakter daşıdığını sübut edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərək və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Beləliklə, iddiaçı Bakı şəhəri, Nizami rayonu, İ.Məmmədov küçəsi, 15 saylı evin 130 saylı mənzilə qanunla müəyyən edilmiş qaydada mülkiyyət hüququ əldə etmiş, lakin cavabdeh mənzildə yaşamadığı üçün həmin evdə istifadə hüququnı itirmiş və həmin mənzildə formal olaraq qeydiyyatda qalmışdır. Məhkəmə iddia tələbinin cavabdehin sözügedən mənzildən qeydiyyatından çıxarılmasına dair hissəsinə münasibətdə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, hər hansı şəxsin yaşadığı yer üzrə qeydiyyata alınması səlahiyyətinə müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) malikdir. Belə olan halda, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Məhkəmənin gəldiyi qənaətə görə, iddia qismən təmin edilməli, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, İ.Məmmədov küçəsi, 15 saylı evin 130 saylı mənzilinə olan istifadə hüququna xitam verilməli, iddia qalan hissədə təmin edilməməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında çıxarılır. Bununla bağlı məhkəmə qeyd edir ki, qətnamə cavabdehin sözügedən mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Bakı şəhəri, Nizami rayonu, İ.Məmmədov küçəsi, 15 saylı evin 130 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə Cavabdeh Bakı şəhəri, Nizami rayonu, İ.Məmmədov küçəsi, 15 saylı evin 130 saylı mənzilindən qeydiyyatdan çıxarılması üçün əsasdır. Məhkəmə xərcləri İddiaçı Rəfail qızına aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Baki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-1311/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1311/2021
29.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver