Məhkəmə qərarları › İş №2(007)-1330/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1330/2020

20.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1330/2020 20.10.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Nizami rayon Qeydiyyat şöbəsi cəlb edilməklə “hüquqi əhəmiyyətli fakt” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Nizami rayon Qeydiyyat şöbəsi cəlb edilməklə “hüquqi əhəmiyyətli fakt” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, onun 03 dekabr 2013-cü il tarixdə Bakı şəhərində ev şəraitində bir qız uşağı doğması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, X9 ilə 1999-cu ildə faktiki nikaha daxil olmaqla ailə qurmuşdur. Nikahlarını 01 dekabr 2017-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə yaşayış dövründə 25 oktyabr 2000-ci il təvəllüdlü X3, 20 avqust 2002-ci il təvəllüdlü X4, 20 oktyabr 2007-ci il təvəllüdlü X7 adlı uşaqları anadan olmuşdur. 03 dekabr 2013-cü il tarxidə isə Səma kimi adlandırdıqları qızı ünvan 1 ünvanında ev şəraitində doğulmuşdur. Digər uşaqlarına doğum haqqında şəhadətnamə alsa da, 03 dekabr 2013-cü il tarixdə doğulmuş qızına doğum haqqında şəhadətnamə ala bilməmişlər. 03 dekabr 2013-cü il təvəllüdlü qızı doğulduğu vaxtdan Bakı şəhəri 12 saylı Uşaq Poliklinikasında tibbi qeydiyyatdadır və hal-hazırda sağ və salamatdır. Uşağı ev şəraitində doğulduğundan qızına doğum haqqında şəhadətnamə ala bilməmişdir. Uşağına doğum haqqında şəhadətnamə almaq üçün Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsinə müraciət etmişdir. Qeydiyyat şöbəsindən ona yazılı formada uşağın tibb müəsissəsindən kənarda doğulduğuna görə doğum faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib, ərizənin məzmununa uyğun izahat verdi və ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsinin 20.02.2020-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixdə 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 2.5. bəndinə müvafiq olaraq doğumun qeydə alınması üçün aşağıdakı sənədlər qeydiyyat şöbəsinə təqdim edilməlidir:valideynlərin şəxsiyyətini təsdiq edən sənəd; valideynlərin nikah haqqında şəhadətnamə; doğum faktı vaxtını və yerini təsdiq edən tibb müəssi, əsindən sənəd (əsli); uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğıma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdliyi sənəd: Göstərilənlərə əsasən doğum faktın, vaxtını və yerini təsdiq edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. - Bakı şəhər Baş Səhiyyə İdarəsi 12 nömrəli şəhər poliklinikası konsultativ uşaq poliklinika şöbəsi tərəfindən verilmiş 17 sentyabr 2020-ci il tarixli arayışdan görünür ki, 03.12.2013-cü il təvəllüdlü X10 poliklinikanın uşaq şöbəsində qeydiyyatdadır. Məhkəmə iclasında şahid qismində ifadə verən ərizəçinin bacıları X1 Xatirə aydın qızı və ərizəçinin həyat yoldaçı X9 ifadələrində təsdiq etdilər ki həqiqətən də ərizəçi 03 dekabr 2013-cü il tarixdə tibb müəssisəsindən kənarda X5 dünyaya gətirmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı Ərizəçi, X9 ilə 1999-cu ildə faktiki nikaha daxil olmaqla ailə qurmuş, nikahlarını 01 dekabr 2017-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikah dövründə 25 oktyabr 2000-ci il təvəllüdlü X3, 20 avqust 2002-ci il təvəllüdlü X4, 20 oktyabr 2007-ci il təvəllüdlü X7 adlı uşaqları anadan olmuşdur. Həmin uşaqların doğulması qeydə alınmışdır. 03 dekabr 2013-cü il tarxidə isə Səma adlı uşaqları doğulmuşdur. Həmin uşağın doğulması bu günə qədər qeydə alınmamışdır. Ərizəçi uşağa doğum haqqında şəhadətnamənin verilməsi ilə bağlı qeydiyyat şöbəsinə müraciət etmiş, lakin lazimi sənədlər təqdim edilmədiyindən qeydiyyat şöbəsi tərəfindən imtina məktubu təqdim edilmişdir. Yuxarıda qeyd edilən hallarla müəyyən olunur ki, ərizəçinin müvafiq sənədi başqa qaydada əldə etməsi qeyri-mümkündür, ona görə ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir. Məhkəmədə tədqiq edilmiş sübutlarla isə ərizənin əsaslı olması tam təsdiq olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır; 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır; 166.2-ci maddəsinə əsasən doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müvafiq icra hakimiyyəti orqanına müraciət edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4.3-cü bəndinə əsasən, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır; Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X203 dekabr 2013-cü il tarixdə Bakı şəhərində doğulması faktı müəyyən edilməli, akt qeydləri kitabının ata adı qrafasında X9, ana adı qrafasında Ərizəçi göstərilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X203 dekabr 2013-cü il tarixdə Bakı şəhərində doğulması faktı müəyyən edilsin, akt qeydləri kitabının ata adı qrafasında X9, ana adı qrafasında Ərizəçi göstərilsin. Göstərilən vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının aparılaraq X2 adına doğum haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ona aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar