Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1410/2025 15.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X13 və X20 cəlb edilməklə Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “mənzilə köçürülmə” tələbi) Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçı, Cavabdeh, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X14 nümayəndəsi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5, X1 iştirakları ilə, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X13 və X20 cəlb edilməklə Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi:
1. İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi 11 saylı evin 49 nömrəli mənzilinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Məhkəmə hazırlıq iclasında X13 və X20 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər kimi işə cəlb edilmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar:
3. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdehlə 19 fevral 2019-cu il tarixində nikaha daxil olub. Əri Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi 11 saylı evin 49 nömrəli mənzilinin mülkiyyətçisidir. Həmin evdə yaşamağı ilə əlaqədar məhdudiyyətlər olduğundan o, Cavabdeh və övladları ilə birlikdə həmin mənzilə köçürülmə barədə iddia ərizəsi ilə Nizami Rayon Məhkəməsinə müraciət edib. Nizami Rayon Məhkəməsinin 2(007)-597/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh yetkinlik yaşma çalmayan uşaqları 16 avqust 2020-ci il təvəllüdlü X21 və 02 avqust 2022-ci il təvəllüdlü X7 ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi 11 saylı evin 49 nömrəli mənzilinə köçürülməsi qət edilib və ərinin onun köçürülməyi lə əlaqədar iddia qaldırmağa subyektiv hüququnun olmaması əsası ilə iddia ona münasibətdə təmin edilməyib və bu hüquqdan yalnız o, özü istifadə edərək iddia verə bilməsi göstərilib. Ona görə də, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Hesab edir ki, məhkəmə onun ərini, uşaqlarını məhkəmə həmin evə köçürülmə qərarı veribsə, uşaqları ondan ayrı yaşaya bilməz, o da həmin mənzildə yaşamalıdır və buna tam olaraq hüququ çatır. Bu səbəbdən məhkəməyə müraciət edir ki, onun bu hüququnu təsdiq etsin.
İş materialları:
4. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-597/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları - 16 avqust 2020-ci il təvəllüdlü X21 və 02 avqust 2022-ci il təvəllüdlü X7 ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi 11 saylı evin 49 nömrəli mənzilinə köçürülməsi qət edilmişdir.
5. Bakı şəhər Deputatlar Sovetinin İcraiyyə Komitəsi tərəfindən verilmiş 18 yanvar 1967-ci il tarixli 47537 nömrəli orderin surətindən görünür ki, 8 km qəsəbəsi 811 -ci keçid (hazırda C.Naxçıvanski küçəsi) ev 11, mənzil 49 X22 verilmişdir. Ailə üzvləri X21, X16.
6. Nizami Rayon icra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli 98 nömrəli sərəncamın surətindən görünür ki, C.Naxçıvanski küçəsi, 11 nömrəli evin yaşayış sahəsi 30,67 kv.m olan, 2 otaqlı, 49-cu mənzilin kirayə müqaviləsi 4 nəfər ailə tərkibi ilə (özü, 2 bacısı, qardaşı) Cavabdeh adına dəyişdirilməsi və onun həmin mənzilin kirayəçisi hesab edilməsi və s. qərara alınmışdır.
7. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1999/2012 nömrəli, 29 avqust 2012-ci il tarixli qətnaməsindən görünür ki, X5 və X10 Bakı şəhəri, Nizami rayonu. Cəmşid Naxçıvanski küçəsi 11 saylı evin 49 nömrəli mənzilinə istifadə hüquqları tanınmışdır.
8. Nizami rayonu MKTB-nin 76 sayiı MKİS tərəfindən verilmiş 14 fevral 2024-cü il tarixli, 130 nömrəli arayışdan görünür ki, C Naxçıvanski 11 sayli evin 49 nömrəli mənzili 18 yanvar 1967-ci ildə 47537 nömrəli orderlə Bakı şəhər Deputatlar şurasının İcra Komitəsi tərəfindən X22 verilmişdir. Orderdə adı olan digər ailə üzvləri: X21 (vəfat edib), X26 (vəfat edib). 04 aprel 2000-ci il tarixdə 30/164184 nömrəli orcerlə X6 adına keçirilmişdir. 2018-ci il tarixdən ******* nömrəli çıxarışla mənzil məhkəmə qərarı ilə Cavabdeh adına keçmişdir.
9. Səlahiyyətli orqanlara ünvanlanmış 08 yanvar 2018-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizənin surətindən görünür ki, X20 Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi 11 saylı evin 49 nömrəli mənzilin Cavabdeh adına özəlləşməsinə və reyestrdən çıxarış almasına etiraz etmir.
10. Səlahiyyətli orqanlara ünvanlanmış 09 fevral 2018-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizənin surətindən görünür ki, X13 Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi 11 saylı evin 49 nömrəli mənzilin Cavabdeh adına özəlləşməsinə və reyestrdən çıxarış almasına etiraz etmir.
11. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ümumi sahəsi 51,9 kv.m olan ünvan 1 ünvanında yerləşən mənzil Cavabdeh adına qeydiyyata alınmışdır.
12. 25.09.2024-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizənin surətindən görünür ki, X13 xx.xx.2018-ci ildə 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində 8İ-6950 reyestr nömrəsi ilə təsdiq edilmiş ərizə verib. Fikrini dəyişdiyi üçün yuxarıda qeyd edilən ərizədən imtina edir.
13. 5 saylı Bakı “ASAN xidmət” mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ******* saylı arayışdan görünür ki, Cavabdeh, İddiaçı, 16 avqust 2020-ci il təvəllüdlü X21, 02 avqust 2022-ci il təvəllüdlü X7, X13 və X20 ünvan 1 ünvanında yerləşən mənzildə qeydiyyatdadırlar.
14. Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi 11-in daimi sakinləri X4 (C.Naxçıvanski 11, mənzil 1), X11 (C.Naxçıvanski 11, mənzil 53), X29 (C.Naxçıvanski 11, mənzil 2) tərəfindən 09 fevral 2024-cü il tarixdə tərtib edilmiş aktdan görünür ki, C.Naxçıvanski ev 11, mənzil 49 ünvanındakı mənzildə X13 və X20 yaşayır.
15. Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi 11-in daimi sakinləri Məmmədzadə Abil, Gülməmmədov Hüseyn, Mamasanova Viktoriya, Bəkirova Mehriban, Babic Larisa, Baxışov Qarib, Həsənov Anar, Əliyeva Məhəbbət və Baxışzadə Elşən tərəfindən tərtib edilmiş aktdan görünür ki, həqiqətən də, C.Naxçıvanski ev 11, mənzil 49da Cavabdeh 5 il yaşamır. Həmin ünvanda X18 heç vaxt yaşamadı.
16. 2 saylı Bakı “Asan xidmət” X27 tərəfindən verilmiş AZ- İİ seriyalı 416814 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh Borisoviç və X28 19 fevral 2019-cu il tarixdə nikaha daxil olmuşlar.
17. Bakı Şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 536031 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Çebotaryov Boris Davidoviç 16 avqust 2020-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır.
18. Bakı Şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 746355 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Çebotaryova Svetlana Davidovna 02 avqust 2022-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır.
19. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********22-05101-093024 reyestr nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Gəncə prospekti 20a saylı evin 39 nömrəli mənzilinin yaşayış sahəsi 17,0 kv.m olan 1 otaq X15, yaşayış sahəsi 28,49 kv.m olan 2 otaq X5 mülkiyyəti kimi 10 avqust 2011-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.
20. Azərbaycan Respublikası Rayon İcra Hakimiyyəti başçısının aparatının xx.xx.2024-cü il tarixli 04 saylı “Məişət zorakılığı haqqında iş üzrə” qərarından görünür ki, Cavabdeh və onun arvadı İddiaçı məişət zorakılığının təkrarlanmamasını barədə xəbərdar olunması, X8 30 gün olmaqla qısamüddətli mühafizə orderinin verilməsi (xx.xx.2024xx.xx.2024) qərara alınmışdır.
21. Azərbaycan Respublikası Rayon İcra Hakimiyyəti başçısının aparatının xx.xx.2024-cü il tarixli 02 saylı “Məişət zorakılığı haqqında iş üzrə” qərarından görünür ki, X13 məişət zorakılığının təkrarlanmamasını barədə xəbərdar olunması, İddiaçı 30 gün olmaqla qısamüddətli mühafizə orderinin verilməsi (xx.xx.2024-xx.xx.2024) qərara alınmışdır.
22. Azərbaycan Respublikası Rayon İcra Hakimiyyəti başçısının aparatının xx.xx.2024-cü il tarixli 06 saylı “Məişət zorakılığı haqqında iş üzrə” qərarından görünür ki, X19, onun oğlu X25 və X23 məişət zorakılığının təkrarlanmamasını barədə xəbərdar olunması, İddiaçı, əri Cavabdeh, uşaqları və anasına 30 gün olmaqla qısamüddətli mühafizə orderinin verilməsi (xx.xx.2024-xx.xx.2024) qərara alınmışdır.
23. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1621/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, ərizə təmin edərək, məişət zorakılığından zərər çəkmiş şəxs ərizəçi X8 məişət zorakılığı törətmiş şəxs Cavabdeh və İddiaçı hərəkətlərindən mühafizə olunması üçün 180 (yüz səksən) gün müddətinə uzunmüddətli mühafizə orderi verilməsi, uzunmüddətli mühafizə orderində məişət zorakılığı törətmiş şəxs Cavabdeh və İddiaçı məişət zorakılığından zərər çəkmiş şəxs X3rşı aşağıdakı hərəkətlərin edilməsi qadağan edilməsi: Məişət zorakılığının təkrar törədilməsi; zərər çəkmiş şəxs X8 narahatlıq gətirən digər hərəkətləri etməsi - ona yaxınlaşması, onunla söhbət etməyə və ya hər hansı şəkildə əlaqə qurmağa cəhd etməsi, onu hər hansı formada təqib etməsi, ona zəpg etməsi, sms və sair yazması qadağan edilsin. Cavabdeh və İddiaçı uzunmüddətli mühafizə orderinin verilməsi barədə qətnamənin icra edilməməsinə görə məsuliyyət izah edilməsi qət edilmişdir.
Tərəflərin izahatları:
24. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, mübahisəli mənzil onun ərinindir. Onlar da mənzildə rəsmi qeydiyyatdadırlar. Onun uşaqları ilə birlikdə ərinin evində yaşamaq hüququ var. Əri də yaşamağına razıdır. Özü də vəsatət verib istəyir ki, o da uşaqlarla birlikdə onun evində yaşasın. Sadəcə onlar öz evləri ola-ola artıq kirayədə yaşamaq istəmirlər. İndi X13 yanlış məlumat verir ki, guya onların mənzilləri var. O, adına heç bir əmlakın olmaması barədə Asan Xidmətdən iki sənəd gətirib, ərinin bir mənzili var. Verilmiş mühafizə orderinin müddəti iyun ayında bitib.
25. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək, iddianın təmin edilməsinə etiraz etmədi. Əlavə olaraq bildirdi ki, X13 hər yerdə yazır, hər məhkəmədə yanlış məlumat verir. X5 ərinin evi var, gedib yaşaya bilər.
26. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X14 nümayəndəsi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X13 iddia tələbini qəbul etməyib, iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı evlənəndən sonra bir gün də mənzildə yaşamayıb. Tərəflər onu döyürdülər, qonşuların aktı var. Heç kim cavabdehi mənzildən qovmayıb. Qardaşı onu döyəndən sonra bilirdi ki, ağır məhkumluğu var. Onun polisə şikayət edəcəyindən qorxub özü evdən çıxıb gedib. Onu bir dəfə deyil, üç dəfə döyüb. Məhkəmə tərəfləri mənzilə köçürsə, onu döyüb öldürəcəklər. Onların mənzili var. Məhkəmə prosesi zamanı həmin mənzili iddaçının qardaşının adına rəsmiləşdiriblər. O, üçotaqlı mənzili alıb. Məhkəməyə audio yazı təqdim edilib. Məhkəmədən əvvəl vəkili bu məsələ ilə bağlı sorğu göndərib, amma hələ təsdiqedici sənəd əldə etməyiblər. Mübahisəli mənzilin sahəsi bir neçə ailənin yaşaması üçün uyğun deyil, çünki, mənzil ikiotaqlıdır. 27.xx.xx.2025-ci il tarixli məhkəmə iclasında cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia tələbini qəbul edir. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, 11 saylı evin 49 nömrəli mənzilinə köçürülməsinə razıdır. Etirafın nəticələri ona aydındır.
Məhkəmə baxışının hədləri:
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq:
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər; 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir; 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər; 223.1. Məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir.
30. Azərbaycan Respublikasının Konstitusiyası: 13-cü maddəsinə əsasə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindənmüdafiə olunur (İ hissə). 29-cü maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. (İ-İV hissələr).
31. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
İşin faktiki halı:
32. Belə ki, işin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi 11 saylı evin 49 nömrəli mənzili (8 km qəsəbəsi 811 -ci keçid, ev 11, mənzil 49) Bakı şəhər Deputatlar Sovetinin İcraiyyə Komitəsi tərəfindən 18 yanvar 1967-ci il tarixli 47537 nömrəli orderlə X22 verilib. Daha sonra digər ailə üzvlərinin razılıq ərizələri əsasında 14 mart 2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh adına tam pay haqqı ilə xüsusi mülkiyyət kimi qeydiyyata alınıb. Cavabdehlər X5 və X14 mübahisəli mənzilə istifadə hüququ olmaqla həmin mənzildə yaşayırlar. Cavabdeh mübahisəli mənzilin mülkiyyətçisidir və məhkəmənin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları - 16 avqust 2020-ci il təvəllüdlü X21 və 02 avqust 2022-ci il təvəllüdlü X7 ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi 11 saylı evin 49 nömrəli mənzilinə köçürülməsi qət edilib. Hazırda iddiaçı ərinin, yəni cavabdehin mülkiyyətində olan mübahisəli mənzilə köçürülməsi ilə bağlı məhkəmədə iddia qaldırıb, cavabdeh isə buna etiraz etməyərək iddia tələbini qəbul edib.
Məhkəmənin mövqeyi:
33. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia təmin edilməlidir.
34. Məhkəmə baxışında müəyyən edilmişdir ki, cavabdeh iddia tələbini etiraf etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin iddia tələbini etirafı qanuna zidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul olunmalıdır.
35. Belə ki, İddiaçı mənzilin mülkiyyətçisi olan Cavabdeh arvadıdır, özü mübahisəli mənzildə qeydiyyatdadır və o, mənzildən əri ilə bərabər istifadə etmək hüququna malikdir. İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X13 və X20 tərəfindən yaradılan maneələr səbəbindən mübahisəli mənzildə yaşaya bilmir. Məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir.
36. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı mübahisəli mənzilə köçürülməlidir.
Nəticə:
37. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməlidir.
38. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
39. Məhkəmə hesab edir ki, iddiaçı tələb etmədiyindən məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
40. MPM-in 116.3-cü maddəsinə əsasən tərcüməçilərin əmək haqqı və məhkəməyə gəlməklə əlaqədar çəkdikləri xərc dövlət büdcəsi hesabına ödənilir.
41. Məhkəmə hesab edir ki, məhkəmə iclasında iştirak edən X2 100 manat məbləğində haqq dövlət büdcəsindən ödənilməlidir.
42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. İddiaçı ünvan 1 ünvanında yerləşən mənzilə köçürülsün. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. X2 (Fin: 2C2QEJN) 100 manat məbləğində haqq dövlət büdcəsindən ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Qumru Əliyeva