Məhkəmə qərarları › İş №2(007)-1355/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1355/2025

04.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1355/2025 04.06.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “pul”) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Tələb:

1. İddiaçı Cavabdehnə qarşı “müqavilənin ləğv edilməsi və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 2500 manat və ödənilmiş 45 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh “Saray Group'' MMC arasında xx.xx.2024-cü il tarixdə “Vasitəçilik xidmətlərinin göstərilməsi haqqında” 180532 saylı müqavilə bağlanılmışdır. Müqavilə şərtlərinə uyğun olaraq (1.1-ci bənd) Sifarişçi Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondundan ******* (yüz. min) manat Dövlət İpoteka kreditinin ayrılması xidmətinin göstərilməsini sifariş verib İcraçıya 4500 manat xidmət haqqı ödəməyi İcraçı isə Sifarişçinin müəyyən etdiyi qaydada e.gov.az hökümət portalından Dövlət İpoteka kreditinin ayrılması xidməti (bundan sonra "Xidmət") göstərməyi öhdəsinə götürür. 1.2-ci bəndi üzrə Sözügedən xidmət haqqı yəni 4500 manat müqavilə bağlanan andan "Sifarişçi" tərəfindən İcraçıya ödənilir. Göründüyü kimi cavabdehlə aralarında bağlanmış müqavilə üzrə qarşılıqlı öhdəlikləri yerinə yetirəcəklərinə dair qarşılıqlı razılığa gələrək və müqaviləyə uyğun olaraq 4500 manat tərəfindən icraçıya ödənilmişdir. Buna baxmayaraq müqavilənin 3.2-ci bəndinə uyğun olaraq icraçı müqavilədə nəzərdə tutulan xidmət 1 ay müddətində həyata keçirilməsi qeyd olunsa da icraçı üzərinə düşən öhdəlikləri yerinə yetirilməmişdir. Cavabdehə müqavilə üzrə nəzərdə tutulan xidmətlərin yerinə yetirilməsi və ya icra edilməməsi təqdirdə ödənilmiş pulun qeri qaytarılması bildirilsə də nəticədə cavabeh üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və pul vəsaitinin 2000 manatını qeri qaytarmqla qalan pulun ödənilməsini bu günə kimi həyala keçirməmişdir. Göründüyü kimi Cavabdeh MMC ilə "Vasitəçilik xidmətlərinin göstərilməsi haqqında” 180532 saylı Müqavilə bağlanılmış cavabdehə həmin xidmətlərin göstərilməsi üçün ödənilmiş 4500 AZN xidmət haqqı məbləğindən 2000 AZN geri qaytarmış və dəfələrlə qalıq pul məbləğinin qaytarılması barədə məlumat verilməsinə baxmayaraq əsassız bəhanələrə boyun qaçırırır. Bununla da aşağıda göstərilən qanunu tələblərinə uyğun olaraq ödənilmiş pul vəsaiti qeri qaytarılmalıdır. Göründüyü kimi “Saray Group" MMC ilə "Vasitəçilik xidmətlərinin göstərilməsi haqqında" 180532 saylı Müqavilə bağlanılmış cavabdehə həmin xidmətlərin göstərilməsi üçün ödənilmiş 4500 AZN xidmət haqqı məbləğindən 2000 AZN geri qaytarmış, qalıq 2500 manat pulun qaytarılması barədə qətnamə qəbul edilməlidir.

Tərəflərin izahatları:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.

4. Cavabdehnə məhkəmə baxış iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

6. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları:

7. 17.01.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 45 manat dövlət rüsumu ödəmişdir.

8. İddiaçı Cavabdehnə ünvanlandığı xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, cavabdeh 10 gün ərzində xx.xx.2024-cü il tarixli müqavilənin şərtlərinin könüllü icra edilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir.

9. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 08 may 2024-cü il tarixli 180532 nömrəli müqavilədən görünür ki, “Sifarişçi Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondundan ******* (yüz. min) manat Dövlət İpoteka kreditinin ayrılması xidmətinin göstərilməsini sifariş verib İcraçıya 4500 manat xidmət haqqı ödəməyi İcraçı isə Sifarişçinin müəyyən etdiyi qaydada e.gov.az hökümət portalından Dövlət İpoteka kreditinin ayrılması xidməti (bundan sonra "Xidmət") göstərməyi öhdəsinə götürür. 1.2-ci bəndi üzrə Sözügedən xidmət haqqı yəni 4500 manat müqavilə bağlanan andan "Sifarişçi" tərəfindən İcraçıya ödənilir. Müqavilənin 3.1-ci bəndinə əsasən Bu Müqavilə imzalandığı gündən qüvvəyə minir və tərəflərin öz öhdəliklərini tam yerinə yetirdikdən sonra qüvvəsini itirir. 3.2-ci bəndinə əsasən “İcraçı” bu Müqavilədə nəzərdə tutulan xidməti 1 ay müddətində həyata keçirilməlidir. 4.1-ci bəndinə əsasən “İcraçı” müqavilədə nəzərdə tutulan xidmətin vaxtında və lazımınca icra edilməməsi üçün məsuliyyət daşıyır və nəticədə xidmətlərin yerinə yetirilməsi üçün verilmiş məbləğ “Sifarişçi”yə geri qaytarılır.

İşin faktiki halları:

10. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 08 may 2024-cü il tarixli 180532 nömrəli müqavilədən görünür ki, “Sifarişçi Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondundan ******* (yüz. min) manat Dövlət İpoteka kreditinin ayrılması xidmətinin göstərilməsini sifariş verib İcraçıya 4500 manat xidmət haqqı ödəməyi İcraçı isə Sifarişçinin müəyyən etdiyi qaydada e.gov.az hökümət portalından Dövlət İpoteka kreditinin ayrılması xidməti (bundan sonra "Xidmət") göstərməyi öhdəsinə götürür. 1.2-ci bəndi üzrə Sözügedən xidmət haqqı yəni 4500 manat müqavilə bağlanan andan "Sifarişçi" tərəfindən İcraçıya ödənilir. Müqavilə bağlanan gün 4500 manat xidmət haqqını Cavabdeh MMC-yə ödəmişdir. Müqavilədə nəzərdə tutulan xidmət 1 ay müddətində icra edilməli idi. Lakin cavabdeh tərəfindən həmin müddət ərzində heç bir xidmət göstərilməmişdir və iddiaçı tərəfindən ödənilmiş 4500 manat xidmət haqqından 2000 manat məbləğində pul iddiaçıya qaytarılmışdır. Hazırda iddiaçı, Cavabdeh MMC-dən 2500 manat xidmət haqqının və 45 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsini tələb edir.

Tətbiq edilən hüquq:

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-ci maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

Məhkəmənin mövqeyi:

12. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir.

13. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh iddiaçı qarşısında öhdəlik götürdüyündən və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, ödənilmiş xidmət haqqını iddiaçıya geri qaytarılmalıdır.

14. Belə ki, müqavilənin 4.1-ci bəndinə əsasən “İcraçı” müqavilədə nəzərdə tutulan xidmətin vaxtında və lazımınca icra edilməməsi üçün məsuliyyət daşıyır və nəticədə xidmətlərin yerinə yetirilməsi üçün verilmiş məbləğ “Sifarişçi”yə geri qaytarılır. Müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə 4500 manat xidmət haqqı ödənilmiş, lakin 2000 manat məbləğində pul qaytarılsa da 2500 manat qaytarılmamışdır. Lakin cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Odur ki, Cavabdeh MMC müqavilədə nəzərdə tutulan xidmətləri icra etmədiyindən İddiaçı tərəfindən ödənilmiş 2500 manat xidmət haqqı geri qaytarılmalıdır.

15. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdehndən 2500 manat məbləğində pul vəsaiti və 45 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir Məhkəmə baxışının hədləri:

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Nəticə:

17. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdehndən 2500 manat məbləğində pul vəsaiti və 45 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir.

18. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən və iddiaçı tələb etdiyindən məhkəmə xərclərinə aid olan ödənilmiş 45 manat dövlət rüsumu cavabdehdən alınıb iddiaçıya ödənilməlidir.

19. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,

Qət etdi:

İddia təmin edilsin. Cavabdehndən 2500 manat məbləğində pul vəsaiti və 45 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar