Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-132/2022 05.01.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim sədrliyi, Məhkəmə iclasının Həsənova vəfa Oruc qızının katibliyi, Ərizəçi və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin vəkili və nümayəndəsi X1 iştirakları ilə, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə xüsusi icraat qaydasında mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə xüsusi icraat qaydasında məhkəməyə müraciət edərək, onun 1991-ci ilin oktyabr ayında polis nəfəri kimi Goranboy rayonunun Todan kəndində ezamiyyətdə olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş üzrə maraqlı tərəf Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin vəkili və nümayəndəsi X2 hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsinin baxılmamış saxlanılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırımışdır ki, hazırki iş üzrə ərizəçinin ərizəsində qeyd etdiyi vaxtda ezamiyyədə olmasına dair onların arxivində məlumatın olmaması, hazırda aralarında mübahisə olduğundan, hətta ərizəçinin xx.xx.1991-ci ildə aldığı travmanın hərbi travma olması ilə bağlı iddia tələbinin təmin olunmaması barədə Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-337/21 saylı qərarın olması, həmin qərarın ərizəçi tərəfindən apellyasiya instansiyasında mübahisələndirilməsi halları nəzərə alınmalı onunərizəsi baxılmamaış saxlanılmalıdır. Məhkəmə maraqlı şəxsin nümayəndəsi və vəkilinin etirazını və iş matirallarını nəzərdən keçirərək hesab edir ki, etiraz təmin edilməli və mülki iş baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.10-cu maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə olması halı aşkar edilərsə, hakim ərizəni baxılmamış saxlayır. Məhkəmə qeyd edir ki, hazıki iş üzrə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən ərizə mübahisələndirilir və bu mülki işin baxılmamış saxlanılması üçün əsasdır. Məhkəmə hesab edir ki, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi dair ərizəsi üzrə hüquq haqqında mübahisə yarandığından, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 306, 260, 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi 1991-ci ilin oktyabr ayında polis nəfəri kimi Goranboy rayonunun Todan kəndində ezamiyyətdə olması faktının müəyyən edilməsinə dair xüsusi icraat qaydasında ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-132/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-132/2022
05.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver