Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1439/2021 08.05.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Abasova Aygün Faiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehlər Cavabdeh3, Cavabdeh2 iştirakları ilə, İddiaçı Cavabdeh3, Cavabdeh2 qarşı "mənzilə daxil olma və həmin mənzildən istifadəyə dair maneələrin aradan qaldırılması" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən e t d i: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “mənzilə köçürmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən 20 saylı mənzil atası X3 məxsus olmuşdur. 2001-ci ildə atası vəfat etmişdir. Onun vəfatında sonra yuxarıda qeyd olunan ünvanda yerləşən miras mənzil qalmışdır. Həmin miras mənzildə vərəsəlik üzrə onun payı 1/3 hissəsi müəyyən olunmuşdur. İş üzrə cavabdehlər qardaşı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3dır. Cavabdeh3 qardaşı arvadıdır. X9 2020-ci ildə vəfat etmişdir. Beləliklə mənzil cavabdehlərlə onun paylı mülkiyyətindədir. Cavabdeh qardaşı Cavabdeh1 fəaliyyət qabiliyyəti yoxdur və o, məhkəmə qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir. Eyni zamanda həmin mənzildə o, 02.01.2007-ci il təvəllüdlü azyaşlı oğlu X4 qeydiyyatdadır. O, ailə qurduqdan sonra şərait olmadığından həmin evdən köçmüş və kirayə mənzildə yaşamaq məcburiyyətindədir. Əvvəllər qardaşı Eminə quluq etmək üçün mənzilə getsə də, qardaşı İlhamın vəfatından sonra cavabdehlər onu mənzilə buraxmaq istəmirlər. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, mübahisələndirilən mənzil cavabdehlərlə onun paylı mülkiyyətindədir. Lakin, cavabdehlər onu paylı mülkiyyətində olan mənzildən istifadə etməyə imkan vermirlər. Həmin mənzil üzərində olan istifadə, sərəncam və sahiblik kimi hüquqlarını kobud surətdə pozurlar. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin həcmini azaldaraq, iddia tələbinə dəqiqləşmə ərizəsini məhkəməyə təqdim edərək, Cavabdeh1 cavabdehlər siyahısından çıxarılmasını və Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən 53 saylı evin, 20 nömrəli mənzilinə mülkiyyətçi İddiaçı azyaşlı oğlu X4 ilə birlikdə maneəsiz daxil olması, həmin mənzilindən İddiaçı azyaşlı oğlu X4 ilə istifadə etməsinə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən yaradılan maneələr aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə - “İddiaçı Cavabdeh3, Cavabdeh2 qarşı "mənzilə daxil olma və həmin mənzildən istifadəyə dair maneələrin aradan qaldırılması" tələbinə dair”- iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddianı qəbul etməyərək izahatında bildirdi ki, hazırda yaşadığı ünvan 2 ünvanında yerləşən mənzil 5 otaqlıdır. İddiaçı 16 ildir ki, həmin ünvanda yaşamır. X11 vəfat etdikdən sonra baldızı İddiaçı həmin mənzilin satılmasını və ona düşən payın verilməsini tələb etdi. O, isə cavab olaraq ona əri İlhamın hələ 40 mərasiminin olmamasını, onun il mərasimini yola verdikdən sonra bu məsələ haqqında düşünəcəyini bildirdi. İddiaçı isə işi məhkəmə vasitəsi ilə həll edəcəyini dedi. Belə ki, İddiaçı əsas məqsədi mənzilə köçürülmə deyildir. Onun əsas məqsədi evin satılması və evdən həm özünə, həm də qardaşı Eminə məxsus payın əldə edilməsidir. Onlarla bir evdə yaşamaq mümkünsüzdür. Cavabdeh1 fəaliyyət qabiliyyətsizdir, onun fəaliyyət qabiliyyətsiz elan edilməsi ilə bağlı məhkəmənin qətnaməsi var. İlham xəstə olandan bəri 8 il yoldaşına və onunla birlikdə qaynı Cavabdeh1 baxıb qulluq etmişdir. Cavabdeh1 qəyyumu qismində onun əri tanınmışdı, İlham rəhmətə getdikdən sonra qaynı Cavabdeh1 qəyyumu qismində tanınması ilə bağlı Qəyyumluq və Himayəçilik orqanına müraciət etsə də baldızı - iş üzrə iddiaçı Səbirə onun Eminin qəyyumu qismində tanınmağına etiraz etdi. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddianı qəbul etməyərək izahat verərək göstərdi ki, İddiaçı heç vaxt qardaşı Cavabdeh1 baxmamış, onun səhhəti ilə maraqlanmamışdır, əksinə onunla həmişə dalaşmışdır. Cavabdeh1 onun X14lə ilə birlikdə anası Cavabdeh3 baxmış, onlar Eminə qulluq etmişlər. X14 Eminin qəyyumu təyin edilmişdir. Atası 2020-ci ildə vəfat etdiyindən bəri Eminin qayğısına anası qalmışdır. İddiaçı ilə birlikdə həmin mənzildə yaşamaq istəmir. Buna etiraz edir. İddianın təmin olunmamasını xahiş etdi. Məhkəmənin təşəbbüsü ilə cəlb olunmuş və 04.05.2021-ci il tarixli məhkəmə iclasında iştirak etmiş üçüncü şəxsin nümayəndəsi X7 izahatında bildirdi ki, iş üzrə cavabdeh qismində işə cəlb edilmiş Cavabdeh1 fəaliyyət qabiliyyəti olmayan şəxsdir. Bu barədə qətnamə də mövcuddur. Onun qəyyumu İlham Əliyev təyin edilmişdir. İlham Əliyev 2020-ci ildə vəfat etmişdir. Odur ki, Cavabdeh1 cavabdehlərin siyahısında çıxarılmalıdır. Cavabdeh Əliyeva X1 və Himayəçilik orqanına müraciət edərək Cavabdeh1 faktiki baxdığına onun qayğısına qaldığına görə sonuncunun qəyyumu qismində tanınmasını xahiş etsə də baldızı - iş üzrə iddiaçı X6 qəyyumu qismində tanınmağına etiraz etdi. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan AR DİN yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ev 53, 20 saylı mənzildə İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X4 qeydiyyatdadırlar. İş materiallarında olan AR ƏMDK yanında DƏDRX-nın çıxarışından görünür ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ev 53, 20 saylı mənzili xüsusi mülkiyyət hüququ əsasında paylı mülkiyyət olaraq 1/3 hissəsi İddiaçı məxsusdur. Mənzil İddiaçı adına 28.01.2021-ci il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Nizami rayon İcra Hakimiyyəti başçısı aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyasının 2019-cu il 23 sentyabr tarixdə keçirilmiş iclasının 28 saylı protokolundan görünür ki, fəaliyyət qabiliyyəti olmayan Cavabdeh1 üzərində X5 qəyyum təyin edilmişdir. İş materiallarında olan AZ-İİ seriyalı 109538 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 20.09.202-ci il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 22.09.2020-ci il tarixdə 706 nömrəsi ilə qeyd edilmişdir. İşin hallarından görünür ki, ünvan 1 ünvanda yerləşən 20 saylı mənzil X3 məxsus olmuşdur. X8 2001-ci ildə vəfat etmişdir. Onun vəfatında sonra yuxarıda qeyd olunan ünvanda yerləşən mənzil onun vərəsələrinə miras qalmışdır. Həmin miras mənzildə vərəsəlik üzrə İddiaçı payı 1/3 hissəsi müəyyən olunmuşdur. Digər paylar X2 məxsus olmuşdur. X5 2020-ci il tarixdə vəfat etdikdən sonra həmin mənzil Cavabdeh3 mülkiyyətinə keçmişdir. Belə ki, mübahisə predmeti olan, cavabdehlərin hazırda yaşadığı, iddiaçının isə mənzilə daxil olma və həmin mənzildən istifadəyə dair maneələrin aradan qaldırılmasını istədiyi ünvan 1 ünvanda yerləşən 20 saylı mənzil paylı mülkiyyətdədir. Bu xüsusat mülki iş üzrə tərəflərin mübahisəsiz qəbul etdikləri haldır. Odur ki, hazırkı ünvan 1 ünvanda yerləşən 20 saylı mənzildən cavabdehlər yararlanaraq orada yaşadıqları halda, mülkiyyətçinin həmin mənzildən istifadə tələbinin təmin edilməməsi qanunvericiliyin tələbinə və ədalət prinsipinə uyğun olmazdı. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ eyni zamanda pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan (o cümlədən daxili inamından) istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Bu səbəbdən də, məhkəmə, ədalət mühakiməsinin səmərəliliyinin təmin etmək məqsədilə mülki mübahisənin həlli zamanı formal mülahizədən çıxış etməməli, öz səlahiyyətləri çərçivəsində Konstitusiyanın və sahəvi qanunların müvafiq maddələrinə, həmçinin həmin aktlarda əks olunmuş prinsiplərə istinad etməlidir. Hazırkı mübahisəyə də yuxarıda göstərilən aspektdən yanaşılmalı və ədalət mühakiməsinin səmərəli həyata keçirilməsinin təmini üçün nəzərdə tutulmuş vasitələrdən istifadə edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideyinləri aid edilir. Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. İddia ərizəsindən də göründüyü kimi mülkiyyətçi azyaşlı oğlu X4 ilə birlikdə qeyd olunan mənzilə daxil olmaq və həmin mənzildən istifadəyə dair maneələrin aradan qaldırılmasını xahiş edir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ var. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam verməsinin dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 213.1-ci maddəsinə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz”. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporroq və Lonnrotun İsveçrəyə qarşı” məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konversiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. “F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19.11.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Göstərilən qanunvericilik normalarının tələblərini rəhbər tutmaqla qeyd olunur ki, mülkiyyət hüququ insana məxsus təbii və fundamental hüquq olmaqla dövlətin maddi əsasını təşkil edən təməl elementlərdən biridir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunur. İşin müəyyən edilmiş hallarından o da görünür ki, mübahisə predmeti olan mənzil iddiaçının mülkiyyətindədir və onun ev şəraitində yaşama ehtiyacının təmin edəcək hər hansı başqa yaşayış sahəsi yoxdur. Belə olan halda, iddiaçı, hüquqi vəziyyətindən asılı olmayaraq, iqtisadi dəyər kəsb edən, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev pr., 53 saylı evin 20 saylı mənzilindən cavabdehlərlə birlikdə yararlanaraq, orada yaşaması üçün həmin mənzilə azyaşlı oğlu X4 ilə birlikdə maneəsiz daxil olmalıdır. AR Mülki Porsessual Məcəlləsiinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalı, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən 53 saylı evin, 20 nömrəli mənzilinə mülkiyyətçi İddiaçı azyaşlı oğlu X4 ilə birlikdə maneəsiz daxil olsun, həmin mənzilindən İddiaçı azyaşlı oğlu X4 ilə birlikdə istifadə etməsinə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən yaradılan maneələr aradan qaldırılmalı, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrinə əsaslanaraq, məhkəmə Qə t e t d i: İddia təmin edilsin. Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən 53 saylı evin, 20 nömrəli mənzilinə mülkiyyətçi İddiaçı azyaşlı oğlu X4 ilə birlikdə maneəsiz daxil olsun, həmin mənzilindən İddiaçı azyaşlı oğlu X4 ilə birlikdə istifadə etməsinə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən yaradılan maneələr aradan qaldırılsın. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-1439/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1439/2021
08.05.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver