Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1401/2023 31.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, X2 katibliyi, İddiaçı, Cavabdeh Bakı Baş Səhiyyə Mərkəzinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər “Cavabdeh1”nə və Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi“ X18 “Bakı Baş Səhiyyə Mərkəzi” X8rşı “əmrin etibarsız hesab edilməsi, əmək müqaviləsinin bağlanması, işə bərpa və məcburi işəburaxılma müddətinə görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər “Cavabdeh1”nə və Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X18 “Bakı Baş Səhiyyə Mərkəzi” X8rşı əmrin etibarsız hesab edilməsi, əmək müqaviləsinin bağlanması, işə bərpa və məcburi işəburaxılma müddətinə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələri idarəetmə Birliyi” X18 “Bakı şəhəri Baş Səhiyyə Mərkəzi” X18, “2 nömrəli X9"nin xx.xx.2022-ci il tarixli 68-k saylı əmrinin etibarsız hesab edilməsi və onunla “2 nömrəli X9” arasında əmək müqaviləsinin bağlanması və işə bərpa edilməyi, məcburi iş buraxılma müddətinə görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1992-ci ildən Ağdam rayonundan məcburi köçkün kimi Bakı şəhərinə gəlmiş, 1998-ci ildə Bakı şəhəri Nizami rayonu “2nömrəli Dəri-Zöhrəvi Dispanserinə “Dermotoloq” peşəsinə işə qəbul olunmuşdur. Həmin ildə AR X6 ilə Respublikada bir çox səhiyyə sahələrində çalışan həkimlərin əmək akladlarının 0,5 hissəsi dövlət büdcəsi tərəfindən, 0,5 akladı isə pullu xidmət əsasında ödənişli sistemlə ödənilməsi nəzərdə tutulmuşdur. Onun öz həkimlik fəaliyyətində səmərəli fəaliyyəti nəzərə alınaraq Bakı şəhəri Nizami rayonu X3 “Fəxri Fərmanı” ilə təltif olunmuşdur. Lakin sonradan Səhiyyə Nazirliyi tərəfindən həkimlərin əmək haqqlarının ödənilməsi üçün tətbiq edilən yeni qayda özünü doğrultmadığı üçün Səhiyyə Nazirliyi tərəfindən həmin qayda ləğv edilmiş və həkimlərin əmək haqları Dövlət Büdcəsində ödənilməsi sisteminə keçirilmişdir. Lakin, bununla belə həkimlərə təyin olunmuş əmək haqqları 0,5 akladı ilə ödənilmiş, əmək haqqlarının 0,5 akladı isə ödənilməmişdir. Fəaliyyət göstərdiyi Dispanserin rəhbərliyini bildirməsinə görə bir neçə dəfə Bakı Baş Səhiyyə Mərkəzinə müraciət etməsinə baxmayaraq nə onun, nə də digər həkimlərin əmək haqqları bərpa edilməmişdir. Halbuki, sonradan işə qəbul edilmiş həkimlərin əmək haqqları tam aklad həddində ödənilmişdir. Onunla Bakı Baş Səhiyyə Mərkəzinə "2-nömrəli Dəri-Zöhrəvi Dispanseri” ilə xx.xx.2014-cü ildə bağladığı Əmək müqaviləsi müddətsiz olmuşdur. O, xx.xx.2021-ci il tarixində pensiya yaşı tamam olduğundan pensiyaya çıxmışdır. (40 illik həkimlik fəaliyyətinə görə onun əmək pensiyası 240 manat müəyyən edilmişdir.) Eyni zamanda təcrübəli həkim kimi onunla əmək müqaviləsi bağlanaraq əmək fəaliyyətini davam etdirmişdir. Belə ki, sonradan onunla təkrartəkrar əmək müqaviləsi bağlanmış və əmək müqaviləsinin müddəti ilkin olaraq xx.xx.2022-ci ilə, daha sonra xx.xx.2022-ci ilə, daha sonra xx.xx.2022-ci ilə kimi uzadılmışdır. Lakin sonuncu əmək müqaviləsindən sonra, o, onun maddi imkanının aşağı olmasını və başqa gəlirinin olmamasını nəzərə alaraq onunla yenidən əmək müqaviləsi bağlanmasını “Dispanserin” rəhbərliyindən xahiş etmişdir. O zaman rəhbərlik ona bildirmişdir ki , guya onunla əmək müqaviləsinin bağlanmasının Bakı şəhəri Baş Səhiyyə X13 Şəxsin razılığı ilə mümkün olduğunu bildirmişdir. Bununla əlaqədar “Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələri idarəetmə Birliyi Bakı şəhəri Baş Səhiyyə Mərkəzi “2 nömrəli X9" 50 N:li, xx.xx.2022-ci ildə və 57N:li, xx.xx.2022-ci il tarixlərində Bakı şəhəri Baş Səhiyyə X13 Şəxsin direktoruna müraciət edərək onunla Əmək Müqaviləsinin müddətinin uzadılmasına icazə verilməsini xahiş etsə də Baş Səhiyyə Mərkəzindən heç bir cavab alınmamışdır. Onun fəaliyyət göstərdiyi "Dispanser" Nizami və Xətai rayon ərazisində yaşayan təxminən 340 min əhaliyə xidmət göstərir və əlavə həkim vakant ştatı yoxdur. Onda olan məlumata əsasən "Dispanserdə” Dermotoloq həkimlərə ehtiyacı vardır. Lakin onun əmək müqaviləsi bağlanması barədə müraciətləri nəticəsiz qalmışdır. Cavbdehin bu hərəkəti Azərbaycan Respublikası Əmək Məcəlləsinin 16-cı maddəsinin 1-ci bəndinə tamamilə ziddir. Belə ki, həmin maddənin tələbinə əsasən “Əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqirə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan” digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır. Cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X18 “Bakı Baş Səhiyyə Mərkəzi” X14 nümayəndəsi X7 məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək bildirmişdir ki, İddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsi ləğv olunarkən Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə uyğun olaraq rəsmiləşdirilmiş, onunla bağlanmış müddətli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrin surəti, əmək kitabçası və son haqq-hesab ona təqdim edilmişdir. İddiaçı Əmək Məcəlləsinin 294-cü maddəsinin 2-ci hissəsinə uyğun olaraq əmək hüquqlarının pozulması ilə bağlı məhkəməyə iddiayla müraciət etmə müddətini ötürülmüşdür. Qeyd olunanlara əsasən iddia ərizəsinin şikayət vermə müddətinin buraxılmış hesab edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi və əlavə olaraq qeyd etdi ki, o, xx.xx.2021-ci ildə pensiyaya çıxmış və 65 yaşına çatdıqda səmərəli həkimlik fəaliyyətinə görə onun əmək müqaviləsinin müdddəti 3 dəfə hər biri 3 ay olmaqla ümumilikdə 9 ay olmaqla uzadılmışdır. Lakin sonradan maddi imkanının aşağı olmasından və başqa gəliri olmadığından onunla yenidən əmək müqaviləsinin bağlanılmasını xahiş etmək məqsədi ilə “2 X15 Dispanser”inə, onlar da öz növbəsində “Bakı Baş Səhiyyə Mərkəzi” X12 müraciət etmişlər. Lakin sonuncu bu müraciətə müsbət cavab verməmişdir. Dispanser 340 min əhaliyə xidmət göstərir və əlavə həkim vakant ştatı yoxdur. Ümumilikdə isə ştat sayı əhalinin sayına görə müəyyən edilməlidir. “2 X15 Dispanser”ə 3 vakant yer verilmişdir. Habelə müəssisədə çalışan şöbə müdirinin 70 yaşı vardır. Əmək Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq onun səmərəli həkimlik fəaliyyəti nəzərə alınaraq əmək müqaviləsinin müddəti yenidən uzadılmalı idi. O, əmək kitabçasını və son haqq-hesabı işdən çıxdığı zaman almışdır. Eyni zamanda o, məcburi köçkündür. Onun səmərəli həkimlik fəaliyyətinə görə ali ixtisas dərəcəsi var və Fəxri Fərmanla təltif olunmuşdur. Qarşı tərəf Əmək Məcəlləsinin 71-ci maddəsinə əsasən onu niyə işdən çıxarmalarının zəruriliyini əsaslandırmamışdır. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “X18 “Bakı Baş Səhiyyə Mərkəzi” X10 nümayəndəsi X7 iddia müddətinin tətbiq edilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək iddianı qəbul etmədiklərini bildirdi və iddianın onlara münasibətdə rədd edilməsini məhkəmədən xahiş etdi. O, əlavə olaraq qeyd etdi ki, dövlət müəssisəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65 yaşdır. Bu yaş həddindən sonra işçinin əmək müqaviləsinin müddətinin uzadılması Əmək Məcəlləsinin 10-1-ci maddəsinə əsasən işəgötürənin vəzifəsi deyil, hüququdur. İddiaçının 65 yaşına qədər əmək fəaliyyətini həyata keçirməsi onun konstitusion hüququdur, lakin müqavilənin müddətinin uzadılması cavabdehin səlahiyyətində olan məsələdir. Mehman müəllim onların dəyərli həkimlərindən biridir. Onun əmək müqaviləsinin müddəti səmərəli fəaliyyətinə görə 3 dəfə olmaqla ümumilikdə 9 ay olaraq uzadılmışdır. Lakin sonradan “2 nömrəli X9” “Bakı Baş Səhiyyə Mərkəzi”nə bununla bağlı müraciət etdikdə Bakı Baş Səhiyyə mərkəzi ərizəni təmin etməmişdir. İddiaçı işdən çıxdıqda onun əmək kitabçası və son haqq-hesabı verilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş cavabdeh “2 nömrəli X9”nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, həmin cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, “Cavabdeh1” ilə İddiaçı arasında xx.xx.1998-ci il tarixdə əmək müqaviləsi bağlanmış, iddiaçı dispanserə dermatoveneroloq vəzifəsində işə düzəlmişdir. “İxtisas dərəcəsinin verilməsi” barədə Şəhadətnamə ilə İddiaçı dermatovenerologiya ixtisası üzrə ali ixtisas dərəcəsi verilmiş və səhiyyə sistemində çoxillik səmərəli əmək fəaliyyəti münasibətilə Nizami Rayon Səhiyyə İşçiləri X3 fəxri fərmanı ilə təltif olunmuşdur. “Cavabdeh1” tərəfindən xx.xx.2021-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə İddiaçı çalışma müddəti Əmək Məcəlləsinin 10-1.2-ci maddəsinə uyğun olaraq 3 ay uzadılmış və əmək müqaviləsində müvafiq dəyişikliklər qeyd edilmişdir. Daha sonra “Cavabdeh1” tərəfindən “Bakı Baş Səhiyyə Mərkəzi” X12 iki dəfə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində İddiaçı və X4 zərurətlə əlaqədar əmək müqavilələrinin uzadılmasına icazə verilməsi xahiş edilsə də, “Bakı Baş Səhiyyə Mərkəzi” X17 xx.xx.2022-ci il tarixli məktub ilə qeyd olunan şəxslərin çalışma müddətinin uzadılmasını məqsədəmüvafiq hesab etmədiklərini qeyd etmişlər. Bununla da xx.xx.2022-ci il tarixli 68-k saylı əmr ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “e”- bəndinə, yəni dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda” bəndinə əsasən xx.xx.2022-ci il tarixdən xitam verilmişdir. İddiaçı məhkəməyə müraciət etməmişdən qabaq mediasiya prosesində iştirak etmiş və məhkəmədə xx.xx.2023-cü il tarixdə iddia ərizəsi verərək əmrin etibarsız hesab edilməsi, əmək müqaviləsinin bağlanması, işə bərpa və məcburi işəburaxılma müddətinə görə əmək haqqının ödənilməsi barədə iddia qaldırmışdır. Tərəflərin izahatına əsasən İddiaçı əmək kitabçasını və son haqqhesabı işdən çıxdığı zaman alması öz təsdiqini tapmışdır. “Cavabdeh1” tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, İddiaçı xx.xx.1998ci il tarixdən xx.xx.2022-ci il tarixinə kimi həkim dermatoveneroloq vəzifəsində işləmişdir. İddiaçı ilə çalışma müddəti Əmək Məcəlləsinin 10-1-2-ci maddəsinə uyğun olaraq 65 yaşından sonra 3 ay müddəti olmaqla 9 ay müqavilə bağlanmışdır. xx.xx.2022-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “e”- dövlət büdcəsindən yerləşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda” bəndinə əsasən xx.xx.2022-ci il tarixdən xitam verilmişdir. Son haqq-hesab və əmək kitabçası İddiaçı təhvil verilmişdir. Hal-hazırda “Cavabdeh1”ndə 65 yaş üzəri işçi yoxdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Məhkəmə cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələri idarəetmə Birliyi“ X18 “Bakı Baş Səhiyyə Mərkəzi” X10 iddia tələbi üzrə iddia müddətin tətbiq edilməsi barədə ərizəsinə münasibətdə bildirir ki, iş materiallarına əlavə edilmiş sənədlər ilə müəyyən edilmişdir ki, İddiaçı əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verilmiş, həmin gün əmək kitabçası və son haqq-hesabı işdən çıxdığı zaman ona verilmişdir. Bundan sonra iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə mediasiya təşkilatına müraciət eedilmiş və ona xx.xx.2022-ci il tarixdə mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. İddiaçı hazırki iddia tələbi ilə isə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsində müəyyən olunmuş 1 təqvim ayı ötürülmüş və onun tərəfindən 5 aya yaxın müddət keçdikdən sonra məhkəməyə müraciət edilmişdir. Bütün bu qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə iddia tələbinə mahiyyəti üzrə baxıb qiymət verərək bildirir ki, iddia tələbi “cavabdeh Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələri idarəetmə Birliyi Bakı şəhəri Baş Səhiyyə X13 Şəxs, “2 nömrəli X9"nin xx.xx.2022-ci il tarixli 68-k saylı Əmrinin etibarsız hesab edilməsi” hissəsində təmin edilməməlidir. Belə ki, iddiaçı 1956-cı il təvəllüdlüdür və 2022-ci ildə Cavabdeh1 tərəfindən iddiaçının əmək müqaviləsi 3 ay olmaqla, ümumilikdə 9 ay müddətinə uzadılmışdır. Lakin, sonuncu dəfə Bakı Baş Səhiyyə X13 Şəxsi tərəfindən çalışma müddətinin uzadılmasını məqsədəmüvafiq hesab etməmişlər. Hansı ki, Əmək Məcəlləsinin 10-1.1-ci və 10-1.2-ci maddələrinə əsasən dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. Dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir. Göründüyü kimi, çalışma müddətinin uzadılması işəgötürən üçün məcburi deyildir və qanunvericilikdə bu səlahiyyət işəgötürənin mülahizəsinə əsasən həll edilməli məsələ kimi müəyyən edilmişdir. Yəni işəgötürən tərəfindən yaşa görə çalışma müddəti bitmiş işçinin çalışma müddətinin uzadılmaması pozuntu hesab edilə bilməz. Məhkəmə iddia tələbinin “onunla “2 nömrəli X9” arasında əmək müqaviləsinin bağlanması və işə bərpa edilməyi, məcburi iş buraxılma müddətinə görə əmək haqqının ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbinin bu hissələri əmrin etibarsız hesab edilməsi hissəsi ilə bağlı olduğundan, iddia tələbi həmin hissədə əsassız hesab edilərək rədd edildiyindən iddia tələbi bu hissədə də təmin edilməməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər “Cavabdeh1”nə və Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi“ X18 “Bakı Baş Səhiyyə Mərkəzi” X8rşı “2 nömrəli X9"nin xx.xx.2022-ci il tarixli 68-k saylı Əmrinin etibarsız hesab edilməsi və onunla “2 nömrəli X9” arasında əmək müqaviləsinin bağlanması və işə bərpa edilməyi, məcburi iş buraxılma müddətinə görə əmək haqqının ödənilməsi” barədə iddia tələbi təmin edilməməlidir. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Belə olan halda məhkəmə xərcləri Dövlət Büdcəsinin vəsaitləri hesabına aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər “Cavabdeh1”nə və Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi“ X18 “Bakı Baş Səhiyyə Mərkəzi” X8rşı “2 nömrəli X9"nin xx.xx.2022-ci il tarixli 68-k saylı Əmrinin etibarsız hesab edilməsi və onunla “2 nömrəli X9” arasında əmək müqaviləsinin bağlanması və işə bərpa edilməyi, məcburi iş buraxılma müddətinə görə əmək haqqının ödənilməsi” barədə iddia tələbi təmin edilməsin. Məhkəmə xərcləri Dövlət Büdcəsinin vəsaitləri hesabına aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-1401/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1401/2023
31.05.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver