Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-1324/2023 27.04.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, İddiaçı Cəbrayıl oğlunun iştirakı ilə İddiaçı Cəbrayıl oğlunun Cavabdeh qarşı torpaq sahəsinin və evin paylara uyğun olaraq naturada ayrılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cəbrayıl oğlu Cavabdeh qarşı torpaq sahəsinin və evin paylara uyğun olaraq naturada ayrılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı Cəbrayıl oğlu ərizə verərək işin ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməsin xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada məlumatlandırılsa da məhkəməyə gəlməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib ərizəni iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki,iddia ərizəsinin məzmunundan görünür ki,iddiaçı cavabdehlə paylı mülkiyyətdə olan ünvan 1 ünvanda yerləşən 0.02231 ha.torpaq sahəsinin və həmin ünvandakı evin paylara uyğun olaraq naturada bölünməsini tələb edir. Ona görə də mübahisəyə müstəsna aidiyyət tətbiq olunmaqla Bakı Şəhəri Nizami Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyat qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.2-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Göründüy kimi,işin Bakı Şəhəri Nizami Rayon Məhkəməsində baxılması üçün hüquqi əsaslar mövcud deyil. Ona görə də İddiaçı Cəbrayıl oğlunun Cavabdeh qarşı torpaq sahəsinin və evin paylara uyğun olaraq naturada ayrılması tələbinə dair mülki iş ərazi aidiyyatı üzrə baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanları və Azərbaycan Respublikası MPM-nin 35,45, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İşin ərazi aidiyyətinin dəyişdirilməsinə dair İddiaçı Cəbrayıl oğlunun ərizəsi təmin olunsun. İddiaçı Cəbrayıl oğlunun Cavabdeh qarşı torpaq sahəsinin və evin paylara uyğun olaraq naturada ayrılması tələbinə dair mülki iş ərazi aidiyyatı üzrə baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsin göndərilsin Qərardaddan 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-1324/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-1324/2023
27.04.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver