Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1391/2020 27.08.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, Ərizəçi vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsinə qarşı “doğumun qeyd edilməsi faktının müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsinəqarşı “doğumun qeyd edilməsi faktının müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, onun 07 iyun 1985-ci il tarixdə Ermənistan Respublikasının Ararat rayonunun, Şidli kəndində doğulmasının qeyd edilməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Ərizəçi 07.06.1985-ci il tarixdə Ermənistan Respublikasının Ararat rayonunun, Şidli kəndində anadan olmuşdur. 1988-ci ilin axırlarında məlum səbəbdən qaçqın düşmüşlər. Evlərini tərk edib gələrkən ailələrinin bir hissəsinin sənədləri orada qalmışdır. Beləliklə ona məxsus doğum şəhadətnaməsi ilə bağlı arxiv məlumatları doğulduğu rayonda qalmışdır. O, Ermənistan Respublikasının Ararat rayonunun, Şidli kəndində anadan olduğu üçün ona məxsus doğum şəhadətnaməsini yenidən almaq mümükün olmur. Çünki məlum səbəblərdən arxiv məlumatları əldə etmək qeyri mümkün olmuşdur. Halı-hazırda Bakı şəhəri Nizami rayonu ərzisində yaşayır və qeydiyyatdadır. Doğum haqında şəhadətnamənin alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsinə ərizə ilə müraciət etmişdir. Lakin ona bildirmişlər ki, qeydiyyatda olduğu yer üzrə məhkəməyə müraciət etməlidir. Məhkəmə iclasında Ərizəçi vəkili və nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, şahid qismində ifadə verməli olan X4 və X3 pandemiya ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməmişdir. Lakin həmin şahidlər tərəfindən notarial qaydada yazılaraq təsdiq edilmiş ərizəni məhkəməyə təqdim etmişdir. Göstərdiklərinin nəzərə alınmasını və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, maraqlı şəxslərin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZE 14094765 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi 07 iyun 1985-ci il tarixdə Ermənistan, Ararat rayonunun, Şidli kənd anadan olmuşdur; - AZE 09555421 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 17 mart 1962-ci il tarixdə Ermənistan, Ararat rayonunun, Şidli kənd anadan olmuşdur; - AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 07 fevral 1983-cü il tarixdə Ermənistanda anadan olmuşdur. - AZ-İİ 007849 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X2 23 aprel 2013-cü il tarixdə ölmüşdür. - Nizami rayon Qeydiyyat şöbəsinin Ərizəçi ünvanlanmış 12 noyabr 2019-cu il tarixli məktubunda göstərilmişdir ki, doğum haqqında akt qeydinin bərpası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən müddəalar”a uyğun olaraq aparılır. Bununla bağlı müvafiq sənədlər şöbəyə təqdim olunmadığına görə ərizəsinin icrası imkan xaricindədir. Məhkəməyə müraciət etməsi tövsiyyə olunur; - X4 tərəfindən notarial qaydada yazılaraq təsdiq olunmuş 17 avqust 2020-ci il tarixli ərizəsindən görünür ki, o ərizəni yazaraq təsdiq etmişdir ki, qızını Ərizəçi 07 iyun 1985-ci il tarixdə Ermənistan Respublikasının Ararat rayonunun, Şidli kəndində dünyaya gətirmişdir. Qızı Ərizəçi həqiqətən də, 07 iyun 1985-ci il tarixdə Ermənistan Respublikasının Ararat rayonunun, Şidli kəndində anadan olsa da, həm də doğum şəhadətnaməsini oradan alsa da, məlum səbəblərdən qaçqınçılıq vaxtı evlərini tərk edərkən ailələrinin sənədlərinin bir hissəsi orada qalmış və həmin şəhadətnaməni burada yenidən almaq mümkün olmamışdır. Hazırki ərizədə yazılanlar tam iradəsini ifadə edir. - X3 tərəfindən notarial qaydada yazılaraq təsdiq olunmuş 17 avqust 2020-ci il tarixli ərizəsindən görünür ki, o bildirmişdir ki, ondan kiçik bacısı Ərizəçi 07 iyun 1985-ci il tarixdə Ermənistan Respublikasının Ararat rayonunun, Şidli kəndində anadan olmuşdur. Bacısı Ərizəçi həqiqətən də, 07 iyun 1985-ci il tarixdə doğulması ilə bağlı oradan şəhadətnamə alsa da, məlum səbəblərdən qaçqınçılıq vaxtı evlərini tərk edərkən ailələrinin sənədlərinin bir hissəsi orada qalmış və həmin şəhadətnaməni burada yenidən almaq mümkün olmamışdır. Hazırki ərizədə yazılanlar tam iradəsini ifadə edir. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi 07 iyun 1985-ci il tarixdə Ermənistan Respublikasının Ararat rayonunun, Şidli kəndində doğulmuşdur. Hazırda ərizəçi doğum haqqında şəhadətnaməsini ala bilmədiyindən, doğumun qeyd edilməsi faktının müəyyən edilməsi ilə əlaqədar məhkəməyə müraciət etməli olmuşdur. Yuxarıda qeyd edilən hallarla müəyyən olunur ki, ərizəçinin müvafiq sənədləri başqa qaydada əldə etməsi qeyri-mümkündür, ona görə ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir. Məhkəmədə tədqiq edilmiş sənədlərlə isə ərizənin əsaslı olması tam təsdiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır; Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndinə əsasən, məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin qərarın 4.1-ci bəndinə əsasən, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, hüquqi əhəmiyyəti olan fakt təsdiq edilir, ona görə həmin ərizə təmin edilməli, Ərizəçi 07 iyun 1985-ci il tarixdə Ermənistan Respublikasının Ararat rayonunun, Şidli kəndində anadan olmasının qeyd edilməsi faktı müəyyən edilməklə, onun doğum haqqında akt qeydi bərpa edilməli, Ərizəçi təvəllüdü 07 iyun 1985-ci il, doğulduğu yer Ermənistan Respublikasının Ararat rayonunun, Şidli kəndi, atası X2; anası X1 yazılmalıdır. Azərbaycan Respublikası MPM-nin 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Məhkəmə qeyd edir ki, doğum haqqında yeni şəhadətnamənin verilməsinin Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsinə həvalə edilməsi barədə ayrıca qərar qəbul edilməsi zərurəti yoxdur, hazırkı qətnamə sözügedən vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının aparılaraq şəhadətnamənin verilməsi üçün əsasdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi 07 iyun 1985-ci il tarixdə Ermənistan Respublikasının Ararat rayonunun, Şidli kəndində anadan olmasının qeyd edilməsi faktı müəyyən edilsin və onun doğum haqqında akt qeydi bərpa edilsin. Ərizəçi təvəllüdü 07 iyun 1985-ci il, doğulduğu yer Ermənistan Respublikasının Ararat rayonunun, Şidli kəndi, atası X2, anası X4yazılsın. Hazırkı qətnamə vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının aparılaraq doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Doğum haqqında yeni şəhadətnamənin verilməsi Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-1391/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1391/2020
27.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver