Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1438/2024 22.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi Əliyeva Lamiyə Natiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2009-cu il tarixində rəsmi nikaha daxil olmuşdur. Nikahı məhz Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun bağlanılmışdır. Birgə nikahdan 2 övladı dünyaya gəlmişdir. Qeyd edir ki, cavabdehlə birgə nikah dövründə 2013-cü ildə ünvan 1 ünvanında yerləşən 43 saylı mənzil əldə edilmişdir. Belə ki, tərəfindən Kreditor-ipoteka saxlayan "xxxx" ASC-yə müraciət edilmiş və "xxxx" ASC ilə 26 sentyabr 2013-cü il tarixli, 009/İK-13 nömrəli Alqısatqı ve ipoteka müqaviləsi bağlanılmışdır. Həmin müqavilədən göründüyü kimi, satıcı Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 72, 43 saylı mənzili Alıcı-ipoteka qoyanın mülkiyyətinə verir, mənzilin satış qiyməti 51.000 manatdır, mənzilin dəyərinin 11000 manatı Alıcı-ipoteka qoyanın özü tərəfindən, 40000 manatı isə Kreditor-ipoteka saxlayan tərəfindən alıcı-ipoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilir. Kreditin məbləği 40000 manatdır, kreditin qaytarılma tarixi- kredit müqaviləsinə uyğun olaraq vəsaitlərin Alıcı-ipoteka qoyana faktiki təqdim edildiyi tarixdən 30 il müddətinə xx.xx.2043cü il tarixinədək müəyyən edilmişdir. Bildirir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri Xidməti tərəfindən təqdim edilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 72,43 saylı mənzil onun, İddiaçı tam payda xüsusi mülkiyyəti kimi ********** qeydiyyat nömrəsi ilə xx.xx.2013-cü ildə qeydə alınmışdır. Bir müddət sonra Cavabdeh ilə ailə münasibətləri pozulduğundan, münasibətlərinin bərpası qeyri-mümkün olduğundan nikahın pozulması məqsədilə məhkəməyə müraciət edilmişdir. Belə ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-1938/2022 saylı qətnaməsindən göründüyü kimi, onunla Cavabdeh arasında Nizami rayon Qeydiyyat şöbəsində 26 sentyabr 2009-cu il tarixdə 837 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, bizim birgə nikahdan 21 dekabr 2010-cu il tarixində doğulmuş X6 və 25 avqust 2014-cü tarixində doğulmuş X1 anaları Cavabdeh yanında qalmaları, uşaqların saxlanılmaları üçün yetkinlik yaşma çatanadək hər ay hər uşaq üçün 250 manat olmaqla, cami 500 manat alimentin tutulub, Cavabdeh verilməsi qət edilmişdir. Nikah pozulduqdan sonra birgə nikah dövründə əldə edilmiş sözü gedən əmlaka dair payların müəyyən olunması tələbi ilə tərəfindən ədalət mühakiməsini həyata keçirən məhkəməyə müraciət edilmişdir. Beləliklə, həmin iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2471/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə sözü gedən mənzilin 1/2 hissəsinə İddiaçı, 1/2 hissəsinə Cavabdeh pay hüququnun tanınması, İddiaçı həmin mənzilə köçürülməsi qət edilmişdir (Məhkəmənin qətnaməsinin surəti ərizəyə əlavə edilmişdir). Onu vurğulayır ki, həmin əmlak birgə nikah dövründə əldə edilsə də, ödənişlər bugünədək yalnız onun tərəfindən icra edilir. Bu isə onun maddi vəziyyətinin ağırlaşmasına, əlavə xərclər çəkməyinə səbəb olur. Halbuki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2471/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən aşkar olduğu kimi onun sözü gedən əmlak üzərində pay hüququ 1/2 olaraq müəyyən edilmişdir. Bu nöqteyi-nəzərdən bütün ödənişlərin məhz onun tərəfindən icra edilməsi onun qanunvericiliklə qorunan hüquqlarının pozulmasına səbəb olur. Belə olduğu halda, bu günədək onun tərəfindən ödənilmiş aylıq kredit ödənişləri və eyni zamanda, bundan sonra ödənilməsi nəzərdə tutulan kredit ödənişlərinin 1/2 hissədə (95.50 (doxsan beş manat əlli qəpik)) Cavabdeh tərəfindən ödənilməsi üçün ədalət mühakiməsini həyata keçirən məhkəməyə müraciət edirəm. Göstərilənlərə əsasən, "xxxx" ASC və İddiaçı arasında bağlanmış 26 sentyabr 2013-cü il tarixli, 009/İK-13 nömrəli Alqısatqı ve ipoteka müqaviləsi üzrə xx.xx.2022-ci il tarixindən etibarən iddia ərizəsi məhkəməyə daxil olanadək tərəfindən ödənilmiş aylıq 191 manat məbləğində pul məbləğinin 1/2 hissəsinin yəni cəmi 2005.5 (iki min beş manat əlli qəpik) məbləğin Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi, eyni zamanda, iddia ərizəsi məhkəməyə daxil olduqdan sonra xx.xx.2043-cü il tarixinədək tərəfindən ödəniləcək aylıq 191 manat məbləğində pul məbləğinin 1/2 hissəsinin, yəni aylıq 95.50 (doxsan beş manat əlli qəpik) məbləğində pul vəsaitinin hər ayın 1-i Cavabdeh tutularaq onun xeyrinə ödənilməsinə, eyni zamanda, tərəfindən ödənilmiş mediasiya xərcinin dəyəri qismində 50 manat məbləğində pul vəsaitinin cavabdeh tərəfindən onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, onun tələb etdiyi məbləğ 2022-ci ildən, nikahın pozulduğu andan hesablanmaqla ödənilməlidir. Cavabdehin banka pul ödədiyini bildirən qəbzlər var, bu da o deməkdir ki, cavabdeh tərəfindən cəmi 800 manat məbləğində banka ödəniş edilmişdir. O əvvəl ipotekanı cavabdehin bacısının adına keçirmək fikrində olmuş, lakin sonradan anlaşılmazlıqlar olduğundan bu fikrindən daşınmışdır. 2022-ci ildən 2024cü ilin aprel ayına qədər 2500 manat pul hesablanmışdır. Həmin puldan 2500 manat çıxılması və qalan pulun ona qaytarılmasını istəyir. Ev birgə nikah dövründə əldə olunub. Nikah pozulduqdan sonra o ödənişlər etməyə davam etmişdir. Lakin həmin pul yarı-yarıya ödənilməli idi. Onlar cəmi 4 ay, yəni 800 manat ödəniş ediblər. Buna görə də, nikah pozulduqdan sonrakı dövr üçün ödədiyi pulun yarısının cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi X2 iddianı qismən qəbul edərək verdiyi izahatında bildirmişdir ki, tərəflərin nikahı 2022-ci ildə pozulmuşdur. Birgə nikah dövründə əldə edilmiş mənzil isə, Aynur və Orxan arasında hər birinə ½ pay olmaqla, bölünmüşdür. Orxan məhkəmə qətnaməsi ilə həmin mənzilə köçürülmüşdür. Onlar mübahisəli mənzilin tərəflər arasında ½ paylara bölündüyü gündən hesablanmaqla, banka ödənilən məbləğin bölünməsinə razıdırlar. Lakin nikah pozulduqdan sonra 1600 manat pulu banka Orxan deyil, o özü ödəmişdir. Bunu təsdiq edən qəbzlər və imzalar var. Həmin evdə tək Aynur deyil, iddiaçının iki övladı yaşayıb. Aynur heç yerdə işləmir. Aynurun və uşaqların təminatını o qarşılayır. Buna görə də, göstərdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh hazırkı məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - MŞB/8/2024-00498 nömrəli, xx.xx.2024-cü il tarixli mediasiya arayışından görünür ki, iddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və 50 manat mediasiya xərcini ödəmişdir. - M/V 098237 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı müharibə veteranıdır. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-1938/2022 saylı qətnaməsindən və “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı ilə X4 arasında Bakı şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsində bağlanmış və xx.xx.2009-cu il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 837 nömrə ilə qeyd edilmiş nikah pozulmuşdur. Həmin qətnamə xx.xx.2022-ci il tarixdə qanuni qüvvəyə minmiş və elektron qaydada icra edilməsi üçün qeydiyyat şöbəsinə göndərilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-2471/2023 saylı qətnaməsindən görünür ki, birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 72, 43 saylı mənzilin ½ hissəsinə İddiaçı, ½ hissəsinə Cavabdeh pay hüququ tanınmış, İddiaçı həmin mənzilə köçürülməsi qət edilmişdir. - xx.xx.2013-cü il tarixli, 009/İK-13 nömrəli Alqı-satqı və ipoteka müqaviləsinin surətindən görünür ki, satıcı X3 Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 72, 43 saylı mənzili Alıcı-ipoteka qoyan İddiaçı mülkiyyətinə verir, mənzilin satış qiyməti 51.000 manatdır, mənzilin dəyərinin 11000 manatı Alıcı-ipoteka qoyanın özü tərəfindən, 40000 manatı isə Kreditor-ipoteka saxlayan "xxxx" ASC tərəfindən alıcı-ipoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilir. Kreditin məbləği 40000 manatdır, kreditin qaytarılma tarixi- kredit müqaviləsinə uyğun olaraq vəsaitlərin Alıcı-ipoteka qoyana faktiki təqdim edildiyi tarixdən 30 il müddətinə xx.xx.2043-cü il tarixinədək müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı, Cavabdeh ilə xx.xx.2009-cu il tarixində rəsmi nikaha daxil olmuşdur. Birgə nikah dövründə 2013-cü ildə ünvan 1 ünvanında yerləşən 43 saylı mənzil əldə edilmişdir. Kreditor-ipoteka saxlayan "xxxx" ASC ilə iddiaçı arasında bağlanılmış 26 sentyabr 2013-cü il tarixli, 009/İK-13 nömrəli Alqı-satqı ve ipoteka müqaviləsinə əsasən, satıcı Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 72, 43 saylı mənzili Alıcı-ipoteka qoyanın mülkiyyətinə verir, mənzilin satış qiyməti 51.000 manatdır, mənzilin dəyərinin 11000 manatı Alıcı-ipoteka qoyanın özü tərəfindən, 40000 manatı isə Kreditor-ipoteka saxlayan tərəfindən alıcı-ipoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilir. Kreditin məbləği 40000 manatdır, kreditin qaytarılma tarixi- kredit müqaviləsinə uyğun olaraq vəsaitlərin Alıcı-ipoteka qoyana faktiki təqdim edildiyi tarixdən 30 il müddətinə xx.xx.2043-cü il tarixinədək müəyyən edilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri Xidməti tərəfindən təqdim edilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 72,43 saylı mənzil onun, İddiaçı tam payda xüsusi mülkiyyəti kimi ********** qeydiyyat nömrəsi ilə xx.xx.2013-cü ildə qeydə alınmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-1938/2022 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş və həmin qətnamə xx.xx.2022-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2471/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə mübahisə predmeti olan mənzilin 1/2 hissəsinə İddiaçı, 1/2 hissəsinə Cavabdeh pay hüququnun tanınması, İddiaçı həmin mənzilə köçürülməsi qət edilmişdir. Hazırda iddiaçı, "xxxx" ASC ilə arasında bağlanmış 26 sentyabr 2013-cü il tarixli, 009/İK-13 nömrəli Alqı-satqı və ipoteka müqaviləsi üzrə xx.xx.2022-ci il tarixindən etibarən iddia ərizəsi məhkəməyə daxil olanadək tərəfindən ödənilmiş aylıq 191 manat məbləğində pul məbləğinin 1/2 hissəsinin yəni cəmi 2005.5 (iki min beş manat əlli qəpik) məbləğin Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi, eyni zamanda, iddia ərizəsi məhkəməyə daxil olduqdan sonra xx.xx.2043-cü il tarixinədək tərəfindən ödəniləcək aylıq 191 manat məbləğində pul məbləğinin 1/2 hissəsinin, yəni aylıq 95.50 (doxsan beş manat əlli qəpik) məbləğində pul vəsaitinin hər ayın 1-i Cavabdeh tutularaq onun xeyrinə ödənilməsinə, eyni zamanda, tərəfindən ödənilmiş mediasiya xərcinin dəyəri qismində 50 manat məbləğində pul vəsaitinin cavabdeh tərəfindən onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenum Qərarında qeyd edilmişdir ki, ər-arvadın ümumi birgə mülkiyyətində olan əmlakın qanuni rejimi Mülki Məcəllənin 225-ci və Ailə Məcəlləsinin 31-37-ci maddələri ilə müəyyən edilmişdir. Ailə Məcəlləsinin 32.1-ci maddəsi nikah müddətində ər-arvadın əldə etdikləri əmlakın onların məhz ümumi birgə mülkiyyəti olduğunu müəyyən edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Göründüyü kimi, nikah dövründə ər-arvadın qazandıqları və əldə etdikləri əmlak qanunvericiliklə müəyyən edilmiş hallar (tərəflərin hu barədə qarşılıqlı razılaşması, habelə əşyanın əvəzsiz əqdlər üzrə əldə edilməsi) istisna olmaqla, onların ümumi birgə mülkiyyətini təşkil edir. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur (Ailə Məcəlləsinin 31.1-ci maddəsi). Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və ya intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri, ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və nikah dövründə ər- arvadın qazandığı hər hansı sair əmlak daxildir. Qanunverici əmlakın ərarvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə tərəflərin qazandığı əmlakın onların ümumi birgə mülkiyyətini təşkil etdiyini təsbit etmişdir (Ailə Məcəlləsinin 32.2.1 və 32.2.2-ci maddələri). Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2-ci maddəsinə əsasən, ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 222.1-ci maddəsinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, qanunvericiliyin tələbinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar əmlakın ər-arvaddan kimin adına əldə olunmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak hesab olunduğundan, tərəflər arasında bağlanmış nikah pozulmaqla, birgə nikah dövründə əldə edilmiş ipoteka predmeti olan mənzilə dair tərəflərin ½ hissədə payları müəyyən olunduğundan, iddia tələbi ödənilmiş pul vəsaitinin ½ hissəsinin tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddia tələbinin “xx.xx.2022-ci il tarixdən iddia ərizəsi məhkəməyə daxil olanadək ödənilmiş aylıq 191 manat pul məbləğinin ½ hissəsinin tutulması” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, qeyd olunan ödənilmiş aylıq 191 manat pul vəsaiti xx.xx.2022-ci il tarixdən deyil, tərəflər arasında nikahın pozulması barədə qətnamənin qanuni qüvvəyə mindiyi xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək (18 ay x 191 manat= 3438 manat) müəyyən edilməlidir. Bu zaman məhkəmə qeyd edir ki, sözügedən müddət ərzində ödənilmiş ümumilikdə 3438 manat pul vəsaitinin tərəflərin payına düşən ½ hissəsi 1719 manat təşkil edir, məhkəmə araşdırması zamanı isə həmin müddətdə ümumi ödənişin 800 manat hissəsinin Cavabdeh tərəfindən ödənilməsi müəyyən edilmişdir, belə olan halda, cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan 1719 manatdan həmin məbləğ çıxılmalı, iddia həmin hissədə qismən təmin edilməlidir. Məhkəmə iddia tələbinin “iddia ərizəsi məhkəməyə daxil olduqdan sonra xx.xx.2043cü il tarixinədək tərəfindən ödəniləcək aylıq 191 manat məbləğində pul məbləğinin 1/2 hissəsinin, yəni aylıq 95.50 (doxsan beş manat əlli qəpik) məbləğində pul vəsaitinin hər ayın 1-i Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməsi” hissəsinə münasibətdə isə qeyd edir ki, iddia tələbinin hazırda həmin hissədə təmin edilməsi üçün hüquqi əsaslar yoxdur, iddia həmin hissədə təmin edilməməlidir. İddia tələbinin “mediasiya xərci olaraq iddiaçı tərəfindən ödənilmiş 50 manat pul vəsaitinin əvəzinin tutulması” hissəsində isə məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 115.0.5 və 115.0.6-cı maddələrinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər və vəkillərə etdikləri kömək üçün ödənilən xərclər daxildir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, "xxxx" ASC və İddiaçı arasında bağlanılmış xx.xx.2013-cü il tarixli 009/İK-13 nömrəli alqı-satqı və ipoteka müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək ödənilmiş aylıq 191 manat məbləğində pul vəsaitinin ½ hissəsi- 919 manat pul Cavabdeh tutulub, İddiaçı ödənilməli, mediasiya xərci olaraq iddiaçı tərəfindən ödənilmiş 50 manat pul vəsaitinin əvəzi Cavabdeh tutulub, İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" ASC və İddiaçı arasında bağlanılmış xx.xx.2013-cü il tarixli 009/İK-13 nömrəli alqı-satqı və ipoteka müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək ödənilmiş aylıq 191 manat məbləğində pul vəsaitinin ½ hissəsi- 919 manat pul Cavabdeh tutulub, İddiaçı ödənilsin. Mediasiya xərci olaraq iddiaçı tərəfindən ödənilmiş 50 manat pul vəsaitinin əvəzi Cavabdeh tutulub, İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №2(007)-1438/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1438/2024
22.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver