Məhkəmə qərarları › İş №2(007)-1412/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1412/2020

09.06.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1412/2020 09.06.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı“mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 və Cavabdeh2 Nizami Rayonu Rizvan Teymurov 30 A ünvanında yerləşən 11 saylı mənzildən çıxarılması və onların həmin mənzilə dair istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən 11 nömrəli mənzil 2013-cü ildən onun mülkiyyətindədir. Bu barədə 15.11.2013-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrində 1986 nömrəli reyestr kitabının 183523 nömrəli vərəqində, 00901 10008540-5301-093024 reyestr nömrəli, RX ******* seriya ilə qeyd aparılmışdır. Cavabdeh oğulları X1 və Cavabdeh2 arvadları ilə aralarında mübahisə olduğuna görə uzun müddətdir ona məxsus mənzildə yaşamır. Bu səbəbdən cavabdehlər ona məxsus yaşadığı mənzildən çıxarılmalı və istifadə hüquqlarına xitam verilməlidir. Oğullarının sözügedən evdə qeydiyyatda qalmaları onun mülkiyyət hüquqlarını lazımi şəkildə həyata keçirməsinə maneçilik törədərək onun bu hüququndan tam istifadə etmək imkanını məhdudlaşdırır. Hesab edir ki, Cavabdeh1 və Cavabdeh2 onun mənzilindən qeydiyyatdan çıxmaması onun qanunla qorunan hüquq və mənafelərini pozur və cavabdehin həmin evə dair mülkiyyət hüquqlarını pozması məhkəməyə müraciət etməyinə əsas yaratmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclaslarına gəlməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, R.Teymurov küçəsində yerləşən 30a saylı evin 11 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə 1/3 hissə payı İddiaçı adına, 1/3 hissə payı Cavabdeh1 adına, 1/3 hissə payı Cavabdeh2 adına 15 noyabr 2013-cü il tarixdə qeydə alınmışdır. - 01 iyul 2014-cü il tarixdə Cavabdeh1 tərəfindən yazılmış və notarial qaydada təsdiq olunmuş ərizənin surətindən görünür ki, o, qeydiyyatda olduğu, İddiaçı məxsus olan Bakı şəhəri, Nizami rayonu, R.Teymurov küçəsində yerləşən 30A saylı evin 11 saylı mənzilinin satılmasına etiraz etmədiyini, razı olduğunu, müqavilədə nəzərdə tutulmuş müddətdə mənzili tərk etməyi və daimi qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. - 01 iyul 2014-cü il tarixdə Cavabdeh2 tərəfindən yazılmış və notarial qaydada təsdiq olunmuş ərizənin surətindən görünür ki, o, qeydiyyatda olduğu, İddiaçı məxsus olan Bakı şəhəri, Nizami rayonu, R.Teymurov küçəsində yerləşən 30A saylı evin 11 saylı mənzilinin satılmasına etiraz etmədiyini, razı olduğunu, müqavilədə nəzərdə tutulmuş müddətdə mənzili tərk etməyi və daimi qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. - 01 iyul 2014-cü il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh1 və Cavabdeh2 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onların bütün əmlakını idarə etməyi, onun üzərində sərəncam verməyi və s. hüqularını İddiaçı etibar etmişdir. Etibarnamə 01 iyul 2044-cü il tarixədək qüvvədədir. Məhkəmə iclasında müəyyən olundu ki, Bakı şəhəri, Nizami rayonu, R.Teymurov küçəsində yerləşən 30a saylı evin 11 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə 1/3 hissə payı İddiaçı adına, 1/3 hissə payı Cavabdeh1 adına, 1/3 hissə payı Cavabdeh2 adına 15 noyabr 2013-cü il tarixdə qeydə alınmışdır. 01 iyul 2014-cü il tarixdə Cavabdeh1 və Cavabdeh2 tərəfindən yazılmış və notarial qaydada təsdiq olunmuş ərizənin surətindən görünür ki, o, qeydiyyatda olduğu, İddiaçı məxsus olan Bakı şəhəri, Nizami rayonu, R.Teymurov küçəsində yerləşən 30A saylı evin 11 saylı mənzilinin satılmasına etiraz etmədiyini, razı olduğunu, müqavilədə nəzərdə tutulmuş müddətdə mənzili tərk etməyi və daimi qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. 01 iyul 2014-cü il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh1 və Cavabdeh2 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onların bütün əmlakını idarə etməyi, onun üzərində sərəncam verməyi və s. hüqularını İddiaçı etibar etmişdir. Etibarnamə 01 iyul 2044-cü il tarixədək qüvvədədir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz”. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. “Broniovski Polşaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki "mülkiyyət" anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da "mülkiyyət" hüquqları sayıla bilər. Göstərilən qanunvericilik normalarının tələblərini rəhbər tutmaqla qeyd olunur ki, mülkiyyət hüququ insana məxsus təbii və fundamental hüquq olmaqla dövlətin maddi əsasını təşkil edən təməl elementlərdən biridir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 15.1-ci maddəsinə əsasən-mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən-daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 362.1-ci maddəsinə görə bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Məhkəmə hazırki iddia tələbi ilə bağlı qeyd edir ki, iddiaçı mübahisəli mənzilin 1/3 hissəsinin mülkiyyətçisi olduğu halda özünə məxsus olmayan, yəni cavabdehlərin həmin mənzilə müvafiq hissələrədə malik olduqları mülkiyyətə paylarından da onların qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqqlı olmamışdır. Cavabdehlərin 2014-cü ildə mənzilinin satılmasına etiraz etməmələri, razı olmaları, müqavilədə nəzərdə tutulmuş müddətdə mənzili tərk etməyi və daimi qeydiyyatdan çıxmağı öhdələrinə götürmələri, onların mənzilin satılması ilə əlaqəli vermiş olduqları razılıq, hazırki halda onların həmin məsələlərlə bağlı eyni mövqedə olmalarını ifadə etmir və həmin ərizələr cavabhdelərin sözügedən mənzilə istifadə hüquqlarına xitam verilməsi üçün əsas ola bilməz. Belə ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, R.Teymurov küçəsində yerləşən 30a saylı evin 11 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə 1/3 hissə payı İddiaçı adına, 1/3 hissə payı Cavabdeh1 adına, 1/3 hissə payı Cavabdeh2 adına 15 noyabr 2013-cü il tarixdə qeydə alınmışdır. Həmçinin iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, cavabdehlərin həyat yoldaşları ilə mənzillə bağlı mübahisələri olduğu üçün onlar həmin mənzildə yaşaya bilmirlər. İddiaçı cavabdehlərin mülkiyyətlərində olan mübahisəli mənzildə yaşamamalarını bildirsə də onların faktiki yaşadıqları ünvanları bildirməmiş, onların məhkəməyə dəvət edilməsi ilə bağlı məhəməyə sübutlar təqdim etməmişdir. Digər tərəfdən cavabdehlər tərəfindən iddiaçıya verilmiş etibarnamə onların iddiaçı tərəfindən digər şəxslər qarşısında təmsil edilməsi üçün verilmişdir. Həmin etibarnamədən istifadə edərək etibar etmiş şəxslərə qarşı etibar edilmiş şəxsin məhkəmədə mübahisə açması təmşilçilik inistutunun hüquqi təbiətinə ziddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə qeyd edir ki, hazırda İddiaçı Bakı şəhəri, Nizami rayonu, R.Teymurov küçəsində yerləşən 30A saylı evin 11 saylı mənzili ilə bağlı hər hansı hüququnun pozulması müəyyən olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddiaçı İsrafilovaMəhbubə Musaqızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdeh X1 və Cavabdeh2 Nizami Rayonu Rizvan Teymurov 30 A ünvanında yerləşən 11 saylı mənzildən çıxarılması və onların həmin mənzilə dair istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edilmədiyindən məhkəmə xərclərinə aid olan ödənilmiş 10 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərin Bakı şəhəri Nizami rayonu, Rizvan Teymurov 30 A ünvanında yerləşən 11 saylı mənzildən çıxarılması və onların həmin mənzilə dair istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş 10,0 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Baki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar