Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-1347/2024 07.03.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, İddiaçı cavabdeh "xxxx" MMC-nin rəhbəri Cavabdeh qarşı “əmək müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh "xxxx" MMC-nin rəhbəri Cavabdeh qarşı “əmək müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı "xxxx" MMC-də bağban vəzifəsinə işə qəbul edilmişdir. Yəni hazırkı iddiaçı üzrə iddiaçıya cavab verməli olan şəxs işəgötürən şəxs kimi "xxxx" MMC olmalıdır. Elektron məhkəmə informasiya sisteminin Vergi ödəyicilərinin məlumatları səhifəsindən götürülmüş çıxarışdan (VÖEN **********) görünür ki, hüquqi şəxs "xxxx" MMC-nin hüquqi ünvanı “AZ6300, Zərdab rayonu, M.Xəlilov küçəsi, ev 2”-dir. Həmçinin, Cavabdeh qeydiyyat ünvanı Abşeron rayonu, Xırdalan şəhəri, X1 küçəsidir. Belə olan halda, hazırkı tələbə ərazi aidiyyətinə görə Bakı şəhəri Nizami Rayon Məhkəməsində baxılmalı deyil. Azərbaycan Respublikası MPM-nin 152.1 və 152.1.3-cü maddələrinə görə əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmalıdır. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" MMC-nin rəhbəri Cavabdeh qarşı “əmək müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh "xxxx" MMC-nin rəhbəri Cavabdeh qarşı “əmək müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardadda göstərilən nöqsanı aradan qaldırdıqdan sonra ümumi qaydada aidiyyəti məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah olunsun. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-1347/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-1347/2024
07.03.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver