Məhkəmə qərarları › İş №2(007)-1434/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1434/2023

13.06.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1434/2023 13.06.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Dadaşova Emina Bəhruz qızının katibliyi, İddiaçı MTK-nın nümayəndələri X3 və X5 iştirakları ilə, İddiaçı MTK-nın Cavabdeh6 qarşı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhər Nizami Rayon İcra Hakimiyyəti cəlb edilməklə “mənzilin sökülməsi, yeni təmirli mənzilin verilməsi, kirayə haqqının ödənilməsi, mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MTK Cavabdeh6 qarşı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhər Nizami Rayon İcra Hakimiyyəti cəlb edilməklə “mənzilin sökülməsi, yeni təmirli mənzilin verilməsi, kirayə haqqının ödənilməsi, mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh6 mülkiyyətindəki, həmin ünvanda yerləşən köhnə binasında 42,0 kv.m sahəsi olan 21 saylı mənzilinin sökülməsi, əvəzində iddiaçının həmin ərazidə yeni inşa etdiyi binada cavabdehə onun söküləcək mənzilinin sahəsindən 20 faiz artıq sahəsi olan təmirli mənzil tikilib təhvil verilməklə və yeni mənzil təhvil verilənədək cavabdehə hər ay 450 manat kirayə haqqı ödənilməklə cavabdehin söküləcək həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhərinin baş planına əsasən paytaxtın daha da abadlaşdırılaraq gözəlləşdirilməsi məqsədilə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev metrostansiyası yaxınlığında özət əsrin 40-50-ci illərində inşa edilmiş, istismar müddətini başa vurmuş, müasir yaşayış tələblərinə cavab verməyən, yararsız binaların da sökülərək onların yerində çoxmənzilli, çoxmərtəbəli yaşayış binalarının tikilərək sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulub. Buna görə də Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli 208 saylı sərəncamı ilə Bakı şəhəri, Nizami rayonu, A.Manafov, K.Balakişiyev və M.S.Ordubadi küçələrinin kəsişməsindəki 2440-cı məhəllə ünvanındakı torpaq sahəsi yeni yaşayış kompleksinin tikintisi üçün İddiaçı MTKnın istifadəsinə verilmişdir. İddiaçı Bakı Şəhər İcra Hakimiyyəti baçşısının qeyd edilən sərəncamının icrası ilə bağlı Bakı şəhəri, Nizami rayon, A.Manafov, K.Balakişiyev və M.S.Ordubadi küçələrinin kəsişməsindəki 2440-cı məhəllədə mövcud yaşayış və qeyriyaşayış tikililərinin dəyərinin ödənilməsi və sakinlərin qarşılıqlı razılaşma əsasında köçürülməsi işlərini həyata keçirir. İddiaçı MTK-ya ayrılmış 0,51 ha torpaq sahəsindəki Bakı şəhəri, Nizami rayonu, Azər Manafov ünvanda 27 yaşayış sahəsi olan üçmərtəbəli bina yerləşir. Həmin yaşayış binası ötən əsrdə tikilmiş, istifadəyə yararsızdır, binanın istismar müddəti bitmişdir, müasir yaşayış tələblərinə cavab vermir. Qeyd edilən 0.51 ha torpaq sahəsindəki sakinlərin çoxu ilə köhnə tikililərin sökülməsi üçün təhvil verilməsi və sakinlərin həmin ərazidə yeni tikiləcək çoxmənzilli, çoxmərtəbəli yaşayış binalarında abad, müasir yaşayış tələblərinə cavab verən yaşayış sahələri ilə təmin olunmaları barədə razılıqlar əldə olunsa da, Cavabdeh6 ilə onun əsassız varlanmaq niyyətinə düşməsi səbəbindən razılıq əldə etmək mümkün olmamışdır. İddiaçı Cavabdeh6 ona xx.xx.2022-ci il tarixdə şəhid Azər Manafovun anası, mərhum X6 tərəfindən vəsiyyət edilmiş, Bakı şəhəri, Nizami rayonu, Azər Manafov 8 ünvanda yerləşən çıxarış üzrə ümumi sahəsi 42,0 kv.m təşkil edən ikiotaqlı 21 saylı mənzilin əvəzinə həmin ərazidə yeni tikilən binada 20 faiz artıq sahəsi (85,39 kv.m) olan yeni üçotaqlı mənzilin tikilib təmirli vəziyyətdə təhvil verilməsini təklif edib. Lakin cavabdeh əsassız varlanmaq məqsədilə müqavilə bağlamaqdan və mənzilini təhvil verməkdən imtina edərək mənzilinin əvəzinə üçotaqlı təmirli mənzil, həmin ərazidə Nizami Bələdiyyəsi tərəfindən müvəqqəti istifadəyə verilmiş (30 kv.m sahəsi olan) qaraja görə birotaqlı təmirli mənzil və həmin ərazidə sənədi olmayan köşkə (12 kv.m sahəsi olan) görə isə 43 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi tələb edir. Bu səbəbdən də uzun müddətdir cavabdehləri söküləcək yaşayış sahəsindən çıxarmaq, söküntü tikinti işlərinə başlamaq mümkün olmamışdır. Nəticədə isə Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli 208 saylı sərəncamın icrası mümkün olmayıb. Tikinti işlərinin yubanması mənzil tikintisi üçün İddiaçı MTK ilə müqavilələr bağlamış şəxslərin haqlı etiraz və narazılığına səbəb olmuşdur. Eyni zamanda, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1434/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə ilkin iddia üzrə iddiaçı, qarşlıqlı iddia üzrə cavabdeh İddiaçı MTK-nın cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, X1 qarşı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhər Nizami Rayon İcra Hakimiyyəti cəlb edilməklə “mənzillərin sökülməsi, yeni təmirli mənzillərin verilməsi, kirayə haqqının ödənilməsi, mənzillərdən çıxarılma” barədə ilkin iddia tələbinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X1 aid hissəsinə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 cavabdeh İddiaçı MTK-ya qarşı “yaradılmış maneələrin aradan qaldırılması və s.” barədə qarşılıqlı iddia tələbi üzrə icraata xitam verilməsi, İddiaçı MTK-nın Cavabdeh6 qarşı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhər Nizami Rayon İcra Hakimiyyəti cəlb edilməklə “mənzilin sökülməsi, yeni təmirli mənzilin verilməsi, kirayə haqqının ödənilməsi, mənzildən çıxarılma” hissəsinə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi, işin icraatına xitam verildiyindən, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilməməsinin tərəflərə izah ediləsi qərara alınmışdır. Cavabdeh6 xx.xx.2023-cü il tarixdə iddia tələbinə dair etiraz verərək İddiaçı MTK-nın ona qarşı irəli sürdüyü iddianın qanunsuz olduğu üçün ona aid olan hissəsinin rədd edilməsini xahiş etmiş və etirazı onunla əsaslandırılmışdır ki, tələb olunan evdən çıxarılma tərəflərin razılığı əsasında həyata keçirilməli olduğu halda iddiaçı məhkəmə yolu ilə məsələnin həllinə nail olmaq istəyir. Bakı şəhər İcra hakimiyyəti tərəfindən verilmiş sərəncamda da göstərilir ki, məsələ tərəflrin razılığı əsasınd həyata keçirilməlidir. Tikinti sahəsində baş verən özbaşınalıq nəticəsində razılaşma olmadan yaşadıqları evin dam örtüyü qanunsuz və əsassız olaraq zor tətbiq edilməklə sökülmüşdür. Ona məxsus olan yaşayış sahəsinə görə və binanın həyətində olan torpaq sahəsi də qanunsuz və tərəflər arasında razılaşma olmadan zəbt edilmişdir. O, dəfələrlə Tikinti kooperativinin rəhbərliyinə onların işçiləri tərəfindən onun rəhbərlik etdiyi sahədə baş verən qanunsuzluqlar və özbaşınalıqlar barədə məlumat vermiş və baş vermiş özbaşınalıqların aradan qaldırılmasına göstəriş verməsini bildirmişdir. Lakin iddiaçı tərəf məhkəmə qərarı olmadan artıq binanın dam örtüyünü sökməklə binada yaşayan insanların öz şəxsi mənzillərində yaşamaq hüquqlarını kobud surətdə pozmuşdur. Tikinti rəhbərliyi ona göstəriş verməməsini, bu sahəni ona tapşırmalarını və o, necə istəsə elə də idarə edəcəyini bildirmişdir. Bundan sonra o, onunla danışmaq belə fikirində deyildir. İddia tələbi məhkəməyə qədər razılaşma yolu ilə həll olunmalı olduğu halda tikinti kooperativi zor tətbiq etmək yolunu tutmuşdur. O, bu məsələdə heç bir qanunsuzluğa yol verməmiş, lakin iddiaçı bu vəziyyətlə hansısa səbəblərdən onun haqlı tələbini yerinə yetirmək istəmir. O, həmişə haqsızlığa və qanunsuzluğa qarşı olmuş və bundan sonra da özünün və insanların haqlarını qorumaq üçün könüllü olaraq Möhtərəm cənab Prezidentin çağırışına qoşulmaqla bütün sahələrdə gördüyü qanusuz əməllərin ictimailəşməsində fəal iştirak edərək bu kimi halların qarşısının alınmasında cənab Prezidentinə yaxından köməklik göstərəcəkdir. Hər bir vətəndaşın əsalandırılmış şəkildə məhkəməyə mürciət etmək hüququ var, lakin əsası olmadan məhkəməyə müraciət edərək cənab hakimin və vətəndaşların vaxtını almamalıdır. Hər bir iddia tələbi Azərbaycan Respublikasının MM-nə və MPM-nə uyğun və eyni zamanda haqlı olmalıdır. Beləliklə, iddiaçının ondan qanunsuz olaraq mülkiyyətində olan mənzildən çıxarılma tələbi qanusuz və əsassız olduğu üçün iddia tələbi rədd edilməlidir. Tikinti kooperativi tərəfindən sökülmüş binanın dam örtüyü təcili olaraq bərpa edilməlidir. Hazırda bu məsələ iddiaçı tərəfindən verilmiş qanunsuz və əsassız tələbdir, o isə cavabdeh olaraq onun haqsız tələbinə məhkəmə qaydasında baxılmasına etiraz edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X8 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi və əlavə olaraq bildirdi ki, cavabdeh ilə aralarında barışıq olmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X10iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi və əlavə olaraq bildirdi ki, 1 otaqlı mənzilə 1 otaqlı mənzil, 2 otağı olan mənzil üçün 40-43 kv.m, 3 otaq üçün 86 kv.m sahəsi olan mənzil verilir. Veriləcək evlərin hər biri təmirli olacaq və daşınma onların tərəfindən həyata keçiriləcəkdir. Kirayə haqları da müntəzəm olaraq ödəniləcəkdir. Azər Manafovun anası dünyasını dəyişməzdən əvvəl evi bacısı qızının adına keçirmişdir. Xədicə xanımın evi 2 otaqlıdır, 1 qarajı və əlavə olarq köşkü də var. Mənzilin ümumi sahəsi 41,7 kv m, qarajın ümumi sahəsi isə 30 kv.m-dir. Binanın yerinə düşən 3x4-12 kv.m sahədir. Köşkün sənədi yoxdur. Cavabdeh6 evi rəsmi olaraq 2 otaqlıdır, lakin o, 3 otaq istəyir. Qarajın yerinə isə 1 otaqlı mənzil istəyir, köşkün yerinə isə qeyri-yaşayış sahələri tələb edir. Onlar isə ümumilikdə cavabdehlərə 2 otaq üçün 400 manat, 3 otaq üçün isə 500 manat kirayə haqqı verirlər. Onlar cavabdehə sərfəli təkliflər irəli sürmüşdür. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş Cavabdeh6 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhər Nizami Rayon İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, cavabdehin və 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş iddiaçının vəkili və nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, tələbləri əsaslıdır. Onlar cavabdehlə bu barədə ətraflı müzakirəni həyata keçirmişlər. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş Cavabdeh6 etirazın məzmununa uyğun izahat verərək iddianı qəbul etmədiyini bildirmiş və əlavə olaraq qeyd etmişdir ki, onun mənzili sənəddə 2 otaq olaraq qeyd edilsə də 3 otaqlı mənzillər siyahısındadır. Mənzil Azər Manafovun öz mənzili olmuşdur, o, ev sahibinin vərəsəsidir və ev onun adına keçirdilib. Binanın yanında köşk var və köşk şəhid ailəsinin anasına sərəncam ilə verilmişdir. Vaxtilə Bakı Şəhər İcra Hakimiyyəti dəmir köşkləri sökəndə bu köşk müvəqqəti eskiz layihəsi olaraq saxlanılmış və ora İddiaçı MTK-nın ofisi qoyulmuşdur. Onun himayəsində 2 uşağı var. O, kirayə qalmaq istəmir, hazır ev istəyir, ya da ona pul verilsin. Həmçinin, binanın 2 və ya 3 ilədək tikilib bitəcəyi sual altındadır. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nizami Rayon İcra Hakimiyyətinin nümayəndəsi X4 bildirmişdir ki, bu məsələ ilə əlaqədar hallar çox baş verir. Bu tip məsələlərin həlli zamanı tərəflərin qarşılıqlı razılığı önəmlidir. Həm səyyar görüşlər, həm də vətəndaşların qəbulu zamanı mənzilin sahəsinin 20% miqdarında mənzilin verilməsi və kirayə haqqının ödənilməsi ilə bağlı tərəflər arasında razılıq əsasında müqavilə bağlanılır. Artıq Pilot layihələr qüvvədə deyildir. Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə istismar müddətini başa vuran binaların sökülməsi, hündürmərtəbəli binaların tikilməsi rəsmiləşdirilir. Burada hər iki tərəfin hüquqları qorunmalıdır. Həm vətəndaş, həm də MTK üçün 3-4 mərtəbəli binanın tikilməsi mümkün deyildir. Hazırda burada 10-12 MTK fəaliyyət göstərir. Orbita MTK bu MTK-lar içərisində tikinti işlərini ən doğru şəkilə tənzimləyən MTK-dır. İddiaçı MTK tərəfindən tikilən binalar həmişə vaxtında tikilib təhvil verilib. Bir dəfə belə onlardan Nizami Rayon İcra Hakimiyyətinə şikayət daxil olmamışdır. 27 ailədən 6 ailənın razılaşmamasını digər ailələr də nəzərə almalıdır. Həmin sakinlər də mənzillə təmin olunmalarını gözləyir. Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib onları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir İclasda tədqiq edilmiş və iş materiallarına əlavə edilmiş: - Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli 208 saylı Sərəncamının surətindən görünür ki, İddiaçı MTK-nın xx.xx.2021-ci il tarixli, 56 nömrəli müraciəti, Nizami Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli, 11- 13/115 nömrəli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X7 Agentliyinin xx.xx.2021-ci il tarixli, 22/589 nömrəli, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2021-ci il tarixli, XO-xx-xx-2021-03827 nömrəli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli, **********74 nömrəli razılıq məktubları və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə nəzarət Dövlət Agentliyinin xx.xx.2021-ci il tarixli, xx/xx-04933 nömrəli məktubu ilə təqdim edilmiş “Azkommunlayihə” KLİ-nin texniki rəyi nəzərə alınaraq, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin və Azərbaycan Respublikasının mülki və torpaq qanunvericiliyinin tələbləri rəhbər tutularaq Bakı şəhəri, Nizami rayonu, A.Manafov, K.Balakişiyev və M.S.Ordubadi küçələrinin kəsişməsindəki 2440-cı məhəllə ünvanında yerləşən torpaq sahəsi yeni yaşayış kompleksinin tikintisi üçün İddiaçı MTK-nın icarə əsasında istifadəsinə verilmişdir. - xx.xx.2021-ci il tarixli, 1664 saylı torpaq icarə müqaviləsinin surətindən görünür ki, icarəverən Bakı şəhər İcra Hakimiyyəti Bakı şəhəri, Nizami rayonu, A.Manafov, K.Balakişiyev və M.S.Ordubadi küçələrinin kəsişməsindəki 2440-cı məhəllə ünvanında yerləşən sahəsi 23800 kv.m olan torpaq sahəsini 49 il müddətinə icarəçi İddiaçı MTK-ya icarəyə vermişdir. Həmin müqavilənin 7.4-cü bəndinə görə icarəçi hər il həmin torpaq sahəsinə görə 57919,68 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. - Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2022-ci il tarixli Tİ-120/22 saylı obyektin tikintisinə icazənin təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, A.Manafov, K.Balakişiyev və M.S.Ordubadi küçələrinin kəsişməsindəki 2440-cı məhəllə ünvanında yerləşən torpaq sahəsinin koordinatları təsdiq edilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi Bakı şəhəri, Nizami rayonu, A.Manafov, K.Balakişiyev və M.S.Ordubadi küçələrinin kəsişməsindəki 2440-cı məhəllədə yerləşən yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid ərazidən, yaşayış kompleksinin inşası məqsədilə İddiaçı MTK-ya ayrılması nəzərdə tutulan 2,38 ha torpaq sahəsinin yerquruluşu planından görünür ki, Bakı şəhəri, Nizami rayonu, Azər Manafov küçəsi də həmin planda mövcuddur. - xx.xx.2022-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X6 ölən günədək ona məxsus olan bütün əmlakını Cavabdeh6 Şıxaəli qızına vəsiyyət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. 13-cü maddəsinin İ və İİİ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər; 43-cü maddəsinin İİ hissəsinə əsasən dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına dair xx.xx.1952-ci il Əlavə protokolunun tələblərinə əsasən: 1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. “İnsan hüquqlarının və əsas azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz əmlakından maneə olmadan istifadə etmək hüququna malikdir. Cəmiyyətin mənafelərinə beynəlxalq hüququn qanunları və ümumi prinsiplərinə nəzərdə tutulmuş şərtlərdən başqa, heç kəs öz əmlakından məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kozacıoğlu Türkiyəyə qarşı” iş üzrə xx.xx.2009-cu il tarixli Qərarının 64-cü bəndində göstərilmişdir ki, müvafiq milli qanunvericiliyə əsasən kompensasiya şərtləri mübahisələndirilən tədbirin zəruri ədalətli balans yaratdığını və xüsusilə də, ərizəçinin üzərinə həddindən artıq yük qoyub qoymadığı qiymətləndirmək üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar olaraq, məhkəmə bundan öncə qət etmişdir ki, mülkiyyətin onun dəyərinə uyğun məbləğ ödənilmədən müsadirə olunması, bir qayda olaraq, qeyri-mütənasib müdaxilədir. Lakin, 1 saylı Protokolun 1-ci maddəsi bütün hallarda tam kompensasiya hüququna zəmanət vermir. Qanuni “ictimai maraq” məqsədlərini özgəninkiləşdirilən əmlakın tam bazar dəyərinin ödənilməsindən daha az əhəmiyyətli hesab etmək olar. Həmin Qərarın 65-ci bəndində müəyyən edilmişdir ki, bu halda, müdaxilənin qanunilik tələbinə cavab verdiyi və özbaşına olmadığının artıq müəyyən edilməsi faktını nəzərə alaraq, tam kompensasiyanın ödənilməməsi, eo ipso (bununla) ərizəçinin əmlakının alınmasını, xüsusilə də bu tədbirin ölkənin mədəni irsinin mühafizəsi proqramı kontekstndə həyata keçirildiyini nəzərə alaraq, qanunazidd etmir. Buna görə də, bu halda ərizəçiyə kompensasiyanın ödənməsi üçün milli hakimiyyət orqanlarının əsaslandığı meyar və mexanizmlərin zəruri ədalətli tarazlığı pozub pozmadığı və ərizəçi üçün qeyrimütənasib və həddindən artıq yük yaradıb yaratmadığını müəyyən etmək qalır. Məhkəmə qeyd edir ki, İddiaçı MTK Bakı şəhəri, Nizami rayonu ərazisində apardığı tikinti işlərini Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2021-ci il tarixli 208 saylı sərəncamına uyğun olaraq mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə tikinti şirkətlərini tərəfindən öz vəsaitləri hesabına inşa ediləcək çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsi ilə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə və dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasına uyun olaraq həyata keçirir. Məhkəmə bu zaman xüsusilə bildirir ki, Sərəncamı icra edən İddiaçı MTK tərəfindən cavabdehin mülkiyyət hüququ tanınır, qorunur, onlar tərəfindən cavabdehin mülkiyyət hüququnun pozuntusu hallarına yol verilməmişdir, cavabdehə mülkiyyətlərində olan əmlakın müqabilində ədalətli təkliflər edilir. Bu isə, cavabdehin öz mülkiyyətlərində olan yaşayış sahələrindən qanunsuz və əsassız olaraq çıxarılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Cavabdeh tərəfindən də məhkəmə prosesi zamanı mənzilinin sökülərək əvəzinə yeni tikiləcək müasir binada tam təmirli yeni mənzilin verilməsinə etiraz edilməmiş, lakin veriləcək mənzilin sahəsində mübahisələrinin olması bildirilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin yaşayış üçün yararsız, insan həyatı üçün təhlükəli vəziyyətdə olan mənzillərdən çıxarılması ilk növbədə orada yaşayanlar üçün həyati vacib məsələdir. Belə ki, cavabdehin texniki vəziyyəti qeyri-qənaətbəxş olan, istismara yararsız və qüvvədə olan tikinti normalarının tələblərinə cavab verməyən binada yaşaması gələcəkdə məhz cavabde üçün arzuolunmaz nəticələrin meydana çıxmasına və ya bədbəxt hadisələrin baş verməsinə zəmin yaratmış olacaqdır. Hansı ki, binanın yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında cavabdehə mənzillərinin sahəsinə 20 faiz əlavə sahə olmaqla yeni mənzillər verilməklə, habelə yeni çoxmərtəbəli yaşayış binası tikilənədək onlarla birlikdə yaşayan ailə üzvlərinin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilmələri üçün 450 manat məbləğində kirayə haqqı ödənilməsi öhdəliyini İddiaçı MTK öz üzərinə götürür. İddiaçı MTK-nın irəli sürdüyü təklifdən də görünür ki, təkliflər günün tələblərindən də artıqdır və kifayət qədər ədalətli və ağlabatandır, təkliflərin icrasının dərhal həyata keçirilməsinə Sərəncamın icrasını həyata keçirmək vəzifəsini daşıyan MTK tərəfindən hər hansı maneə yoxdur. İddiaçı tərəfindən vaxtında öz üzərinə qoyulmuş öhdəliklərin icra edilməməsi həmin evdə yaşayan digər sakinlərin də hüquqlarının vaxtında reallaşmasına maneə yarada bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir; 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir; 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Göründüyü kimi, tikinti işlərini aparan iddiaçı tərəfindən cavabdehə edilən həmin təkliflər, Sərəncamla İddiaçı MTK-nın üzərinə qoyulmuş vəzifənin həyata keçirilməsindən irəli gələn addımdır və MTK bu vəzifəsini yerinə yetirməkdən imtina etmir, əksinə, iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsinədək və hazırkı iş üzrə iddia ərizəsinin verilməsindən sonra hal-hazıradək olan müddətdə mübahisənin məhkəmədən kənar həlli üçün yetərincə hərəkətlər etmiş, cavabdehə əlverişli təkliflər etmişdir. Bundan başqa, məhkəmə tərəfindən də mübahisənin məhkəmədən kənar həlli üçün tərəflərə müvafiq şərait yaradılmış, tərəflərin barışması üçün tədbirlər görülmüşdür. Ərazidə yaşayan çoxsaylı ailələrdən fərqli olaraq hazırkı cavabdeh ona məxsus olan mənzilə iddiaçının təklif etdiyi 20% əlavə yaşayış sahəsindən daha çox sahə tələb edir. Bu hal cavabdehin hüquqdan sui-istifadə etməsi kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin qeyd edilən hərəkətləri məhz hüquqdan sui-istifadədir, cavabdeh İddiaçı MTK tərəfindən tanınan və qorunan mülkiyyət hüquqlarından sözügedən Sərəncamı icra edən iddiaçıya ziyan vuran şəkildə sui-istifadə edirlər ki, onun bu hüquqdan sui-istifadələrinə yol verilməməli, bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən Qərarında müəyyən edilmiş müddəalar da rəhbər tutulmalıdır. Bununla yanaşı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin digər işlər üzrə gəldiyi hüquqi mövqeyindən irəli gələrək diqqətə çatdırılmalıdır ki, mülkiyyətçiyə istismar müddətini bitirmiş, texniki vəziyyətinə görə yolverilməz hesab edilən yaşayış sahəsinin əvəzinə ona daha üstün şəraitli, təmirli yeni tikilmiş və bütün kommunikasiya ilə təchiz edilmiş yaşayış sahəsinin verilməsi heç də onun mülkiyyət hüququna müdaxilə kimi qəbul edilməməli və qiymətləndirilməməlidir. Məhkəmə qeyd edir ki, əmlakdan maneəsiz istifadəyə müdaxilə cəmiyyətin ümumi maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa uyğun olmalı (Sporronq və Lonnrot İsveçə qarşı iş), kompensasiya şərtlərinin ədalətli balans yaradıb yaratmadığı və ərizəçinin üzərinə qeyri-mütənasib yük qoyub-qoymadığı müvafiq qanunvericiliyə uyğun olaraq qiymətləndirilməlidir (Papachelas Yunanıstana qarşı iş). Konvensiya tələblərinə uyğun olmaq üçün kompensasiya iki şərtə cavab verməlidir; birincisi, onun dəyəri mülkiyyətin qiymətinə mütənasib (proporsional) olmalıdır; ikincisi o, ağlabatan müddətdə ödənilməlidir (Scordino İtaliyaya qarşı iş). Hazırki işdə, tikiləcək çoxmərtəbəli yaşayış binasından veriləcək mənzillərin dəyərinin bazar qiymətinə uyğun olmadığı qənaətinə gəlmək üçün məhkəmə hər hansı əsas müəyyən etməmişdir. Şəhərsalmanın planlaşdırılması, eləcə də digər şəxslərin hüquq və azadlıqlarını müəyyən etmək baxımından dövlətin geniş qiymətləndirmə səlahiyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təklif edilən şərtlə cavabdehlərin mülkiyyətinə həyata keçiriləcək müdaxilə mütənasib hesab olunmalıdır (Papachelas Yunanıstana qarşı iş). Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh6 ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, Azər Manafov küçəsində yerləşən köhnə 8 saylı binasında 42,0 kv.m sahəsi olan 21 saylı mənzilinin sökülərək əvəzində İddiaçı MTK-nın Bakı şəhəri, Nizami rayonu, A.Manafov, K.Balakişiyev və M.S.Ordubadi küçələrinin kəsişməsindəki 2440 saylı məhəllədə yeni inşa etdiyi binada sökülməli mənzilin sahəsindən 20 faiz artıq sahəsi olan təmirli mənzil verilməli, yeni mənzil tikilib təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə ona hər ay 450 manat kirayə haqqının ödənilməklə həmin mənzildən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərinə aid olan iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ona aid edilməlifir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 238- 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edisin. Cavabdeh6 ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, Azər Manafov küçəsində yerləşən köhnə 8 saylı binasında 42,0 kv.m sahəsi olan 21 saylı mənzilinin sökülərək əvəzində İddiaçı MTK-nın Bakı şəhəri, Nizami rayonu, A.Manafov, K.Balakişiyev və M.S.Ordubadi küçələrinin kəsişməsindəki 2440 saylı məhəllədə yeni inşa etdiyi binada sökülməli mənzilin sahəsindən 20 faiz artıq sahəsi olan təmirli mənzil verilsin, yeni mənzil tikilib təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə ona hər ay 450 manat kirayə haqqının ödənilməklə həmin mənzildən çıxarılsın. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ona aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edin: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar