Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-1398/2025 26.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi Dəmirova Gülnar Şiraz qızının katibliyi, İlkin iddia tələbi üzrə İddiaçı, Qarşılıqlı iddia tələbi üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olan 2(007)-1398/2025 və 2(007)- 1773/2025 nömrəli mülki işlərin materiallarını nəzərdən keçirərək, məhkəmə Müəyyən Etdi: İlkin iddia tələbi üzrə İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon məhkəməsinə müraciət edərək, məhkəmədən onun Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 37 saylı evin 69 saylı mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “mənzilə istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi”nə dair qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək, məhkəmədən İddiaçı mənzilə olan istifadə hüququna kompensasiya verilməklə xitam verilməsini xahiş etmişdir. Qeyd olunan mülki iş xx.xx.2025-ci il tarixdə icraata daxil olmuş və 2(007)-1398/2025 nömrə ilə qeydə alınmışdır. İddiaçı Cavabdeh qarşı “bağışlama müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən onunla Cavabdeh arasında bağlanılmış 4Ə-1113 reyestr nömrəli əmlakın bağışlanması haqqında müqavilənin ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən mənzilin ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iş xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş və iş üzrə hazırlıq iclası xx.xx.2025-ci il, saat 11:40-a təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia tələbi üzrə İddiaçı cavabdehlə barışdığını və aralarında barışıq sazişi bağlanıldığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia tələbi üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəflər arasında barışıq əldə edildiyini və barışıq sazişi bağlanıldığını bildirmiş və şifahi vəsatətlə məhkəməyə müraciət edərək, məhkəmədən mülki işin tərəflər arasında hazırki mübahisə ilə əlaqəli olan digər mülki işlə birləşdirilməsini xahiş etmişdir. Hər iki işin materiallarını nəzərdən keçirərək, məhkəmə qeyd edir ki, işlər bir-biri ilə əlaqəli olduğundan qeyd edilən mülki işlər birlikdə baxılması üçün bir icraatda birləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 43.2-ci maddəsinə əsasən, bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə qeyd edir ki, məhkəmənin icraatında olan hər iki mülki iş biri-biri ilə əlaqəli olduğundan, işin hallarının tam, hərtərəfli, obyektiv araşdırılması, o cümlədən ədalət mühakiməsinin düzgün həyata keçirilməsi və prosessual qənaət prinsipi baxımından hər iki tələbə bir icraatda baxılması daha məqsədəmüvafiqdir. Odur ki, məhkəmə qeyd edir ki, icraatda olan ilkin iddia tələbi üzrə İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair ilkin iddiası və qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “mənzilə istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi”nə dair qarşılıqlı iddia tələbinə dair 2(007)-1398/2025 nömrəli mülki iş, İddiaçı Cavabdeh qarşı “bağışlama müqaviləsinin ləğv edilməsi” tələbinə dair 2(007)-1773/2025 nömrəli mülki işlə bir icraatda birləşdirilməli, mülki işlərin bir icraatda birləşdirilərək baxılmalı olduğu nəzərə alınaraq, birləşdirilmiş mülki işə 2(007)-1773/2025 nömrəsi saxlanılmaqla 2(007)-1398/2025 nömrəli mülki işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43-45, 169, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qərara Aldı: Bakı şəhəri Nizami rayon Məhkəməsinə daxil olmuş icraatda olan ilkin iddia tələbi üzrə İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair ilkin iddiası və qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “mənzilə istifadə hüququna kompensassiya verilməklə xitam verilməsi”nə dair qarşılıqlı iddia tələbinə dair 2(007)-1398/2025 nömrəli mülki iş, İddiaçı Cavabdeh qarşı “tərəflər arasında bağlanmış bağışlama müqaviləsinin ləğv edilməsi” tələbinə dair 2(007)-1773/2025 nömrəli mülki işlə bir icraatda birləşdirilsin. Bir icraatda birləşdirilmiş 2(007)-1773/2025 nömrəli mülki iş saxlanılmaqla 2(007)- 1398/2025 nömrəli mülki işin icraatına xitam verilsin. Sədrlik edən Starə Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-1398/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-1398/2025
26.05.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver