Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-1360/2024 07.03.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilə üzrə yaranmış borc öhdəliyinin və hesablanmış cərimənin ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı MMC Cavabdeh qarşı “müqavilə üzrə yaranmış borc öhdəliyinin və hesablanmış cərimənin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xidmət müqaviləsi üzrə yaranmış əsas borc 600 manat və əsas öhdəliyin gecikdirilməsi səbəbindən yaranmış 1320 manat cəmirə məbləğinin, ümumillikdə 1920 manat pul vəsaitinin ondan tutularaq, İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən müvafiq prosessual pozuntulara yol vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 149.2.4-cü maddəsinə əsasən iddia ərizəsində müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat göstərilməlidir; 150.1.6-cı maddəsinə əsasən iddia ərizəsinə müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) əlavə edilir; 152.1.6-ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə ki, iş materiallarına əlavə edilmiş tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli xidmət müqaviləsinin surətindən görünür ki, bu müqavilənin icrası, şərh olunması və s. ilə bağlı meydana gələ biləcək bütün mübahisələr tərəflər arasında qarşılıqlı danışıq yolu ilə həll edilir. Mübahisələrin tərəflərindən birinin digər tərəfə mübahisəli məsələ barədə bildiriş verdiyi tarixdən sonra on dörd gün müddətində tərəflər arasında qarşılıqlı danışıqlar yolu ilə həll edilə bilmədiyi halda istənilən tərəflər mübahisənin həll olunması üçün Azərbaycan Respublikasının müvafiq məhkəmələrinə müraciət edə bilərlər. Məhkəmə qeyd edir ki, iş materiallarına iddiaçının cavabdehə ünvanladığı xəbərdarlıq məktubu, həmin məktubun cavabdehə göndərilməsinə dair hər hansı sübut iddia ərizəsinə əlavə edilməmiş və iddia ərizəsinə əlavə edilmiş sənədlərin siyahısının arasında göstərilməmişdir. Odur ki, iddiaçı tərəfindən cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim edilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə olan halda, məhkəmə hesab edir ki, qeyd olunan nöqsanlara görə iddia ərizəsi iddiaçıya qaytarılmalı, nöqsanlar aradan qaldırıldıqdan sonra təkrarən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması iddiaçıya izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 150, 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilə üzrə yaranmış borc öhdəliyinin və hesablanmış cərimənin ödənilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra təkrarən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-1360/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-1360/2024
07.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver