Məhkəmə qərarları › İş №2(007)-1415/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-1415/2024

15.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-1415/2024 15.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hаkim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 kаtibliyi ilə, Ərizəçi İddiaçı Maraqlı şəxs cəlb olunmaqla, “doğum akt qeydinin bərpası” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ЕTDİ: Ərizəçi İddiaçı Maraqlı şəxs cəlb olunmaqla, “doğum akt qeydinin bərpası” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1956-cı ildə tarixdə Ermənistan Respublikası, İrəvan şəhərində anadan olmuş İddiaçı doğum qeydiyyatının bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını və mülki işin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəni iş materialları ilə birlikdə nəzərdən keçirib hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının ərizəsi nəzərə alınaraq, sözügedən ərizə baxılmamış saxlanılmalı, ona əlavə edilmiş sənədlərlə geri qaytarılmalıdır. Həmçinin ərizə baxılmamış saxlanıldığından və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarıldığından məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu büdcədən geri qaytarılmalıdır. İş materiallarına əlavə edilmiş 2878 nömrəli qəbzdən ("xxxx" ASC, Baş ofis, VÖEN: 990003611, büdcə səviyyə kodu: 142213, Terminal nömrəsi: ADM114278, Fin: xxxxxxx, tarix: xx.xx.2024-cü il, saat: 16:49) görünür ki, İddiaçı hazırki iş üzrə ərizə ilə məhkəməyə müraciət edərkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRАRА АLDİ: Ərizəçi İddiaçı Maraqlı şəxs cəlb olunmaqla, “doğum akt qeydinin bərpası” haqqında ərizəsi bахılmаmış sахlаnılsın. Tərəflərə izah edilsin ki, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məlumat verməmələrinin üzürlü səbəbdən baş verməsi haqqında sübutlar təqdim edərlərsə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanılması barədə qərardad ləğv oluna bilər. Ərizənin verilməsinə görə İddiaçı tərəfindən ödənilmiş 100 manat ("xxxx" ASC, Baş ofis, VÖEN: 990003611, büdcə səviyyə kodu: 142213, Terminal nömrəsi: ADM114278, Fin: xxxxxxx, tarix: xx.xx.2024-cü il, saat: 16:49) dövlət rüsumu dövlət büdcəsindən qaytarılsın. Qərardadın icrası dövlət rüsumunun qaytarılması hissəsində Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin. Qərаrdаddаn 10 (оn) gün müddətində Bаkı şəhəri Nizаmi Rаyоn Məhkəməsinə şikаyət vеrilə bilər. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar