Məhkəmə qərarları › İş №2(007)-1351/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1351/2022

15.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1351/2022 15.07.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “atalıq faktının müəyyən olunması” haqqında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “atalıq faktının müəyyən olunması” haqqında ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1966-cı ildə Bakı şəhərində anadan olmuşdur. X3, atası isə X4 olmuşdur. Atası ilə anası rəsmi nikahda olmamışlar. Buna baxmayaraq, atası X4 ilə anası daima birlikdə yaşamışlar. Anası 03 oktyabr 1981-ci il tarixində vəfat etmişdir. Anası ilə atasının faktiki ailə münasibətlərindən 4 uşaqları anadan olmuşdur. Hüquqi savadsızlığından dolayı atası atalığın etiraf olunması barədə qeydiyyat şöbəsinə ərizə verməmişdir. Ərizəsi olmadığından onun doğum haqqında şəhadətnaməsini alarkən soyadı kimi anasının soyadı qeyd olunmuşdur. Ata adı kimi isə Alay yazılmışdır. Atası 05 sentyabr 2021-ci ildə vəfat etmişdir. X2 onun atası olduğunu bir çox sübutlar təsdiq edir. Bunu bütün qohumları da təsdiq edə bilərlər. Buna görə də, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X2 xx xxxx 1966-cı il tarixində anadan olmuş Ərizəçi atası olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, XX.XX.1939-cu ildə Füzuli rayonunun Saracı kəndinə anadan olmuş, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X2 xx.xx.1966-cı il tarixində anadan olmuş Ərizəçi atası olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa, məhkəmə baxışı zamanı Ərizəçi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 05 sentyabr 2021-ci il tarixdə Bakı şəhərində vəfat etmiş X2 xx xxxx 1966-cı il təvəllüdlü Ərizəçi atası olması barədə hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi, xx xxxx 1966-cı il təvəllüdlü Ərizəçi doğum haqqında şəhadətnaməsində ata adı qrafasında X4 yazılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadə verərək göstərdi ki, ərizəçinin atası X6 onun əmisidir. Əmisi arvadı ilə birlikdə yaşamış, Ərizəçi da onlarla birlikdə yaşamışdır. Belə ki, əvvəlcə Rafikin anası rəhmətə getmiş, sonra isə atası rəhmətə getmişdir. Alay Rafikin atasıdır və keçən il rəhmətə gedib. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadə verərək göstərdi ki, ərizəçi 1967-ci ildən onun qonşudur. Rafik mərhum atası Alay Süleymanov ilə yaşayırdı. Daha sonra Rafikin atası rəhmətə getmişdir. Rafikin bacıları da olmuşdur. Alay Süleymanov rəhmətə gedən zaman təxminən 80 yaşı olardı. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1966-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. ünvan 1 ünvanında qeydiyyatdadır. - AZ seriyalı, ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1966-cı ildə doğulmuşdur. X1r. - Bakı Şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2022-ci il tarixli, 05/Q-27/69 saylı arayışından görünür ki, xx.xx.1966-cı ildə Bakı Şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsinin doğum haqqında akt qeydləri kitabında Ərizəçi doğumu 634 nömrə ilə qeyd edilmişdir. Doğum tarixi xx.xx.1966-cı il. X3 qeyd edilmiş, valideynlər arasında nikah olmadığına görə doğum haqqında akt qeydində uşağın atası haqqında məlumat (adı Alay) ananın deməsinə əsasən yazılmışdır. - Maraqlı şəxs tərəfindən verilmiş AZ-İİ seriyalı, 186935 saylı xx.xx.2021-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2021-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 1250 nömrə ilə qeyd edilmişdir. - Maraqlı şəxs xx.xx.2022-ci il tarixli, 05Q-496/15 saylı məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının” atalığın müəyyən edilməsinin qeydə alınmasının 6.6-cı bəndinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, habelə uşaq yetkinlik yaşına çatdıqda qeydiyyat şöbəsi atalığın müəyyən edilməsini uşağın valideynlərindən birinin, uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi ilə məhkəmə qaydasında müəyyən edildikdən sonra məhkəmə qətnaməsinə əsasən qeyd olunur. Bununla əlaqədar məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Məhkəmə iclasında müəyyən olundu ki, ərizəçinin mərhum atası X4 ilə mərhum X3 qeyri-rəsmi olaraq ailə qurmuşlar. Ərizəçi xx.xx.1966-cı il tarixdə anadan olmuşdur. Lakin həmin vaxt valideynlərinin nikahı faktiki xarakter daşımış, rəsmi qeyd edilməmişdir. Bu səbəbdən də ərizəçinin atalığı müəyyən olunmamış və ona verilən doğum haqqında şəhadətnamədə ata qrafası boş saxlanmışdır. Anasının deməsinə görə Qeydiyyat Şöbəsi tərəfindən ata adı Alay qeyd olunmuşdur. X3 xx.xx.1981-ci ildə, atası X4 isə xx.xx.2021-ci ildə vəfat etmişdir. Hazırda atalıq faktının təsdiqi ona sənədləşmə işləri üçün lazımdır. Ərizəçi bununla bağlı qeydiyyat şöbəsinə müraciət etmiş, onun valideynləri vəfat etdiyindən atalığının Qeydiyyat Şöbəsində müəyyən edilməsi mümkün olmamışdır. Ərizəçinin atasının mərhum X4 olması faktı şahid ifadələri ilə də öz təsdiqini tapır. Odur ki ərizəçi bununla əlaqədar haqlı olaraq məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 45.1-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. 45.2-ci maddəsinə əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. 48-ci maddəsinə əsasən bu Məcəllənin 44-45-ci maddələri ilə nəzərdə tutulmuş qaydada atalıq müəyyən olunduqda, uşaqlar valideynlərinə və onların qohumlarına münasibətdə, öz aralarında nikahda olan valideynlərin uşaqlarının malik olduqları hüquq və vəzifələri daşıyırlar. 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Hazırkı halda müəyyən edildi ki, xx.xx.1966-cı il təvəllüdlü Ərizəçi valideynləri X4 və X9 öldüyündən, atalığın müəyyən edilməsi üçün ərizəçi məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, hüquqi əhəmiyyəti olan fakt təsdiq edilir, ona görə həmin ərizə təmin edilməli, 05 sentyabr 2021-ci il tarixdə Bakı şəhərində vəfat etmiş X2 xx xxxx 1966-cı il təvəllüdlü Ərizəçi atası olması barədə hüquqi əhəmiyyətli olan fakt müəyyən edilməli, xx xxxx 1966-cı il təvəllüdlü Ərizəçi doğum haqqında şəhadətnaməsində ata adı qrafasında X4 yazılmalıdır. Hazırkı qətnamə qeyd edilən vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının aparılaraq doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə bununla bağlı hesab edir ki, məhkəmə xərcləri ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 05 sentyabr 2021-ci il tarixdə Bakı şəhərində vəfat etmiş X2 xx xxxx 1966-cı il təvəllüdlü Ərizəçi atası olması barədə hüquqi əhəmiyyətli olan fakt müəyyən edilsin. xx xxxx 1966-cı il təvəllüdlü Ərizəçi doğum haqqında şəhadətnaməsində ata adı qrafasında X4 yazılsın. Hazırkı qətnamə qeyd edilən vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının aparılaraq doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar