Məhkəmə qərarları › İş №2(007)-1334/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1334/2023

24.06.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1334/2023 24.06.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Dadaşova Emina Bəhruz qızının katibliyi, İddiaçı MTK-nın nümayəndələri X2 və X5, vəkili və nümayəndəsi Vəkil1, Cavabdehlər Cavabdeh1 oğlunun, Cavabdeh3, Cavabdeh4, Cavabdeh8, Cavabdeh5, Cavabdeh6, Cavabdehlər Cavabdeh1 oğlunun, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 vəkili və nümayəndəsi Vəkil2, Cavabdehlər Cavabdeh1 oğlunun, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3 vəkili və nümayəndəsi, Cavabdeh8 vəkili Vəkil3 iştirakları ilə, İddiaçı MTK-nın cavabdehlər Cavabdeh1 oğluna, Cavabdeh2, Cavabdeh3 Adışırin oğluna, Cavabdeh4, Cavabdeh8, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 qarşı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhər Nizami Rayon İcra Hakimiyyəti cəlb edilməklə “mənzillərin və tikililərin sökülməsi, yeni təmirli mənzillərin verilməsi, kirayə haqqının ödənilməsi, mənzillərdən və tikililərdən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MTK cavabdehlər Cavabdeh1 oğluna, Cavabdeh2, Cavabdeh3 Adışırin oğluna, Cavabdeh4, Cavabdeh8, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 qarşı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhər Nizami Rayon İcra Hakimiyyəti cəlb edilməklə “mənzillərin və tikililərin sökülməsi, yeni təmirli mənzillərin verilməsi, kirayə haqqının ödənilməsi, mənzillərdən və tikililərdən çıxarılma” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 oğlunun mülkiyyətindəki, Bakı şəhəri, Nizami rayonu, Ordubadi 7 ünvanda yerləşən köhnə yataqxana binasında 98,5 kv.m sahəsi olan üçotaqlı 7 saylı mənzilinin və özbaşına tikilinin sökülməsi əvəzində Cavabdeh1 oğluna həmin ərazidə yeni inşa olunan çoxmənzilli yaşayış binasından 126,07 kv.m sahəsi olan dördotaqlı təmirli mənzil, Cavabdeh2 mülkiyyətindəki, həmin ünvanda yerləşən köhnə yataqxana binasında 62.5 kv.m sahəsi olan üçotaqlı 8 saylı mənzilinin və özbaşına tikilinin sökülməsi, əvəzində Cavabdeh2 həmin ərazidə yeni inşa olunan çoxmənzilli yaşayış binasından 126,07 kv.m sahəsi olan dördotaqlı təmirli mənzil, Cavabdeh3 mülkiyyətindəki, həmin ünvanda yerləşən köhnə yataqxana binasında 66,5 kv.m sahəsi olan üçotaqlı 9 saylı mənzilinin və özbaşına tikilinin sökülməsi, əvəzində Cavabdeh3 həmin ərazidə yeni inşa olunan çoxmənzilli yaşayış binasından 98,43 kv.m sahəsi olan üçotaqlı təmirli mənzil, Cavabdeh4 mülkiyyətindəki, həmin ünvanda yerləşən köhnə yataqxana binasında 102,7 kv.m sahəsi olan dördotaqlı 10 saylı mənzilinin və özbaşına tikilinin sökülməsi, əvəzində Cavabdeh4 həmin ərazidə yeni inşa olunan çoxmənzilli yaşayış binasından 126,07 kv.m sahəsi olan dördotaqlı təmirli mənzil, cavabdeh X1 mülkiyyətindəki, həmin ünvanda yerləşən köhnə yataqxana binasında 93,6 həmin ünvanda kv.m sahəsi olan dördotaqlı 19 saylı mənzilinin və özbaşına tikilinin sökülməsi, əvəzində X3 həmin ərazidə yeni inşa olunan çoxmənzilli yaşayış binasından 86,32 kv.m sahəsi olan üçotaqlı təmirli və 86,32 kv.m olan üçotaqlı təmirsiz mənzillər, Cavabdeh7 mülkiyyətindəki, həmin ünvanda yerləşən köhnə yataqxana binasında 65,7 kv.m sahəsi olan üçotaqlı 30 saylı mənzilinin və özbaşına tikilinin sökülməsi, əvəzində Cavabdeh7 həmin ərazidə yeni inşa olunan çoxmənzilli yaşayış binasından 98,43 kv.m sahəsi olan üçotaqlı təmirli mənzil, Cavabdeh5 mülkiyyətindəki, həmin ünvanda yerləşən köhnə yataqxana binasında 66.5 kv.m sahəsi olan ikiotaqlı 32 saylı mənzilinin və özbaşına tikilinin sökülməsi, əvəzində Cavabdeh5 həmin ərazidə yeni inşa olunan çoxmənzilli yaşayış binasından 86,32 kv.m sahəsi olan üçotaqlı təmirli mənzil, Cavabdeh6 mülkiyyətindəki, həmin ünvanda yerləşən köhnə yataqxana binasında 87,0 kv.m sahəsi olan üçotaqlı 33 saylı mənzilinin və özbaşına tikilinin sökülməsi, əvəzində Cavabdeh6 həmin ərazidə yeni inşa olunan çoxmənzilli yaşayış binasından 98,43 kv.m sahəsi olan üçotaqlı təmirli mənzil verilməklə və yeni mənzillər təhvil verilənədək cavabdehlərin hər birinə hər ay 450 manat kirayə haqqı ödənilməklə cavabdehlərin söküləcək həmin mənzillərdən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhərinin baş planına əsasən paytaxtın daha da abadlaşdırılaraq gözəlləşdirilməsi məqsədilə Bakı şəhəri, Nizami rayonu Q.Qarayev metrostansiyası yaxınlığında ötən əsrin 40-50-ci illərində inşa edilmiş, istismar müddətini başa vurmuş, müasir yaşayış tələblərinə cavab verməyən, yararsız binaların da sökülərək onların yerində çoxmənzilli, çoxmərtəbəli yaşayış binalarının tikilərək sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulub. Buna görə də Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli 208 saylı sərəncamı ilə Bakı şəhəri, Nizami rayon, A.Manafov, K.Balakişiyev və M.S.Ordubadi küçələrinin kəsişməsindəki 2440-cı məhəllə ünvanındakı torpaq sahəsi yeni yaşayış kompleksinin tikintisi üçün iddiaçı “Orbita" MTK-nın istifadəsinə verilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının qeyd olunan sərəncamı ilə İddiaçı MTK-ya ayrılmış 0,1536 ha torpaq sahəsindəki Bakı şəhəri, Nizami rayonu, Ordubadi 7 ünvanda 34 yaşayış sahəsi, o cümlədən ikimərtəbəli yataqxana binası, fərdi evlər və qanunsuz, özbaşına tikililər yerləşir. Həmin yaşayış sahələri və özbaşına tikililər ötən əsrdə tikilmiş, köhnə və istifadəyə yararsızdır, binaların istismar müddəti bitmişdir, müasir yaşayış tələblərinə cavab vermir. Yataqxana binası qəzalı vəziyyətdədir, binada yaşamaq həyat üçün təhlükəlidir, o, hər an uça və bədbəxt hadsə baş verə bilər. İddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Baçşısının qeyd edilən sərəncamının icrası ilə bağlı Bakı şəhəri, Nizami rayon, A.Manafov, K.Balakişiyev və M.S.Ordubadi küçələrinin kəsişməsindəki 2440-cı məhəllədə mövcud yaşayış və qeyri-yaşayış tikililərinin dəyərinin ödənilməsi və sakinlərin qarşılıqlı razılaşma əsasında köçürülməsi işlərini həyata keçirir. Qeyd edilən 0,1536 ha torpaq sahəsindəki sakinlərin bir çoxu köhnə tikililərin sökülməsi üçün təhvil verilməsi və sakinlərin həmin ərazidə yeni tikiləcək çoxmənzilli, çoxmərtəbəli yaşayış binalarında abad, müasir yaşayış tələblərinə cavab verən yaşayış sahələri ilə təmin olunmaları barədə razılıqlar əldə olunsa da cavabdehlər Cavabdeh1 oğlu, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4. X7, X10, Cavabdeh5 və Cavabdeh6 ilə razılıq əldə etmək mümkün olmamışdır. İddiaçı cavabdehlərə onların Bakı şəhəri, Nizami rayonu, Ordubadi 7 ünvanda yerləşən yaşayış sahələrinin əvəzinə həmin ərazidə yeni tikilən binada 20 faiz artıq sahəsi olan yeni mənzillər tikilib təmirli vəziyyətdə təhvil verilməsini təklif etmişdir. Lakin cavabdehlər əsassız varlanmaq məqsədilə müqavilə bağlamaqdan və mənzilini təhvil verməkdən imtina edərək hər yaşayış sahəsinin və qanunsuz özbaşına tikililərin əvəzinə 2, 3 mənzil tələb edirlər. Bu səbəbdən də cavabdehləri söküləcək yaşayış sahələrindən və özbaşına tikililərdən çıxarmaq, söküntii tikinti işlərinə başlamaq mümkün olmamışdır. Nəticədə isə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli 208 saylı sərəncamın icrası mümkün olmamışdır. Tikinti işlərinin yubanması mənzil tikintisi üçün "xxxx" MTK ilə müqavilələr bağlamış şəxslərin haqlı etiraz və narazılığına səbəb olmuşdur. İddia tələbinin dəqiqləşdirilməsi ərizəsində əlavə olaraq bildirilmişdir ki, Cavabdeh1 oğlunun mülkiyyətindəki, Bakı şəhəri, Nizami rayonu, Ordubadi 7 ünvanda yerləşən köhnə yataqxana binasında sənəd üzrə 98,5 kv.m sahəsi olan üçotaqlı 7 saylı mənzili və həmin ünvanda 35,0 kv.m özbaşına tikilisi var. Cavabdeh2 mülkiyyətindəki, həmin ünvanda yerləşən köhnə yataqxana binasında sənəd üzrə 62,5 kv.m sahəsi olan üçotaqlı 8 saylı mənzili və həmin ünvanda 99,56 kv.m özbaşına tikilisi var. Cavabdeh3 mülkiyyətindəki, həmin ünvanda yerləşən köhnə yataqxana binasında sənəd üzrə 66,5 kv.m sahəsi olan üçotaqlı 9 saylı mənzili və həmin ünvanda 55,8 kv.m. özbaşına tikilisi var. Cavabdeh4 mülkiyyətindəki, həmin ünvanda yerləşən köhnə yataqxana binasında sənəd üzrə 102,7 kv.m sahəsi olan dördotaqlı 10 saylı mənzili və həmin ünvanda 19,1 kv.m özbaşına tikilisi var. Cavabdeh X1 mülkiyyətindəki. hamin ünvanda yerləşən köhnə yataqxana binasında sənəd üzrə 93,6 kv.m olan dördotaqlı 19 saylı mənzili və həmin ünvanda 145.4 kv.m özbaşına tikilisi var. Cavabdeh7 mülkiyyətindəki, həmin ünvanda yerləşən köhnə yataqxana binasında sənəd üzrə 65,7 kv.m sahəsi olan üçotaqlı 30 saylı mənzili və həmin ünvanda 54.2 kv.m özbaşına tikilisi var. Cavabdeh5 mülkiyyətindəki, həmin ünvanda yerləşən köhnə yataqxana binasında 66,5 kv.m sahəsi olan ikiotaqlı 32 saylı mənzili və həmin ünvanda 35,8 kv.m özbaşına tikilisi var. Cavabdeh6 mülkiyyətindəki, həmin ünvanda yerləşən köhnə yataqxana binasında 87,0 kv.m sahəsi olan üçotaqlı 33 saylı mənzili və həmin ünvanda 7,4 kv.m özbaşına tikilisi var. Qeyd edilən mənzillər iddiaçıynın icarəsində ola torpaq sahəsində gecəqondu stilində, heç bir icazə alınmadan, sənədləşdirmə aparılmadan, özbaşına inşa olunub, Bakı şəhərinin müasir görünüşünə xələl gətirir, müasir yaşayış tələblərinə cavab vermirlər. Göstərilənlərə əsasən cavabdehlərin hər birinin mənzil şəritinin yaxşılaşdırılması, yeni çoxmənzilli yaşayış binasında müasir yaşayış tələblərinə cavab verən abad yaşayış sahələri ilə təmin edilmələri məqsədilə Azərbaycan Respublikası Mülki Prosscsual Məcəllənin 53-cii maddəsinə əsasən iddia tələbini dəqiqiləşdirərək həcmini artırmışlar. İddiaçı MTK xx.xx.2023-cü il tarixdə vəsatət verərək Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanının sahibi X6 dünyasını dəyişərək vəfat etdiyini, onun oğlu Cavabdeh7 isə həmin mənzil üzrə qanuni vərəsəsi kimi miras əmlakını qəbul etdiyini bildirərək Cavabdeh7 iş üzrə cavabdeh qismində iştiraka cəlb edilməsini xahiş etmişdir. Buna görə də Cavabdeh7 X6 yerinə mülki iş üzrə cavabdeh qismində cəlb edilmişdir. Bakı şəhəri, Nizami rayonu, Ordubadi 7 ünvanında yaşayan sakinlərin imzaları ilə təsdiq etdikləri müraciətdə bildirilmişdir ki, İddiaçı MTK sakinlərlə razılaşmadan onların yaşadıqları ünvanda olmuşlar. Onlara onların köçürdüklərini bildrimişlər. Sakinlər də onlarla razılaşmadıqları halda onları necə köçürə bildiklərini, köçmədiklərini, yaşadıqları mənzillərin onları qane etdiklərini bildirmişlər. Yaşadıqları mənzillər bir mərtəbəli həyət evləridir. Qardaş Türkiyə Respublikasında baş verən zəlzələdən sonra hamı həyət evlərini üstün tutur. Bəzilərini ofislərinə çağırsalar da onlar razılaşmamışlar. Mart ayının 9-da bir qrup sakinlərinə Nizami Rayon Məhkəməsi tərəfindən məhkəmə iclasının olması barədə 2(007)-1334/2023 SMS göndərilməsi onlara çox təəccüblü gəlmişdir. Ordubadi 7 ünvanında yaşayan sakinlərin hamısının qanuni sənədləri vardır. Qeydiyyatları və mənzillərin özəlləşməsi haqqında çıxarışları var. Həmin sakinlərin içərisində şəhid ailəsi, İİ qrup əlil müharibə veteranları və qaziləri var. Konstutusiyaya uyğun olaraq mənzil onun şəxsi mülkiyyətindədir. Onun istənilən vaxtı qarşılıqlı razılıq əsasında satmaq hüququ vardır. Odur ki, İddiaçı MTK tərəfindən qaldırılan iddiaya xitam verilməsini xahiş etmişlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X9 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi və əlavə olaraq bildirdi ki, əvvəlki tələblə sakinlərə mövcud sahələrindən 20 faiz əlavə sahə verilməsi təklif olunsa da hazırda iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə onlara mövcud sahələrindən 20 faizdən də çox faizdə əlavə sahələr verilməsi müəyyən olunmuşdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X11 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi və əlavə olaraq bildirdi ki, onlar Mübariz müəllimlə bir dəfə söhbət etmişlər. Qəhrəman və Xəqani müəllimlə görüş olmamış, qalan sakinlərlə görüşmüşlər. Elnurla görüşmüşlər, onların mənzilinin sahəsi çıxarışda 66 kv.m-dir, ona daha artıq kvadtar təklif olunmuşdur. Firəngiz xanım da çıxarışda 66.5 kv.m olmaqla ümumi 105 kv.m sahəsi vardır. Onların əməkdaşları onun yaşayış sahəsini ölçmüşdür, habelə danışıqlarla bağlı qeydlər də, çertyojlar da vardır, Firəngiz xanım isə 170 kv.m sahə istəyir. Lyudmila xanım onlardan 250000 manat pul istəyir. Özbaşına tikililər hər biri mənzil kimi qeydiyyata alınmamışdır. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi və əlavə olaraq bildirdi ki, mübahisəli mənzillər onlara ayrılmış sahəyə daxildir. Bununla bağlı sərəncam, ayrıc aktı, konkret kordinatlar, torpaq sahəsi ilə bağlı icarə müqaviləsi mövcuddur. Qarşı tərəfin iddiaçıya ayrılmış torpaq sahəsinə ilə cavbadehlərə məxsus mənzillərin üst-üstə düşməsinin müəyyən edilməsi ilə bağlı ekspertiza təyin edilməsi barədə vəsatəti və iş üzrə yerli baxış keçirilməsi barədə vəsatətləri əsassızdər. Bunlar və cavabdeh tərəfin vəkillərinin iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə tanış olmaq üçün vaxt verilməsini tələb etmələri işin əsassız yerə uzadılması üçün verilmişdir. Belə ki, dəqiqləşdirilmiş iddia tələbində onların xeyrinə əvvəlki tələblə təklif olunana sahələrdən artıq sahələrin verilməsi nəzərdə tutulmuşdur. Məhkəmə iclasında Cavabdeh1 oğlu iddianı qəbul etmədiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, iddiaçının nümayəndələri ilə bir dəfə bu barədə söhbət olmuşdur. İlk hazırlıq iclasından sonra onunla söhbət edilməmişdir. O, evini 3 kubik olaraq 227 kv.m sahə ölçmüşdür. Ev birinci dəfə ölçüləndə 178 kv.m, ikinci dəfə ölçüləndə 139 kv.m müəyyən edilmişdir. Ev eni 15 m, uzunluğu 16 m-dir. Həyətinin eni 19 m, uzunluğu 31 m-dir. Onun evinin həyəti 4 sotdur. Onun evini birinci dəfə ölçəndə 178 kv.m, ikinci dəfə ölçəndə 139 kv.m olduğunu demişdir. Evi üç kubikdir. Onlardan evlərini qoyub getmələrini tələb edirlər. O, 31 ildir ki, burada yaşayır. Onlar 3 ailə 11 nəfər həmin evə yerləşmişlər. Məhkəmə iclasında Cavabdeh3 iddianı qəbul etmədiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, Qəhrəman müəllimin əvvəlki məhkəmə iclaslarında dedikləri ilə tam razıdır. Hətta o, iddiaçıdan təzminat da istəyəcəkdir. Onun nəvələri hər qapı döyüləndə səksəkə içərisində olurlar. Yaşadığı yer onu qane edir və o, evinin sökülməsinə razı deyildir. Onlar İcra Hakimiyyətindən xəbərsiz heç nə tikə bilməzlər. Məhkəmə iclasında Cavabdeh4 iddianı qəbul etmədiyini, yaşadığı ərazinin onu qane etdiyini, yaşayış sahəsinin sökülməsinə razı olmadığını bildirdi və əlavə olaraq qeyd etdi ki, mübahisəli ünvanda 3 ailə yaşayırlar, 5 nəvəsi vardır. İddiaçı gəlib onun mülkünü onlara verməyi deyir. Onun mülkünün qiyməti 10000 manatdır. O, mənzilini sata bilər, amma sökülməsinə razı ola bilməz. Ümumiyyətlə, həyət evi çöldən-çölə, bina evi isə içdən-içə ölçülür. Onun 2 metr 20 sm padvalı var. İddiaçı padvaldan 50 kv.m havayı yer versin, o, buna görə niyə pul ödəməlidir? Məktubda da qeyd edilib ki, guya onlar aşağı səviyyəli insanlardırlar. O, bununla da bağlı məhkəməyə müraciət edəcəkdir. Onların həyat şəraitini yaxşılaşdırsalar belə indiki rahatçılıqlarını verə bilməzlər. Yataqxana prezidentin fərmanına əsaəsən 1 saylı Kommunal Təsərrüfat Birliyinin tabeliyinə keçmişdir. İddiaçı tərəfin dəqiqləşdirmə ərizəsində yeni təklif yoxdur. Onlar 102 kv.m sahəyə 126 kv.m təklif edirlər. O, bu təklif ilə razı deyildir. Tikdiyi binanın podvalından da 20 kv.m versinlər. Məhkəmə komissiya təşkil etsin və onun evinin parametrləri ölçülərək dəqiq ölçülər bilinsin. Məhkəmə iclasında Cavabdeh8 iddianı qəbul etmədiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, onun evinin quruluşu fərqlidir. 15 sotun kənarında özünün tikdiyi ayrıca tikili vardır. İndi oranı icarəyə vermiş və ora uşaq bağçası kimi fəaliyyət göstərir. O, iddiaçının nümayəndələri ilə görüşməmişdir. İddiaçının nümayəndəsi ona 2 otaqlı gün düşməyən mənzil təklif edir. Ona konkret təklif vermirlər. Onun bu məhkəmənin yarısı qədər ölçüsü olan evi vardır. Əlavə tikilisi də çoxdur. Onda podvaldan da istifadə edilir. Bu yer ikimərtəbəli binadan ayrıdır. Onun ümumi 300 kv.m sahəsi vardır, çıxarışda göstərilən sahə 100 kv.m-dir. Çox maraqlı haldır ki, bu proses də rəhbərlikdən heç kəs yoxdur. Yalnız nümayəndələr iştirak edir. Məhkəmə iclasında Cavabdeh5 iddianı qəbul etmədiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, o, 1982-ci ildən lampa zavodunda briqadir işləyir. Əmrində 36 işçisi olmuşdur. 1992-ci ildə MJK sahəsində 2 il işləmişdir. O, 1988-ci ildən ev növbəsinə durmuşdur. 1992ci ildə əkiz övladları olmuşdur və onlar anadangəlmə xəstədirlər. O və yoldaşı onkoloji xəstədir. Onun özünün 70 yaşı vardır. O, 1999-cu ildən 26 saylı poliklinikada işləyir. Onun Bakı şəhər Nizami Rayon İcra Hakimiyyətinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Səhiyyə Nazirliyinə dəfələrlə müraciətləri olmuşdur. O, Bakı şəhər Nizami Rayon İcra Hakimiyyətinə ona ev verilməsi ilə bağlı dəfələrlə müraciət etmişdir. Evini çox çətinliklə əldə etmişdir. Onun yaşayış sahəsinin 135 kv.m ümumi sahəsi vardır, orada podval falan yoxdur. Onların yaşadıqları ev onları qane edir və o, evinin sökülməsinə razı deyildir. Ona bildirirlər ki, onun evi qanunsuz tikilidir. Nə qədər qeyri-qanuni tikilən villalar var, amma gəlib onun evini deyirlər. Onlar icra Hakimiyyətindən xəbərsiz, icazəsiz heç nə tikə bilməzlər. Məhkəmə iclasında Cavabdeh6 iddianı qəbul etmədiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, onun anası da bu ünvanda yaşayır, 70 yaşı var, limfası şişib deyə 2 dəfə xəstəxanada müalicə alıb. Anası xəstədir, mikroinfarkt keçirmişdir. Onun evi çıxarışda 87 kv.m-dir, ümumi sahəsi isə 95 kv.m-dir. İddiaçı MTK onları görüşə çağıranda anası çox pis stress keçirmişdir. O, 250.000 manat pul, ya da sahənin kvadratına uyğun 2 otaqlı 2 ədəd hazır mənzil istəyir. İddiaçı MTK-da deyir ki, evlər gərək tikiləndən sonra hazır ola, halhazırda hazır mənzil verilə bilmir. Hal-hazırda onu yaşadığı ev qane edir. O, kirayələrdə yaşaya bilməz. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 oğlunun, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 vəkili və nümayəndəsi Vəkil2 iddianı qəbul etmədiklərini, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə tanış olmadıqlarını bildirdi və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. O əlavə olaraq qeyd etdi ki, iddia tələbi konkret və dəqiq şəkildə verilməlidir. Habelə iddia tələbinin dəqiqləşdirilməsi məhəmə baxışına qədər verilməli idi. İddia ərizəsinin icraata qəbul olunması qərardad formasında olduğu kimi dəqiqləşdirilmiş iddia da icraata qəbul edilərkən müzakirə edilərək qərardad formasında qəbul edilməlidir. Məhkəmə bunu prosessual formada təhlil etməli, cavabdehlər onunla tanış olmalı və ərizə formasında iddia ərizəsinə etiraz hazırlamalılar. O, eyni zamanda yazılı qaydada ekspertiza keçirilməsi üçün vəsatət verərək məhkəmədən tikinti texniki ekspertizası təyin edilməsini, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdə göstərilən torpaq sahəsi ilə cavabdehlərin mülkiyyətində olan fərdi yaşayış yerləri ilə üstə-üstə düşməsinin müəyyən edilməsini xahiş etmişdir. Həmçinin, o bildirdi ki, qeyd olunan yaşayış sahələrinə məhkəmə obyektiv qaydada əsaslı olaraq yerli baxış keçirməlidir. Eyni zamanda çıxış üçün vaxt verilməlidir, onlar dəqiqləşdirmə ərizəsi ilə tanış olmalıdır. Məhkəmə çıxış üçün vaxt vermir, sübutları araşdırmır. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 oğlunun, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3 vəkili və nümayəndəsi, Cavabdeh8 vəkili Vəkil3 iddianı qəbul etmədiklərini, dəqiqləşdirilmiş iddianın icraata qəbul edilməmişdən qabaq tanış olmaq üçün vaxt verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş Cavabdeh7 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhər Nizami Rayon İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, həmin cavabdehin və 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş Cavabdeh2 iddianı qəbul etmədiyini, iddiaya etiraz etdiyini, yaşadığı yerin onu qane etdiyini, evindən razı olduğunu, sökülməsinə razı olmadığını bildirmiş və əlavə olaraq qeyd etmişdir ki, o, seçki komissiyasının rayon üzrə sədridir. Qolu protezdir. Qarabağ qazisidir. Silahlı qüvvələr günü ilə əlaqədar prezidentin qəbulunda Ədliyyə naziri Fikrət Məmmdəov, Ali məhkəmənin sədri İnam Kərimov orada olacaq və o, öz şikayətini bildirəcəkdir. Qarşı tərəflə hər hansı bir ədavəti yoxdur. İddiaçnın nümayəndəsi onunla bu barədə danışdıqda onlara yaşadığı yerin onu qane etdiyini bildirmişdir. Onun günahı nədir ki, onu evindən çıxarırlar? Onun evi bir mərtəbəlidir. Onun uşaqları, nəvələri niyə səksəkədə yaşamalıdır? Ordubadi 7 ünvanında yerləşən mənzillər sökülməli idi isə bununla bağlı 34 ailə ilə görüş olmalı idi. MTK onlar ilə görüş keçirməmişdir, onların protokolu yoxdur. MTK-nın nümayəndəsi evi ölçəndə belə akt tərtib edilməmişdir. Sərəncam çıxmamış onlar ilə iclas keçirib protokol tərtib edilməli idi. Onun şəxsi çıxarışı vardır, köçmək istəmir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş Cavabdeh7 iddianı qəbul etmədiyini, evin sökülməsinə razı olmadığını bildirmiş və əlavə olaraq qeyd etmişdir ki, onun podvalı var, podvalın hündürlüyü 3 metrdir, 120 kv.m ümumi sahəsi var, evin bir girişi var, həmin girişi də bağlasalar evə necə girib- çıxacaqdır? Onun atası və anası ev növbəsinə durublar, çox çətinliklə Prezident Aparatına müraciət edəndən sonra bu bağçadan onlara ev verilmişdir. Ona ev verəcəklər deyə 3-4 il kirayədə yaşaya bilməz. Ona burda yaşamaq xoşdur. O, evini İddiaçı MTK-ya bəxşiş edə bilməz. Onlar gəlib onları öz evlərindən çıxarır. Halbuki, görüşlər olmamışdır. Onlara deyirlər ki, şirkət rəhbəri ölkə xaricindədir Məhkəmənin əvvəlki iclasında iştirak etmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nizami Rayon İcra Hakimiyyətinin nümayəndəsi X4 bildirmişdir ki, mübahisəli ərazidəki torpaq sahəsinin İddiaçı MTK-ya verilməsinə dair sərəncam vardır. Bu məslə tərəflərin qarşılıqlı razılığı əsasında həll olunmalıdır. Nizami rayonu ərazisində 15 MTK fəaliyyət göstərir. İddiaçı MTK ilə bağlı bu günə qədər hər hansı bir pronlem yaranmamışdır. Bəzi MTK-lar var ki, onlarla 2016-cı ildən müqavilə bağlanılsa da sakinlər hələ də mənzillərini ala bilməyiblər. İddiaçı MTK öz öhdəliyini yerinə yetirəcəkdir. 2014-2015-ci illərdə pilot layihələr vardır. Nazirlər kabinetinin bununla bağlı qərarında ikimərtəbəli, üçmərtəbəli evlərin istismar müddətinin başa çatması ilə əlaqədar FHN, Rayon İcra hakimiyyətinə, Nizmi Rayon İcra Hakimiyyətinə, Şəhərsalmaya akt qeyd edirdi. Həmin aktlar Nizami Rayon İcra Hakimiyyətində hələ də vardır. 2018-ci ildən bu yana olan tikililər barədə sərəncam qəbul edilib. MTK tərəfindən tikililərə nəzarət Nizmai Rayon icra hakimiyyəti tərəfindən edilir. Bu məsələlərdə nə MTK, nə də vətəndaşlar zərər görmək istəməz, MTKya torpaq sahəsi ayrılıb. Cavabdehlər istəsə sərəncamı mübahisələndirə bilər. Əgər binada 90 nəfər olsa, 80 nəfər razı olsa bina yenidən tikilə bilər. Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib onları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir İclasda tədqiq edilmiş və iş materiallarına əlavə edilmiş: - Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli 208 saylı Sərəncamının surətindən görünür ki, İddiaçı MTK-nın xx.xx.2021-ci il tarixli, 56 nömrəli müraciəti, Nizami Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli, 11- 13/115 nömrəli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X8 Agentliyinin xx.xx.2021-ci il tarixli, 22/589 nömrəli, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2021-ci il tarixli, XO-xx-xx-2021-03827 nömrəli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli, **********74 nömrəli razılıq məktubları və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə nəzarət Dövlət Agentliyinin xx.xx.2021-ci il tarixli, xx/xx-04933 nömrəli məktubu ilə təqdim edilmiş “Azkommunlayihə” KLİ-nin texniki rəyi nəzərə alınaraq, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin və Azərbaycan Respublikasının mülki və torpaq qanunvericiliyinin tələbləri rəhbər tutularaq Bakı şəhəri, Nizami rayonu, A.Manafov, K.Balakişiyev və M.S.Ordubadi küçələrinin kəsişməsindəki 2440-cı məhəllə ünvanında yerləşən torpaq sahəsi yeni yaşayış kompleksinin tikintisi üçün İddiaçı MTK-nın icarə əsasında istifadəsinə verilmişdir. - xx.xx.2021-ci il tarixli, 1664 saylı torpaq icarə müqaviləsinin surətindən görünür ki, icarəverən Bakı şəhər İcra Hakimiyyəti Bakı şəhəri, Nizami rayonu, A.Manafov, K.Balakişiyev və M.S.Ordubadi küçələrinin kəsişməsindəki 2440-cı məhəllə ünvanında yerləşən sahəsi 23800 kv.m olan torpaq sahəsini 49 il müddətinə icarəçi İddiaçı MTK-ya icarəyə vermişdir. Həmin müqavilənin 7.4-cü bəndinə görə icarəçi hər il həmin torpaq sahəsinə görə 57919,68 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. - Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2022-ci il tarixli Tİ-120/22 saylı obyektin tikintisinə icazənin təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, A.Manafov, K.Balakişiyev və M.S.Ordubadi küçələrinin kəsişməsindəki 2440-cı məhəllə ünvanında yerləşən torpaq sahəsinin koordinatları təsdiq edilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi Bakı şəhəri, Nizami rayonu, A.Manafov, K.Balakişiyev və M.S.Ordubadi küçələrinin kəsişməsindəki 2440-cı məhəllədə yerləşən yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid ərazidən, yaşayış kompleksinin inşası məqsədilə İddiaçı MTK-ya ayrılması nəzərdə tutulan 2,38 ha torpaq sahəsinin yerquruluşu planından görünür ki, Bakı şəhəri, Nizami rayonu, M.S.Ordubadi küçəsi də həmin planda mövcuddur. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, ümumi sahəsi 98.3 kv.metr olan Bakı şəhəri, Nizami rayonu, ünvan 2 ünvanı xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 oğlunun adına qeydə alınmışdır. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2008-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, ümumi sahəsi 66,5 kv.metr, 48 kv.m yaşayış sahəsindən ibarət olan Bakı şəhəri, Nizami rayonu, ünvan 3 ünvanı tam mülkiyyət hüququ üzrə Cavabdeh3 Adışırin oğlunun adına qeydə alınmışdır. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2007-ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, ümumi sahəsi 102.7 kv.metr, 72.2 kv.m yaşayış sahəsindən ibarət olan Bakı şəhəri, Nizami rayonu, ünvan 4 ünvanı tam mülkiyyət hüququ üzrə Cavabdeh4 adına qeydə alınmışdır. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2008-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, ümumi sahəsi 65,7 kv.metr, 51.8 kv.m sahəsi yaşayış sahəsindən ibarət olan Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanı tam mülkiyyət hüququ üzrə X6 adına qeydə alınmışdır. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2008-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, ümumi sahəsi 93.6 kv.metr, 63.8 kv.m sahəsi yaşayış sahəsindən ibarət olan Bakı şəhəri, Nizami rayonu, ünvan 5 ünvanı xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh8 adına qeydə alınmışdır. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2007-ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, ümumi sahəsi 66,5 kv.metr, 26.7 kv.m hissəsi yaşayış sahəsindən ibarət olan Bakı şəhəri, Nizami rayonu, ünvan 6 ünvanı tam mülkiyyət hüququ üzrə Cavabdeh5 adına qeydə alınmışdır. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, ümumi sahəsi 87.0 kv.metr olan Bakı şəhəri, Nizami rayonu, ünvan 7 ünvanı xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh6 adına qeydə alınmışdır. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2007-ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, ümumi sahəsi 62,5 kv.metr 47,5 kv.m sahəsi yaşayış sahəsindən ibarət olan Bakı şəhəri, Nizami rayonu, ünvan 8 ünvanı xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına qeydə alınmışdır. - Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin İddiaçı MTKya ünvanladığı 174 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, ünvan 10 ünvanda 0, 1536 ha torpaq sahəsində yerləşən yaşayış sahələri mənzil olaraq ünvan 11 Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfatı Birliyinin balansında olublar, bu günədək balansdan çıxarılmayıblar. Həmin mənzillər fərdi yaşayış evləri kimi qeydiyyatdan keçmirlər, pərakəndə olaraq inşa olunublar. Sonradan sakinlər tərəfindən mənzil kimi də özəlləşdiriliblər. Qeyd edilən mənzillərin sakinləri öz mənzillərinin ətrafında torpaq sahələrini qanunsuz zəbt edərək özbaşına tikililər inşa ediblər. Bu səbəbdən da həmin özbaşına tikililər ünvan 11 Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfatı Birliyinin balansında deyil və səlahiyyətli orqanlar tərəfindən qeydə alınmamışdır. Həmçinin Bakı şəhəri icra Hakimiyyəti və "xxxx" MTK arasında bağlanmış 1664 №, xx.xx.2021-ci il tarixli Torpaq icarə Müqaviləsinə əsasən Bakı şəhəri, Nizami rayon, A.Manafov, K.Balakişiyev və M.S.Ordubadi küçələrinin kəsişməsindəki 2440-cı məhəllə ünvanındakı torpaq (0.1536 ha torpaq) sahəsi MTK-nın istifadəsinə verilib. "xxxx" MTK həmin vaxtdan qeyd edilən məhəllə üzrə torpaq sahəsinə görə icarə haqqı ödəyir. Sovetlər birliyi zamanında həmin ərazidə Lampa Zavodunun yataqxana binası və bağçası olmuş, Lampa Zavodunun işçiləri yataqxana binasında məskunlaşmışdır. Sonradan Zavodun işçiləri həm yataqxana, həm də bağçada məskunlaşıb. Daha sonra həmin sakinlər həmin ərazidə yerləşən boş torpaq sahələrini zəbt edərək müxtəlif tikililər və fərdi yaşayış evləri inşa ediblər. Həmin tikililərə və sahələrə orderlər əsasında özəlləşdirilmə sənədləri verilsə də həmin tikili və sahələr mənzil kimi qeydə alınıb. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. 13-cü maddəsinin İ və İİİ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər; 43-cü maddəsinin İİ hissəsinə əsasən dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına dair xx.xx.1952-ci il Əlavə protokolunun tələblərinə əsasən: 1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. “İnsan hüquqlarının və əsas azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz əmlakından maneə olmadan istifadə etmək hüququna malikdir. Cəmiyyətin mənafelərinə beynəlxalq hüququn qanunları və ümumi prinsiplərinə nəzərdə tutulmuş şərtlərdən başqa, heç kəs öz əmlakından məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kozacıoğlu Türkiyəyə qarşı” iş üzrə xx.xx.2009-cu il tarixli Qərarının 64-cü bəndində göstərilmişdir ki, müvafiq milli qanunvericiliyə əsasən kompensasiya şərtləri mübahisələndirilən tədbirin zəruri ədalətli balans yaratdığını və xüsusilə də, ərizəçinin üzərinə həddindən artıq yük qoyub qoymadığı qiymətləndirmək üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar olaraq, məhkəmə bundan öncə qət etmişdir ki, mülkiyyətin onun dəyərinə uyğun məbləğ ödənilmədən müsadirə olunması, bir qayda olaraq, qeyri-mütənasib müdaxilədir. Lakin, 1 saylı Protokolun 1-ci maddəsi bütün hallarda tam kompensasiya hüququna zəmanət vermir. Qanuni “ictimai maraq” məqsədlərini özgəninkiləşdirilən əmlakın tam bazar dəyərinin ödənilməsindən daha az əhəmiyyətli hesab etmək olar. Həmin Qərarın 65-ci bəndində müəyyən edilmişdir ki, bu halda, müdaxilənin qanunilik tələbinə cavab verdiyi və özbaşına olmadığının artıq müəyyən edilməsi faktını nəzərə alaraq, tam kompensasiyanın ödənilməməsi, eo ipso (bununla) ərizəçinin əmlakının alınmasını, xüsusilə də bu tədbirin ölkənin mədəni irsinin mühafizəsi proqramı kontekstndə həyata keçirildiyini nəzərə alaraq, qanunazidd etmir. Buna görə də, bu halda ərizəçiyə kompensasiyanın ödənməsi üçün milli hakimiyyət orqanlarının əsaslandığı meyar və mexanizmlərin zəruri ədalətli tarazlığı pozub pozmadığı və ərizəçi üçün qeyrimütənasib və həddindən artıq yük yaradıb yaratmadığını müəyyən etmək qalır. Məhkəmə qeyd edir ki, İddiaçı MTK Bakı şəhəri, Nizami rayonu ərazisində apardığı tikinti işlərini Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2021-ci il tarixli 208 saylı sərəncamına uyğun olaraq mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə tikinti şirkətlərini tərəfindən öz vəsaitləri hesabına inşa ediləcək çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsi ilə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə və dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasına uyun olaraq həyata keçirir. Məhkəmə bu zaman xüsusilə bildirir ki, Sərəncamı icra edən İddiaçı MTK tərəfindən cavabdehlərin mülkiyyət hüququ tanınır, qorunur, onlar tərəfindən cavabdehlərin mülkiyyət hüququnun pozuntusu hallarına yol verilməmişdir, cavabdehlərə mülkiyyətlərində olan əmlakın müqabilində ədalətli təkliflər edilir. Bu isə, cavabdehlərin öz mülkiyyətlərində olan yaşayış sahələrindən qanunsuz və əsassız olaraq çıxarılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Cavabdehlərin əksəriyyəti tərəfindən də məhkəmə prosesi zamanı mənzilinin sökülərək əvəzinə yeni tikiləcək müasir binada tam təmirli yeni mənzilin verilməsinə etiraz edilməmiş, lakin veriləcək mənzilin sahəsində mübahisələrinin olması bildirilmişdir. Məhkəmə cavabdehlər Cavabdeh1 oğlunun, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 vəkili və nümayəndəsi Vəkil2 torpaq sahəsi ilə cavabdehlərin mülkiyyətində olan fərdi yaşayış yerləri ilə üst-üstə düşməsinin müəyyən edilməsi barədə tikinti-texniki ekspertiza təyin edilməsi və yerli baxış keçirilməsi barədə vəsatətinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi Bakı şəhəri, Nizami rayonu, A.Manafov, K.Balakişiyev və M.S.Ordubadi küçələrinin kəsişməsindəki 2440-cı məhəllədə yerləşən yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid ərazidən, yaşayış kompleksinin inşası məqsədilə İddiaçı MTK-ya ayrılması nəzərdə tutulan 2,38 ha torpaq sahəsinin yerquruluşu planından görünür ki, Bakı şəhəri, Nizami rayonu, M.S.Ordubadi küçəsi də həmin planda mövcuddur. Eyni zamanda, məhkəmə tərəfindən Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinə Bakı şəhəri, Nizami rayonu, A.Manafov, K.Balakişiyev və M.S.Ordubadi küçələrinin kəsişməsindəki 2440-cı məhəllədə yerləşən Ordubadi 7 ünvanında olan yaşayış sahələrinin Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 208 saylı sərəncama əsasən Orbita MTK-ya ayrılmış torpaq sahəsinin ərazisinə düşüb-düşməməsi barədə məlumatların (müvafiq sənədlər əlavə edilməklə) təqdim edilməsi barədə sorğular göndərilmiş, komitə tərəfindən bildirilmişdir ki, “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 176 nömrəli Fərmanına əsasən torpaq sahələrinin ayrılması müvafiq icra hakimiyyəti orqanları Bakı şəhərinin inzibati ərazisində Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilir. Hansı ki, Bakı şəhəri, Nizami rayonu, A.Manafov, K.Balakişiyev və M.S.Ordubadi küçələrinin kəsişməsindəki 2440-cı məhəllə ünvanında yerləşən torpaq sahəsi yeni yaşayış kompleksinin tikintisi üçün İddiaçı MTK-nın icarə əsasında istifadəsinə verilməsi Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli 208 saylı Sərəncamı əsasında həyata keçirilmişdir. Həmin sərəncamda isə İddiaçı MTK-nın xx.xx.2021-ci il tarixli, 56 nömrəli müraciəti, Nizami Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli, 11-13/115 nömrəli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X8 Agentliyinin xx.xx.2021ci il tarixli, 22/589 nömrəli, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2021-ci il tarixli, XO-xx-xx-2021-03827 nömrəli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli, **********74 nömrəli razılıq məktubları və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə nəzarət Dövlət Agentliyinin xx.xx.2021-ci il tarixli, xx/xx-04933 nömrəli məktubu ilə təqdim edilmiş “Azkommunlayihə” KLİ-nin texniki rəyi nəzərə alınaraq, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin və Azərbaycan Respublikasının mülki və torpaq qanunvericiliyinin tələbləri rəhbər tutulmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, vəsatətlər əsassız olduğundan təmin edilməməlidir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, cavabdehlərin yaşayış üçün yararsız, insan həyatı üçün təhlükəli vəziyyətdə olan mənzillərdən və tikililərdən çıxarılması ilk növbədə orada yaşayanlar üçün həyati vacib məsələdir. Belə ki, cavabdehlərin texniki vəziyyəti qeyri-qənaətbəxş olan, istismara yararsız və qüvvədə olan tikinti normalarının tələblərinə cavab verməyən binada yaşaması gələcəkdə məhz cavabdehlər üçün arzuolunmaz nəticələrin meydana çıxmasına və ya bədbəxt hadisələrin baş verməsinə zəmin yaratmış olacaqdır. Hansı ki, binanın yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında cavabdehlərə mənzillərinin, özbaşına tikililərinin ölçüsünə ağlabatan ölçüdə əlavə sahələri olan yeni mənzillər verilməklə, habelə yeni çoxmərtəbəli yaşayış binası tikilənədək onlarla birlikdə yaşayan ailə üzvlərinin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilmələri üçün 450 manat məbləğində kirayə haqqı ödənilməsi öhdəliyini İddiaçı MTK öz üzərinə götürür. İddiaçı MTK-nın irəli sürdüyü təklifdən də görünür ki, təkliflər günün tələblərindən də artıqdır və kifayət qədər ədalətli və ağlabatandır, təkliflərin icrasının dərhal həyata keçirilməsinə Sərəncamın icrasını həyata keçirmək vəzifəsini daşıyan MTK tərəfindən hər hansı maneə yoxdur. İddiaçı tərəfindən vaxtında öz üzərinə qoyulmuş öhdəliklərin icra edilməməsi həmin evdə yaşayan digər sakinlərin də hüquqlarının vaxtında reallaşmasına maneə yarada bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir; 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir; 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Göründüyü kimi, tikinti işlərini aparan iddiaçı tərəfindən cavabdehlərə edilən həmin təkliflər, Sərəncamla İddiaçı MTK-nın üzərinə qoyulmuş vəzifənin həyata keçirilməsindən irəli gələn addımdır və MTK bu vəzifəsini yerinə yetirməkdən imtina etmir, əksinə, iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsinədək və hazırkı iş üzrə iddia ərizəsinin verilməsindən sonra hal-hazıradək olan müddətdə mübahisənin məhkəmədən kənar həlli üçün yetərincə hərəkətlər etmiş, cavabdehlərə əlverişli təkliflər etmişdir. Bundan başqa, məhkəmə tərəfindən də mübahisənin məhkəmədən kənar həlli üçün tərəflərə müvafiq şərait yaradılmış, tərəflərin barışması üçün tədbirlər görülmüşdür. Ərazidə yaşayan çoxsaylı ailələrdən fərqli olaraq hazırkı cavabdehlər onlara məxsus olan mənzillərə iddiaçının təklif etdiyi cavabdehlərin sahələrinə uyğun əlavə yaşayış sahələrindən daha çox sahə tələb edirlər. Bu hal cavabdehlərin hüquqdan sui-istifadə etməsi kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlərin qeyd edilən hərəkətləri məhz hüquqdan sui-istifadədir, cavabdehlər İddiaçı MTK tərəfindən tanınan və qorunan mülkiyyət hüquqlarından sözügedən Sərəncamı icra edən iddiaçıya ziyan vuran şəkildə sui-istifadə edirlər ki, onun bu hüquqdan sui-istifadələrinə yol verilməməli, bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən Qərarında müəyyən edilmiş müddəalar da rəhbər tutulmalıdır. Bununla yanaşı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin digər işlər üzrə gəldiyi hüquqi mövqeyindən irəli gələrək diqqətə çatdırılmalıdır ki, mülkiyyətçiyə istismar müddətini bitirmiş, texniki vəziyyətinə görə yolverilməz hesab edilən yaşayış sahəsinin əvəzinə ona daha üstün şəraitli, təmirli yeni tikilmiş və bütün kommunikasiya ilə təchiz edilmiş yaşayış sahəsinin verilməsi heç də onun mülkiyyət hüququna müdaxilə kimi qəbul edilməməli və qiymətləndirilməməlidir. Məhkəmə qeyd edir ki, əmlakdan maneəsiz istifadəyə müdaxilə cəmiyyətin ümumi maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa uyğun olmalı (Sporronq və Lonnrot İsveçə qarşı iş), kompensasiya şərtlərinin ədalətli balans yaradıb yaratmadığı və ərizəçinin üzərinə qeyri-mütənasib yük qoyub-qoymadığı müvafiq qanunvericiliyə uyğun olaraq qiymətləndirilməlidir (Papachelas Yunanıstana qarşı iş). Konvensiya tələblərinə uyğun olmaq üçün kompensasiya iki şərtə cavab verməlidir; birincisi, onun dəyəri mülkiyyətin qiymətinə mütənasib (proporsional) olmalıdır; ikincisi o, ağlabatan müddətdə ödənilməlidir (Scordino İtaliyaya qarşı iş). Hazırki işdə, tikiləcək çoxmərtəbəli yaşayış binasından veriləcək mənzillərin dəyərinin bazar qiymətinə uyğun olmadığı qənaətinə gəlmək üçün məhkəmə hər hansı əsas müəyyən etməmişdir. Şəhərsalmanın planlaşdırılması, eləcə də digər şəxslərin hüquq və azadlıqlarını müəyyən etmək baxımından dövlətin geniş qiymətləndirmə səlahiyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təklif edilən şərtlə cavabdehlərin mülkiyyətinə həyata keçiriləcək müdaxilə mütənasib hesab olunmalıdır (Papachelas Yunanıstana qarşı iş). Qeyd olunanlar ilə yanaşı, məhkəmə qarşı tərəflərin iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə tanış olması üçün vaxt istəməsi, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin məhkəmə baxışına qədər verilməli olması dəlili ilə bağlı bildirir ki, hazırda iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə əvvəlcədən xx.xx.2023-cü il tarixdə elektron kabinetə yerləşdirildiyindən, ərizənin məzmunu ayrı-ayrılıqda izah edildiyindən və həmin ərizə ilə iddiaçı tərəfindən əvvəlki ərizəyə münasibətdə cavabdehlərə verilən yaşayış sahələrinin ölçüsü artırıldığından, bu hal cavabdehlərin mənafeyinə zidd olmadığından onların həmin müraciəti təmin edilməlidir. Həmçinin, bunun üçün məhkəmə iclasının təxirə salınması işin uzadılmasına və qarşı tərəfin hüquqlarının əsassız pozulmasına gətirib çıxaracaqdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı MTK-nın cavabdehlər Cavabdeh1 oğluna, Cavabdeh2, Cavabdeh3 Adışırin oğluna, Cavabdeh4, Cavabdeh8, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 qarşı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhər Nizami Rayon İcra Hakimiyyəti cəlb edilməklə “mənzillərin və tikililərin sökülməsi, yeni təmirli mənzillərin verilməsi, kirayə haqqının ödənilməsi, mənzillərdən və tikililərdən çıxarılma” barədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərinə aid olan iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ona aid edilməlifir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 238- 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edisin. Cavabdeh1 oğluna ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, ünvan 10 ünvanında yerləşən binadakı 98,3 kv.m sahəsi olan üçotaqlı 7 saylı mənzilinin sökülərək əvəzində İddiaçı MTK-nın Bakı şəhəri, Nizami rayonu, A.Manafov, K.Balakişiyev və M.S.Ordubadi küçələrinin kəsişməsindəki 2440 saylı məhəllədə yeni inşa etdiyi binada 126,07 kv.m sahəsi olan dördotaqlı təmirli mənzil verilsin, yeni mənzil tikilib təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə ona hər ay 450 manat kirayə haqqının ödənilməklə həmin mənzildən çıxarılsın. Cavabdeh2 ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, ünvan 10 ünvanında yerləşən binadakı 62,5 kv.m sahəsi olan üçotaqlı 8 saylı mənzilinin və özbaşına tikilinin sökülərək əvəzində İddiaçı MTK-nın Bakı şəhəri, Nizami rayonu, A.Manafov, K.Balakişiyev və M.S.Ordubadi küçələrinin kəsişməsindəki 2440 saylı məhəllədə yeni inşa etdiyi binada 126,07 kv.m sahəsi olan dördotaqlı təmirli mənzil verilsin, yeni mənzil tikilib təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə ona hər ay 450 manat kirayə haqqının ödənilməklə həmin mənzildən çıxarılsın. Cavabdeh3 ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, ünvan 10 ünvanında yerləşən binadakı 66,5 kv.m sahəsi olan üçotaqlı 9 saylı mənzilinin və özbaşına tikilinin sökülərək əvəzində İddiaçı MTK-nın Bakı şəhəri, Nizami rayonu, A.Manafov, K.Balakişiyev və M.S.Ordubadi küçələrinin kəsişməsindəki 2440 saylı məhəllədə yeni inşa etdiyi binada 98,43 kv.m sahəsi olan üçotaqlı təmirli mənzil verilsin, yeni mənzil tikilib təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə ona hər ay 450 manat kirayə haqqının ödənilməklə həmin mənzildən çıxarılsın. Cavabdeh4 ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, ünvan 10 ünvanında yerləşən binadakı 102,7 kv.m sahəsi olan dördotaqlı 10 saylı mənzilinin və özbaşına tikilinin sökülərək əvəzində İddiaçı MTK-nın Bakı şəhəri, Nizami rayonu, A.Manafov, K.Balakişiyev və M.S.Ordubadi küçələrinin kəsişməsindəki 2440 saylı məhəllədə yeni inşa etdiyi binada 126,07 kv.m sahəsi olan dördotaqlı təmirli mənzil verilsin, yeni mənzil tikilib təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə ona hər ay 450 manat kirayə haqqının ödənilməklə həmin mənzildən çıxarılsın. Cavabdeh8 ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, ünvan 10 ünvanında yerləşən binadakı 93,6 kv.m sahəsi olan dördotaqlı 19 saylı mənzilinin və özbaşına tikilinin sökülərək əvəzində İddiaçı MTK-nın Bakı şəhəri, Nizami rayonu, A.Manafov, K.Balakişiyev və M.S.Ordubadi küçələrinin kəsişməsindəki 2440 saylı məhəllədə yeni inşa etdiyi binada 86,32 kv.m sahəsi olan üçotaqlı təmirli və 86,32 kv.m olan üçotaqlı təmirsiz mənzil verilsin, yeni mənzil tikilib təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə ona hər ay 450 manat kirayə haqqının ödənilməklə həmin mənzildən çıxarılsın. Cavabdeh7 ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, ünvan 10 ünvanında yerləşən binadakı 65,7 kv.m sahəsi olan üçotaqlı 30 saylı mənzilinin və özbaşına tikilinin sökülərək əvəzində İddiaçı MTK-nın Bakı şəhəri, Nizami rayonu, A.Manafov, K.Balakişiyev və M.S.Ordubadi küçələrinin kəsişməsindəki 2440 saylı məhəllədə yeni inşa etdiyi binada 98,43 kv.m sahəsi olan üçotaqlı təmirli mənzil verilsin, yeni mənzil tikilib təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə ona hər ay 450 manat kirayə haqqının ödənilməklə həmin mənzildən çıxarılsın. Cavabdeh5 ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, ünvan 10 ünvanında yerləşən binadakı 66,5 kv.m sahəsi olan ikiotaqlı 32 saylı mənzilinin və özbaşına tikilinin sökülərək əvəzində İddiaçı MTK-nın Bakı şəhəri, Nizami rayonu, A.Manafov, K.Balakişiyev və M.S.Ordubadi küçələrinin kəsişməsindəki 2440 saylı məhəllədə yeni inşa etdiyi binada 86,32 kv.m sahəsi olan üçotaqlı təmirli mənzil verilsin, yeni mənzil tikilib təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə ona hər ay 450 manat kirayə haqqının ödənilməklə həmin mənzildən çıxarılsın. Cavabdeh6 ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, ünvan 10 ünvanında yerləşən binadakı 87,0 kv.m sahəsi olan üçotaqlı 33 saylı mənzilinin və özbaşına tikilinin sökülərək əvəzində İddiaçı MTK-nın Bakı şəhəri, Nizami rayonu, A.Manafov, K.Balakişiyev və M.S.Ordubadi küçələrinin kəsişməsindəki 2440 saylı məhəllədə yeni inşa etdiyi binada 98,43 kv.m sahəsi olan üçotaqlı təmirli mənzil verilsin, yeni mənzil tikilib təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə ona hər ay 450 manat kirayə haqqının ödənilməklə həmin mənzildən çıxarılsın. İddiaçı MTK tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ona aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edin: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar