Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1373/2022 09.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X5 Mirzəyevin sədrliyi, X2 Qurbanovun katibliyi, İddiaçının vəkili Vəkil, İddiaçının nümayəndələri Nümayəndə2 və Nümayəndə1, Cavabdehlər Cavabdeh2 Murtuz oğlunun və Cavabdeh4 iştirakı ilə İddiaçı MTK-nın cavabdehlər Cavabdeh1, Cavabdeh3,Cavabdeh2 Murtuz oğluna və Cavabdeh4 qarşı kompensasiya(əlavə yaşayış sahəsi) verilməklə mənzildən çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MTK cavabdehlər Cavabdeh1, Cavabdeh3,Cavabdeh2 Murtuz oğluna və Cavabdeh4 qarşı kompensasiya(əlavə yaşayış sahəsi) verilməklə mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə işə baxılarkən iddaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə vermişdir. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil iddia tələbini onunla əsaslandırdı ki, Bakı şəhərinin baş planına əsasən paytaxtın daha da abadlaşdırılaraq gözəlləşdirilməsi məqsədilə Bakı şəhəri Nizami rayonu Q.Qarayev metrostansiyası yaxınlığında ötən əsrin 40-50-ci illərində inşa edilən, istismar müddətini başa vuran, müasir yaşayış tələblərinə cavab verməyən, yararsız binaların da sökülərək onların yerində çoxmənzilli, çoxmərtəbəli yaşayış binalarının tikilərək sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulub.Buna görə də Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 15 aprel 2014-cü il tarixli 161 saylı sərəncamı ilə Bakı şəhər Nizami rayonu B.Çobanzadə, M.Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişməsindəki 2532 saylı məhəllədə torpaq sahəsi İddiaçı MTK-nın istifadəsinə verilib.Bakı şəhəri Nizami rayonu Ə.Hacıyev 8 ünvandakı 14 mənzilli ikimərtəbəli bina Bakı Şəhər İcra Hakimiyyəti Başçısının qeyd olunan sərəncamı ilə iddiaçı "xxxx" MTK-ya ayrılan torpaq sahəsində yerləşir.Həmin yaşayış binası 20-ci əsrin 50-ci illərində tikilib, köhnə və istifadəyə yararsızdır, binanın istismar müddəti bitib, qəzalı vəziyyətdədir, binada yaşamaq həyat və səhhət üçün təhlükəldir, o, hər an uça və bədbəxt hadsəiər törədə bilər. Bu barədə 11 fevral 2016-cı il tarixli akt tərtib edilib.“Orbita" MTK qeyd edilən sərəncamının icrası ilə bağlı Bakı şəhəri Nizami rayonu B.Çobanzadə, M.Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişməsindəki 2532 saylı məhəllədə mövcud yaşayış və qeyriyaşayış tikililərinin dəyərinin ödənilməsi və sakinlərin qarşılıqlı razılaşma əsasında köçürülməsi işlərini həyata keçirir.Məhkəmənin nəzərinə çatdırır ki, 8 saylı evin 14 mənzilli köhnə yararsız binanın əksər sakinləri ilə razılıq əldə olunsa da yalnız cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 Murtuz oğlu və Cavabdeh4 ilə razılıq əldə etmək mümkün olmayıb.İddiaçı cavabdehlərə onların Bakı şəhəri Nizami rayonu O.Hacıyev 8 ünvanda yerləşən binadakı mənzillərin sahəsinə uyğun olaraq mövcud mənzilərinin əvəzinə həmin ünvanda yeni tikilən binada 20 faiz artıq sahəsi olan yeni mənzilləri təmirli vəziyyətdə təhvil verilməsini təklif edib.Lakin cavabdehlər əsassız varlanmaq məqsədilə müqavilə bağlamaqdan və mənzilini təhvil verməkdən imtina edərək daha artıq sahəsi olan mənzillər tələb edirlər.Cavabdehlər ünvan 4 ünvanda yerləşən yaşayış binasının sahə mülkiyyətçiləri kimi razılığa gəlməkdən və yararsız binadan köçməkdən imtina edirlər.Bu səbəbdən də cavabdehləri söküləcək binadakı mənzillərdən çıxarmaq və söküntü işlərinə başlamaq mümkün olmayıb.Nəticədə isə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 15 Aprel 2014-cü il tarixli 161 saylı sərəncamın icrası mümkün olmayıb. Tikinti işlərinin yubanması mənzil tikintisi üçün "xxxx" MTK ilə müqavilələr bağlayn şəxslərin haqlı etiraz və narazılığına səbəb olub.Qeyd olunanları nəzərə alıb Cavabdeh1 mülkiyyəlindəki Bakı şəhəri Nizami rayonu Ə.Hacıyev 8 ünvanda yerləşən köhnə yaşayış binasında 48.0 kv.m sahəsi olan 3 saylı mənzilinin əvəzinə iddiaçının Bakı şəhəri Nizami rayonu B.Çobanzadə, M.Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişınəsindəki 2532 saylı məhəllədə yeni inşa edəcəyi binada sökülməli mənzilin sahəsindən 20 faiz artıq sahəsi olan təmirli mənzil,Cavabdeh3 mülkiyyəlindəki Bakı şəhəri Nizami rayonu Ə.Hacıyev 8 ünvanda yerləşən köhnə yaşayış binasında 62.5 kv.m sahəsi olan 4 saylı mənzilinin əvəzinə iddiaçının həmin ünvünda yeni inşa edəcəyi binada sökülməli mənzilin sahəsindən 20 faiz artıq sahəsi olan təmirli mənzil,Cavabdeh2 Murtuz oğlunun mülkiyyəlindəki Bakı şəhəri Nizami rayonu Ə.Hacıyev 8 ünvanda yerləşən köhnə yaşayış binasında 60.0 kv.m sahəsi olan 11 saylı mənzilinin əvəzinə iddiaçının həmin ünvünda yeni inşa edəcəyi binada sökülməli mənzilin sahəsindən 20 faiz artıq sahəsi olan təmirli mənzil, Cavabdeh4 mülkiyyəlindəki, Bakı şəhəri Nizami rayonu Ə.Hacıyev 8 ünvanda yerləşən köhnə yaşayış binasında 48.0 kv.m sahəsi olan 12 saylı mənzilinin əvəzinə iddiaçının həmin ünvanda yeni inşa edəcəyi binada sökülməli mənzilin sahəsindən 20 faiz artıq sahəsi olan təmirli mənzil tikilib təhvil verilməklə və yeni mənzillər təhvil verilənədək cavabdehlərin hər birinə hər ay 400 manat kirayə haqqı ödənilməklə cavabdehlərin söküləcək həmin mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçının nümayəndələri Nümayəndə2 və Nümayəndə1 da eyni məzmunlu izahat verərək iddianın təmin olunmasını xahiş etdilər. Cavabdeh2 Murtuz oğlu iddianı qəbul etmədi və izahat verərək göstərdi ki,sözü gedən mənzil onun xüsusi mülkiyyətindədir.O, illərdir ki, həmin mənzildə ailəsi ilə birlikdə yaşayır.Hesab edir ki, onun öz mənzilindən məcburi olaraq çıxarılması mümkün deyil. Xahiş edir iddia təmin olunmasın. Cavabdeh4 iddianı qəbul etmədi və izahat verərək göstərdi ki,ona təklif olunan sahə onu qane etmir.O,mənzildə ailəsi,övladı, nəvəsi ilə birlikdə yaşayır.İddiaçıdan tələb edir ki, ona təklif etdikləri mənzili versinlər, əlavə olaraq 20 kvadrat metrlik sahə versinlər ki, o da yaşlı vaxtında həmin sahədə rahat yaşasın. Hətta ona da, razıdır ki, 20 kvadrat metrlik sahə binanın sonuncu mərtəbəsində və ya mansardında olsun. Bu şərtləri qəbul olunmadığı halda o, iddianın təmin olunmasına razılıq vermir.Onu heç kim mənzilindən məcburi çıxara bilməz.O, evdə sənəd yazıb qoymuşdur ki, özünü öldürsə günahkarı onlardır. Xahiş edir iddia təmin olunmasın. Digər cavabdehlər-Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar olunsalar da məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual 185.5-ci maddəsinin tələblərini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib onları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 161 saylı, xx.xx.2014-cü il tarixli sərancamına əsasən: 1.İddiaçı Mənzil Tikinti Kooperativinin xx.xx.2014-cü il tarixli, 06 saylı müraciəti nəzərə alınaraq, Nizami rayonu,B.Çobanzadə,M.Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişməsindəki 2532-ci məhəllədə mövcud yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək, yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında həmin Koopera istifadəsinə verilmiş; 1.1.Ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi vəsaitin ödənilməsi qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən İddiaçı MTK-nə həvalə edilmiş; 2.Sifarişçiyə tapşırılmışdır ki, 2.1.Ərazinin və obyektin şəhərsalma əsaslandırılması sənədlərinin hazırlanmasını təmin etsin, həmin sənədlərin Azərbaycan Respublikasının Şəhərsalma və Arxitektura Komitəsində razılaşdırılması üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim etsin. 2.2.Sahəni yerində qəbul etsin, onun sanitar vəziyyətinə nəzarət etsin. 2.3.Layihələndirmənin vaxtı və qaydası üzrə Memarlıq və Şəhərsalma Baş İdarəsinin tapşırığını və memarlıq planlaşdırma göstərişlərini yerinə yetirsin. 2.4.Ərazinin və obyektin memarlıq planlaşdırmasının həllini layihələndirmə ərəfəsiı Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırsın. Layihələndirmə başa çatdıqdan sonra layihəsini tam həcmdə Baş idarəyə təqdim etsin. 2.5.Layihə təşkilatı, layihə-axtarış işləri apararkən mühəndis kommunikasiyaları aşkar edildikdə Baş plan işlənməzdən əwəl həmin kommunikasiyaların köçürülməsini Memarlıq və Şəhərsalma Baş İdarəsi və əlaqədar təşkilatlarla razılaşdırsın. 2.6.Layihələndirmə işləri tam başa çatdıqdan sonra razılaşdırılmış və təsdiq edilmiş tikinti layihəsi tikintiyə icazə verilməsi barədə sərəncamın hazırlanması və tikinti işlərinə başlanılması üç əsas olan xüsusi nişanın alınması məqsədilə Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim edilsin. 2.7, Bu sərəncam inşaat pasportu ilə birlikdə yalnız layihələndirmə üçün əsasdır.
3. Azərbaycan Respublikası «Torpaq Məcəlləsi»nin 66, 67 və 68-ci maddələrinə uyğun olan Bakı Şəhər İcra Hakimiyyəti nəzdində «İnterservis» müdiriyyəti sifarişçi ilə torpağın icarə müqaviləsinin bağlanmasını və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Şəhər Ərazi İdarəsində icarə hüququnun qeydiyyata alınmasım təmin etsin. 4.Layihə sənədləri, mərhələsindən asılı olmayaraq, memarlıq fəaliyyəti ilə lisenziya əsasında məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən işlənməlidir. 5.Yuxanda qeyd edilən bəndlərin tələbləri sifarişçi tərəfindən yerinə yetirilməsə, sərəncamın ləğv edilməsi məsələsinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılacaqdır. 6.Torpaq sahəsi üzərində hüquqlara xitam verilməsinin müddəti Azərbaycan Respublikası “Torpaq Məcəlləsi”nin 73-cü maddəsi ilə tənzimlənir. Həmin Sərəncam üzrə tərtib olunmuş istifadəyə verilən torpaq sahəsinin Ayrıc aktından görünür ki,mübahisələndirilən bina iddiaçının istifadəsinə verilən torpaq sahəsinin hüdudları daxilindədir. 11 fevral 2016-cı il aktın məzmunundan görünür ki,Bakı Şəhər icra Hakimiyyəti, Bakı Şəhər Mənzil-Kommunal Departamenti, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Mənzil-Kommunal Siyasəti şöbəsinin, Nizami rayon İcra Hakimiyyətinin və Nizami rayon MKTD-nin nümayəndələrinin iştirakı ilə Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsində yerləşən 8 saylı binaya 10 fevral 2016-cı il tarixdə texniki baxış keçirilib.Baxış zamanı müəyyən olunub ki, yuxarıda göstərilən bina 1950-ci ildə inşa olunub,iki mərtəbəli,14 mənzillidir,bəzi hissələrdə çatlar var,yükdaşıyıcı konstruksiyalarda aşınmalar var, qəzalı vəziyyətdədir,istismar müddəti bitib, texniki vəziyyəti qeyri-qənaətbəxşdir, şəhərsalma və tikinti normalarına cavab vermir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhəri Memarlıq və Şəhərsalma Baş İdarəsinin verdiyi xx.xx.2020-ci il tarixli rəydən görünür ki, Bakı şəhəri Nizami rayonu B.Çobanzadə,M.Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişməsindəki 2532-ci məhəllədə yaşayış məntəqələri altındakı 3.4771 ha torpaq sahəsində İddiaçı MTK-nə çöxmərtəbəli yaşayış binalarının tikintisinə icazə verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxs tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd olunur ki,Əlif Hacıyev küçəsindəki 8 saylı binanın 3 saylı mənzili Cavabdeh1,4 saylı mənzili Cavabdeh3,11 saylı mənzili Cavabdeh2,12 saylı mənzili isə Cavabdeh4 mülkiyyətindədir. X1 Baş İdarəsindən verilmiş xx.xx.2021-ci il tarixli rəyində qeyd olunur ki, Bakı şəhəri Nizami rayonu B.Çobanzadə,M.Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişməsindəki 2532-ci məhəllədə yaşayış məntəqələri altındakı 3.4771 ha torpaq sahəsində İddiaçı MTK-nə çöxmərtəbəli yaşayış binalarının layihəsi razılaşdırılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinin İ hissəsin əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir; 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 13-cü maddəsinin İİİ hissəsinə əsasən mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz; 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər; 43-cü maddəsinin İİ hissəsinə əsasən dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqularının və X3 Haqqında” Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı Qərarının 2-ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı, Avropa Konvensiyasının müddəalarını rəhbər tutmağı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyə etmişdir. “İnsan hüquqlarının və X3 haqqında” Avropa Konvensiyasına 1 saylı Əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz əmlakından maneə olmadan istifadə etmək hüququna malikdir. Cəmiyyətin mənafelərinə beynəlxalq hüququn qanunları və ümumi prinsiplərinə nəzərdə tutulmuş şərtlərdən başqa, heç kəs öz əmlakından məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kozacıoğlu Türkiyəyə qarşı” iş üzrə 19 fevral 2009-cu il tarixli Qərarının 64-cü bəndində göstərilmişdir ki, müvafiq milli qanunvericiliyə əsasən kompensasiya şərtləri mübahisələndirilən tədbirin zəruri ədalətli balans yaratdığını və xüsusilə də, ərizəçinin üzərinə həddindən artıq yük qoyub qoymadığı qiymətləndirmək üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar olaraq, məhkəmə bundan öncə qət etmişdir ki, mülkiyyətin onun dəyərinə uyğun məbləğ ödənilmədən müsadirə olunması, bir qayda olaraq, qeyri-mütənasib müdaxilədir. Lakin, 1 saylı Protokolun 1-ci maddəsi bütün hallarda tam kompensasiya hüququna zəmanət vermir. Qanuni “ictimai maraq” məqsədlərini özgəninkiləşdirilən əmlakın tam bazar dəyərinin ödənilməsindən daha az əhəmiyyətli hesab etmək olar. Həmin Qərarın 65-ci bəndində müəyyən edilmişdir ki, bu halda, müdaxilənin qanunilik tələbinə cavab verdiyi və özbaşına olmadığının artıq müəyyən edilməsi faktını nəzərə alaraq, tam kompensasiyanın ödənilməməsi, eo ipso (bununla) ərizəçinin əmlakının alınmasını, xüsusilə də bu tədbirin ölkənin mədəni irsinin mühafizəsi proqramı kontekstndə həyata keçirildiyini nəzərə alaraq, qanunazidd etmir. Buna görə də, bu halda ərizəçiyə kompensasiyanın ödənməsi üçün milli hakimiyyət orqanlarının əsaslandığı meyar və mexanizmlərin zəruri ədalətli tarazlığı pozub pozmadığı və ərizəçi üçün qeyrimütənasib və həddindən artıq yük yaradıb yaratmadığını müəyyən etmək qalır. İşin hallarından görünür ki, Bakı şəhərinin baş planına əsasən paytaxtın daha da abadlaşdırılaraq gözəlləşdirilməsi məqsədilə Bakı şəhəri Nizami rayonu Q.Qarayev metrostansiyası yaxınlığında ötən əsrin 40-50-ci illərində inşa edilən, istismar müddətini başa vuran, müasir yaşayış tələblərinə cavab verməyən, yararsız binaların sökülərək onların yerində çoxmənzilli, çoxmərtəbəli yaşayış binalarının tikilərək sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulub.Buna görə də Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 15 aprel 2014-cü il tarixli 161 saylı sərəncamı ilə Bakı şəhər Nizami rayonu B.Çobanzadə, M.Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişməsindəki 2532 saylı məhəllədə torpaq sahəsi İddiaçı MTK-nın istifadəsinə verilib.Cavabdehlər həmin məhəllədə,Əlif Hacıyev küçəsindəki 8 saylı,14 mənzilli binadakı 3,4,11 və 12 saylı mənzillərin mülkiyyətçiləridir.İddiaçı 1950-ci ildə tikilmiş,hal-hazırda qəzalı vəziyyətdə olan binadakı cavabdehlərə məxsus hər bir mənzilin əvəzinə həmin ərazidə inşa ediləcək yüksək mərtəbəli binada onlara 20% artıq yaşayış sahəsi olan təmirli mənzillər təklif edir.Bütüm bunlar onu deməyə əsas verir ki,iddia tələbinin təmin olunması cavabdehləri mülkiyyət hüququndan məhrum etmir və ya məhdudlaşdırmır.Əksinə,onlara daha geniş,abad,təmirli mənzillərdə yaşamaq və həmin mənzillərə mülkiyyət hüququ əldə etmək imkanı yaradır. Bundan əlavə,iddiaçı yeni mənzillər tikilib təmirli vəziyyətdə onlara təhvil verilənədək cavabdehlərə kirayə haqqına görə hər ay 400 manat ödəməyə təminat verir.Buna baxmayaraq cavabdehlər həmin təklifi qəbul etmirlər. Yüksəkmərtəbəli yaşayış binasının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında İddiaçı MTK-nın istifadəsinə verilmiş, ərazidə yerləşən yaşayış və qeyriyaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və qarşılıqlı razılaşma əsasında vəsaitin ödənilməsi İddiaçı MTK-nə həvalə edilmişdir.Ərazidə yaşayan çoxsaylı ailələrdən fərqli olaraq hazırkı cavabdehlər özlərinə məxsus olan mənzilə iddiaçının təklif etdiyi 20% əlavə yaşayış sahəsindən daha çöx sahə tələb edirlər. Bu hal cavabdehlərin hüquqdan sui-istifadə etməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir; 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir; 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Hazırkı halda müəyyən edilir ki, cavabdehlərin qeyd edilən hərəkətləri məhz hüquqdan sui-istifadədir. Cavabdehlər öz hüquqlarından MTK-ya ziyan vuran şəkildə suiistifadə edir.Ona görə də cavabdehlərin hüquqdan sui-istifadələrinə yol verilməməli, bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında müəyyən edilmiş müddəalar da rəhbər tutulmalıdır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki,iddia əsaslıdır. Beləliklə,məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb,sübutları qiymətləndirərək hesab edir ki,iddia əsaslı olduğundan təmin olunmalı, İddiaçı MTK tərəfindən Cavabdeh1 mülkiyyəlindəki Bakı şəhəri Nizami rayonu Ə.Hacıyev 8 ünvanda yerləşən köhnə yaşayış binasında 48.0 kv.m sahəsi olan 3 saylı mənzilin əvəzinə iddiaçının Bakı şəhəri Nizami rayonu B.Çobanzadə, M.Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişınəsindəki 2532 saylı məhəllədə yeni inşa edəcəyi binada sökülməli mənzilin sahəsindən 20 faiz artıq sahəsi olan təmirli mənzil,Cavabdeh3 mülkiyyəlindəki Bakı şəhəri Nizami rayonu Ə.Hacıyev 8 ünvanda yerləşən köhnə yaşayış binasında 62.5 kv.m sahəsi olan 4 saylı mənzilin əvəzinə iddiaçının həmin ünvünda yeni inşa edəcəyi binada sökülməli mənzilin sahəsindən 20 faiz artıq sahəsi olan təmirli mənzil,Cavabdeh2 Murtuz oğlunun mülkiyyəlindəki Bakı şəhəri Nizami rayonu Ə.Hacıyev 8 ünvanda yerləşən köhnə yaşayış binasında 60.0 kv.m sahəsi olan 11 saylı mənzilin əvəzinə iddiaçının həmin ünvünda yeni inşa edəcəyi binada sökülməli mənzilin sahəsindən 20 faiz artıq sahəsi olan təmirli mənzil, Cavabdeh4 mülkiyyəlindəki, Bakı şəhəri Nizami rayonu Ə.Hacıyev 8 ünvanda yerləşən köhnə yaşayış binasında 48.0 kv.m sahəsi olan 12 saylı mənzilinin əvəzinə iddiaçının həmin ünvanda yeni inşa edəcəyi binada sökülməli mənzilin sahəsindən 20 faiz artıq sahəsi olan təmirli mənzil tikilib təhvil verilməklə və yeni mənzillər təhvil verilənədək cavabdehlərin hər birinə hər ay 400 manat kirayə haqqı ödənilməklə cavabdehlər həmin mənzillərdən çıxarılmalıdırlar. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. İddiaçı MTK tərəfindən Cavabdeh1 mülkiyyəlindəki Bakı şəhəri Nizami rayonu Ə.Hacıyev 8 ünvanda yerləşən köhnə yaşayış binasında 48.0 kv.m sahəsi olan 3 saylı mənzilin əvəzinə iddiaçının Bakı şəhəri Nizami rayonu B.Çobanzadə, M.Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişınəsindəki 2532 saylı məhəllədə yeni inşa edəcəyi binada sökülməli mənzilin sahəsindən 20 faiz artıq sahəsi olan təmirli mənzil,Cavabdeh3 mülkiyyəlindəki Bakı şəhəri Nizami rayonu Ə.Hacıyev 8 ünvanda yerləşən köhnə yaşayış binasında 62.5 kv.m sahəsi olan 4 saylı mənzilin əvəzinə iddiaçının həmin ünvünda yeni inşa edəcəyi binada sökülməli mənzilin sahəsindən 20 faiz artıq sahəsi olan təmirli mənzil,Cavabdeh2 Murtuz oğlunun mülkiyyəlindəki Bakı şəhəri Nizami rayonu Ə.Hacıyev 8 ünvanda yerləşən köhnə yaşayış binasında 60.0 kv.m sahəsi olan 11 saylı mənzilin əvəzinə iddiaçının həmin ünvünda yeni inşa edəcəyi binada sökülməli mənzilin sahəsindən 20 faiz artıq sahəsi olan təmirli mənzil, Cavabdeh4 mülkiyyəlindəki, Bakı şəhəri Nizami rayonu Ə.Hacıyev 8 ünvanda yerləşən köhnə yaşayış binasında 48.0 kv.m sahəsi olan 12 saylı mənzilin əvəzinə iddiaçının həmin ünvanda yeni inşa edəcəyi binada sökülməli mənzilin sahəsindən 20 faiz artıq sahəsi olan təmirli mənzil tikilib təhvil verilməklə və yeni mənzillər təhvil verilənədək cavabdehlərin hər birinə hər ay 400 manat kirayə haqqı ödənilməklə cavabdehlər həmin mənzillərdən çıxarılsınlar. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Fikrət Mirzəyev