Məhkəmə qərarları › İş №2(007)-1323/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1323/2025

07.05.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1323/2025 07.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbi) Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi:

1. İddaçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, iddianı təmin edib, cavabdehlər Cavabdeh2 və X1 Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəycv küçəsi, 76 A saylı evin, 36 saylı mənzilindən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraicət edərək, Cavabdeh2 və X1 ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar:

3. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 76 A saylı evin, 36 saylı mənzili onun şəxsi mülkiyyətindədir. Həmin mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 05 avqust 2013-cü il tarixli, RX seriyalı, ******* nömrəli çıxarış alıb. Cavabdeh2 onun əri Nümayəndə atasıdır. X5 isə onun qardaşıdır. Onların qeydiyyatda düşməyə yeri olmadığı üçün mülkiyyətimdə olan mənzilə qeydiyyata saldırıb. Cavabdehləri onun mənzilində qeydiyyata saldırsa da, onlar heç vaxt mənzilində yaşamayıblar. Onlara məxsus heç bir əşya onun mənzilində yoxdur. Cavabdehlərin onun mülkiyyətində olan mənzildə pasport qeydiyyatında qalmaqları səbəbindən yaşayış sahəsinə sahiblik, istifadə və sərəncam vermək hüquqları məhdudlaşdırılır. Qanunun mənasından göründüyü kimi o, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 76A saylı evin, 36 saylı mənzilin xüsusi mülkiyyətçisi olsa belə, mənzilə öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ayrıca sərəncam vermək üçün cavabdehlərin razılığı tələb olunur, bu da onun xüsusi mülkiyyətçi kimi hüquqlarını pozur.

İş materialları:

4. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ümumi sahəsi 66,2 kv.m olan ünvan 2 ünvanında yerləşən mənzilin İddiaçı adına qeydiyyata alınmışdır.

5. 2 saylı Bakı “ASAN xidmət” mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, ******* saylı arayışdan görünür ki, İddiaçı, Cavabdeh1, Nümayəndə, X4, Cavabdeh2, X2 və X3 ünvan 3 ünvanında yerləşən mənzildə qeydiyyatdadırlar.

6. 28 saylı MKİS-in xx.xx.2025-ci il tarixli 16 saylı arayışından görünür ki, Cavabdeh1 və Cavabdeh2 qızı ünvan 2 ünvanında yerləşən mənzildə yaşamırlar.

7. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2025-ci il tarixli 18/2-9200 saylı məktubundan görünür ki, xx.xx.1993-cü il təvəllüdlü Cavabdeh1 xx.xx.2009-cu il tarixdən xx.xx.2013-cü il tarixdək Bakı şəhəri, Ə.Kürçaylı küçəsi, ev 18, mənzil 52-də, xx.xx.2013-cü il tarixdən hazırki vaxtadək ünvan 4 ünvanında qeydiyyatdadır. xx.xx.1961-ci il təvəllüdlü Cavabdeh2 xx.xx.1989-cu il tarixdən xx.xx.2013-cü il tarixədək Bakı şəhəri, Ə.Kürçaylı (keçmiş Uqlavaya) küçəsi, ev 18, mənzil 52-də, xx.xx.2013-cü il tarixdən hazırki vaxtadək ünvan 4 ünvanında qeydiyyatdadır.

Tərəflərin izahatları:

8. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etdi.

9. Cavabdehlərə məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat bildirməmişlər. Belə olan halda, məhkəmə işə onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir.

10. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında Cavabdeh1 ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, o, iddia tələbini qəbul edir. ünvan 3 ünvanında yerləşən mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsinə razıdır. Etirafın nəticələri ona aydındır.

11. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında Cavabdeh2 ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, o, iddia tələbini qəbul edir. ünvan 3 ünvanında yerləşən mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsinə razıdır. Etirafın nəticələri ona aydındır.

Məhkəmə baxışının hədləri:

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq:

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər; 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir; 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər; 223.1. Məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir.

İşin faktiki halı:

14. Belə ki, işin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, ünvan 3 ünvanında yerləşən mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdeh2 iddiaçının qayınatası, digər cavabdeh X5 isə onun qayınıdır. Hazırda isə iddiaçı cavabdehlərin həmin mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

Məhkəmənin mövqeyi:

15. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.

16. Məhkəmə baxışında müəyyən edilmişdir ki, cavabdehlər iddia tələbini etiraf etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehlərin iddia tələbini etirafı qanuna zidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul olunmalıdır.

Nəticə:

17. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 3 ünvanında yerləşən mənzilindən istifadə hüququ itirilmiş hesab edilməlidir.

18. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

19. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.

20. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 3 ünvanında yerləşən mənzilindən istifadə hüququ itirilmiş hesab edilsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar